Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SEDOL
SEDOL (ing. Stock Exchange Daily Official List) — Böyük Britaniya və İrlandiyada istifadə edilən təhlükəsizlik identifikasiya kodlarının siyahısı. Yeddi rəqəmli SEDOL kodları qiymətli kağızın emitentinin müraciəti əsasında London Fond Birjası tərəfindən təyin edilir. Kodlar SEDOL Böyük Britaniyada buraxılmış bütün qiymətli kağızlar üçün Milli İdentifikasiya Nömrəsi (NSIN) kimi xidmət edir və buna görə də onların ISIN kodunun bir hissəsini təşkil edir. SEDOL kataloqu (SEDOL Masterfile, SMF) həmçinin milyonlarla qlobal investisiya alətləri üçün identifikatorları ehtiva edir, onların hər biri öz bazarında unikal identifikatora malikdir. Xüsusilə, CUSIP kodu olmayan qeyri-ABŞ alətləri üçün çoxlu SEDOL kod identifikatorları mövcuddur. ISIN və SEDOL identifikatorları arasındakı fərq ondan ibarətdir ki, ISIN alət üçün unikal koddur, SEDOL isə müxtəlif platformalarda eyni alət ticarəti üçün bir neçə koda malik ola bilər. Məsələn, Fransa Birjasında və DAX-da satılan Total səhmləri eyni ISIN və fərqli SEDOL kodlarına malikdir. Bu kodlara əlavə olaraq, Reuters simvolik identifikatorları tez-tez istifadə olunur - Reuters Instrument Code (RIC) və bir çox başqaları. Yeddi rəqəmli SEDOL kodu iki hissədən ibarətdir: altı rəqəmli simvol-rəqəm kodu və doğrulama rəqəmi.
Sədo
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Georgi Sedov
Gеorgi Yakovloviç Sedov (23 aprel (5 may) 1877, Sedovo[d], Don Voysko vilayəti[d] – 20 fevral (5 mart) 1914, Rudolf adası) — Rus səyyahı, tədqiqatçısı. == Həyatı == Azov dənizi sahillərində Krivaya Kosa, indiki Sedov kəndində balıqçı ailəsində anadan olmuşdur. О, coğrafiya tarixinə məşhur Arktika tədqiqatçısı kimi daxil olmuşdur. Sedov dənizçilik məktəbini bitirdikdən sonra, Qara və Xəzər dənizlərində üzməyə başlamış, bir müddətdən sonra isə Şimal Buzlu okeanda xidmət etməyə göndərilmişdir. Elə burada Sedov qütbü fəth etmək fikrinə düşür. Sibirin şimal sahillrini, Kolıma çayını, Novaya Zemlya (Yeni torpaq) adasının qərb sahillərini tədqiq etməklə Qütbə ekspedisiyanın layihəsini hazırlayır. La yihə 1912-ci ildə çar hökumətinə təqdim edilməsinə baxmayaraq ekspedisiya məqsədəuyğun sayılmır. Bundan sonra çarəsiz qalan Sedov "Novoe Vremya" (Yeni Zaman) qəzetinin xidmətinə müraciət etməyə məcbur olur. Qəzet vasitəsi ilə ekspedisiyanı maliyyə cəhətdən təmin etmək üçün könüllülərə müraciət etməklə ekspedisiyanı təmin etməyə müvəffəq olur və 27 avqust 1912-ci ildə "Müqəddəs Foka" gəmisində yola düşür. Arxanqelsk limanından gəmi çıxmaqla Ağ dəniz vasitəsilə şimala kurs götürür.
Qriqori Sedov
Qriqori Aleksandroviç Sedov (d. 15 yanvar, 1917, Bakı – ö. 10 aprel, 2014, Moskva) — Sovet İttifaqı Qəhrəmanı. Qriqori Sedov 1917-ci ildə Bakıda rus ailəsində anadan olub. 1 may 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir. 10 aprel 2014-cü ildə Moskvada vəfat etmişdir. Симонов А. А. Заслуженные испытатели СССР — М.: Авиамир, 2009. Балаков И. Б., Симонов А. А. Испытатели «МиГов». Жуковский.: 1999.
Sedov arxipelaqı
Sedov arxipelaqı — Şimal Torpağının qər hissəsində (Rusiya) yerləşın adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Adalar qrupunun tərkibinə altı ada və çoxlu sayda adaclqlar daxildir. Oktyabr İnqilabı adasında yarləşən Paris Kommunası yarımadasın cənub-şərqindən 53 kilometr boyunca şimal-qərbə doğru uzanan kiçik adacıqlar qrupun tərkibini təşkil edir. Qrupun ən şərq adası Oktyabr İnqilabı adasından 4,9 kilometr cənub-qərbdə yerləşən ada ondan Şərq boğazı ilə ayrılır. Adalar qrupuna daxil olan adalar (qərbdən şərqə): Qolomyannıy adası — adanın uzunluğu 6 kilometr, eni isə iki kilometrdir. 1954-cü ilin yazından adada Qolomyannıy adası qütb stansiyası fəaliyyət göstərir edir. Sredniy adası ilə qumlu-gilli bərzəxlə birləşir. Bu bərzəxin uzunluğu 1 km, eni isə ən enli yerdə 300 metrdir.
