Tağı Əsgər oğlu Rzayev (17 iyul 1895, İrəvan – 1 yanvar 1959) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Tağı Rzayev | |
---|---|
Tağı Əsgər oğlu Rzayev | |
Digər adı | Tağı Rza |
Doğum tarixi | 17 iyul 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1959 (63 yaşında) |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyət illəri | 1920-1959 |
1918–1920 illərdə Zaqavqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, AXC liderlərindən biri, AXC Parlamentin deputatı və Baş katibi, Araz-Türk Respublikasının naziri Bağır Əsgər oğlu Rzayevin (1893–1827) qardaşı.
İrəvan klassik gimnaziyasında oxumuşdur (1906–1916).[1] Moskva İmperator Unuversitetinə daxil olmuşdur və hüquq fakültəsinin iki kursunu bitirmişdir. AXC Parlamentin 1919-cu il 1 sentyabr tarixli qəranna əsasən, təhsilini yüngül sənayesi mühəndisliyi sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Təhsilini tamamlanmadan sonra 1924-cü ildə Bakıya qayidıb və "Yoldaş Vladimir İlyiç Lenin" (indiki H. Z. Tağıyev) adına toxuculuq kombinatında əvvəl mühəndis, sonra isə direktor vəzifəsində işləyib.
1952–1958 illərdə Az SSR Toxuculuq Sənayesi Komissarlığında şöbə rəisinin müavini olub.
1 yanvar 1959-cu il tarixində gəfildən infarkt keçirtdi və öldü.
Yasamal qəbiristanlığında ailə panteonunda dəfn olunub.