Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rodiola
Rodiola (lat. Rhodiola) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Cyclotella radiosa
Cyclotella radiosa (Grunow in Van Heurck) Lemmerm. Cyclotella comta var. radiosa Grunow in Van Heurck Cyclotella comta (Ehrenb.) Kütz. C. quadrijuncta (Schröter) Keissl. C. schröteri Lemmerm. Göllərdə və çaylarda planktonda, oliqohalob-indifferent (Sa).
Dördbuğumlu rodiola
Dördbuğumlu rodiola (lat. Rhodiola quadrifida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Navicula radiosa
Navicula radiosa Kütz. — Kirpiklilər və ya İnfuzorlar cinsinə aid yosun . Navicula acuta Kütz. N. radiosa var. acuta (W. Sm.) Grunow Pinnularia radiosa W. Sm. Epifit, göllərdə, çaylarda, su anbarlarında, nohurlarda, bataqlıqlarda və dənizlərdə bentik, şirin və şortəhər sularda, oliqohalob-indifferent (Sa), indifferent (pH), β-mezosaprob (S). Böyük Qafqaz: Samur-Dəvəçi (Şabran) kanalı; Şəki-Zaqatala bölgəsinin sututarları; BQ-ın cənub yamacının sututarları; Abşeron r-nu: Ceyranbatan su anbarı. – KDÇ: Yevlax r-nu: Kür ç. (aşağı axarı); Hacıqabul r-nu: Hacıqabul g. ; İmişli r-nu: Sarısu g.
Soyuq rodiola
Soyuq rodiola (lat. Rhodiola algida) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Xəttyarpaq rodiola
Xəttyarpaq rodiola (lat. Rhodiola kirilowii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Çəhrayı rodiola
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.
Actinotia radiosa
Actinotia radiosa (lat. Actinotia radiosa) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin actinotia cinsinə aid heyvan növü. Qanadları açılmış halda 32-36 mm-dir. Ön qanadlar qırmızımtıl-qonur rəngdədir, üzərindəki haşiyə ağdır, qara rəngli pazşəkilli naxışla kəsişir. Yumuru və pazşəkilli naxışlar zəif görünür. Böyrəkşəkilli naxış qonur rəngdə olub, ortası qara, kənarları isə ağdır. Dalğavari zolaq dişlidir və "w" hərifinə oxşayır. Arxa qanadlar ağımtıldır. Avropa, Rusiyanın cənubu və cənubi-şərqində, Şimali Qafqaz ərazilərində rast gəlinir. Azərbaycanda Kiçik Qafqazın cənub yamaclarında yayılıb.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Ardeola
Pırtlaşıqlələk (lat. Ardeola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Gratiola
Gratiola (lat. Gratiola) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi.
Radiata
Bağırsaqboşluqlular (lat. Coelenterata) — heyvanlar aləminə aid heyvan bölməsi. Bağırsaqboşluqlular yalnız su və əksər hallarda dəniz həyat tərzi keçirirlər. Onların bəziləri sərbəst üzən, sayca çox olan bəzi formaları isə oturaq və dibə yapışan heyvanlardır. Onların oturaq formaları polip, sərbəst üzənləri isə meduzalardır. Bu tipə 9000-ə qədər növ daxildir. Tipin səciyyəvi əlaməti isə bağırsaq boşluğunda və bədənində dalayıcı hüceyrələrin olmasıdır. Bağırsaqboşluqların quruluşu radial şüalı simmetriya ilə xarakterizə olunur. Bədəndə boylama istiqamətində bir əsas ox müəyyən edilir ki, onun da ətrafında radial qayda da müxtəlif orqanlar yerləşmişdir. Radial simmetriyanın sırası təkrarlanan orqanların sayından asılıdır.
Radikal
Radikal (hərfi tərcümə: "köklü" lat. radix — "kök"): Radikal (kimya) — molekulda xüsusi atomlar qrupu. Radikallar nəzəriyyəsi — Antuan Lavuazyenin fikrincə bir birləşmədən digərinə dəyişikliksiz keçən atomlar qrupu. Radikal (siyasət) — baxışlarında və dəyişikliklərdə kəskin mövqe tutan və radikalizm tərəfdarı olan şəxs. Radikal — Radikal Partiyanın üzvü. Radikal — Kökaltı işarəsi (√).
