KABARQA

Mənbələrdə tağurğa, tonurğu variantları da mövcuddur. Cütdırnaqlı məməli heyvandır, otla qidalanır. Erkəklərin qarnında müşk istehsal edən vəzi var, rəngi tünd qəhvəyi olur. V.Dal öz “Lüğət”ində bu heyvanı “тощайа, за­му­ченайа скотина” kimi şərh edir. Hiss olunur ki, sözün kökü (kabar, tabur, tonur) feilidir, şəkilçilər isə isim düzəldib. Mənası dişləri (çölə) çıxan deməkdir (köpək diş­ləri ağzı bağlı olduqda belə çölə çıxır). Daraq, dırmıq kimi sözlərlə qohumdur. Bu sözlər diş, çıxıntı anlamları ilə bağlıdır. Bir ehtimala görə yaba (iki dişli) sözü ilə bağlıdır. V. Dalın dediklərinə əsaslansaq, sözü qabırğa (arıq) kimi də yoza bilərik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KABAB
KABOTAJ
OBASTAN VİKİ
Kabarqa
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü. == Etimologiya == Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür. == Təsnifatı == Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir. Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur. Qabarğanın buynuzları olmur. == Coğrafiyası == Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.
Kabarqalar

Digər lüğətlərdə