Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sabotaj
Sabotaj (fr. sabotage, saboter) — müəyyən vəzifələrin qəsdən baş verməməsi və ya səhlənkarlığı, bir şeyin həyata keçirilməsinə gizli müqavimət. .
Kabotaj
Kabotaj (fr. Cabotage) — hər hansı bir dövlətin sahilboyu yükdaşıma və ya sərnişin gəmiçiliyinə nəzarət etməsini izah etmək üçün istifadə edilən termin. Kabotaj Azərbaycan Respublikasında da tətbiq olunur. Kabotaj ilk vaxtlarda sadəcə bir burundan o birinə gedən sahilboyu gəmiçilik marşrutlarına aid edilirdi, çünki açıq dənizə getmək olmurdu. Misirlilər, yunanlar, romalılar və vikinqlər kimi qədim dənizçililərin demək olar ki, hamısı sahilboyu marşrutlardan istifadə edirdi. Buna baxmayaraq, termin artıq aviasiya, dəmiryolu və yol nəqliyyatına da aid edilir. == Etimologiya == «Kabotaj» sözü fransız dilindən götürülən alınma sözdür. Bu termin sahilboyu üzmək mənasında olan «caboter» sözündən törəmişdir. «Caboter» sözünün mənşəyi naməlumdur. Bu, burun mənasında olan «cabo» sözündən törəmiş və ya hansısa gəmi növü də ola bilər.
Karotaj
Karotaj - geoloji kəsilişdə faydalı qazıntıların (neft, qaz, kömür, müxtəlif filiz və b.) müəyyən edilməsi, quyu kəsilişlərinin öyrənilməsi və başqa geoloji məsələlərin həlli üçün aparılan geofiziki quyu tədqiqatları == Haqqında == Kəsilişdə hansı fiziki və ya kimyəvi parametrlərin öyrənilməsindən asılı olaraq elektrik, radioaktiv, akustik, qaz və b. karotaj növlərindən və onların kompleksindən istifadə olunur. Kompleks karotaj isə kəşfiyyatın hansı faydalı qazıntıya aparılmasından, rayonun geoloji quruluşundan, qazımanın texniki şəraitindən və b. asılı olaraq seçilir. Karotaj prosesində alınmış məlumatlar karotaj stansiyası kompleksinə daxil olan aparaturanın köməyi ilə qeydə alınır. Karotaj dioqramı öyrənilən parametrlərin verilmiş miqyasda quyu kəsilişi üzrə fasiləsiz dəyişməsini əks etdirir. Bəzi tədqiqatçılar karotaj termini əvəzinə "üsul", "-metriya" (məsələn: radiometriya, qamma-üsul) və "Quyuların geofiziki tədqiqatları" terminlərindən istifadə olunmasını məqsədəuyğun hesab edirlər. == Elektrik karotajı == Elektrik karotajı (elektrokarotaj) quyu tədqiqatlarının geofiziki üsullarından biridir, süxurların və faydalı qazıntıların xüsusi elektrik müqavimətinə (r), polyarizasion potensiala və ya dielektrik keçiriciliyinə əsaslanır. Müqavimət karotajı (MK) və təbii elektrik sahələrinin karotaj üsulları (xüsusi polyarizasion potensial üsulla, SP, PÜ) daha geniş tətbiq olunurlar. Neft quyularında əsasən süxurların xüsusi elektrik müqavimətini təyin etmək üçün yan karotaj zondlaşdırılmasından, kömür və filiz yataqlarına qazılan quyuların tədqiqində isə süni partlayış potensiallarının (PP) karotajı və cərəyan qeydiyyatı üsullarından (TK, TKÜ) istifadə olunur.
Sabraj
Sabraj (fransızca:sabrage) — şampan şüşəsini qılınc ilə açma üsulu.
Şantaj
Şantaj (fr. chantage) — digər şəxslərin əmlakına və ya həyatlarına hər cür zorla taviz və ya risklər yaradan alçaldıcı təhlükə. "Şantaj" sözü tez-tez geniş mənada istifadə olunur — hər hansı işin yerinə yetirilməməsi halında mənfi bir təhlükə kimi. Allen, Michael. Textbook on Criminal Law. Oxford University Press: Oxford. (2005) ISBN 0-19-927918-7. Criminal Law Revision Committee. 8th Report. Theft and Related Offences.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Akustik karotaj
Akustik karotaj — duyulan səs və ultrasəs diapazonunda tədqiqi üsulu. Neft-qaz quyuları kəsilişlərində müxtəlif litoloji tərkibli layların ayrılması, perspektivli kollektor layların seçilməsi və onların məsaməliyinin müəyyən edilməsi, boruarxası boşluğun sementlənmə keyfiyyətinə nəzarət məqsədilə aparılır. Akustik karotaj dərin quyularda səs (5-20 kHs) və ultrasəs (25-30 kHs) tezlikli akustik şüalandırıcı cihazlar vasitəsilə süni yaradılmış və mühitdə yayılmış elastiki dalğaların kinematik və dinamik xarakteristikalarının öyrənilməsinə əsaslanır.
