Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rekko Kalabriya
Recco Kalabriya (it. Reggio Calabria; Kalabriya ləhcəsi: Rìggiu; Kalabriya yunancası: Righi; yunanca: Ῥήγιον) — İtaliyanın Kalabriya regionunda eyni adı daşıyan Recco Kalabriya vilayətinin mərkəzidir. Regionda olan ən böyük və ən qədim şəhər və İtaliyada ikinci köhnə şəhər olduğu qəbul edilir. Appenin yarımadasının cənubunun üçüncü böyük iqtisadi mərkəzi olması ilə yanaşı, həm də liman və universitet şəhəridir. 2010-cu ilin sonuna olan məlumata görə əhalisi 186 547 nəfər təşkil edən Recco Kalabriyanın sahəsi 236,02 km²-dir.
Reiko (Mortal Kombat)
Reiko (ing. Reiko) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Reiko "Kölgələrin qardaşlığı" klanının üzvlərindən biridir. "Mortal Kombat 4" seriyasında Şao Kann və Şinnokun ordusuna rəhbərlik edir. Bu seriyada Reiko öldürülür. Lakin "Mortal Kombat: Armageddon" seriyasında Şao Kannın ordusunun generalı kimi təqdim edilir. "Mortal Kombat: Deception" seriyasında məlum olur ki, Reikonun əsas məqsədi Şao Kannın taxtını ələ keçirməkdir. Bleyz, məhv edildikdən sonra Teyven güc qazanaraq Şao Kannı öldürür və onun papağını götürərək Qaranlıq dünyasının hakimi olur.
Rekko nel Emiliya
Reggio nell'Emilia — (bəzən Reggio Emilio və ya yalnız Reggio, Reggio ləhcəsi: rez o Res, Latınca: Regium Lepidi və Regium) şimal İtaliyanın Emilia-Romagna regionunun və eyni adlı Reggio Emilio vilayətinin mərkəzidir. Reggio nell'Emilio bələdiyəsi sərhədləri içində (231.10.2010 etibarilə) əhali 169.554 adamdır. Şəhərin ortasında olan köhnə məhəllə altıbucaqlı şəkilli çevrilidir, bu regiondakı binalar 16.-17. əsrlərdə inşaedilmişdir.
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Redfoo
Stefan Kendal Qordi (ing.
Redmi
Redmi — Çin istehsalı olan bir smartfon və Çin elektronika şirkəti Xiaomi-ə məxsus alt markadır. Xiaomi tərəfindən ilk dəfə 2013-cü ilin iyul ayında elan edilmiş bir büdcə smartfon xətti olaraq təqdim edildi. 2019-cu ildə Xiaomi-nin yalnız giriş səviyyəsində və orta mənzilli cihazlara yönəldilmiş ayrı bir alt markası halına gəldi. Xiaomi-nin özü isə ən yüksək səviyyəli və flaqmanı Mi lineup'a yönəldi. Redmi telefonları Android-in üstündəki Xiaomi MIUI istifadəçi interfeysindən istifadə edir. Modelləri ümumiyyətlə 6 "ekrana sahib olan giriş səviyyəli Redmi telefonlara və 5" -dən çox ekranlara sahib orta mənzilli Redmi Note seriyasına bölmək olar və daha yüksək xüsusiyyətlərə malikdir. Aşağı dərəcəli Redmi A seriyası və Redmi Go bir sıra Asiya və Avropa ölkələrində satılmışdır. Digər Xiaomi smartfonlarından ən əhəmiyyətli fərq, daha az bahalı komponentlərdən istifadə etmələri və buna görə daha qənaətcil olmasıdır. 2014-cü ilin avqustunda, The Wall Street Journal, 2014 maliyyə ilinin ikinci rübündə Xiaomi'nin Çində smartfon göndərmə sıralamasında 14% bazar payına sahib olduğunu bildirdi. Redmi satışları daşınma reytinqində bu qazancın əldə olunmasına töhfə verən bir amil olaraq qiymətləndirildi.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Reryo
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Reyki
Reiki (yap. 霊気) — XX əsrin əvvəllərində Yaponiyada meydana gələn, enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir bir sistemdir. "Rei "hər yerdə var olan" ki "ruhi yaşam enerjisi" anlamına gəlir. Qərb dünyasına "bəşəri yaşam enerjisi" olaraq təcümə edilmişdir. Reiki heç bir dinə bağlı olmayan, asanlıqla tətbiq edilə bilən, zərərsiz bir üsuldur. Qaynağının Tibet hesab olunan Reiki XIX əsrdə bir Yapon Buddisti, Yapon ali silkinin nümayəndəsi, samuray Dr. Mikao Usui tərəfindən yaradılmış, şəfaverici bir sistem şəklində təklif olunmuşdur. Mikao Usuinin ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı - onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır. Bu klinikada Usui yalnız şəfa verməklə məşğul olmamış, bir çox insanlara Reikini tətbiq etməyi də öyrətmişdir.
