Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TAQM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
Tağı
Tağı — Azərbaycanlı kişi adı. Tağı Şahbazi Simurğ — yazıçı. Tağı Nağıyev — Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından. Tağı Tağıyev — Azərbaycan SSR xalq rəssamı.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Nəxl Tağı
Nəxl Tağı— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7 818 nəfər və ya 1 574 ailədən ibarət idi.
Rafiq Tağı
Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq. Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb.
Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Sülh Tağı
Sülh tağı - ABŞ-Kanada sərhəddində, Bleyn və Surrey şəhərləri arasında yerləşən abidə. Hündürlüyü 20.5 metrdir. Abidə 1921-ci ildə Samuel Hills tərəfindən tikdirilmişdir. Abidənin tikilməsində məqsəd 1814-cü ildə bağlanan Qent müqaviləsi nəticəsində yaranan ABŞ-Kanada sülh münasibətlərinin yüzilliyini qeyd etmək olmuşdu. Abidə tam olaraq ABŞ-Kanada sərhəddində, Ştatlararası 5 və Avtomaqistral 99 arasında şimal-cənub hərəkət zolaqlarının arasındakı yaşıllıq ərazidə yerləşir. Abidənin tacında hər iki ölkənin bayrağı dalğalanır. Frizin üzərində ABŞ tərəfdə “Children of a common mother” (Bir ananın övladları), Kanada tərəfində isə “Brethren dwelling together in unity” (Birlik içərisində yaşayan qardaşlar) yazısı həkk olunmuşdur. Tağın daxilində iki dəmir qapı yerləşdirilmişdir. Burada “May These Gates Never Closed” (Bu qapılar heçvaxt bağlanmasın) yazılmışdır. Abidə hər iki tərəfdən Sülh Tağı Parkı ilə əhatə olunub.
Tağı Abdullazadə
Tağı Alıkişiyev
Tağı Allahyar oğlu Alıkişiyev — mühasib, kolxoz sədri.Ali Sovetin Deputati 1928-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1961-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1943-cü ildə kolxozçuluqdan başlamış, mühasib işləmiş, sonra isə Sovet ordusunds xidmət etmişdir. 1954-cü ildən Mirbəşir rayonundakı “Şəfəq” kolxozunda mühasib olmuşdur, 1964-cü ildən isə həmin kolxozun sədridir. Azərbaycan SSR Ali Soveti xarici işlər komissiyasının üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mirbəşir seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Tağı Bədirov
Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972). Tağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır. Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Tağı Nağıoğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Tağı Nağıyev
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Tağı Oşenyüzən
Tağı Oşenyüzən — Azərbaycanlı bəstəkar Çox kasıb olan bəstəkar ölənə qədər yoxsulluq içində yaşayıb. Bu yoxsulluğa dözməyib və sonda intihar edib. Ölümündən sonra onun evindən həmin 500 lirəlik çek tapılıb. Məlum olub ki, o qədər yoxsulluğa, səfalətə baxmayaraq, bəstəkar çeki pula çevirməyib – çekdə məhz Atatürkün imzası olduğu üçün. 6 oktyabr 1924-cü ildə Mustafa Kamal Atatürk Qars şəhərinə səfər edir. Mustafa Kamal dəmiryol vağzalında mahnılar və folklor oyunları ilə qarşılanır. Bu mahnının bəstəkarı azərbaycanlı Tağı Oşenyüzəndir. Həmin vaxt Atatürk bəstəkarı bu şərqiyə görə mükafatlandırır və ona 500 lirəlik çek yazır. Azərbaycanlı bəstəkarın ürək dağlayan aqibəti.
Tağı Rzayev
Tağı Əsgər oğlu Rzayev (17 iyul 1895, İrəvan – 1 yanvar 1959) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1918–1920 illərdə Zaqavqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, AXC liderlərindən biri, AXC Parlamentin deputatı və Baş katibi, Araz-Türk Respublikasının naziri Bağır Əsgər oğlu Rzayevin (1893–1827) qardaşı. İrəvan klassik gimnaziyasında oxumuşdur (1906–1916). Moskva İmperator Unuversitetinə daxil olmuşdur və hüquq fakültəsinin iki kursunu bitirmişdir. AXC Parlamentin 1919-cu il 1 sentyabr tarixli qəranna əsasən, təhsilini yüngül sənayesi mühəndisliyi sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Təhsilini tamamlanmadan sonra 1924-cü ildə Bakıya qayidıb və "Yoldaş Vladimir İlyiç Lenin" (indiki H. Z. Tağıyev) adına toxuculuq kombinatında əvvəl mühəndis, sonra isə direktor vəzifəsində işləyib. 1952–1958 illərdə Az SSR Toxuculuq Sənayesi Komissarlığında şöbə rəisinin müavini olub. 1 yanvar 1959-cu il tarixində gəfildən infarkt keçirtdi və öldü. Yasamal qəbiristanlığında ailə panteonunda dəfn olunub.
