Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Federika Rokko
Federika Rokko (25 noyabr 1984) — İtaliyanı təmsil edən su poloçusu. Federika Rokko, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Mark Rotko
Mark Rotko (rus. Ма́ркус Я́ковлевич Ротко́вич, lit. Markuss Rotkovičs; 25 sentyabr 1903[…], Dauqavpils, Vitebsk quberniyası[d], Rusiya imperiyası – 25 fevral 1970[…], Manhetten, Nyu-York ştatı) — amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının görkəmli nümayəndəsi. Mark Rotko adı ilə daha çox tanıdığımız Markus Yakobleviç Rotkoviç 1903-cü ilin 25 sentyabrında Rusiya İmperiyasının Vitebsk əyalətinin Dvinsk şəhərində anadan olub. Hal-hazırda Dvinsk şəhəri Dauqavplis adını daşıyır və Latviyanın ən böyük ikinci şəhəridir. Mark yəhudi ailəsində doğulmuşdu atası Yakob əczaçılıqla məşğul olurdu. Yakob əzcazıçılıqla məşğul olmasına və az məvacib almasına baxmayaraq, həmişə övladlarının təhsilinə böyük önəm göstərirdi. Markın qardaşı uşaqlıq dövrünü xatırlayaraq qeyd edir: "Biz oxuyan ailə idik. Markın özü də Rusiyada yaşayarkən artıq rus dili ilə yanaşı, ivrit və idiş dillərində də danışa bilirdi". Dövrün siyasi vəziyyətindən asılı olaraq bir çox yəhudi ailələri kimi Rotkolar da ABŞ-yə üz tuturlar.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.
Rokko Kommisso
Rokko Benito Kommisso (it. Rocco Benito Commisso; 25 noyabr 1949, Marina di Gioiosa Ionica[d], Kalabriya) — İtaliya-ABŞ milyarderi, iş adamı və Mediacomun sədri və baş icraçı direktoru (CEO).
Rokko Perri
Rokko Perri (it. Rocco Perri) - İtaliyanın Kalabriya əyalətinin Plati kəndində anadan olmuş və XX əsrin əvvəllərində Kanadanın Ontario əyalətindəki kriminal fəaliyyəti ilə tanınmış italyan içki qaçaqmalçısı, narkotik taciri və qanqsteri. Perri Kanadada spirtli içki qadağasının tətbiq olunduğu illərin ən məşhur simalarından biri hesab olunmaqdadır. XX əsrin əvvəllərində Rokko Perri əvvəlcə Amerika Birləşmiş Ştatlarına, 1908-ci ildə isə Kanadanın Ontario əyalətinə köçmüşdür. 1910-cu ildən etibarən Ontario əyalətinin müxtəlif şəhərlərində əvvəlcə tikinti, daha sonra isə çörək bişirmə fabriklərində fəhlə olaraq çalışmışdır. 1916-cı ildə Perri xanımı ilə birlikdə Kanadada spirtli içki qadağasının tətbiq olunmasından istifadə edərək gizli formada spirtli içkilərin istehsalı biznesinə başlamışdır. Perrinin yoldaşı Bessi Starkman gizli biznesin əsasən maliyyə məsələləri ilə məşğul olmuşdur. Hazırlanmış qanunsuz içkilərin Amerika Birləşmiş Ştatlarına gizli və qanunsuz yollarla ixrac edilməsinə başlayan Perri qısa zamanda İçki qaçaqçılarının kralı adını almışdır. Kanada dövlətinin Kral Komissiyası tərəfindən fəaliyyəti araşdırılan Perri beş ay müddətinə həbs olunmuşdur. 1930-cu ildə həyat yoldaşı Starkman qaçaqmal içkilərin hazırlanmasında istifadə olunan qarajda yerli polislər tərəfindən pusquya salınmış və öldürülmüşdür.
