Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saatsaz
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Çadtsa
Çadtsa (slovak. Čadca, pol. Czaca, mac. Csaca) — Slovakiyanın şimal-qərbinda şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 27 min nəfərdir. Şəhər Polşa ilə Çexiyanın sərhəddində, Kisuttsa çayının sahilində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Samsa
Samsa (qaz. Samsa, qırğ. самса, uyğ. سامسا, özb. сомса, türkm. somsa, türk. Sambusek, tac. самбуса, rum. sambüsa, fars. سمبوسه‎) — Orta Asiya mətbəxlərində qızardılmış xəmir yeməyi.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 812 s.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Cistanche salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Datse Seysuma
Datse Seysuma — Latviyanın 3-cü Birinci xanımı (2011—2015). == Həyatı == Datse Seysuma 1973-cü il yanvarın 10-da anadan olub. == Ailəsi == Datse Seysuma 2011-2015-ci illərdə Latviya Prezidenti olan Andris Berzinş ilə ailəli idi.
Kurmancan Datka
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. == Həyatı == Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.
Phelipaea salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Phelypaea salsa
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Salsa rəqsi
Salsanın yaranması haqqında çoxsaylı rəvayətlər yayılmışdır. Bir sözlə bu variantların çoxu bir – biri ilə uzlaşır və salsa Kuba yuxusu adlandırılır. Onun daxilindəki ritmlər XIX əsrin sonunda Kubada meydana gəlmişdir. Salsanın daxilindəki afro Kuba musiqisi özünəməxsus tarixə malikdir, çünki bu musiqi iki mədəniyyətin birləşməsi nəticəsində meydana gəlmişdir. Bura Avropa yəni ispan - ərəb qarışığı ilə afrikanların qatılmasından meydana gəlmişdir. Mövzudan kənarlaşmamaq üçün deyə bilərəm ki, ispanlar afro – kubalılardan çalğı alətlərini mənimsəmişlər, musiqi və poetik forma da afrikalıların kölələrindən barbarlardan və digər xalqlardan əldə edilmişdir. Müxtəlif zərb alətləri, müğənnilər və xorun da özünəməxsus olan üsulu vardır. Beləliklə bir neçə dəfə estribillo hissəsini təkrarlamaq lazımdır. Bu onlarda nəıqarət mənasını kəsb edir. Əcdadları olan əhali, hindlər, musiqiyə heç bir təsir göstərmədilər, bütövlükdə Kuba mahnılarına öyrəşdilər.
Samsa Çavuş
Samsa Çavuş və ya Samsa Bəy (türk. Samsa Çavuş, Samsa Bey; ?-1330-cu ildən sonra) — Ərtoğrul Qazinin, Osman Qazinin və Orxan Qazinin silah yoldaşı və alpı. Samsa Bəy, Osmanlı Dövlətində "Çavuş" titulunu istifadə edən ilk komandirdir. Ayrıca, Samsa Çavuş Osmanlı Dövlətinin quruluşunda fəal iştirak etmişdir. Ərtoğrul Qazi və digər qayılar ilə birlikdə, Anadoluya Söğüt şəhərinə köçmüşdür. Osman Bəy vaxtında bir çox savaşa qatılmışdır. Pelekanon Savaşında işirak etdiyi məlumdur. İznikin 2-ci fəthində və Sorkunun fəthində qəhrəmanlıqlar göstərmişdir. Orxan Qazi,Qaratəkin qalası fəth edilincə, mühafizlərin başçısı olaraq Samsa Çavuşu təyin etmişdir. Ömrünün son günlərini Sakaryada keçirən Samsa Bəy, 1330-cu ildən sonra vəfat etmişdir.
Sotşa Dlamini
Sotşa Dlamini (27 May 1940 – 7 Fevral 2017) — 6 oktyabr 1986-cı ildən 12 iyul 1989-cu ilə qədər Svazilendin baş naziri olmuş siyasətçi. Dlamini Svazilendin Mankayane şəhərində anadan olmuşdur. Dlamini 7 fevral 2017-ci ildə 76 yaşında vəfat etmişdir.