Radioaktiv karotaj
Radioaktiv karotaj - süxurların təbii və süni yaradılmış radioaktivliyinin ölçülməsinə əsaslanan quyuların geofiziki tədqiqat üsulları. Radioaktiv karotaj neft-mədən geofizikasında tətbiq olunan əsas növləri bunlardır: süxurların təbii qamma aktivliyinin intensivliyinin ölçülməsinə əsaslanan qamma-karotaj (QK); süxurların qamma-kvant mənbələri ilə şüalanmasından baş verən səpinti qamma-şüalanma intensivliyinin ölçülməsinə əsaslanan qamma-qamma-karotaj (QQK); süxur maddəsi ilə neytroan axınlarının qarşılıqlı effektinin öyrənməsinə əsaslanan neytron karotaj (NK). Radioaktiv karotaj məlumatlarından neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı ilə bağlı olan geoloji məsələrin həllində, neft-qaz yataqlarının istismarına nəzarətdə, quyuların qazılma prosesində bəzi texniki məsələlərin həllində və b. sahələrdə geniş istifadə olunur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Sabetay Sevi
Sabbatay Zevi (שַׁבְּתַאי צְבִי Şavtay Tzvi, digər söyləyişləri Sabbatai Ẓevi, Shabbetai Ẓevi, Sabbatai Sevi, və Türkcədə Sabetay Sevi) (1 avqust 1626 -. C 17 sentyabr 1676 Dulkiqno (indiki Ulsin, Monteneqro) — Səfərad Haxam və kabbalist idi ki uzun zaman gözlənilən yəhud Məsihi olduğunu iddia etdi. O, yəhudi Sabbatayizm hərəkatının banisi idi. Qırx yaşında, Osmanlı Sultan IV Mehmed tərəfindən İslamı qəbul etmək məcburiyyətində qaldı. Onun davamçılarının bəziləridə İslamı qəbul etdi ki təxminən 300 ailə idilər və Dönmə (ağa Dönmə) kimi tanınırdılar.
Sabutay bahadur
Sabutay bahadur (Monqolca: Сүбээдэй / Sübe'edei, Sübütei, Farsca: سوبداى بهادر Sūbdā'ī bahādur, Çincə: 速不台 ya da 速別額台; təq. 1175, Burxan Xaldun dağı – 1248), Çingiz xan və Ügedey xanınn öndə gələn tümən bəyi idi. Türk əsillidir. Sabutayın dəqiq doğum tarixi bəlli olmasa da, onun təxminən 1176-cı ildə müasir Monqolustan sərhədlərində yerləşən Urianxay bölgəsində anadan olduğu təxmin edilir. Atasının adı Suri Bahadur, anasının adı Höelün xatındır. Sabutay Urianxay tayfasından monqol əsilzadəsi olaraq doğulmuşdur. Sabutay gənc yaşlarında Çingiz xanın xidmətinə girdi. Çingiz xanın ordusunda sürətlə yüksələn Sabutay istedadlı sərkərdə olduğunu tez bir zamanda sübut etdi. Sabutay Çingiz xanın qərb səfərlərində iştirak etmiş və bir çox mühüm döyüşlərdə qələbələr qazanmışdır. Bu döyüşlərə Kalka çayı döyüşü (1223), Kiyevin mühasirəsi (1240) və Mohi döyüşü (1241) daxildir.
Yelena Şabovta
Yelena Şabovta (d. 28 avqust 1969) — Azərbaycanı təmsil edən voleybolçu. Yelena Şabovta, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. Yelena Şabovta, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Yelena Şabovta daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasını 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu. Yelena Şabovta bir ildən sonra, 2006-cı ildə Yaponiyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışlarda, 4 dəfə qalib gələn, 5 dəfə isə məğlub olan Azərbaycan yığması, Dünya Çempionatını 24 yığma sırasında 13-cü yerdə başa vurdu.