Riesko
Riesko (isp. Isla Riesco) — Sakit okeanın sularında, Çilinin inzibati cəhətdən Maqalyanes-i-la-Antarktika-Çilena vilayəti ərazisində yerləşir. Ada Çilinin 14-cü prezidenti Qerman Rieskonun şərəfinə adlandırılıb. Adanın sahəsi 5 110 km² təşkil edir. Ən hündür nöqtəsi — 1830 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Materik məşəlli adadır. Sahil Kordilyerinin bir hissəsini təşkil edir. Adanın ən hündür nöqtəsi Atalaya dağıdır (1830 m). Adada kiçik buzlaqlar vardır. Adanın qərb hissəsində Reserva Nacional Alacalufes milli parkı yerləşir.
Rədif
Rədif sözü termin kimi müxtəlif mənalarda istifadə edilir: Ədəbiyyatda Rədif (Ədəbiyyat) - hər beytin axırında qafiyədən sonra təkrar edilən söz və ya söz birləşməsi . Musiqidə 1) Muğamat şöbələrinin, guşələrinin, təsnif və rənglərinin dəstgahlar sistemi üzrə təşkil və tənzim qaydası . 2) İran klassik musiqisində janr. Vokal və instrumental ola bilər. Səntur, tar, setar, kamança və neydə çalınır. 2009-cu ildən UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mənəvi İrsinin siyahısına daxildir.
Elephas recki
Elephas recki (lat. Elephas recki) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Eriko Sato
Eriko Sato (d. 25 noyabr 1985) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
FM-radio
26 dekabr 1933-cü ildə Edvin Houard Armstronq (Edwin Howard Armstrong) tezlikli modulyasiya prinsipi əsasında qurulmuş FM-radionu patentləşdirmişdir. Bu radio efirdə yaranan küyü aradan götürməyə və daha yaxşı rabitə keyfiyyətini əldə etməyə imkan verirdi. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
II Pedro
II Pedro (port. Pedro II, 2 dekabr 1825[…], Rio-de-Janeyro – 5 dekabr 1891[…], Paris) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889-cu illərdə idarə edən şəxs == Həyatı == Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Austriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria). II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur). 1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur: Afonsu Braziliyalı (1845–1847) İzabella Braziliyalı (1846–1921), kronşahzadə, регент Бразилии. O, Luis Filip Qaston di Orleansa ərə getmişdir.
I Meşko
I Meşko (pol. Mieszko I; ən tezi 922 və ən geci 945 – 25 may 992) — ilk tarixi Polşa knyazı (960–992). Polşa dövlətinin banisi və ilk hökmdarı Pyastovlar nəslindən olan knyaz Stefan I Meşko 966-cı ildə qərb adətləri üzrə Xristian dinini qəbul etmişdir. I Meşkodan sonra hakimiyyətə gələn oğlu, Pyastovlar sülaləsindən olan I Cəsur Boleslav (992–1025) xarici siyasətini genişləndirərək bir çox ərazilərə çoxsaylı yürüşlər etmiş Polşanı qüdrətli dövlətə çevirmişdir.
I Pedro
I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — Portuqaliya krallığının VIII kralı.
Keyko Kitaqava
Keyko Kitaqava (北川 景子, 22 avqust 1986, Kobe) – Yaponiya aktrisası və fotomodeli. 2003–2006-cı illərdə Yaponiyanın "Seventeen" jurnalı üçün model kimi işləmişdir. Stardust Promotion ilə əməkdaşlıq edir. Aktrisa kimi ilk rolu "Gözəl mühafizəçi Seylor Mun" (2003–04) serialında canlandırdığı Seylor Mars rolu olmuşdur. "Mamiya qardaşları" filmindəki rolundan sonra model karyerasını başa çatdıraraq diqqətini filmlərə yönəltmişdir. "Sürətli və Qəzəbli: Tokio drifti" (2006), "Yaraşıqlı kostyum" (2008) kimi bir çox filmdə görünmüş, "Lif qızı" (2007), "Çimərlikdə ev otağı" (2008), "Radio ritmi" (2008), "Akumu-çan" (2012) kimi seriallarda baş rolları canlandırmışdır. == İlk illəri və karyerası == Keyko Kitaqava 22 avqust 1986-cı ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. Kobe şəhərində böyümüş, bir çox dostunu 1995-ci ildəki Böyük Hanşin zəlzələsində itirmişdir. Uşaqlıqda həkim olmaq istəmiş, lakin liseydə ikən hansı peşəni seçmək istədiyi barədə tərəddüd etmişdir. Bu dövrdə bir agentlik tərəfindən kəşf edilmiş və Kitaqava əyləncə sektoruna daxil olmaq qərarına gəlmişdir.
Keyko Matsui
Keyko Matsui (yap. 松居慶子; qızlıq familiyası — Doi, 26 iyul 1961, Tokio[d]) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. == Həyatı == Yapon mövhumatına görə əgər uşağı harasa onun beşinci ad günündən sonra gələn iyunda apararsan, bu onun həyatın böyük hissəsi olacaq. Keykonun anası — Emiko Doi, yapon ənənəvi rəqslərinin müəllimi qızının beş yaşı olanda iyun ayında onu fortepiano dərsinə gətirdi. Kiekoya birinci dərsi çox xoşuna gəldi. Keyko orta məktəbdə yaxşı oxuyurdu və bir neçə dəfə sinfinin prezidenti seçilinmişdi. O vaxt onun sevdiyi musiqiçilər Stivi Uander, Sergey Raxmaninov, Moris Jarr, Yan Sibelius və s. idilər. Yapon Qadınlar Universitetın uşaq mədəniyyəti fakültəsini bitirmiş. Birinci şəxsi öyrətmənnən bir neçə il öyrənib, Yamaha Music Foundation-da musiqi ilə məşqul olub.
Keyko Sayto
Keyko Sayto (d. 24 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Keyko Teşima
Keyko Teşima (yap. 手島 桂子; qızlıq dövründə Maeda (yap. 前田); ana. 25 mart 1980, Takasaqo) — Orta-ağır çəki dərəcəsində Yaponiyanı təmsil edən qadın cüdoçu. 1990-cı illərin sonlarından 2000-ci illərin ortalarına qədər Yaponiyanı təmsil etmişdir. Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya çempionu, Asiya Çempionatının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Keyko Maeda 25 mart 1980-ci ildə Xioqo prefekturasının Takasaqo şəhərində anadan olmuşdur. Fəal cüdoyla məşğul olmaq həvəsi Maedada on iki yaşında Yawara! animesinə baxdıqdan sonra yaranmağa başlamışdır. Sukıb Universitetində təhsil alan zaman tələbə komandasında hazırlıq keçmişdir.