Şatra Şatinov
Şatra Şatinov(Altayca: Шатра Пепишевич Шатинов;5 sentyabr 1938 – 11 noyabr 2009) — Altay şairi, yazıçısı, dramaturqu və tərcüməçisi. Altay Respublikasının Xalq yazıçısı, Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü == Həyatı və təhsili == Şatra Pepişeviç Şatinov 5 sentyabr 1938-ci ildə Altay vilayətinin (indiki Altay Respublikası) Oyrot muxtar vilayətinin Onguday rayonunun Xabarovka kəndi yaxınlığındakı Ulegem obasında müəllim ailəsində anadan olmuşdur. Yazıçının əsl adı Nikolay Pepişeviç Şatinovdur, Şatra Şatinov onun təxəllüsüdür. Orta təhsilini regional milli məktəbdə almışdır. Hələ orta məktəbdə oxuduğu illərdən onda ədəbiyyata maraq yaranmışdır. 1957-ci ildə Dağlıq Altay Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, daha sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirmişdir. Altay Kitab Nəşriyyatının Dağlıq Altay bölməsində redaktor, vilayətin “Altaydın Çolmon” və “Altay star” qəzetlərində ədəbi işçi kimi çalışmışdır. === Vəfatı === 11 noyabr 2009-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == Şatra Şatinov əsərlərini Altay və rus dillərində yazmışdır. O, “Doğma diyar” (1963), “Gün gəldi” (1966), “Əmirlik” (1969), “Erjine” (1971) və başqa şeir və nəsr kitabların müəllifidir.
Anabasis salsa
Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir.
Hannelora Şmats
Hannelora Şmats (16 fevral 1940, Regensburq, Bavariya – 2 oktyabr 1979, Everest) — Everest zirvəsinə çıxmış dördüncü qadın olan alman alpinist. O, cənub marşrutu ilə Everest zirvəsindən qayıdarkən yıxılmış və ölmüşdür; Şmatz Everestin yuxarı yamaclarında ölən ilk qadın və ilk alman vətəndaşı idi. == Bioqrafiya == Şmatz əri Gerhard Şmatz ilə cənub-şərqi silsilə marşrutu ilə ekspedisiyada idi və o, 8300 metr hündürlükdə öldü. Ekspedisiya rəhbəri olan Gerhard Şmatz o zaman 50 yaşında idi və Everest zirvəsinə çıxan ən yaşlı adam idi. Eyni ekspedisiyada amerikalı Rey Cenet də olub, o da zirvədən enərkən həlak olmuşdur. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə dayanmışdılar. Rey Cenet həmin gecə öldü və həm Şerpa, həm də Şmatz əziyyət çəkdilər, lakin enişlərini davam etdirmək qərarına gəldilər. Sonra 27,200 fut (8,300 m) hündürlükdə Şmatz oturdu, Şerpaya "su, su" dedi və öldü. Şerpa bələdçilərindən biri olan Sunqdare Şerpa yalnız bədəni ilə birlikdə qaldı və nəticədə əl və ayaq barmaqlarının çoxunu itirdi. Cenetin cəsədi qarın altında yoxa çıxdı, lakin Şmatzın cəsədi dağda öldüyü yerdə qaldı.
Pyatsa dei Mirakoli
Pyatsa dei Mirakoli (it. Piazza dei Miracoli) — Pizada yerləşən meydan. Məşhur Piza qülləsi və içərisində yerləşən Piza Kafedralı bu şəhərdə yerləşir. Turizm baxımdan böyük əhəmiyyətə sahib olan Piza qülləsi İtaliyada turistlərin ən çox ziyarət etdiklərdən yerlərdən biri hesab olunur. Tikili 1987-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına salınmışdır.
Satışa qoşmaq hüququ
Satışa qoşmaq hüququ (ing. Drag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Satışa məcbur etmək” və bəzi ədəbiyyatlarda "özünlə dartmaq hüququ" kimi də adlandırılır. Satışa qoşulmaq hüququnun əksidir. Satışa qoşmaq hüququ investora imkan verir ki, o öz səhmlərini kənar şəxsə satdıqda, səhmdarı (sahibkarı) öz səhmlərini satmağa məcbur etsin. Əksəriyyət riskli kapital investisiyalarda bu şərtlər sahibkar və investor(lar) arasında imzalanan səhmdarlar müqaviləsində əks olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində bu üsulun istifadəsini qadağa edən norma olmasa da, mövcud səhmdarlar tərəfindən öz səhmlərini kənar şəxsə satışında müəyyən məhdudiyyətlər qoyulub . Bu hüquq majoritar səhmdarlara minoritar səhmdarları şirkətin satılmasına qoşulmağa məcbur etmək imkanı verən hüquqdur. Bu zaman majoritar səhmdar minoritar səhmdara hər hansı digər səhm satanların təklif etdiyi eyni qiyməti və şərtləri təklif etməlidirlər. Bu hüquq majoritar səhmdarları qorumaq üçün nəzərdə tutulub.