Rimavska Sobota
Rimavska Sobota (slovak. Rimavská Sobota, alm. Großsteffelsdorf‎, mac. Rimaszombat, bəzən rus. Римавская Суббота) — Slovakiyanın cənubunda şəhər. Bansko-Bistritse bölgəsində yerləşir. Əhalisi 24 min nəfərdir. Şəhər Rimava çayının sahilində, Rudoqorye dağ massivinin yamacında yerləşir.
Şabtay Kalmanoviç
Şabtay Kalmanoviç (1947) — məşhur biznesmen və mesenat. Şabtay Kalmanoviç "Tişinka" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru olub. O, 1947-ci ildə Litvada doğulub, 1971-ci ildə valideynləri ilə bir yerdə İsrailə köçüb. İsraildə sovet kəşfiyyatına işləyən Kalmanoviç bir müddət sonra tutulub və casusluq ittihamı ilə 6 il həbsxanada yatıb. 1993-cü ildə Rusiyaya qayıtdıqdan sonra İosif Kobzonla bir yerdə bir neçə firma təsis edib. Moskvada Tişinsk bazarının yenidən quruluması və onun yerində müasir kompleks tikilməsi ilə məşğul olub. Tişinsk bazarından əlavə, Moskvadakı Şelkovsk mal bazarı da Kalmanoviçə məxsus olub. O, Rusiya paytaxtında apteklər və aptek köşkləri şəbəkəsinə nəzarət edib. Kalmanoviç həm də mesenat kimi ad çıxarıb. O, Maykl Cekson, Tom Cons, Layza Minelli, Xose Karreras kimi dünya ulduzlarının Moskvaya səfərlərini təşkil edib, bir neçə basketbol klubuna sponsorluq edib.
Şantaj problemi
Şantaj problemi – müqavilə nəzəriyyəsində, bir tərəf ilə əlaqə qurmaq və ya saxlamaq üçün xüsusi sərmayələri zəruri etdikdə, digər tərəfə isə investisiya qoyulmamışdan əvvəl mövcud olan şərtlərdən daha yaxşı şərtlərlə şantaj etmək imkanı verildikdə, iki iqtisadi agent arasında yaranan problem. İnvestisiyaların spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlardan imtina etmək və/və ya alternativ şəkildə istifadə etmək çətindir. Yatırılan investisiyalar tərəflərin danışıq qabiliyyətini dəyişdirir ki, bu da şantaj ehtimalına gətirib çıxarır. Şantaj problemi müqavilələr nəzəriyyəsində və sənaye bazarları nəzəriyyəsində öyrənilir. Tutaq ki, komponentlərin alıcısı hansısa yeni məhsulun istehsalında maraqlıdır. Bunun üçün ona bazarda olmayan konkret komponentlər lazımdır. Komponentlərin tədarükçüsü onların istehsalını təşkil edə bilər, lakin bunun üçün ona investisiya lazımdır. Əgər son məhsulun qiyməti zəmanətlə hər iki firmanın xərclərini ödəmək üçün kifayət qədər yüksəkdirsə, o zaman ortaq layihəyə başlamaq üçün kifayət qədər qazanc əldə edəcəklər. Bununla belə, bütün layihənin həyata keçirilməsi üçün təchizatçı xüsusi investisiyalar qoymalıdır. Məsələn, layihənin həyata keçirilməsi üçün xüsusi avadanlıq almaq.
Şabtay fon Kalmanoviç
Şabtay Kalmanoviç (1947) — məşhur biznesmen və mesenat. Şabtay Kalmanoviç "Tişinka" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru olub. O, 1947-ci ildə Litvada doğulub, 1971-ci ildə valideynləri ilə bir yerdə İsrailə köçüb. İsraildə sovet kəşfiyyatına işləyən Kalmanoviç bir müddət sonra tutulub və casusluq ittihamı ilə 6 il həbsxanada yatıb. 1993-cü ildə Rusiyaya qayıtdıqdan sonra İosif Kobzonla bir yerdə bir neçə firma təsis edib. Moskvada Tişinsk bazarının yenidən quruluması və onun yerində müasir kompleks tikilməsi ilə məşğul olub. Tişinsk bazarından əlavə, Moskvadakı Şelkovsk mal bazarı da Kalmanoviçə məxsus olub. O, Rusiya paytaxtında apteklər və aptek köşkləri şəbəkəsinə nəzarət edib. Kalmanoviç həm də mesenat kimi ad çıxarıb. O, Maykl Cekson, Tom Cons, Layza Minelli, Xose Karreras kimi dünya ulduzlarının Moskvaya səfərlərini təşkil edib, bir neçə basketbol klubuna sponsorluq edib.