BATMAQ

1. BATMAQ (günəş haqqında) [Pərviz:] Tələmiz hazır olanda gün təzəcə batmışdı (M.İbrahimov); QÜRUB ETMƏK (yalnız Ayın və Günəşin batması) Gün qürub etməyə enirdi şitab; Kainata enirdi bir zülmət (C.Cabbarlı); SANCILMAQ Axşam gün sancılanda Qədim dayı özünü şəhərə çatdırdı (S.Rəhimov).

2. BATMAQ (suya dalmaq) [Vəli:] Bəy çox qaşqabaqlı görünür. Elə bil dəryada gəmiləri batıb (M.İbrahimov); QƏRQ OLMAQ Cəvahir xanım: ...İndi deyirlər ki, Qara dəryada gəmi qərq olub... (N.Vəzirov).

3. BATMAQ [Qəhrəman] ..dərs kitablarının tozuna batır (S.Rəhimov); BULAŞMAQ (BULANMAQ) Ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür (Ə.Haqverdiyev); Yıxılıb torpağa bulanmış idim (A.Səhhət).

4. BATMAQ (ucu iti şeylər haqqında) Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl (Ata. sözü); SANCILMAQ Necə olursa, stəkan qırığının bir parçası dabanına sancılır (İ.Hüseynov).

BATİNƏN
BAYAĞI

Digər lüğətlərdə