Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Ey Ey Tet
Ey Ey Tet (13 dekabr 1992) — Myanmalı üzgüçü. Ey Ey Tet Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ey Ey Tet birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.25 saniyəlik nəticəsi ilə 70-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Le-Tey (Alye)
Le-Tey (fr. Le Theil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03281. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 408 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 252 nəfər (15-64 yaş) arasında 177 nəfər iqtisadi fəal, 75 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 70,2%, 1999-cu ildə 63.7%) idi. Fəal olan 177 nəfərdən 157 nəfəri (97 kişi və 60 qadın), 20 nəfəri işsizdir (9 kişi və 11 qadın). Aktiv olmayan 13 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Dey
Dey (fars. دی‎) — İran və Əfqanıstanın rəsmi təqviminin onuncu ayı. Dey ayında 30 gün var. Bu ay dekabr ayında başlayıb yanvar ayında sona çatır. Dey qışın ilk ayıdır.
Gey
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ney
Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti. Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir: XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng . Ağ ney Qara ney (mizmar) Hind neyi keçmişdə Azərbaycana Hindistandan gətirilmişdir.
Rey
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
TED
TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) - 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan,şəxsi qeyri-kommersiya fondudur.İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir.İdeyaların mövzuları fərqlidir:elm,incəsənət,dizayn,mədəniyyət,biznes,qlobal problemlər,texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir. Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur. Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur. 1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur. TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır. iPhone və Android qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
TeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Tej
Tej-alkoqollu içkidir. Efiopiya xalqlarının hazırladığı içkidir. Qeyşu ağacının budaqları və yarpaqlarından hazırlanır ki, bal və acılıq verən ədviyyatlar əlavə edilir.Bu içkinin şirin, zəif alkoqollu əvəzləyicisi Berz adlanır.Tej həmçinin ev içkisidir. Bunu Efiopiya toylarında istifadə edirlər.
Tel
Tel — alının üstünə düşən saçlar. Bəzi subkulturaların bildiricisi olar bilər, məsələn, emoların və ya qanuni oğru ideologiyası ilə gedən insanların.
Teo
Teo (belar. Юрый Вашчук) — 24 yanvar 1983-də anadan olan Belaruslu müğənni. Teo Cheesecake mahnısı ilə Belarusu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Tex
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Teya
Teya və ya Bazileya (yun. Θεία, Αἴθρα; lat. diva digər adı yun. Βασίλεια - "şahanə, ilahiyanə") — yunan mifologiyasında titan ilahə, 12 əsas titandan biri, qardaşı Hiperionun arvadı, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun anası. Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Teü
Teü (fr. Théus, oks. Teüs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05171. 2008-ci ildə əhalinin sayı 189 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 108 nəfərin (15-64 yaş arasında) 88 nəfəri iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 81.5%, 1999-cu ildə 71.7%). Fəal 88 nəfərdən 78 nəfəri (47 kişi və 31 qadın), 10 nəfəri işsizdir (3 kişi və 7 qadın).
Teş
Teş (fr. Têche) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38500. Kommunanın 2012-ci il üçün əhalisi 581 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 162 ilə 411 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 27 km qərbdə yerləşir.
Tly
Tly — talış dilinin Beynəlxalq Standartlaşdırma Qurumu (ISO) tərəfindən yaradılmış kodu. ISO 639-3 kodudur.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Tən
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Tef
Tef (lat. Eragrostis tef) - qırtıckimilər fəsiləsinin eragrostis cinsinə aid bitki növü.
Spişskа Nоvа Vеs
Spişskа Nоvа Vеs (slovak. Spišská Nová Ves, alm. Zipser Neudorf‎, mac. Igló) — Slovakiyanın şərqində şəhər. Koşitse bölgəsində yerləşir. Əhalisi 39 min nəfərdir. 1989-cu ildən şəhər icra başçıları: 1989 – 1990 – Ján Borovský 1990 – 1994 – Rastislav Jacák 1994 – 2002 – Karol Mitrík 2002 – 2006 – Anna Fedorová 2006 – 2014 – Ján Volný, PhD. Almaniya Alsfeld (alm. Alsfeld‎) Çexiya Havliçkuv-Brod (çex. Havlíčkův Brod) Polşa Groets (pol. Grójec) Fransa Eql (fr.
Barnaul-Т
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.