Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Siqne Baumane
Siqne Baumane (latış. Signe Baumane‎; ana. 7 avqust 1964) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir. == Erkən illər və təhsili == Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır.
Siqne Bro
Siqne Bro (d. 5 mart 1999) — Danimarkalı üzgüçü. Siqne Bro Danimarkanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. == Karyerası == Siqne Bro birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:02.23 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Şibanə (Sərdəşt)
Şibanə (fars. شيبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (11 ailə).
Şimane prefekturası
Şimane prefekturası — Yaponiyanın Çuqoku regionunda prefektura. Ərazisi 6 707 kvadrat kilometr, əhalisi 716 000 nəfərdir. İnzibati mərkəzi Masue şəhəridir.
Leroy Sane
Leroy Sane (11 yanvar 1996, Essen, Şimali Reyn-Vestfaliya) — Almaniya futbolçusu.
Şane (En)
Şane (fr. Chanay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sesel kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01318. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 80 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 50 km şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 617 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 383 nəfər (15-64 yaş) arasında 257 nəfər iqtisadi cəhətdən, 126 hərəkətsiz (fəaliyyət göstərici 67.1%, 1999-cu ildə 58.1%) idi. 257 aktiv sakindən 237 nəfər (110 kişi və 127 qadın) işləyir, 20 nəfər işsizdir (10 kişi və 10 qadın).
Anri Le Sidane
Anri Ejen Oqüsten Le Sidane (fr. Henri Eugène Augustin Le Sidaner; 7 avqust 1862[…], Port-Lui – 16 iyul 1939[…], Paris) — müxtəlif incəsənət cərəyanlarında çalışan fransız rəssam (İmpressionizm, simvolizm və baş.). == Həyat və yaradıcılığı == Rəssam gəmi kapitanı ailəsində anadan olmuşdur . 1870-1871-ci illərdə Franko-Prussiya müharibəsinin bitməsindən sonra, Le Sidane ailəsi Fransaya qayıdır və Dunkirkdə yaşayır. Burada, Anri ilk rəsm dərslərini yerli bir sənətçi Aleksandr Desmitdən alır. 1880-ci ildə Parisə gələn Le Sidane, 1882-ci ildə rəssam Aleksandr Kabanelin sinifində Paris Gözəl Sənətlər Məktəbinə daxil oldu olur . 1882-1887-ci illərdə Etaplda (Pa-de-Kale) yaşayır.
Nulla poena sine lege
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. == Tələblər == Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir.Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır. Bu isə cinayətə görə cəzanın əsası kimi hüquqi adəti istisna edir.Nulla poena sine lege certa Aydın müəyyən edilmiş qanun olmadan cəza verilə bilməz.
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Aşxanə
Aşxanə- İranın Şimali Xorasan ostanının şəhərlərindən və Manə və Səməlqan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,234 nəfər və 4,642 ailədən ibarət idi.
Bilnə
Bilnə (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Bilnə (Lerik) — Azərbaycan Respublikasıınn Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.DigərDiana (mifologiya) — Qədim Roma mifologiyasında Ay ilahəsi.
Fitnə
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.""Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır."Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs."Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar."Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür. == Finə-fəsad baş verən zaman necə davranmalı?! ==
Girnə
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Mədəniyyəti == === Kırna türbəsi === Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Kianet
Kianet — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Kianq
Kianq (lat. Equus kiang) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli yarımnövü. Onlara əsasən, Tibet və onun ətraf ərazilərində müşahidə edilir. Kianq Qulanların bir yarımnövü hesab edilir. Ancaq onlar digər yarımnövlərdən iri olur və daha çox ata bənzəyir. == Xarici görünüş == Kianqların uzunluğu 210 sm, hündürlüyü 142 sm, çəkisi isə 250–400 kq ola bilir. Yayda rəngləri parlaq qırmızı rəng alır. Qışda tükləri uzanır. Rəngi qonurlaşır. Belinin tən ortasından qara xətt keçir.
Miyanə
Miyanə (yerli əhali arasında həmçinin Miyana və Miyanıc olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç.Pirs (1839-1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir.İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
Alancarıq (Miyanə)
Alancarıq (fars. النجارق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 278 nəfər yaşayır (82 ailə).
Allahdad (Miyanə)
Allahdad (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (19 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 31 km cənub-qərbdə, Təbriz-Miyanə avtomobil yolunun üstündədir.
Allahlı (Miyanə)
Allahlı (fars. لله لو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 520 nəfər yaşayır (155 ailə).
Aqıl (Miyanə)
Aqıl (fars. عاقل‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (5 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 35 km cənub-qərbdədir.