Roşko ədədi
Roşko ədədi — Maye mexanikasında titrəyən axın mexanizmlərini xarakterizə edən adsız kəmiyyət. Ədəd Amerika Aeronavtika professoru olan Anatol Roşkonun şərəfinə adlandırılıb. Aşağıdakı kimi ifadə olunur: R o = f L 2 ν = S t R e {\displaystyle \mathrm {Ro} ={fL^{2} \over \nu }=\mathrm {St} \,\mathrm {Re} } S t = f L U , {\displaystyle \mathrm {St} ={fL \over U},} R e = U L ν {\displaystyle \mathrm {Re} ={UL \over \nu }} burada St adsız kəmiyyət olan Struhal ədədi; Re Reynolds ədədi; U orta axın sürəti; f axının yayılma tezliyi; L xarakterik uzunluq (məsələn, hidravlik diametr); ν mayenin kinetik özlülüyüdür. Roşko Re=50-dən Re=2000-ə qədər dairəvi silindrlər ətrafında havanın axını üzrə təcrübələr apardıqdan sonra aşağıdakı əlaqəni müəyyən etmişdir: R o = 0.212 R e − 4.5 {\displaystyle \mathrm {Ro} =0.212\mathrm {Re} -4.5} [ 50 <= Re < 200] bərabər olar. R o = 0.212 R e − 2.7 {\displaystyle \mathrm {Ro} =0.212\mathrm {Re} -2.7} [200 <= Re < 2000] bərabər olar. Ormiyer və Provansal bir sahədə axının yayılma tezliyini araşdırmış və 280 < Re < 360 intervalında Ro və Re arasında qarşılıqlı əlaqəni aşkarlamışlar. Olim, A. M.; Riethmuller, M. L.; Gameiro da Silva, M. C. "Flowfield characterisation in the wake of a low-velocity heated sphere anemometer". Exp. Fluids. 32 (6).
Roko Baturina
Roko Baturina (20 iyun 2000, Split) — Xorvatiya Birinci Futbol Liqası təmsilçilərindən olan Split klubunda hücumçu kimi çıxış edən peşəkar Xorvatiyalı futbolçudur. Baturina Split akademiyası vasitəsilə inkişaf etmişdir. Baturina öz peşəkar karyerasında debütünü 15 aprel 2017-ci ildə Riyeka klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Pavlovskini əvəz etmişdir. Həmin görüşdə Split liqa görüşündə Riyekaya 2-0 hesabı ilə məğlub olmuşdur. 2017-ci ildə Baturina Xorvatiyanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Baturina İtaliya, Türkiyə və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. 26 May 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Xorvatiya Superkuboku görüşləri daxildir.
Roko Blajeviç
Roko Blajeviç (xorv. Roko Blažević; 10 mart 2000, Split) — Xorvatiya müğənnisi. O, Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazandıqdan sonra Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. Rokonun müsabiqədə ifa etdiyi mahnı "The Dream" adlanır. Roko Blajeviç 2000-ci ildə Xorvatiyanın Split şəhərində anadan olmuşdur. Onun anası Mariya Saratliya-Blajeviç də Roko kimi müğənnidir. Atası isə Rokodan fərqli olaraq klapa tərzinə üstünlük verən ifaçıdır. Onun qardaşı da gitara ifa edir. 2017-ci ilin iyul ayında Roko Serbiyanın Pinkove Zvezdice musiqi yarışmasında qələbə qazanmışdır. 2018-ci ilin dekabr ayında isə ifaçı Xorvatiyanın Zvijezde yarışmasında ikinci yerə layiq görülmüşdür.
Adrara San Rokko
Adrara San Rokko (it. Adrara San Rocco) İtaliyada, Lombardiya bölgəsində, Berqamo əyalətində şəhər. Əhalisi 838 nəfər, əhali sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 9.09 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 00035. Şəhərin hamisi müqəddəs Sent Rokdur. Şəhər Festivalı hər il 16 avqustda qeyd olunur. Şəhərin tarixi orta əsrlərə gedib çıxır. İlk əvvəllər Adrara adlı bir kənd olmuş və o kənd haqqında məlumatlar 1000-ci ilə gedib çıxır.
Rokko və onun qardaşları
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Chodenji Robo Combattler V
Chodenji Robo Combattler V (yap. 超電磁ロボ コン・バトラーV, azərb. Super Elektromaqnit Robot Döyüşçüsü V‎) — Tadao Naqahama tərəfindən yaradılmış yapon anime serialı. Ganba no Boken Samurai Champloo Wedding Peach Chōdenji Robo Combattler V — Internet Movie Database saytında.
Çodenji Robo Kombattler V
Chodenji Robo Combattler V (yap. 超電磁ロボ コン・バトラーV, azərb. Super Elektromaqnit Robot Döyüşçüsü V‎) — Tadao Naqahama tərəfindən yaradılmış yapon anime serialı. Ganba no Boken Samurai Champloo Wedding Peach Chōdenji Robo Combattler V — Internet Movie Database saytında.
The Dream (Roko Blajeviç mahnısı)
The Dream (azərb. Yuxu‎) — Xorvatiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Roko Blajeviç "The Dream" mahnısı ilə Xorvatiyanın Dora 2019 musiqi festivalında qələbə qazanaraq Xorvatiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı 2017 Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil edən Jak Hudek tərəfindən bəstələnmişdir. Mahnının sözləri Andrea Çuriç və Avroviziya 2014-də Avstriyanın, Avroviziya 2015-də isə Serbiya və Sloveniyanın mahnılarını yazan Çarli Meysona aiddir.
