Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Səhranın nəfəsi
"Səhranın nəfəsi" (ing. Desert Breath) — Rəssamlar Danaya ilə Aleksandra Stratou və Stella Konstantinidesin iki il ərzində qum konuslardan yaratdıqları əsər. Kosmosdan görünür. 100 min kvadrat metr ərazini əhatə edir. Əsər üzərində iş 1997-ci ilin mart ayının 7-də başa çatıb.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Şeytanın ulduzu
Şeytanın ulduzu və ya orijinal adı ilə Qarabasma xaçı (norv. Marekors) – Norveç yazıçısı Yu Nesbö tərəfindən yazılmış cinayət romanı. Harri Hole seriyasının beşinci romanıdır. Kitab Sabir Sadıqov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və Qanun nəşriyyatı tərəfindən nəşr olunmuşdur. == Hekayə == Gənc qadın öz mənzilində qətlə yetirilir və onun göz qapaqlarının altında beşguşəli ulduz şəklində qırmızı brilyant aşkar edilir. Detektiv Harri Hole əzəli rəqibi Tom Völerlə birlikdə hadisənin istintaqına cəlb edilir və başlanğıcda o iştirak etmək istəmir. Lakin Harri artıq son inzibati xəbərdarlığı alıb və alternativi azdır. Osloda qatil seriya cinayətlər törədir, kələfi açmaq üçün səfərbər olunmuş komandada ondan, alkoqol aludəçisi olan Harri Holedən peşəkar kimsə yoxdur.
Siçanın göstəricisi
Siçanın göstəricisi (ing. mouse pointer , rus. указатель мыши) — siçan hərəkət etdikcə öz mövqeyini dəyişən ekran interfeysi elementi (nişanı). IBM-uyumlu kompüterlərdə proqramdan, videoadapterin iş rejimindən və özünün ekranda mövqeyindən asılı olaraq siçan göstəricisi müxtəlif şəkil ala bilər. Məsələn, videoadapterin mətn rejimində siçan göstəricisi şaquli düzbucaqlı kimi (onu, adətən, "kursor" adlandırırlar) görsənir, qrafik rejimində siçan göstəricisi bir neçə şəkil ala bilər: çox zaman yuxarıya və sola yönəlmiş ox şəklində olur; bu rejimdə göstəricinin ekranda yerini dəqiq müəyyən edən qaynar nöqtəsi (HOT SPOT) olur; göstəricinin adi formasında (ox şəklində) qaynar nöqtə oxun ucudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Selcan xatun
Selcan xatun — «Kitabi-Dədə Qorqud» əsərində Qanturalın nişanlısı. == Məzmunu == Sarı tonlu Selcan xatun. 6-cı boyda işlədilmişdir. Qanturalın nişanlısıdır. "Sarı tonlu" ləqəbi "Selcan xatun"un həddindən artıq gözəl olduğunu göstərir. Selcan Xatunun "gözəllər sərvəri", "incə tonlu" epitetləri də onun gözəlliyinə işarədir. B.Abdullayev göstərir ki, "Selcan qədim türk dilindəki "sel" və fars dilindəki "can" sözlərindən düzəlib, "can dincliyi, qərb sakitliyi" deməkdir. N.Məmmədov isə "Selcan"ın "işıqlı sima", "parlaq vücud" mənasında olduğunu göstərir. «Qanlı Qoca oğlu Qanturalı» boyunda qanturalın sevdiyi Selcan Xatun Sarı libaslda təsvir olunur. Qanturalı Sarı donlu qızın eşqi ilə bir «hu»!
Selcan Hamşıoğlu
Selcan Hamşıoğlu (1978, Təkirdağ ili) — jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Selcan Hamşıoğlu 1978-ci ildə Təkirdağ ilində anadan olub. İstanbul Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Kanal 59 və Radyo 59da müxbir olaraq çalışıb. Kurultay, Ortadoğu və Yeniçağ qəzetlərində məqalələri dərc olunub. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Təkirdağ ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Rəqəmsal Media Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.
Sevdanın Son Vuruşu
Sevdanın Son Vuruşu – Tarkanın 2010 – cu ildə çıxardığı Adımı Kalbine Yaz albomundan olan promo sinql.
