SESƏ
SESON
OBASTAN VİKİ
Artur Sesil Piqu
Artur Sesil Piqu (ing. Arthur Cecil Pigou;18 noyabr 1877[…] – 7 mart 1959[…], Kembric) — ingilis iqtisadçısı. 18 noyabr 1877-ci ildə Rayd şəhərində anadan olub. Kembric neoklasik məktəbinin nümayəndəsi. Alfred Marşallın şagirdi və davamçısı. == Bioqrafiyası == Riyaziyyat və məntiq ixtisası üzrə təhsil aldığı Kembric Universitetinin nəznində Kral Kollecini bitirdikdən sonra Siyasi İqtisadiyyat kafedrasında dərs deməyə davam edir. Alfred Marşallın rəhbərliyi altında iqtisadi nəzəriyyə problemləri və bazar iqtisadiyyatının praktik problemləri öyrənildi. 1908-1943-cü illərdə Siyasi İqtisadiyyat Departamentinə rəhbərlik etdi və tövsiyəsi ilə bu vəzifədə Marşalın varisi oldu. Hökumət üçün konkret iqtisadi siyasət tədbirlərinin hazırlanmasında iştirak etdi. 1918-1919-cu illərdə valyuta komitəsinin üzvü, 1919-1920-ci illərdə gəlir vergiləri üzrə krallıq komissiyasının üzvü, 1924-1925-ci illərdə hesabatı Böyük Britaniyada qısa müddətə qızıl standartının bərpasına yol açan pul dövriyyəsi üzrə Chamberlain komitəsinin üzvü idi.
Avstriyalı Sesilya Renata (Polşa kraliçası)
Avstriyalı Sesilya Renata (alm. Cäcilia Renata‎; pol. Cecylia Renata) (16 iyul 1611, Qras – 24 mart 1644, Vilnüs) — Polşa kralı və Reç Pospolita başhersoqu IV Vladislavın ilk xanımı. Atası Müqəddəs Roma imperatoru II Ferdinand, anası isə Mariya Annadır. == Mənbə == Podhorodecki, Leszek (1985). Wazowie w Polsce. Warszawa: Ludowa Spółdzielnia Wydawnicza. pp. 264–265.
Fırlar, sesidilər
Fırlar, sesidilər - xüsusi növ törədicilərin bitki orqanlarında əmələ gətirdiyi yerli patoloji yeni törəmələr. == Ümumi məlumat == Onurğasızların törətdiyi fırlar bəzən zoosidi, göbələklərin törətdiyi fırlar isə mikosesidi adlanır. Fırların meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar, bakteriyalar, göbələklər, nematodlar, parazit həyata keçirən cücülər fırların törədiciləridir. Bir çox fırların törədiciləri kənd təsərrüfatına və meşə təsərrüfatına böyük zərər vurur. Bəzi fırların törədiciləri alaqlara qarşı bioloji mübarizədə istifadə olunur.
Qay Plini Sesili Sekund
Kiçik Plini və ya tam adı ilə Qay Plini Sesili Sekund (lat. Gaius Plinius Caecilius Secundus; təq. 61, Komo – ən tezi 113 və ən geci 114, Vifiniya) —Qədim Roma dövlət xadimi, yazıçısı və hüquqşünası. O, b.e. 100-cü ildə konsul-suffekt vəzifəsini tutmuşdur. Kiçik Plini Böyük Plini tərəfindən övladlığa götürülmüşdür.. == Həyatı == Romada Kvintiliandan ritorika öyrənmişdir. O, Domisianın hakimiyyəti dövründə, 81-ci ildə Suriyada hərbi tribun olmuş, burada Yevfrat və Daldidalı Artemidorla görüşmüşdür. B.e. 88-ci ildə Romaya qayıtmış, "cursus honorum" uğrunda çalışmış və 100-cü ildə, Trayanın hakimiyyətində konsulluq aldı.
Sesil Con Rods
Sesil Con Rods (ing. Cecil John Rhodes; 5 iyul 1853[…] – 26 mart 1902[…]) - məşhur ingilis iş adamı və siyasətçisi, Cənubi Afrikadakı ingilis ekspansiyasının təşəbbüskarı. 1881-ci ildə De Beers almaz istehsalı şirkətinin əsasını qoymuşdur. 1902-ci ildə 48 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Afrikadakı keçmiş Britaniya koloniyası Rodeziya öz adını Sesil Rodsun soyadından almışdı. Hazırda həmin ərazidə 2 dövlət - Zambiya və Zimbabve yerləşir.