Rokko və onun qardaşları (film, 1960)
"Rokko və onun qardaşları" — rejissor Lukino Viskontinin Covanni Testorinin əsəri əsasında çəkdiyi bədii film. Film Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülüb. 16 yaşına çatmamış yeniyetmələrin baxması məsləhət görülmür. Rejissor Lukino Viskontinin əsas filmlərindən olan "Rokko və onun qardaşları" filmi başlayanda titrləri çox qəribə bir musiqi müşayiət edir və bu ayrılıq, atılmış vətən mahnısıdır. Ekranda Milan vağzalında cənubdan gəlmiş ana və beş oğul — Vinçenso, Simone, Rokko, Çiro və Lukadan ibarət parondilər ailəsini görürük. Burada Vinçenso evlənir və onun evindəki savaşdan sonra ana və dörd oğlu evi tərk edib yaşamağa yer axtarırlar. Milanda bu ailə üçün başlanğıc pis olmur. Təzə evə köçdükdən sonra oğlanlar işləməyə başlayır. Viskontinin filmi bir neçə hissəyə bölünürdü. Sanki bu film novellalardan ibarətdir və bu novellalar hər bir qardaş haqda ayrıca danışır.
Porko Rosso
«Porko Rosso» (it. Porco Rosso — «qırmızı donuz») — 1992-ci ilin anime-filmi. Yapon dilində adı — «Kurenay no Buta» (紅の豚, «al donuz»). Rejissor — Hayao Miyazaki. Məzmun Birinci və İkinci dünya müharibələrinin arasında Adriatikada baş tutur. Baş pilot Marko Paqqot — Birinci dünya müharibəsinin iştirakçısıdır. Müharibə bitdikdən sonra Marko insanlarla o dərəcədə məyus oldu ki, özünə cadu cəlb etdi və qismən donuza döndü. İtaliyada faşistlər yaranandan sonra o, özünü Porko Rosso ( it. Porco Rosso — «Al donuz») adlandırır və hökumətə hava piratlarını yaxalamaqla kömək etməyə başlayır. 1993-cü ildə film iki «Mayniçi» mükafatını alır — ən yaxşı animasiya filminə görə (Hayao Miyazaki) və ən yaxşı musiqiyə görə (Co Hisayşi).
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Nobuko
Nobuko — ad. Nobuko Kondo — keçmiş Yaponiya qadın futbolçusu. Nobuko Caşima — keçmiş Yaponiya qadın futbolçusu. Nobuko Yoşiya – Yaponiya yazıçısı.
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Orozko
Orozko (isp. Orozco) — İspaniyada şəhər və bələdiyyə mərkəzi, Biskayada əyalət.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.
Roblox
Roblox — istifadəçilərin öz oyunlarını dizayn etmələrinə və digər istifadəçilər tərəfindən yaradılan oyunların oynamalarına imkan verən Kütləvi çoxsaylı onlayn for ro Tp d (MMOG) və oyun yaratma sistemidir. Platformada ənənəvi yarış və rol oynayan oyunlardan tutmuş simulyasiyalara və parkur oyunlarına qədər istifadəçilər tərəfindən yaradılan oyunlar və virtual aləmlər yerləşir. Oyunda "Robux" adlanan qəpiklərlə real pul qarşılığında alış-veriş edə bilərsiniz. 2023-cü ilin avqust ayından etibarən Roblox-un 1,739,543 aktiv istifadəçisi var. Roblox istifadəçilərinin oyun düzəltmə motoru olan Roblox Studio ilə istifadəçilər öz oyunlarını düzəltməsini təmin edən platformdur. Bu platform Lua programlama dili ilə kodlanaraq yaradılmıştır. Roblox Studio ilə bir oyun yaradan istifadəçi oyunlarına pul ilə alınabilən şeylər qoya bilər və oyuncularda ala bilər. Bu pul robux adlı bir oyun puludur və oyun yaradıcıları bu robux adlı pulu gerçək pul edə bilirlər. Amma pulun yarısı Robloxa, digər yarısı da oyunu yaradan insan arasında bölüşülür.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Rokki
Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür. Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir.