Satışa qoşulmaq hüququ
Satışa qoşulmaq hüququ (ing. Tag-along right) — korporativ hüquqda mövcud olan hüquqi konsepsiya. “Birgə satış” və "təqib hüququ" kimi də adlandırılır. Satışa qoşmaq hüququnun əksidir. ABŞ-də riskli kapital investorları investisiyadan “çıxmaq” üçün bir sıra hüquqi “alətləri” istifadə edirlər. Əsas üç üsul geri satınalma (ödəmə) hüququ, satışa qoşulmaq hüququ, satışa qoşmaq hüququ (ing. Drag-along right). Azərbaycan Mülki Məcəlləsi qeyd edilən mexanizmlərin istifadəsinin mümkünlüyü barədə bir fikir söyləmir. Satışa qoşulmaq hüququ imkan verir ki, səhmdar(lar) öz səhmlərini üçüncü şəxsə satdığı halda investor öz (imtiyazlı) səhmlərini səhmdar(lar) ilə birgə satsın. Az sayda səhmlərə sahib olan investorlar üçün bu metod investisiyadan çıxış üçün əlverişli ola bilər.
Satya Sai Baba
Satya Sai Baba (23 noyabr 1926 - 24 aprel 2011) — ardıcılları tərəfindən canlı ilah və avatara kimi qəbul edilən məşhur hindistanlı quru və mənəvi ustad. Adı sanskrit dilində "həqiqi ana və ata" mənasını ifadə edən Satya Sai Baba 1926-cı ildə Hindistanın şimal kəndlərindən birində dünyaya göz açmışdır. O, xatirələrində 14 yaşında komaya düşdüyünü, iki ay güclü ağrılar keçirdiyini, tez-tez huşunu itirdiyini və bu hadisələrdən sonra parapsixoloji qabiliyyətlərinin genişlənərək, inkişaf etdiyini söyləmişdir. Tezliklə o, özünü Şivanın yeni təcəssümü, "müqəddəs hesab olunan və möcüzə göstərən" Şirdi bölgəsinin sakini Sai Babanın (1856-1918) xələfi və Şahtilərdən (Krişnanın təzahür forması) biri kimi yenidən zühur edəcəyini iddia etmişdir. Satya Sai Baba özünü "canlı Tanrı" adlandırdıqdan sonra ailəsini və yaxınlarını tərk etmiş, ardıcıllarının köməyi ilə Puqqaparti kəndində "Daimi sükut iqamətgahı" ("Praşanti Nilayam"), sonradan isə "Satya Sai Baba Foundation" adlı beynəlxalq təşkilatlar yaratmışdır. O, nüfuzunun artması üçün hər hansı xalq və din deyil, bütün bəşəriyyət naminə yer üzərinə zühur etdiyini deyirdi. Onun ideoloji təlimində üzdə sevgi və həqiqət vasitəsilə Tanrıya yol tapmağın mümkünlüyünü insanların qardaşlıq və əməkdaşlıq təşəbbüsü kimi konsepsiyalar əsas yer tutur. 1976-cı ildə Sai Baba öz dini təlimini cəmiyyətə açıq şəkildə bəyan edərək demişdir: "Biz təbiətcə məkan və zaman baxımından məhdudlaşdırılmamışıq. Bizim mövcudluğumuz sərhədsiz, dəyişilməzdir, yalnız səadət və xoşbəxtliyə əsaslanır. Sevgi vasitəsilə insan taleyinin sahibinə, əks təqdirdə isə o, öz hisslərinin əsirinə çevrilir.
Şasta qraflığı (Kaliforniya)
Şasta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 177,223 nəfər olmuşdur. Mərkəzi Reddinq şəhəridir.
Stanislava Staşa Zayoviç
Stanislava Staşa Zayoviç (serb. Stanislava Staša Zajović; 1953, Nikşiç) — feminist və publisist. Belqradda Qara paltarlı Qadınların həmtəsisçisi və koordinatoru. == Bioqrafiyası == O, Belqrad Universitetinin İspan və İtalyan dili fakültəsini bitirib və 1980-ci illərdə Belqradda feminist hərəkata qoşulub. Staşa Zayoviç küçə aksiyalarının təşkilindən tutmuş qaçqınlarla, qadınlarla və s. işlərə qədər bir çox feminist fəaliyyətlərdə iştirak edib. Qadınların Sülh Şəbəkəsi, Müharibəyə Qarşı Beynəlxalq Qadın Həmrəylik Şəbəkəsi/Qara geyimli Qadınlar Beynəlxalq Şəbəkəsi, Serbiyada Vicdanlı Rəylər və Militarizmə Qarşı Şəbəkə, Dünyəvi Dövlət Koalisiyası” və s. kimi bir neçə qadın şəbəkələrinin təşəbbüskarı olub. Qadın hüquqları, qadınların sülh siyasəti, millətlərarası və mədəniyyətlərarası həmrəylik, qadın və güc, qadınlar və antimilitarizm mövzularına həsr olunmuş çoxsaylı maarifləndirici tədbirlər təşkil etmişdir. Qara paltarlı Qadınlar şəbəkəsinin bütün dünyada genişlənməsində mühüm rol oynamışdır.