Tağı Tağıyev
Tağı Əzizağa oğlu Tağıyev (7 noyabr 1917, Bakı – 27 iyun 1993, Bakı) — Azərbaycan SSR xalq rəssamı. Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Tağı Tağıyev 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1940–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığının yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Misal olaraq "Koroğlu dəsgahı", "Poladəridən", "Qaynaqçı", "Göy-göl", "Qarlı yollar"ı qeyd etmək olar. Tağı Tağıyev bir çox xarici – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya və s. ölkələrdə olmuş və onların həyatına dair tablolar çəkmişdir. Rəssamın ən yaxşı əsərləri "Uşaqlıq xatirələri", "Abşeron silsiləsi", "El gözəli", "Qarayanız qız" və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s.
Tağı Tağızadə
Tağı Ələkbər oğlu Tağızadə (4 sentyabr 1923, Bakı – 25 noyabr 1998, Bakı) — Azərbaycanlı epidemioloq, tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1981). T. Ə. Tağızadə 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. O, əmək fəaliyyətinə 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epidemioloq və parazitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1943–1944-cü illərdə Yevlax rayonunda sanitar-epidemioloji stansiyanın və eyni zamanda tropik stansiyanın rəisi, 1944–1945-ci illərdə Quba rayon dövlət sanitariya müfəttişi vəzifələrində çalışmışdır. 1945-ci ildə N. Nərimanov adına ADTİ epidemiologiya kafedrasına assistant vəzifəsinə seçilmişdir. 1956–1962-ci illərdə müalicə-profilaktika fakültəsinin dekan müavini, 1966–1968-ci illərdə sanitariya-gigiyena fakültəsinin dekanı olmuşdur. 1962–1966, 1981–1988-ci illərdə Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun, 1988–1992-ci illərdə isə Elmi tədqiqat Epidemiologiya, gigiyena və peşə xəstəlikləri institutunun direktoru vəzifəsində işləmişdir. 1964-cü ildən 1992-ci ilə qədər ATU-nun epidemiologiya kafedrasının müdiri, 1992–1998-ci illərdə kafedranın professoru olmuşdur. 1968–1975-ci illərdə Səhiyyə Nazirliyinin baş epidemioloqu, 1984–1992-ci illərdə isə baş parazitoloqu olmuşdur. 1974-cü ildən 1992-ci illər ərzində Azərbaycan epidemioloqları, mikrobioloqları və parazitoloqlarının elmi cəmiyyətinin, Səhiyyə Nazirliyinin problem komissiyasının, ATU-nun nəzdindəki İxtisaslaşdırılmış şuranın, profil həkimlərinin attestasiya Komissiyasının sədri, "Azərbaycan Tibb", "Tibbi parazitologiya və parazitar xəstəliklər" (Moskva) jurnallarının redaksiya heyətinin, keçmiş SSRİ-də bir çox cəmiyyət və elmi şuraların üzvü olmuşdur. Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan professor T. Ə. Tağızadə öz elmi-pedaqoji fəaliyyətinin 55 ili ərzində infeksion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla mübarizənin təşkili sahəsində elm və praktikanı qiymətli məlumatlarla zənginləşdirən çoxsaylı tədqiqat işləri aparmışdır.
Tağı İsmayılov
Tağı Mahmud oğlu İsmayılov (1887, Çomaxtur, Şərur-Dərələyəz qəzası – 4 iyul 1958, Çomaxtur, Noraşen rayonu) — istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən. Tağı Məşədi Mahmud oğlu İsmayılov 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali Ruhani məktəbində təhsil almış atası Məşədi Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olmuşdu. O,yalnız Naxçıvan elində deyil, Cənubi Azərbaycanın bəzi şəhərlərində (Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun Avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq ona "Zaqraniçnı Mahmud" deyərmişlər. Heç də təsadüfü deyildi ki, Məşədi Mahmud kiçik yaşlı Tağını Çomaxtur kəndində olan molla məktəbinə deyil, inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçin qonşu Yengicə kəndində yenicə təşkil etdiyi "rus –tatar" ("rus-azərbaycan") məktəbinə qoyur. Tağı ilk gündən şagird qabiliyyəti və cəsarəti ilə müəlliminin diqqətini çəkir. O,bu məktəbdə rus dilində üç il təhsil alır. Ancaq Rusiyada baş verən inqilabı hadisələrdən danışan Vanya Petroviç Tağının mənəvi aləminə ciddi təsir edir, onda yeni dünyagörüş formalaşdırır. Rusiyaya qayıtmalı olan Vanya Petroviç bu müddətdə hörmətini qazanmış Məşədi Mahmuda yaxın adamlarının biri ilə Məşədi Mahmuda sifariş yollayır: "Tağıdan nigaran qalma, o,mənimlə bizə — Armavirə gedir." Tağının Armavirdə Vanya Petroviçin inqilabçı dostları ilə tanışlığı onun həyat tarixçəsində haqsızlığa, ədalətsizliyə, mövcud quruluşun qəddarlığına qarşı mübarizə səhifəsi açır.