Rokoko
Rokoko (fr. rococo) — XVII əsrdə yaranmış Fransız incəsənətinə aid, memarlıq və incəsənət üslubudur. Rokoko üslubunda mürəkkəb, qeyri-adi, balıqqulağı formalarına üstünlük verilirdi (Fransada otel Subiz, 3 meydanın ansamblı, Kral meydanı və s.). XVII əsrdə yaranan Barokko üslubu, xeyli dəyişmiş olaraq XVII əsrdə də varlığını davam etdirmişdir. Barokko sənətin kölgə-işıq qarışıqlığına söykənən təəccüblü, içə işləyici dramatik təsiri gedərək itmiş və yerini yumşaq, hətta bir az zəif bir üsluba buraxmışdır. Bu, tamaşaçını təsir etməkdən çox əyləndirən, göz oxşayan amma o ölçüdə səthi bir üslubdur. Resimsel xüsusiyyətlər zəifləmiş, dekorativ, süslemeci bir funksiya ön plana keçmişdir. Bu dövrün saray və köşklərinin iç dekorasiyası və mebelləri də bu yeni üslubu əks etdirməkdədir. Sənət tarixçiləri, bitki mənşəli bəzəmələrin və divarları örtən şəkillərin göz əyləndirən, dərdsiz və zərli üslubunu "Rokoko" deyə adlandırmışlar. Bu söz, Fransızca rocaille sözündən gəlməkdədir.
Rondo
Rondo (fr. rondeau "dairə" " dairəvi hərəkət") — bir mövzunun müxtəlif epizodlarla növbələşərək dəfələrlə təkrar olunmasına əsaslanan musiqi forması. Mövzu 3 dəfədən az olmayaraq əsas tonallıqda səslənir. Epizodlar isə çox zaman başqa tonallıqda. Təkrar edilən mövzu – refren — ən azı üç dəfə keçməlidir, epizodların sayı ikidən az olmamalıdır. Rondo formasının sxemi belədir: A B A C A Rondonun mənşəyi xalq mahnıları ilə bağlıdır. Qədim rondo 17–18-ci əsr fransız klavesin musiqisində inkişaf etmışdir. 17–18-cıi əsr klassik musiqi (Haydn, Bethoven, Motsart) rondonun quruluşunu dəyişdirmışdi. Bəzi instrumental əsərlər simfoniya və sonataların finalı, romanslar, ariyalar rondo formasına yazılır. Rondo-sonata forması Özündə sonata və rondo əlamətlərini qovuşduran musiqi forması: sonata formasında olduğu kimi ekspozisiya və repriza hissələrinə malikdir; rondodakı kimi, əsas mövzu– refren əsas tonallıqda üç dəfə keçirilir.
Rosto
Rosto 500 gr qıyma 1 ədəd soğan 5–6 cəfəri 3 dilim çörək içi 1 ədəd yumurta 2 yemək qaşığı qırmızı şərab Duz, qara bibər Sous üçün : 1 yemək qaşığı ərinmiş şit yağı 1 ədəd soğan 2 diş sarımsaq 3–4 ədəd pomidor Yarım su stəkanı ət suyu 5–6 cəfəri Duz, qara bibər Soğan və cəfərini nazik-nazik doğrayın, çörək içini didin. Yumurtaları kiçik bir kasaya çırpıb yaxşıca qarışdırın. Qıyma, soğan, cəfəri, çörək içi, yumurta, qırmızı şərab, duz və qara bibəri yaxşıca qarışdırıb, yoğurun. Yastı bir tavanın dibini yağlı kağızla örtün. Qıymalı qarışığı tavaya tökün, 180 dərəcədə 1 saat 15 dəqiqə bişirin. Sousu hazırlamaq üçün ; 1 yemək qaşığı ərinmiş şit yağını qazanda qızdırın. Soğan və sarımsaqları çox incə doğrayıb yağda qovurun. Dilimlənmiş pomidor, ət suyu, cəfəri, duz və qara bibəri əlavə edib qarışdıraraq qızardın. Arada atəşi azaldın və qarışdıraraq 15 dəqiqə daha bişirin. Peçdən çıxarandan sonra hazırladığınızi dərin qaba tərs çevirərək qoyun.
Rovno
Rovno və ya Rivne, (ukr. Рівне, Riwne) — Ukraynada, Rovno vilayətinin mərkəzi şəhəri. Ustye çayının sahilində yerləşir. Yaroslav Yevdokimov (Євдокимов Ярослав Олександрович (uk.) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Ryoko
Ryoko — ad. Ryoko Uno — keçmiş Yaponiya qadın futbolçusu. Ryoko Hirosue — Yaponiyalı aktrisa və müğənni. Ryoko Takara — Yaponiya qadın futbolçusu.
Quercus robur subsp. robur
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.