Səhranın ağ günəşi
"Səhranın ağ günəşi" — 1969-cu ildə Vladimir Motılın rejissorluğu ilə çəkilmiş Şərq janrında olan Sovet bədii filmidir. Film vətəndaş müharibəsi zamanı Qırmızı Ordu əsgəri Fyodor İvanoviç Suxovun qadınları quldur Abdullanın hərəmindən xilas etməsi zamanı başına gələn hadisələrdən bəhs edir. Film Rüstəm İbrahimbəyov və Valentin Yejovun ssenarisi əsasında "Mosfilm" və "Lenfilm" kinostudiyalarının istehsalat bazasında çəkilmişdir. == Süjet xətti == Hadisələr Xəzər dənizinin şərq sahillərində, 1920-ci illərin əvvələrində cərəyan edir. Suxov Fyodor İvanoviç evinə qayıdır. Yolda əzablı ölümə məhkum edilmiş Səid adlı yerli sakini başına qədər quma basdırılmış vəziyyətdə aşkarlayır. Səidi xilas edən Suxov, ardınca Abdulla və onun quldur dəstəsini təqib edən Qızıl ordu komandiri Rəhimovla rastlaşır. Abdul qəsrdən qaçsa da, həyat yoldaşlarını özüylə aparmayıb. Zövcələrini özüylə apara bilmədiyinə görə onları öldürmək qərarına gəlib. Rəhimov qadınların günahsız yerə ölməməsi üçün onların mühafizəsini Suxova həvalə edir… == Filmdə işlədilən və gündəlik dilə keçmiş olan sözlər == "Şərq, qəliz məsələdir" (Восток — дело тонкое); Şərqdən danışarkən istifadə olunur.
Siçanın həssaslığı (informatika)
Siçanın həssaslığı (ing. mouse sensitivity, ru. чувствительность мыши) — siçanın hərəkəti ilə kursorun ekranda hərəkəti arasındakı əlaqənin xarakteristikası; həssaslıq böyük olduqda siçanın səthdə yerdəyişmə vahidinə göstəricinin ekranda daha böyük yerdəyişməsi uyğun olur. Siçanın həssaslığını korreksiya etməyin və ya artırıb-azaltmağın iki üsulu var: sadəcə, lazım olan həssaslığa malik siçan seçmək; tətbiq olunan siçan proqramı və ya drayveri vasitəsilə tənzimləmə. Yüksək həssaslıq dəqiq işlər üçün yaxşıdır, məsələn, CAD/CAM (avtomatlaşdırılmış layihələşdirmə və istehsalat) proqramları və qrafik proqramlarda; aşağı həssaslıq isə ekranda sürətlə hərəkətin vacib olduğu hallar üçün və kursorun, adətən, menyu komandasını seçmək və ya mətni seçdirmək üçün istifadə olunduğu mətn prosessorları və elektron cədvəllər kimi proqramlar üçün yaxşı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qalçanın kondensasion osteit sindromu
Qalçanın kondensasion osteit sindromu (ing. osteitis condensans ilii) – kondensasion qatılaşma, toplanma deməkdir. Dəfələrlə doğmuş gənc qadınlarda rast gəlir, çox vaxt simptomsuzdur, xoşxassəlidir, HLA-B27 əlaqəsi yoxdur, əsas əlaməti X-ray oma-qalça oynağının qalça sümüyü tərəfində üçbucaq şəkilli sklerozlaşmasıdır.
Şeytanın şəhəri (serb. Bovola baroş)
Davola baroş — Serbiyanın cənubunda Radan dağının zirvəsində yerləşən təbiət mənzərəsi. Bura hündürlüyü 2 metrdən 15 metrədək olan 202 daş sütundan ibarət bir yerdir. Dağın hündürlüyündə 100 kq çəkili daş sütunlar yerləşir. Bu sütunlar təbii bioloji aşınma nəticəsində yaranmışlar. Bu ərazidə iki su hövzəsi var ki, bunları da “Şeytan suyu” və ”Şeytan quyusu” adlandırmışlar. Hər iki su hövzəsində minerallaşma yüksək olduğu üçün burada yaşıllıq demək olar ki yoxdur. Bu yer qəribəliyinə görə yerli sakinlər tərəfindən qorxulu əfsanələrin yaranmasına səbəb olub və buna görə də “Şeytanın şəhəri” adlandırılıb. Bura gələn turistlərə ekskursiya yalnız gecələr keçirilir. 1959-cu ildən ”Şeytan şəhəri”nin ərazisi qoruq statusu alir. 1995-ci ildə Serbiya hökuməti bura təbiət abidəsi statusu verir.
Səmanın aşağı sərhədi (film, 2013)