Bədöy məscidi
Bədöyün məscidi — yerli əhali arasında həm də Badavun məscidi və Bədöy məscidi kimi tanınan tarix-memarlıq abidəsi. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Məscidin inşa tarixi 1791-ci ilə aiddir. Məscid, Hacı Qurban adlı şəxs tərəfindən inşa olunmuşdur. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib. SSRİ dövründə məscid xalça sexi kimi istifadə edilmişdir. 1990-cı ildən isə məscidin fəaliyyəti bərpa olunmuşdur. === Restavrasiyası === 1990-1997-ci illərdə bir neçə dəfə məscid yerli əhalinin səyləri ilə təmir edilmişdir.
İyli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Ətirli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Vostoçnıy adası (Sedov arxipelaqı)
Vostoçnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Arxipelaqın şərqində yerləşir. Vostoçnıy adasından qərbdə Fiqurnıy adası yerləşir. Ancaq faktiki olaraq bu adalar bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. Oktyabr İnqilabı adasında yerləşən Paris Komunası yarımadasından 5,1 km şimalda yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru 6,3 km məsafədə uzanır. Eni 5,2 km-dir.
Cedey
Cədəy
Cədəy xan — türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.
Fedon
Phædo və ya Phaedo ( /ˈfiːdoʊ/ ; yun. Φαίδων : Φαίδων , Phaidon [pʰaídɔːn] ), qədim oxucular tərəfindən Ruh haqqında kimi də tanınan Respublika və Simpoziumla birlikdə Platonun orta dövrünün ən məşhur dialoqlarından biridir.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Satoy
Satoy (v. 399) — Qafqaz Albaniyası çarı. Onun hakimiyyət illərini dürüst demək çətindir lakin çarlar siyahısında olduğu dəqiqdir.
Secon
Böyük Kral Secon (Devanq) (10 aprel 1397 – 17 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Böyük Secon (Sejong The Great) (6 may 1397–18 may 1450) Coson sülaləsinin dördüncü kralıdır. Koreya əlifbası olan Hanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım ( Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini (simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyən Kral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqol dillərini və hərflərini araşdırmışdılar. Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur. Kral Secon Teconun üçüncü oğludur.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. Kənddə Qara-Dindar qalası, Sədan qalası var. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Şaroy
Şaroy (çeç. Шара) — Çeçenistan Respublikası, Şaroy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şaroy rayonunun və Şaroy kənd sovetliyinin mərkəzidir Kənd Şaroarqun çayının sol sahilində, Ximoy kəndindən 8 km cənub-qərbdə terləşir. Ən yaxın yaşayış məntəqələri: cənubda - Şikaroy kəndi, qərbdə - Sesi kəndi, şərqdə - Hakmadoy kəndi, şimalda - Ximoy kəndi. Bir neçə əsrlər boyu Şaroy Şaroyn-Orqa hövzəsində aparıcı siyasi və iqtisadi rol oynamışdır. Üstəlik bölgənin ən qədim yaşayış məskənlərindən biridir Kəndin və etnonimin adı ehtimal ki, шуьйра - geniş və гlо - yamac sözlərinin birləşməsindən meydana gəlmişdir. Yəni geniş yamaca malik ərazi anlamındadır. 1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Şaroy kəndi Vatutinaul olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı Şaroy ona qaytarıldı.
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: Birrəngli Birrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. Damalı Dama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.
Əsədov
Əsədov — Azərbaycanda daha çox işlədilən soyad. Oqtay Əsədov — Azərbaycan Respublikası Milli Məclisinin sədri. Məhəmməd Əsədov — Azərbaycanın görkəmli dövlət xadimi, milis general-mayoru. Heydər Əsədov — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Əsəd Əsədov — Azərbaycanın Milli Qəhrəmanı Gəray Əsədov — Sovet İttifaqı Qəhrəmanı Malik Əsədov — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Əsədov — Azərbaycanın Milli Qəhrəman Vaqif Əsədov — Rejissor. Ssenari müəllifi. Aktyor. Film və verilişlərdə iştirak. Adil Əsədov — fəlsəfə elmləri doktoru Lətif Əsədov — Texnika elmləri namizədi Arif Əsədov — Filologiya üzrə fəlsəfə doktorudur.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.
Medey
Medey (q.yun. Μήδειος) və ya Med (q.yun. Μῆδος) — qədim yunan mifologiyasında personajdır. Erkən versiyaya görə, Yason və Medeyanın oğlu idi və Xiron tərəfindən böyüdülmüşdür. Daha geniş yayılmış versiyaya görə, Egey və Medeyanın oğludur. O, anası ilə birlikdə Afinadan qovulmuş və kolxlara təqaüdə göndərilmişdir. O, çoxsaylı barbarlar üzərində qələbələr qazanaraq, fəth etdiyi ölkənin adını Midiya adlandırmışdır. O, hindlilərə qarşı kampaniya apararkən həlak olmuşdur. Ekbatana və ya Midiya şəhərini qurmuşdur.
Gilgilçay səddi
Gilgilçay səddi — Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı I Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzər dənizinə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrəcən uzanır. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı. == Tarixi == Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) Xəzər dənizi ilə Qafqaz dağlarının arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı.
Gəray Əsədov
Əsədov Gəray Lətif oğlu (1923, Şahsevən[d], Qaryagin qəzası – 12 oktyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olmuşdur. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışmışdır. 1942-ci ildə hərbi xidmətə getmişdir. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir. 1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb.