SINCERITY
SINEW
OBASTAN VİKİ
Nulla poena sine lege
Nulla poena sine lege (lat. Qanunsuz cəza yoxdur) — heç kəsin qanunla qadağan edilməyən hərəkətə görə cəzalandırıla bilməməsini nəzərdə tutan hüququn prinsipi. Bu prinsip müasir demokratik dövlətlərdə hüququn aliliyinin başlıca tələbi kimi qəbul edilmiş və qanunvericilikdə təsbit olunmuşdur. Müvafiq prinsip "dünya fikir tarixində ən çox qəbul edilən dəyərlər"dən biri kimi təsvir edilmişdir. == Tələblər == Müasir Avropa cinayət hüququnda, məsələn, Almaniya Konstitusiya Məhkəməsi tərəfindən nulla poena sine lege prinsipinin dörd ayrı tələbdən ibarət olduğu təsbit edilmişdir: Nulla poena sine praevia lege poenali Əvvəlki qanun olmadan cəza verilə bilməz. Bu tələb geriyə şamil edilən qanunları və cinayət qanununun retroaktiv tətbiqini qadağan edir. Bu, kontinental Avropada mövcud hüquq düşüncəsindəki əsas maksimdir. 1813-cü ildə Paul İohann Anselm Ritter fon Feyerbax tərəfindən Bavariya Cinayət Məcəlləsinə daxil edilmişdir. Nulla poena sine lege scripta Yazılı qanun olmadan cəza verilə bilməz. Bu tələbə görə cinayəti qadağan edən normalar hüquqi sənədlərdə, xüsusilə də konstitusiya hüququna uyğun qəbul edilmiş qanunlarda təsbit olunmalıdır.
Acanthephippium sinense
Acanthephippium sinense (lat. Acanthephippium sinense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acanthephippium cinsinə aid bitki növü.
Achillea sinensis
Achillea sinensis (lat. Achillea sinensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Acipenser sinensis
Çin nərəsi (lat. Acipenser sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Ailanthus sinensis
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Alligator sinensis
Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır. Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır. == Təsvir == Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir.
Angelica sinensis
Angelica sinensis (lat. Angelica sinensis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Artemisia sinensis
Artemisia sinensis (lat. Artemisia sinensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Camellia sinensis
Çin çayı (lat. Camellia sinensis) — == Təbii yayılması == Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. == Ekologiyası == Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Citrus sinensis
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Cobitis sinensis
Cobitis sinensis (lat. Cobitis sinensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Təsərrüfat əhəmiyyəti yoxdur.
Cryptolepis sinensis
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Emericia sinensis (Lour.) Roem. & Schult. Pergularia sinensis Lour.
Dactylis glomerata subsp. sinensis
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid bitki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Dendrobium sinense
Dendrobium christyanum (lat. Dendrobium christyanum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Dendrobium fuerstenbergianum Schltr.
Dəniz sinerariyası
Dəniz sinerariyası — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Aralıq dənizi ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-60 sm olan,çoxillik koldur.Ağ-gümüşü rəngli yarpaqları bitkiyə dekorativ görünüş verir.Lələkvari bölünmüş yarpaqlarının aşağı hissəsi gümüşü tüklərlə örtülmüşdür.Apreı-may aylarında çiçəkləyir.Çiçəkləri sarı rəngdədir.Toxum və qələmlərlə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar deyil,lakin,yüngül torpaqlarda daha yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Mədəni şəraitdə Bakıda,Gəncədə,Balakəndə,Qubada və s. şəhər və rayonlarda becərilir. == İstifadəsi == Bağ və parklarda canlı çəpərlərin salınmasında,bordür və müxtəlif dekorativ kompozisiyaların yaradılmasında geniş istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Emericia sinensis
Cryptolepis sinensis (lat. Cryptolepis sinensis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin cryptolepis cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Emericia sinensis (Lour.) Roem. & Schult. Pergularia sinensis Lour.
Fenomen sinematoqrafının binası
Fenomen sinematoqrafının binası və ya Kukla Teatrının binası — 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası. Bina İosif Ploşkonun layihəsi üzrə fransız renessansı üslubunda tikilib. Hazırda binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. == Tarixi == XX əsrin əvvəllərində Bakının planlaşmasına və tamaşa müəssisələri tikintisinə yeni memarlıq mövzusu - səssiz kino göstərilməsi üçün sinematoqraf binası daxil olmuşdur. Hamının üzünə açıq olan ucuz sinematoqraf tezliklə tamaşaçıların etimadını qazanır. Bakıda sinematoqrafların ilk binası 1909-1910-cu illərdə yeni bulvarda mülki mühəndis İosif Ploşkonun layihəsi üzrə tikilmişdir. Bu binanın tikilməsi çox müzakirələrə səbəb olmuşdur. Kinematoqrafın layihəsi şəhər rəisi tərəfindən təsdiq olunduqdan sonra 1909-cu ildə yeni binanın tikilməsinə başlanıldı. Lakin şəhər hakimiyyəti "gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə tikintiyə icazənin mümkünsüzlüyünü bildirdilər. Pavilyon bulvarın yaraşığını pozar və sıxlıq yaradar, buna görə də sökülməlidir" Binanı bulvarın qurtaracağında, "Qafqaz və Merkuri" cəmiyyətinin anbarları ilə yanaşı ucaltdılar, 1910-cu ilin iyununda sinematoqraf "Fenomen" adı altında fəaliyyət göstərməyə başladı və əks fikirlərin yaranmasına səbəb oldu.
Hibiscus rosa-sinensis
Çin hibiskusu (lat. Hibiscus rosa-sinensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Təbii yayılması == Çin hibiskusunun vətəni Çinin cənubu və Hind-Çin şimalıdır, ancaq bitki tropik və subtropik iqlimi olan digər vilayətlərə də yaxşı introduksiya olunmuşdur. Çin hibiskusu Malaziyada "Bunqaraya" adlandırılır və milli çiçək, ölkənin simvollarından biridir, qəpik pullardada təsvir edilmişdir. Bəzən "Çin qızılgülü" adlandırılsa da, növün əsl qızılgülə (Çin qızılgülü) aidiyyatı yoxdur və digər cinsə aiddir. Yarpaq bünövrəsinin forması yumrudur. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək, parlaq, hamar, tünd yaşıl yarpaqlı və çiçəklərinin diametri 16 sm-dək olan həmişəyaşıl koldur. Təbii şəraitdə martdan oktyabradək çiçəkləyir. Dekorativ kol və ya kiçik ağacdır. Yarpaqları yumurtavari-neştərvari, çox və ya az ucu biz, ucu dişlidir.
Incarvillea sinensis
Çin inkarvilleyası (lat. Incarvillea sinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin i̇nkarvilleya cinsinə aid bitki növü.
Kadzura sinensis
Çin cırlimonu (lat. Schisandra chinensis) — bitkilər aləminin avstrobeyliyaçiçəklilər dəstəsinin cırlimonkimilər fəsiləsinin cır limon cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Uzaq Şərqindən Çinin şimalı və Yaponiyanın mərkəzi hissələrinə qədər yayılmışdır. == Botaniki təsnifatı == Hündürlüyü 8 m-ə qədər olub, sarmaşan bitkidir. Şar formada, qırmızı rəngli, ikitoxumlu giləmeyvəyə malikdir. Toxumları sarı rəngdədir. Bitki iyun ayından başlayaraq çiçək açır, meyvələri sentyabr-oktyabrda yetişir. Yabanı halda Mancuriyanın iriyarpaq meşələrində, xüsusən meşələrin qalın yerlərində və çay kənarlarında geniş yayılmışdır. Bitkinin meyvələrindən həm təzə dərilmiş, həm də qurudulmuş halda istifadə edilir. Qurudulmuş meyvələri tünd qırmızı rəngdə olub, turş dada malikdir.
Medicago asiatica subsp. sinensis
Mikado sinematoqrafının binası
Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası — 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə "Pel Mel" teatrı, Bakı azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. == Tarixi == XIX əsrin sonlarında milyonçu Hacı Haşım bəy Kərimov Molokanskaya 7 (indiki Xaqani küçəsi) ünvanında yerləşən ərazidə məhsul ehtiyyatını saxlamaq üçün anbar tikdirir. Hacı Haşım bəyin oğlu Əliheydər Kərimov Çin və Yaponiyaya səyahət etdikdən sonra Bakıya qayıdır və gördüyü binalardan təsirlənərək anbarın yerləşdiyi yerdə şərq üslubunda bina tikdirir. Bu binada 26 dekabr 1916-cı ildən Mikado sinematoqrafı fəaliyyət göstərməyə başlayıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada “Pelmel” klub teatrı fəaliyyət göstərib. Burada əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Aprel işğalından sonra 1920-ci ildən 29 aprel 1923-cü ilə qədər binada Bakı azad tənqid-təbliğat teatrı fəaliyyət göstərib.
Raphanus sativus subsp. sinensis
Qırmızı turp (lat. Raphanus sativus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinə aid bitki növü. Başqa kökümeyvəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Həm təbabətdə, həm də müxtəlif salatların hazırlanmasında istifadə olunur. == Sinonimləri == Raphanistrum gayanum Fisch. & C.A.Mey. Raphanus acanthiformis Morel ex L.Sisley Raphanus acanthiformis J.M. Morel ex Sasaki Raphanus acanthiformis var. raphanistroides (Makino) Hara Raphanus candidus Vorosch. Raphanus chinensis Mill. Raphanus gayanus (Fisch.
Raphanus sinensis
Qırmızı turp (lat. Raphanus sativus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin turp cinsinə aid bitki növü. Başqa kökümeyvəlilərə nisbətən çox qısa müddətdə (18-25 günə) yetişir. Həm təbabətdə, həm də müxtəlif salatların hazırlanmasında istifadə olunur. == Sinonimləri == Raphanistrum gayanum Fisch. & C.A.Mey. Raphanus acanthiformis Morel ex L.Sisley Raphanus acanthiformis J.M. Morel ex Sasaki Raphanus acanthiformis var. raphanistroides (Makino) Hara Raphanus candidus Vorosch. Raphanus chinensis Mill. Raphanus gayanus (Fisch.
Ricinus communis subsp. sinensis
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Saccharum sinense
Saccharum sinense (lat. Saccharum sinense) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü.