Bədöy məscidi

Bədöyün məscidi — yerli əhali arasında həm də Badavun məscidi[1]Bədöy məscidi kimi tanınan tarix-memarlıq abidəsi. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]

Bədöyün məscidi
Ölkə  Azərbaycan
Şəhər İsmayıllı İsmayıllı
Yerləşir Lahıc kəndi
Aidiyyatı Lahıc Tarix-Mədəniyyət Qoruğu
Tikilmə tarixi 1791
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
İstinad nöm.4381
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Bədöyün məscidi (Lahıc)
Bədöyün məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscidin inşa tarixi 1791-ci ilə aiddir.[1][3] Məscid, Hacı Qurban adlı şəxs tərəfindən inşa olunmuşdur.[3]

Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə əks olunmuş dini hədis mətnlərindən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.[4]

SSRİ dövründə məscid xalça sexi kimi istifadə edilmişdir.[1] 1990-cı ildən isə məscidin fəaliyyəti bərpa olunmuşdur.[1]

Restavrasiyası

[redaktə | mənbəni redaktə et]

1990-1997-ci illərdə bir neçə dəfə məscid yerli əhalinin səyləri ilə təmir edilmişdir.[1]

2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonu Lahıc qəsəbəsinə səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmirinə köməklik olunması barədə xahiş edib. Birinci vitse-prezident məscidə gedərək vəziyyətlə tanış olub və əsaslı təmir olunması barədə tapşırıq verib.[3]

Bundan sonra, Dövlət Turizm Agentliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən abidədə restavrasiya işlərindən əvvəl arxeoloji tədqiqat işlərinin aparılması qərarlaşdırılıb.[4] Abidə ərazisində arxeoloji qazıntılara Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev rəhbərlik etmişdir.[4]

Tədqiqat və bərpa işlərindən sonra 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bədöyün məscidinin yenidən istifadəyə verilməsi mərasimində iştirak ediblər.[5]

Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.[6]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina çaylaq daşından tikilib. Məscid binası iki mərtəbədən ibarətdir. Qadınlar üçün nəzərdə tutulan hissə ikinci mərtəbədədir. Girişdən sol tərəfdəki otaqda məscidin əvvəlki axundlarından birinin məzarı yerləşir.[1]

  1. 1 2 3 4 5 6 "Lahıcın Bədöyün məscidi". Shimal News (az.). 6 iyun 2023. 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-05.
  3. 1 2 3 "Lahıc qəsəbəsində "Bədöyün" məscidi əsaslı təmir olunur". ismayilli-ih.gov.az (az.). 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
  4. 1 2 3 Nakhiyev, Alakhber; Nasirli, Toghrul. "Lahıcdakı Bədöyün məscidində arxeoloji tədqiqatlar davam edir". science.gov.az (az.). 12.11.2019. 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
  5. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 01 noyabr 2021. 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.
  6. "Prezident və birinci xanım Bədöyün məscidində aparılan işlərlə tanış olublar". www.heritage.org.az (ingilis). 2024-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2024.