Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Pinin
Pinyin (pīnyīn) — çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi. 1958-ci ildə qəbul edilmişdir, 1979-cu ildən isə bütün dünyada Çin yer və şəxs adlarının rəsmi latın transkripsiyası kimi istifadə olunur. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən bəyənilmişdir. Pinyində V hərfindən başqa bütün latın hərfləri, hətta Ü hərfi belə işlədilir.
Pirin
Pirin — Bolqarıstanın cənub-qərbində yerləşən dağ massivi. Pirin dağları Struma və Mesta çayları arasında yerləşir. Silsilənin uzunluğu 75 km, ən yüksək zirvəsi isə Vixrendir (2914 m). Pirin- ölkənin ən yüksək dağ silsiləsindən biridir. Pirində 45 dən çox hündürlüyü 2600 m və daha yüksək olan zirvələr var. Dağ massivinin təxmini sahəsi 1201 km²-dir. Buzlaşma dövrü ərazinin relyefinə yetərincə böyük təsir göstərmiş və dağlar daha dik, qayalı forma almışdır. Pirin vadilərində çoxlu göllər meydana gəlmiş və ən böyüyü Popovdur. Massiv daha çox qranit və mərmərdən təşkil olunub. Pirin üç hissəyə bölünür — Şimal, Orta və Cənub.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Bulbophyllum pipio
Bulbophyllum pipio (lat. Bulbophyllum pipio) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Denis Papin
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Pepin gölü
Pepin gölü (ing. Lake Pepin) — ABŞ-nin Minnesota və Viskonsin ştatlarında və Missisipi çayının ən geniş yerində yerləşən təbii göl. Gölün yaranması dənizlə əlaqəli olmayıb, Missisipi çayına qovuşan Çippeva çayının gətirdiyi məhsulların Rids Lendinq yaxınlığında yığılması səbəb olmuşdur. Gölün Viskonsinə aid hissəsinin şimalında Baysiti şəhəri, cənubunda Pepin şəhəri yerləşir. Gölün Minnesota tərəfində isə Frontenak Ştat Parkı yerləşmişdir. Gölün sahilində ən böyük şəhər Leyk Sitidir (Minnesota). Gölün üzərində Leyk Sitidə olan Leyk Siti və Hansen Harbor və Pepində olan Dans Pepin adlı 3 yaxt limanı mövcuddur. Yayda bura gələn turistlər yaxt sürürlər. Qışda isə göl tamamilə donmuş vəziyyətdə olur. Göllə bağlı ilk məlumatlar Byuharnoys qəsri ilə bağlıdır.
Pipan bazilikası
Pipan bazilikası – Zaqatala rayonunun Pinalı kəndindən 3 km aralıda, yüksək dağlıq ərazidəki meşə içərisində yerləşən üçkilsəli bazilika formalı tarixi kilsə xarabalığı. Pipan kəndindəki iki kilsədən daha gənc olanıdır. Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır. Ölçü baxımından bazilika Pipandakı digər bazilikadan xeyli iridir, kilsənin mərkəzində isə kifayət qədər böyük ölçülərə malik birnefli zal yerləşir. Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən iki bazilikadan daha cavan olanıdır. Qədim Pipan bazilikası ölçü baxımından daha kiçik olmaqla erkən xristianlıq dövrü və VII–VIII əsrlərə aid edilir, daha sonrakı dövrdə tikildiyi ehtimal olunan bu bazilika isə IX–X əsrlərə aid olunur. Hər iki abidə elmi ədəbiyyatda üçkilsəli bazilika kimi tanınan memarlıq quruluşuna malikdir. Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır.
Pirin-Fiat
Pirin-Fiat — Bolqarıstanın Loveç şəhərində yerləşən Balkan zavodunda 1966–1971-ci illərdə istehsal edilən avtomobil markası. 1950–1960-cı illərdə Varşava Müqaviləsi Təşkilatı ölkələri avtomobil sənayesinin inkişafını sürətləndirmək yollarını axtarırdılar. Əsas istiqamət avtomobil istehsal edən zavodların inşası idi. FIAT şirkəti İtaliyadan kənarda avtomobil istehsalının təşkilində təcrübəyə malik olduğu üçün bu ən açıq tərəfdaş hesab edilirdi. 1965-ci ildə Fabryka Samochodów Osobowych şirkətinin bazasında polyak Fiat 124p yığılmağa başlamışdır. 20 iyul tarixində isə SSRİ ərazisində "AvtoVAZ" zavodunun inşasına başlanılır. bolqarıstanında da bu proses güçlənir. 26 sentyabr 1966-cı ildə Bolqarıstan hökumətinin rəhbərliyində olan "Balkankar" və İtalyanın FIAT şirkəti arasında müştərəf fəaliyyət sayəsində müqavilə imzalanır. Tərəflərin razılığın əsasən FIAT avtomobilin qiymətinin 40% -dək komponentlərin istehsalı üçün avtomobilin yığılmasının inkişafını təmin etməlidir. Ödəniş Barter vastəsi ilə Bolqarıstan xarici ticarət təşkilatı vasitəsilə həyata keçirilmişdir.
Pişin (İran)
Pişin — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,477 nəfər və 1,832 ailədən ibarət idi.
Pişin rayonu
Pişin rayonu — Bəlucistan əyalətində rayon.1975-ci ilədək Kvetta rayonunun tərkibində olub.Daha sonra status qazanıb.Əhalisi 2005-ci 300,000 nəfər.Əhalinin 90 faizində çoxu Puştundur.
Xe Pinpin
Xe Pinpin (13 iyul 1988, Huade[d], Daxili Monqolustan Muxtar Rayonu – 13 mart 2010, Roma) — 2009-cu ildə onun adı dünyanın ən balacaboy kişisi kimi "Ginnesin Rekordlar Kitabı"na salınıb. Hazırda Pinpinin 22 yaşı var və onun boyu 73 santimetrdir. O, doğulandan bəri çəkisini cəmi 6,5 kiloqram artıra bilib – doğulanda çəkisi 500 qram olan Xe Pinpin hazırda 7 kiloqramdır. Həkimlər güman edirlər ki, Pinpinin anomal inkişafının səbəbi skeletin inkişafını gecikdirən nadir xəstəlikdədir. Xe Çinin Daxili Monqolustan muxtar regionunda məşhur olub. Amma qohumları qərara gəliblər ki, onu bütün dünya tanımalıdır. Bunun üçün onlar "Ginnesin Rekordlar Kitabı"nın mütəxəssislərinə müraciət ediblər. Artıq bütün dünyada məşhur olan Xe Pinpin "ulduz xəstəliyi"nə tutulmayıb. O, əvvəlki kimi kafedə işləyir və fasilələr zamanı hansısa stolun altında dincəlir.
Mixail Pırin
Mixail Semyonoviç Pırin (rus. Михаил Семёнович Пырин; 1874 – 26 dekabr 1943, SSRİ) — Rusiya rəssamı və pedaqoqu. Pırin tələbələri arasında rəssam Vladimir Yukin də var.
Pirin Milli Parkı
Pirin Milli Parkı — Bolqarıstanda, Blaqavqrad bölgəsində yerləşən milli park. UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir. Pirin Milli Parkı Bolqarıstanın cənub-qərbində yerləşmiş olub təxminən 400 km2 sahəyə malikdir. Əhəng daşı qayalardan, buzlaq göllərdən, şəlalələrdən, mağaralardan, iynəyarpaqlı meşələrdən ibarətdir. Çox zəngin floraya və möhtəşəm təbii gözəlliklərə malikdir. Təxminən 1300 növ əhəmiyyətli bitki növünün evi olan bu park, bütün Bolqarıstan ərazisində olan ümumi bitki növlərinin %30-indən çoxunu özündə saxlayır. Bunlardan təxminən 300 növü yosundur. Park 18 yerli endemik (yalnız o bölgəyə xas, başqa yerdə olmayan) növə, 15 Bolqarıstan və bir çox Balkan endemik növlərinə; ayrıca Pirin bölgəsinin simvolu olan Edelveys (günəbaxana bənzər ağ Alp çiçəyi) kimi qorunmaqda olan bitki növlərinə də ev sahibliyi edir. Pirin Milli Parkında üç fərqli bitki qurşağı mövcuddur: meşə qurşağı, subalp qurşağı və Alp qurşağı. Parkda heyvan növləri də çoxdur.
Pişin (şəhər, Pakistan)
Pişin — Bəlucistan əyalətində, Pişin rayonunda şəhər.
