Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Creşi
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Ersi
Ersi (Xoy)
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Rəfi
Rəfi — Kişi adı. Rəfi ibn Leys — 806–810-cu illərdə Orta Asiyada Abbasilərə qarşı olan üsyanın başçısı. Sərdar Rəfi Yanehsari — Astrabadın, Qorqanın valisi. Digər Rəfi (İran) — İranın Huveyzə şəhristanının Neysan bəxşində şəhər və bu bəxşin mərkəzi.
Rəis
Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir. Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Rəzi
Rəzi — İranın Ərdəbil ostanının Rəzi şəhristanının mərkəzi. Şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdirlər və Azərbaycan türkcəsinə danışırlar.
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Təsi
Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir. Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.
Ərəşi
Ərəşi — təxəllüs.
Enn Remsi
Enn Remsi (ing. Anne Ramsey) – məşhur ABŞ aktrisasıdır.1988-ci ildə boğaz xərçəngindən vəfat etmişdir.
Ersi (Culfa)
Ersi (fars. ارسي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 879 nəfər yaşayır (271 ailə).
Ersi (Mərənd)
Ersi (fars. ارسي‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,659 nəfər yaşayır (391 ailə).
Ersi (Xoy)
Ersi (fars. ارسي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 120 nəfər yaşayır (31 ailə).
Françesko Redi
Francesco Redi (it. Francesco Redi, 18 fevral 1626, Arezzo, Toskana, İtaliya - 1 Mart 1697, Pisa, Toskana, İtaliya) məşhur İtalyan (Tuscan) həkimi və təbiətşünasdır. Pisa şəhərində fəlsəfə və tibb sahəsində təhsil almışdır. Mediçinin Duke Ferdinando II və Duchyanın baş əczacısı altında Tuscan məhkəməsinin baş müalicəsi vəzifəsində işləmişdir.Aristotelin həyatın spontan nəsli haqqında fikirlərini təkzib edən Redi biologiya tarixində ilk təcrübələrini qoydu. Çürük ətdən özbaşına cücülərin çıxarılmasının qeyri-mümkün olduğunu sübut etdi. Təcrübələrin nəticələri 1668-ci ildə "Böcəklərin kökləri haqqında eksperimentlər" (İtalyan Esperienze Intorno alla Generazione degl'Insetti) əsərində nəşr olunmuşdur. İlan zəhərləri və parazitlər (qurdlar) ilə əlaqədar da tanınmış alimlərdəndir. 1655-ci ildən başlayaraq, o, Akademiya della Kruska və xüsusilə,o, nəşr edən İtalyan dil lüğətinin üçüncü nəşrinin hazırlanmasında iştirak etmişdir. Arkadiya Akademiyasının ilk üzvlərindən biri idi. O, ən vacib olan "Tuscany ildə Bacchus" şeiri (Toscana İtalyan Bacco, 1685) olan bir sıra poetik əsərləri nəşr etdi.
Françisko redi
Francesco Redi (it. Francesco Redi, 18 fevral 1626, Arezzo, Toskana, İtaliya - 1 Mart 1697, Pisa, Toskana, İtaliya) məşhur İtalyan (Tuscan) həkimi və təbiətşünasdır. Pisa şəhərində fəlsəfə və tibb sahəsində təhsil almışdır. Mediçinin Duke Ferdinando II və Duchyanın baş əczacısı altında Tuscan məhkəməsinin baş müalicəsi vəzifəsində işləmişdir.Aristotelin həyatın spontan nəsli haqqında fikirlərini təkzib edən Redi biologiya tarixində ilk təcrübələrini qoydu. Çürük ətdən özbaşına cücülərin çıxarılmasının qeyri-mümkün olduğunu sübut etdi. Təcrübələrin nəticələri 1668-ci ildə "Böcəklərin kökləri haqqında eksperimentlər" (İtalyan Esperienze Intorno alla Generazione degl'Insetti) əsərində nəşr olunmuşdur. İlan zəhərləri və parazitlər (qurdlar) ilə əlaqədar da tanınmış alimlərdəndir. 1655-ci ildən başlayaraq, o, Akademiya della Kruska və xüsusilə,o, nəşr edən İtalyan dil lüğətinin üçüncü nəşrinin hazırlanmasında iştirak etmişdir. Arkadiya Akademiyasının ilk üzvlərindən biri idi. O, ən vacib olan "Tuscany ildə Bacchus" şeiri (Toscana İtalyan Bacco, 1685) olan bir sıra poetik əsərləri nəşr etdi.
Fundiseius cesi
Fundiseius cesi (lat. Fundiseius cesi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Heşi (İran)
Heşi (fars. هشي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (41 ailə).
Həsi Abdullayev
Həsi Abdullayev (25 dekabr 1910, Qaraağac, Qubadlı rayonu – 23 mart 1967, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1963), professor (1964). ADU-da baş müəllim (1941-1948, Bakı Ali Partiya Məktəbində kafedra müdiri (1945-1955) işləmiş, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan SSR EA Tarix İnstitutunda şöbə müdiri olmuşdur. Tədqiqatları Azərbaycan tarixinin son orta əsr dövrünün (18 əsr) öyrənilməsinə həsr edilmişdir. H. Abdullayev Azərbaycan-Rusiya münasibətləri tarixinin (XVIII əsrin ikinci yarısı) ilk tədqiqatçısıdır. == Həyatı == Həsi Abdullayev 25 dekabr 1910-cu ildə Rusiya İmperiyasının Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa Pedoqoji Məktəbində oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol Məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedagoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir. H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Azərbaycan SSR EA-da elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSR Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur.
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. == Karyerası == === Aberdin === Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. === Liverpul === 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.
Keçməməsi rəqsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.