Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
POST
POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir. POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı: Daimi yaddaş qurğusundan istifadə edərək BIOS proqramlarının yoxlaması. Əsas idarəedicilər, sistem şinləri və qoşulmuş qurğuların (qrafik adapter, diskdaxilediciləri və s.) inisializasiyası, həmçinin qurğular və onları təmin edən BIOS-a daxil olan proqramların icrası. Əməli yaddaş və birinci seqmentin (64 kilobayt) ölçüsünü təyini və yoxlanması. POST əməliyyatının tam yoxlama ardıcıllığı: Prosessorun bütün registrlərinin yoxlanması; Daimi yaddaş qurğusunun yoxlanması; Sistem taymeri və səsli siqnalizasiya (IBM PC üçün — i8255 və ya analoq İnteqral sxemi) portunun yoxlaması; Yaddaşa birbaşa keçid idarəedicilərinin testi; Əməli yaddaş regeneratorunun testi; BIOS-da rezident proqramlarının proyeksiyalanması üçün əməli yaddaş qurğusunun altsahəsinin testi; Rezident proqramlarının yüklənməsi; Standart qrafik adapterinin (VGA) testi; Əməli yaddaşın testi; Əsas daxiletmə qurğularının testi; CMOS testi; LPT/COM-un əsas portlarının testi; Elastik maqnit disklərinin testi; Sərt maqnit disklərinin (Sərt disk) testi; BIOS-un funksional alt sistemlərinin avtodiaqnostikası; İdarənin əməliyyat sisteminə ötürülməsi. Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır.
Pakt
Pakt (lat. pactum — saziş) — beynəlxalq müqavilə, böyük siyasi əhəmiyyətli saziş. Pakt təhlükəsizlik, hücum etməmək, qarşılıqlı yardım və s. bu kimi xarici siyasət məsələlərini tənzimləyir.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
The Last of Us Part II
The Last of Us Part II — Naughty Dog tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən PlayStation 4 üçün nəşr edilmiş 2020-ci il aksiyon-macəra oyunudur. The Last of Us (2013) filmindən beş il sonra keçən oyun, apokaliptikdən sonrakı ABŞ-da həyatları bir-birinə qarışan iki oynana bilən personaj üzərində cəmlənir: Joelin qisasını almaq üçün yola çıxan Elli və atasının qisasını almış Abbi. Oyun üçüncü şəxsin perspektivindən istifadə edir; Oyunçu insan düşmənləri və cannibalist zombi kimi canlılarla odlu silahlarla və ya gizli şəkildə döyüşməlidir. Bu artıq oyunçunun öz seçiminə buraxılır. İnkişaf 2014-cü ildə The Last of Us Remastered-in buraxılmasından qısa müddət sonra başladı. Neil Druckmann kreativ direktor kimi qayıdır və hekayəni Halley Qross ilə birgə yazmışdır. İntiqam və cəza mövzuları Druckmannın İsraildə böyüyən təcrübələrindən ilhamlanır. Eşli Conson Elli rolunu, Laura Beyli isə Abbi rolunu təkrar canlandırır. Onun ifalarına hərəkət və səsin eyni vaxtda yazılması daxildir. Gustavo Santaolalla oyunun saundtrekini bəstələmək və ifa etmək üçün qayıdır.
Pas
Pas – suyun və ya hava nəminin katalitik iştirakı ilə dəmir və oksigenin reaksiyası nəticəsində əmələ gələn qırmızı-qəhvəyi dəmir oksidi.
Dəmir pakt
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
El-Paso
El-Paso (Texas) — Texas ştatında şəhər, ABŞ.
El Paso
El-Paso (Texas) — Texas ştatında şəhər, ABŞ.
Emirates Post
Emirates Post — Birləşmiş Ərəb Əmirlikləri üçün rəsmi poçt operatorudur. Bu Emirates Post Group Holding törəmə edir. [1] Bu poçt xidmətləri nəhayət BƏƏ formalaşdırılması, 1972-ci ildə Rabitə Nazirliyinin saxlayın Xidmeti Ümumi Müdirliyi kimi müəyyən edilmişdir 1947-ci ildə Hindistanın müstəqilliyinin qədər Hindistan Post Office Services tərəfindən idarə olunur, avqust 19, 1909 açıldı . Emirates Post Qrup törəmə olmaq Emirates Post Empost, DVT və Wall Street Birjası ilə, 2007-ci ildə yaradılmışdır.
Financial Post
"Financial Post" — Kanada biznes qəzeti. 1907-ci ildən 1998-ci ilə qədər ingilis dilində nəşr olunmuşdur. 1998-ci ildə nəşr yeni "National Post"a çevrilmişdir. "Financial Post" 1907-ci ildə Con Beyn Maklin təsis edilmişdir və onun təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Həftəlik nəşr olunan qəzet Maklinin media biznesinin əsas aktivlərindən biri idi. Qəzetin redaktorları arasında Floyd Çalmers, Con Qodfrey və Dayan Frensis var idi.
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Kaukasische Post
Kaukasische Post — Qafqazda alman dilində nəşr olunan yeganə qəzet. Kaukasische Post qəzetinin ilk nömrəsi 1906-cı ilin 18 iyun tarixində Tiflis şəhərində Kurt von Kutshenbax tərəfindən nəşr olunmuşdur. Qəzetin sonrakı fəaliyyəti ilə yazıçı və jurnalist olan Artur Leist məşğul olmuşdur. Kaukasische Post qəzeti həftədə bir dəfə olmaqla, bazar günləri Tiflis şəhərində çap edilərək Qafqaz almanlarının yaşadıqları ərazilərə göndərilirdi. Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində yerləşən alman kəndlərində qəzetə böyük tələbat vardı. Belə ki, qəzetdə müntəzəm şəkildə Qafqaz almanlarının həyat və fəaliyyətləri eyni zamanda Almaniyada baş verən hadisələr barədə müntəzəm məlumatlar verilirdi. Birinci dünya müharibəsinin başlanması səbəbindən qəzetin çapı 1914-cü ildə dayandırılmış, birdə yalnız 1918-ci ildə bərpa edilmişdir. Gürcüstan Demokratik Respublikası və SSRİ-nin hakimiyyəti zamanı qəzetin fəaliyyət göstərməsinə lazımi diqqət və şərait yaradılmamışdır. 1994-cü ilin oktyabr ayında Gürcüstan dövlətinin dəstəyi nəticəsində qəzet uzun fasilədən sonra öz işini bərpa etmişdir. Hal-hazırda aylıq şəkildə nəşr olunan Kaukasische Post qəzeti Qafqaz bölgəsində nəşr olunan yeganə alman dilli qəzetdir.
Last.fm
Last.fm — 2002-ci ildə Londonda qurulan internet radiosu və qardaş proyekt Audioscrobbler ilə avqust 2005-ci ildə birləşmiş bir musiqi şəbəkəsidir. 30 may 2007-ci ildə 280 milyon dollar qarşılığında CBS Interactive tərəfindan alınmış və beləcə Avropanın ən böyük Web 2.0 satışı olaraq tarixə keçmişdir. Last.fm daxili bir sistemə sahib, insanları musiqi ilə, sənətçiləri dinləyicilərlə birləşdirən bir musiqi inqilabıdır. Bu sistem, ən çox dinlədikləri mahnılar və mahnılardan yola çıxaraq hər istifadəçinin musiqi zövqünə uyğun detallı bir profil yaradır və bu mahnıları genişləndirən bir istifadəçi profilini öz səhifəsində paylaşar. Hər qatılan insanın öz istifadəçi səhifəsində, istifadə etdiyi musiqi dinləmə proqramına uyğun bir Audioscrobbler ilə sistemə göndərilən mahnı məlumatları olur. Bu musiqi sistemi, musiqisevərlər sayəsində aylıq 500 milyon mahnını saxlaya bilir. Bundan əlavə Last.fm, istifadəçilərinin musiqi zövqlərinə uyğun mahnı, sənətçi və hadisələr haqqında ən yaxşı şəkildə təkliflər verən bir sistemə sahibdir. Həmçinin EMI, Warner Music Group, Independent aggregators The Orchard və IODA ilə ortaq proyektləri vardır. Bununla yanaşı 100,000'dən yuxarı müstəqil musiqiçi və 20,000 etiket də saytı birbaşa musiqi ilə yaşatmaqdadır. Bunun nəticəsi olaraq Last.fm topluluğu da 3 milyondan çox musiqi parçasını tapabilmə imkanı verməkdədir.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[…], 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Mir Paşa
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Məsih Paşa
Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür. Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur.
Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, Konstantinopol) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.