Qədim Pipan bazilikası
Qədim Pipan bazilikası – Zaqatala rayonunun Pinalı kəndi yaxınlığında, meşə ərazisində yerləşən VII–VIII əsrlərə aid üçkilsəli bazilika formalı kilsədir. Pinalı kəndindəki (köhnə adı Pipan) iki bazilikadan daha qədim olanıdı. Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir. Zalın şərq hissəsində döşəmədən bir qədər yuxarı qaldırılmış altar apsidası yerləşir. Apsidanın hər iki yanında dərin niş vardır. İki plyastra söykənən divar tağları zalın yarımqalxanvari tağtavanını saxlayır. Məbəd çaydaşları və əhəng məhlulundan inşa edilmiş, üzəri isə kirəmit lövhələrlə örtülmüşdür. Abidənin həcm-fəza kompozisiyası hündür (6.5 metr) mərkəzi hissə, bir qədər alçaq qərb qalereyası və yarımyeraltı yan otaqların birləşdirilməsi nəticəsində yaradılmışdır. Arxeoloqlar məbədin əsas kilsə zalının təməlini Qafqaz Albaniyasında erkən xristianlıq dövrünə (III–IV əsrlər), qalereya və digər hissələri isə VII–VIII əsrlərə aid edirlər. Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir.
Pinin həyatı (film)
Pinin həyatı 2012-ci ildə ABŞ-da çəkilmiş olan macəra-dram filmidir. Yann Martel tərəfindən 2001-ci ildə yazılmış olan eyniadlı romanın ekranlaşdırılmasıdır. Rejissoru Enq Li olan və David Magee tərəfindən süjet xəttinin ekanlaşdırılması təmin edilən filmdə baş rolları Suraj Sharma, İrfan Khan, Gérard Depardieu, Tabu və Adil Hussain canlandırılmışdırlar. Filmin süjet xətti 16 yaşlı Piscine Molitor "Pi" Patel adlı oğlanın Richard Parker adlı bir Benqal pələngi ilə Sakit Okeanda xilasedici salda sağ qalmağa çalışmasından bəhs edir. Film 11 nominasiya üzrə Akademiya Mükafatına namizəd olmuşdur. Ölkələrini tərk edərkən zooparkdakı heyvanlarını da özləri ilə apararkən Pi və ailəsi gəmidə olarkən gəmi yolda fırtınaya düşərək batır. Gəminin sağ qalan heyəti isə, kaftar, sınıq ayaqlı zebra, oranqutan, Riçard Parker adlı üç yüz kiloluq Benqal pələngi və Pi adlı 16 yaşlı hindistanlı oğlandan ibarətdir. Pi heç bir xilas yolu olmayan bu okeanda zəif qayıqda yanındakı heyvanlarla bərabər sağ qalmaq üçün mübarizə aparır, iti zəkası və zoologiya məlumatları sayəsində qida zəncirinin qurbanına çevrilmir. Pi 227 gün xilasedici qayıqda dənizdə sağ qalmaq üçün mübarizə aparır. Mübarizəsinin axırında isə xilas olur.
Pitin əjdahası (animasiya, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi. movies.disney.com/petes-dragon-2016 — Pitin əjdahasının rəsmi saytı Pitin əjdahası — Internet Movie Database saytında.
Pitin əjdahası (film, 2016)
Pitin əjdahası (ing. Pete's Dragon) — 2016-cı ildə istehsal olunmuş ABŞ fentezi və macəra animasiya filmi. == Xarici keçidlər == movies.disney.com/petes-dragon-2016 — Pitin əjdahasının rəsmi saytı Pitin əjdahası — Internet Movie Database saytında.
Papio
Pavianlar (lat. Papio) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinə aid heyvan cinsi.
Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Pepino
Pepino (lat. Solanum muricatum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Pepinonun ana vətəni, Çili, Peru və Kolumbiyada uzun illədir bilinib istifadə edilməsinə baxmayaraq 1990-cı illərdən etibarən dünya bazarlarında maraq görməyə başlamışdır. Armud qovunu, bəzək qovunu da deyilən pepino meyvəsi ortalama 250–300 qram ağırlığında, üzərində yetkinluqda xarakteristika bənövşəyi xəttlər olan, qovun dadını xatırladan, sulu, özünə xas dadında, orta şirin, C vitamini və kalium tərəfindən zəngin bir meyvədir. Şimal Amerika və Avropa bazarlarında tropik meyvələrə olan tələb və pepino meyvəsinin xərçəng hüceyrələrini öldürücü təsirinin ortaya qoyulmasından sonra meyvəyə olan maraq/əlaqəni artırmışdır. Çili, Peru və Kolumbiya təbii olaraq yetişən pepino, Yeni Zelandiya da inkişaf etdirilən yeni növlər və müasir, idarəli şərtlərdə istehsal nəticəsi beynəlxalq bazarlara təqdim edilmiş və xarici ticarəti Avropa, Yaponiya və ABŞa istiqamətli olaraq artmaqdadır. Avropa ölkələrindən ən çox Almaniyada tropik meyvə olaraq bazara təqdim edilməkdə və bu ölkəyə uzaq istehsalçı ölkələr Çili və Yeni Zelandiyadan idxal edilməkdədir. Yaponiyada ən yüksək qiymətdən satılan meyvədir və bu ölkədə hədiyyəlik əşya kimi qiymətləndirilməkdədir. Pepino daşımağa dayanıqlı bir meyvə deyil, bu səbəblə Türkiyənin Avropaya yaxınlığından ötəri ixracata istiqamətli istehsal üstünlüyünün qiymətləndirilə biləcəyi bir məhsuldur. Pepino ticari olaraq daha çox Yeni Zelandiya, Çili və Avstraliyada çıxarılmaqdadır.
Peyin
Peyin — Torpağın münbitliyini və məhsuldarlığını artırmaq üçün torpağa verilən gübrədir. Bu gübrələr uzaq məsafələrə göndərilməyib yalnız istehsal olunduğu yerdə işlənildiyindən onlara yerli gübrələr də deyilir. Hazırkı intensiv əkinçilik sistemində peyin nəinki bitkilərin qidalanmasını yaxşılaşdırır, eyni zamanda o, torpaq əmələgəlmə prosesində münbitləşməyə təsir göstərən ən güclü ekoloji təmiz vasitədir Peyinin tərkibi bitkilərin qidalanması üçün lazım olan azot, fosfor, kalium, kalsium, maqnezium və kükürd kimi qiymətli elementlərlə zəngindir. Təzə peyində orta hesabla 75% su, 25% quru maddə, 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% əhəng, 0,15% maqnezium olur. Göstərilən elementlərin orta hesabla miqdarı mal-qaranın növündən, yemlənməsindən və peyinin saxlanmasından asılı olaraq dəyişə bilər.Ən çox nəmliyə malik peyin qaramaldan ifraz olunur. Bu peyində bitki üçün lazım olan qida maddələrinin faizi nisbətən azdır. At və qoyun peyinin tərkibində nəmlik faizi qaramal peyininə nisbətən az olur, qidalı maddə ilə zəngindir. Burada əsasən azot və kaliumun miqdarı 0,67% −0,89%-ə qədər çatır. Donuz peyini qaramal və ata görə orta səviyyədə durur. Peyinin zənginliyi qidalı elementlərin hansı formada olmasından da çox asılıdır.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
İppon
İppon (Yaponiya: 本) 一 Yapon döyüş sənəti müsabiqəsində, cüdo, karate idman növündə əldə edilə biləcək ən yüksək bal. İppon cüdoda təmiz qələbəyə bərabərdir. İppon 100 xaldır. Cüdoda, ippon aşağıdakı hallarda verilir: Cüdoistlərdən biri rəqibini arxasına qoyaraq, onun üzərində fəndi tam atışla çıxış edərkən. İppon, rəqibin körpü vəziyətinə düşməsində belə verilir. Cüdoistlərdən biri rəqibini 20 saniyə bərabərliklə asekomidə tutduqda. Əgər rəqib 20 saniyə ərzində asekomidən çıxa bilmirsə, qalib digər rəqib olur. Hakim əlini qaldırır, ippon olduğunu göstərir. Cüdoistlərdən biri, rəqibin çiyinini ayaqlarının arasına salaraq; ayaqlarından və ya öz əzələlərindən istifadə edərək, boğucu edir. Ayaqları rəqibin boynundan tutaraq, əli sındırmaq da olur.
Lupin
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.