Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — Tümen – Sibirdə şəhər.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tumua Anae
Tumua Anae (d. 16 sentyabr 1988) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Tumua Anae, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Tümen vilayəti
Tümen vilayəti (rus. Тюменская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Tümen şəhəridir.
Tümən (dəqiqləşdirmə)
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — Tümen – Sibirdə şəhər.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.
Tuman (dəqiqləşdirmə)
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.
Turun sonu
Turun sonu (ing. The End of the Tour) — 2015-ci ildə ekranlara çıxan ABŞ dram filmi. "Rolling Stone" jurnalından Devid Lipski beş gün ərzində məşhur yazıçı Devid Foster Vollesdən müsahibə alır. İkisi birlikdə vaxt keçirdikcə aralarında dostluq inkişaf edir. Ceyson Siqel Cessi Ayzenberq a24films.com/films/the-end-of-the-tour/ — Turun sonunun rəsmi saytı The End of the Tour — Internet Movie Database saytında.
Tudun Həbə rayonu
Tudun Həbə rayonu (Çincə: 头屯河区/頭屯河區; Pinyin: Tóutúnhé Qū; Uyğurca: تۇدۇڭخابا رايونى, Tudungxaba Rayoni, Tudunghaba Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Turun Palloseura FK
TPS — Finlandiyanın futbol klubu. 10 dəfə Avropa kuboklarında iştirak edib.
Tümən (pul vahidi)
Tümən (və ya "toman"), (fars. تومان‎, ing. toman) — İran İslam Respublikasının rəsmi pul vahidi. Fars dilindəki تومان‎ (tumân) sözü, qədim türk və ya monqol dilində "on minlik" mənasına gələn түмэн (tümen) sözündən keçmişdir. Qədim monqol-tatar hərb sistemində 10 min əsgərdən ibarət ordu birləşməsinə tümən deyilmişdir. XVII əsrdən 1927-ci ilə qədər Qacar hakimiyyəti dönəmində İran ərazində rəsmi pul vahidi tümən adlandırılmışdır. Bir tümən 10 min dinara bərabər olub. Əskinaslar İran İmperiya Bankı tərəfindən dövriyyəyə buraxılıb. 1932-ci ildə İranda pul islahatları aparılıb və tümən 1:10 nisbətində İran rialına dəyişdirilib. 2020-ci ilə qədər dövlət valyutasının adı rial olsa da, pərakəndə ticarətdə qiymətlər bir qayda olaraq tümənlə göstərilmiş və xalq arasında da pulun adı tümən olaraq qalmağa davam etmişdir.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Humus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır. Humusu qeyd edən ən erkən mənbə XIII əsrdə yazılan resept kitabıdır.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.