Tağı Şahbazi
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Tağı Əbdülrəhimov
Tağı İbrahim oğlu Əbdülrəhimov (mart 1907, Salyan, Cavad qəzası – 13 fevral 1983, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR su təsərrüfatı naziri (1951–1953, 1954–1965) və meliorasiya və su təsərrüfatı naziri (1965–1971), Azərbaycan SSR əməkdar irriqatoru (1971), "Stalin" mükafatı laureatı (1951). Tağı İbrahim oğlu Əbdülrəhimov 1907-ci ildə Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında, 1921-ci ildə başlamışdır. 1927–1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, Azərbaycan Su Təsərrüfatı İdarəsində çalışmışdır. Tağı Əbdülrəhimov 1931-ci ildə topoqrafiya-tədqiqat dəstəsinin rəhbəri olmuşdur. 1932-ci ildə Lənkərana işə göndərilmiş, 1933-cü ildən Salyanda suvarma qurğuları inşaatında, 1935-ci ildən isə yenidən Lənkəranda suvarma sistemləri idarəsində çalışmış, elə həmin ildən suvarma sistemləri idarəsinin rəisi işləmişdir. 1941-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilmişdir. 1947-ci ildə Tağı Əbdülrəhimov Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini vəzifəsinə irəli çəkilmiş, 1951-ci ildən isə su təsərrüfatı naziri olmuşdur. Sonralar Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini və başqa məsul vəzifələrdə çalışmış, 1954-cü ildə yenidən su təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. 1965-ci ildən isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri olmuşdur.
Xaltanlı Tağı
Xaltanlı Tağı (1776, Xaltan, Quba rayonu – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur. 1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Tat olmuşdur. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Həm Azərbaycan, həm də tat dillərində yazıb-yaratmışdır. Quba, Şamaxı tərəflərdə məşhur olmuş, bir müddət Dağıstanda da yaşamışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada, əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını söyləmiş və sərbəst bura xılmasını xahiş etmişdir.
Zəfər tağı
Zəfər tağı — böyük təntənəni əks etdirən arxitektura abidəsi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda, körpü başlanğıcında, böyük küçələrdə qaliblər şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılır. Zəfər tağları qədim Roma memarlığının ən təsirli və fərqləndirici növlərindən biridir. Bəzi ölkələrdə, kral xatirəsi üçün də Zəfər Tağı tikilir. Məsələn, Paris Zəfər tağı.
İmam Tağı
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
Robinson tağı
Robinson tağı — Məbəd dağının cənub-qərb hissəsində qeyri-adi enli daş tağla dəstəklənən monumental pilləkəndir. E.ə. I əsrin sonlarında I Böyük Hirodun təşəbbüsü ilə İkinci məbədin genişləndirilməsi məqsədi ilə inşa edilmişdir. Son tapıntılar, tikilinin onun ölümündən 20 il sonra tamamlanmadığını göstərir. Böyük daş aralığı, Məbəd dağının istinad divarları ilə birlikdə tikilmişdir. Tağ, Qədim Qüdsün Aşağı Bazar ərazisindən və Tyropoeon küçəsi ilə dağ kordonunda yerləşən Royal Stoa kompleksinə çıxışı təmin edir. Üst keçid, tamamlandıqdan təxminən 10-20 il sonra ilk yəhudi-roma üsyanı zamanı dağıdılıb. Tağın adı, 1838-ci ildə qalıqlarını onun qalıqlarını aşkar etiş alim Edvard Robinsonun şərəfinə adlandırılıb. Robinson, tapıntılarını nəşr etdirdiyi "Fələstindəki İncil araşdırmaları" adlı əsərində, İosif Flavinin "Yəhudilərin keçmiş əsərləri" və Yəhudi müharibəsində təsvir olunan körpü ilə əlaqənin ətraflı izahını vermişdir. Kitabında verdiyi körpü rəsmi ilə Qüds divarlarının varlığını göstərməklə, divarların qədimliyinini sübuta yetirmişdir.
Su tağı
Su tağı və ya su arkası və ya su şırnağı ilə qarşılama— hörmət və ya minnətdarlıq məqsədilə istifadə edilən mərasimdir.
Tağı Əhmədov
Əhmədov Tağı Məhəmməd oğlu (1 fevral 1949, Güney Qışlaq, Şahbuz rayonu) — Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri. Tağı Əhmədov 1 fevral 1949-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləmişdir. 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir. 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır. "Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Tağı Nağı oğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.