Sesil Frank Pauell
Sesil Frank Pauell (ing. Cecil Frank Powell; 5 dekabr 1903[…] – 9 avqust 1969[…], Komo, Lombardiya) — İngilis fiziki, “nüvə proseslərinin öyrənilməsi üçün fotoqrafik metodun işlənib hazırlanmasına və bu üsul vasitəsilə mezonların kəşfinə görə” 1950-ci ildə fizika üzrə Nobel mükafatı laureatı olmuşdur. == Həyatı == Pauell 1903-cü ilin dekabr ayında İngiltərədə anadan olmuşdur. Valideynləri çox kasıb olduğuna baxmayaraq, övladlarına yaxşı təhsil vermişdilər. 1921-ci ildə Pauell Kembric Universitetinin kolleclərinin birində oxuyaraq təqaüd alırdı (müsabiqə əsasında) və həmən universiteti 1925-ci ildə elm sahəsində fərqlənmə diplomu ilə bitirmişdir. Elmi karyerasına Ernest Ruterfordun rəhbərlik etdiyi Kavendiş Laboratoriyasında başlamışdır. 1928-ci ildə Kembricdə təhsil aldıqdan sonra Pauell Bristol Universitetində yeni fizika laboratoriyasında çalışmağa başlamışdır və karyerasının qalan hissəsini burada keçirmişdir, 1948-ci ildə professor, 1964-cü ildə isə laboratoriya direktoru vəzifəsinə qədər yüksəlmişdir. == Elmi nailiyyətlər == Pauell eksperimental işi nəticəsində ağır atomaltı hissəciyi olan pimezonu kəşf etmişdir. Pauellə əməkdaşlıq edənlər Cüzeppe Okkialini, H. Mürxerd və gənc braziliyalı fizik Çesare Lattes idi. Nobel mükafatı ilə yanaşı, Pauell Lomonosov medalına da layiq görünmüşdür.
Sesil La Qreneyd
Sesil Ellen Florett La Qreneyd (ing. Cécile Ellen Fleurette La Grenade; 30 dekabr 1952, La Bori[d], Sent-Corc səmti[d]) — 7 may 2013-cü ildən etibarən Qrenada general-qubernatoru olaraq çalışan qrenadalı alim. == Həyatı == Məmur La Qreneyd Ellen La Qreneyd və Sivilla Silvestr La Qreneydin ailəsində dünyaya gələn 5 qızdan üçüncüsüdür. Ana nənəsi Meri Luiza "Yeva" Olivyer-Silvestr 1952-ci ildə ümumxalq səsverməsindən bir ildən az bir müddət sonra seçildikdən sonra Britaniyanın Küləkaltı adalarında ölkəsinin qanunverici şurasında xidmət edən ilk qadın idi. La Qreneyd ABŞ-da təhsil almış qida alimidir. Qərbi Hind Universitetində kimya üzrə bakalavr, Merilend Universitetində isə qida elmləri üzrə magistr və doktorluq dərəcələri aldı. Onun general-qubernator təyin edilməsi Qrenadanın ilk qadın qubernatoru Hilda Baynounun ölümü ilə eyni həftədə elan edildi. Baynou La Qreneydın ana babası, pedaqoq və ictimai xadim doktor Kirill Senbernar Silvestrin xanımı idi.
Sesil Mirz
Sesil Henri Mirz (ing. Cecil Henry Meares,1877, Kilkenni qraflığı[d] – 13 may 1937, Viktoriya) — Robert Skottun rəhbərlik etdiyi İngilis Antarktika Ekspedisiyasında iştirakı ilə məşhur olan İngilis hərbi peşəkar səyyahı idi. İrlandiyada Şotland hərbçi ailəsində anadan olub. O, kiçik yaşlarından canlı xarakter və riskli işlərə məhəbbət göstərmiş, uzun müddət Hindistan və Çində yaşamış, ingilis-bur və rus-yapon müharibələrində iştirak etmişdir. Kamçatka və Sibirdə oldu, xəz ticarəti ilə məşğul oldu. 1907–1908-ci illərdə Sıçuana səyahət etdi. 1910-cu ildə Robert Skottla tanış oldu və ona sərt iqlimə öyrəşmiş Rusiyadan xizək itləri və ponilər almağı tapşırdı. Alınan heyvanlar (34 it və 20 at) Vladivostokdan Yeni Zelandiyaya aparılmalı, oradan da ekspedisiya gəmisinə aparılmalı idi. Mirz heyvanları yaxşı bilmirdi, lakin yaxşı mütəxəssisləri işə götürdü — Dmitri Girev və Anton Omelçenko, onlar da Antarktika ekspedisiyasına qoşuldular. Antarktidada Mirz aralıq anbarların salınmasında iştirak etdi və Beardmore buzlaqının ətəyinə çatdı.
Sesil Rods
Sesil Con Rods (ing. Cecil John Rhodes; 5 iyul 1853[…] – 26 mart 1902[…]) - məşhur ingilis iş adamı və siyasətçisi, Cənubi Afrikadakı ingilis ekspansiyasının təşəbbüskarı. 1881-ci ildə De Beers almaz istehsalı şirkətinin əsasını qoymuşdur. 1902-ci ildə 48 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Afrikadakı keçmiş Britaniya koloniyası Rodeziya öz adını Sesil Rodsun soyadından almışdı. Hazırda həmin ərazidə 2 dövlət - Zambiya və Zimbabve yerləşir.
Sesil Tormey
Sesil Tormey (mac. Tormay Cécile; 8 oktyabr 1876, Budapeşt – 2 aprel 1937) — macar yazıçısı, intellektual, sağ siyasi xadim, feminist, tərcüməçi və sosial nəzəriyyəçi. O, 1936 və 1937-ci illərdə Nobel mükafatına təqdim olunmuşdu. == Həyatı == Sesil Tormey 8 oktyabr 1876-cı ildə Budapeştdə anadan olmuşdu. Alman kökləri var. Ədəbiyyat fakültəsində oxumuşdu. Sesil Tormey iki roman ("Qaya adamları" (Emberek a kövek között), 1911; "Köhnə ev" (A Régi ház), 1914) və beş hekayə yazaraq məşhur olmuşdu. Onun ən tanınan "Cinayətkarın gündəliyi" əsəridir ki, 1919-cu il hadisələrindən, Bela Kunun rejimindən bəhs edir. Sesil Tormey Assizli Fransiskin "Kiçik çiçəklər" əsərini Macar dilinə çevirmişdi. Sesil Tormey 2 aprel 1937-ci ildə vəfat edib.
Sesilio Fernandez
Sesilio Fernandez Qrado (d. 27 iyul 1959) — İspaniyalı biatlonçu. Sesilio Fernandez İspaniyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sesilio Fernandez birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Fernandez 39:27.5 saniyəlik nəticəsi ilə 64 atlet arasında 55-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Sesiliya Ahern
Sesiliya Axern(ing. Cecelia Ahern d.30 sentyabr 1981, İrlandiya)-İrlandiyalı yazıçı. == Həyatı == Sesiliya Axern Deyvid Keoqan ilə ailə həyatı qurmuşdur. Onlar 9 iyun 2010-cu ildə evləndilər. Onların iki övladı: qızı Robin 2009-cu ilin dekabrında, oğlu isə 2013-cü ilin iyulunda dünyaya gəlmişdir. == Yaradıcıllığı == Yazıçı olmadan əvvəl Sesiliya Axern Jurnalistika fakultəsini bitirmişdir. 21 yaşında o,"P. S. Mən səni sevirəm"ilk romanı ABŞ, İrlandiya, Hindistan və İngiltərənin kitab satışı reytinqində birinci olmuşdur. 2004-cü ilin noyabrında "Göyqurşağı bitən yerdə" ikinci kitabı İrlandiyada və Birləşmiş krallıqda reytinqin üstünə cıxdı. İrlandiyanın ən yaxşısı siyahısında 12 həftə birinici olmuşdur. Onun üçüncü kitabı "Əgər məni indi görə bilsən" 2004-cü ilin noyabrında nəşr olunmuşdur.
Sesiliya Qonzalez Qomez
Sesiliya Qonzalez Qomez (28 May 1961 – 3 Yanvar 2017) — PRİ partiyasının üzvü olan Meksikalı siyasətçi. O, Xalisko şəhərini Meksika Konqresinin LXII Qanunverici Orqanında deputat kimi təmsil edib.Qomez 3 yanvar 2017-ci ildə 55 yaşında ağır infarkt keçirdikdən sonra dünyasını dəyişib.
Sesilya Nevil
Sesilya Nevil (ing. Cecily Neville) (d. 3 may 1415 - ö. 31 may 1495) — 3. York hersoqu Yorklu Riçard xanımı, İngiltərə kralları olan IV Eduard və III Riçardın anasıdır. Durham bölgəsindəki Rabi qalasında dünyaya gəlmiş, bu səbəblə "Rabinin Gülü" olaraq adlandırılmışdır. Əri olan Yorklu Riçard York sülaləsinin İngiltərə taxtındakı ən güclü namizədi və 1460-cı ildəki vəfatına qədər Gül müharibəsinin önəmli obrazlarından idi. Ərinin vəfatının ardından mübarizəni davam etdirən oğlu Eduard 1461-ci ildə VI Henrinin taxtdan endirilməsi ilə krallığı əlinə aldı. Beləcə, Sesilya Nevil İngiltərə kraliçası olmaq yerinə dul York hersoqinası olaraq qaldı.
Sesine-Parize
Sesine-Parize (fr. Seyssinet-Pariset) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Seyssine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38485. Kommunanın 2007-ci il üçün əhalisi 12582 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 209 ilə 1 565 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 3 km şimal-qərbdə yerləşir.
Sesiyev qardaşları və K°
"Sesiyev qardaşları və K°" — Azərbaycanda fəaliyyət göstərmiş ticarət evi. 1896-cı ildə 250 min manat ilkin kapitalla yaradılmışdı. Cəmiyyətin Şamaxı qəzasında şərab-spirt müəssisələri, Ucarda və Mollaşıxalı kəndinndə şərab-spirt zavodları var idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra "Sesiyev qardaşları və K°" müəssisələri milliləşdirilmişdir.