Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Senzura
Senzura (lat. cencura) — nitqin, ictimai kommunikasiyanın və ya digər məlumatların gizlədilməsi. Bu, sözügedən materialın etiraz edilə bilən, zərərli, həssas və ya "uyğunsuz" hesab edilməsi əsasında tətbiq edilə bilər. Senzura hökumətlər, özəl qurumlar və digər nəzarət orqanları tərəfindən tətbiq oluna bilər. Hökumətlər və özəl təşkilatlar senzura ilə məşğul ola bilər. Digər qruplar və ya qurumlar senzura təklifi verə və tətbiq olunması üçün müraciət edə bilər. Müəllif və ya digər yaradıcı şəxs öz əsərlərinə və ya nitqinə senzura tətbiq etdikdə, bu, avtosenzura adlanır. Ümumi senzura, milli təhlükəsizlik də daxil olmaqla müxtəlif iddia edilən səbəblərə görə əxlaqsızlığa, pornoqrafiyaya, nifrət məzmunlu nitqlərə nəzarət etmək, uşaqları və ya digər həssas qrupları qorumaq, siyasi və ya dini baxışları təşviq etmək və ya məhdudlaşdırmaq və böhtanların qarşısını almaq üçün nitqlər, kitablar, musiqilər, filmlər və digər incəsənət növləri, mətbuat, radio, televiziya və internet daxil olmaqla müxtəlif media vasitələrində tətbiq olunur. Birbaşa senzura növündən, yerindən və məzmunundan asılı olaraq qanuni ola və ya olmaya bilər. Bir çox ölkələr qanunla senzuraya qarşı güclü müdafiə təmin edir, lakin bu müdafiələrin heç biri mütləq deyil və tez-tez nəyin senzuraya məruz qala biləcəyini və edilə bilməyəcəyini müəyyən etmək üçün ziddiyyətli hüquqların tarazlaşdırılmasının zərurət olduğu iddiası irəli sürülür.
E-senzura
Netdə senzura
Onlayn senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
İnternet senzura

İnternetdə senzura

Senzura Komitəsi
Senzura komitəsi — Rusiya imperiyasında 9 iyul 1804-cü il tarixli Senzura haqqında Nizamnaməyə uyğun olaraq Xalq Maarif Nazirliyinin nəzdində yaradılmış komitə. Mərkəzi senzura komitəsi birbaşa Sankt-Peterburq təhsil dairəsinin müvəkkilinə tabe olan Sankt-Peterburq Senzura Komitəsi idi. Eyni zamanda Moskva, Vilna, Dorpat, Qafqaz rayonlarında, sonralar isə başqa yerlərdə senzura komitələri yaradıldı. Bütün çap və əlyazma nəşrləri senzuraya məruz qalırdı. XX əsrin əvvəllərində Senzura Komitələri Daxili İşlər Nazirliyinin tərkibində olmağa başlamışdı. Водовозов В. В. Цензура // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Высочайше утвержденный Устав о цензуре.