Rhodiola
Rodiola (lat. Rhodiola) — daşdələnçiçəklilər sırasının dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Ariola
Ariola (Ariola Records və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma leyblı. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Pinus radiata var. radiata
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Azadlıq Radiosu
Azadlıq Radiosu (ing. Radio Free Europe/Radio Liberty; RFE/RL) — ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, "məlumatların sərbəst yayımı ya hökumət orqanları tərəfindən qadağan edilir, ya da tam inkişaf etməmişdir" dediyi Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq ölkələrində xəbərlər, məlumatlar və təhlillər yayımlayan və hesabat verən media təşkilatı. Azadlıq Radiosu ABŞ federal hökumətinin bütün beynəlxalq yayım xidmətlərinə nəzarət edən müstəqil dövlət agentliyi olan Qlobal Media Agentliyi tərəfindən idarə olunan özəl, qeyri-kommersiya 501(c) (3) korporasiyasıdır. Ceremi Bransten RFE-nin baş redaktoru vəzifəsini icra edir. Azadlıq Radiosu 27 dildə 23 ölkədə yayımlanır. Təşkilatın baş ofisi 1995-ci ildən Praqada yerləşir və bütün yayım bölgələrindəki ölkələrdə 500-dən çox əsas işçi və 1300 strinqer və frilanserdən ibarət 21 yerli büroya malikdir. Bundan əlavə, Vaşinqtondakı baş qərargahında və korporativ ofisində 680 işçisi var. Soyuq müharibə dövründə Azad Avropa Radiosu sovet peyk dövlətlərinə, o cümlədən Baltikyanı dövlətlərə yayımlanırdı. Azad Avropa Radiosu 1949-cu ildə Azad Avropa Uğrunda Milli Komitə tərəfindən antikommunist təbliğat mənbəyi kimi, Azadlıq Radiosu isə iki il sonra təsis edilib. İki təşkilat 1976-cı ildə birləşdi.
Azərbaycan Radiosu
Azərbaycan Radiosu — Azərbaycanda radiostansiyasi. Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 6 noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən qeybdən gələn səs insanları özünə bağlayıb. Bu Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır. Azərbaycan Radiosunu FM-105 və ölkəboyu yayımlandığımız digər tezliklərdən 24 saat fasiləsiz olaraq dinləmək imkanımız var. İctimai-siyasi proqramlar Ədəbi dram və folklor Baş proqram direksiyası Musiqi verilişləri redaksiyası Beynəlxalq verilişlər Uşaq verilişləri redaksiyası Xəbərlər redaksiyası Rejissorlar qrupu Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bidens radiata
Bidens radiata (lat. Bidens radiata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Borovo radiosu
Borovo radiosu (ing. Radio Borovo) - 1991-ci ildə fəaliyyətə başlamış Xorvatiyada milli azlıqları təmsil edən radio stansiyası. Borovo radiosunun mənzil qərargahı Borovo şəhərində yerləşir. Borovo radiosu Xorvatiyada milli azlıqlara aid olsa da, ən çox dinlənilən radio stansiyadır.. Radio stansiyanın verilişləri serb dilində yayımlanır. Radio stansiyanın tezliyi 100.7 MHz-dir. Borovo radiosu insan və milli azlıqların hüquqlarının müdafiəsi ilə əlaqədar vaxtaşırı olaraq QHT sektoru ilə əməkdaşlıq edir.
Eucalyptus radiata
Eucalyptus radiata (lat. Eucalyptus radiata) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Farfara radiata
Dəvədabanı (lat. Tussilago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda dəvədabanının bir növü yabanı halda bitir. Əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarında, Naxçıvan Muxtar Respublikası, Şabran və s. dağ və dağətəyi yerlərdə bitir. Yazın əvvəllərində hələ qar əriməmiş çiçəkləməyə başlayır. Mart-aprel aylarında çiçəkləyir, meyvələr isə may-iyun aylarında yetişir. Xalq təbabətində yarpaq və çiçəklərindən istifadə olunur. Yarpaqlar yayın əvvəllərində və yayın axırlarında toplanır. Çiçəklər tam açdıqdan sonra toplanır.
Gratiola amphiantha
Gratiola amphiantha (lat. Gratiola amphiantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin gratiola cinsinə aid bitki növü.
Gratiola ebracteata
Gratiola ebracteata (lat. Gratiola ebracteata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin gratiola cinsinə aid bitki növü.