Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Güzlək
Aşağı Güzlək
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.
Ügyek
Ügyek və ya digər adı ilə Ugek (VIII əsrin ikinci yarısı, IX əsrin birinci yarısı), Almosun atası, ilk Böyük Macar Şahzadəsi. Bəzi mənbələrə əsasən isə Almoşun atası yox babasıdır. Vyana rəsmli xronikasına əsasən, Almos Ügyekin oğlu Elödün oğludur. Anonim müəllif yazır ki Ügyek 819-cu ildə Eunedubeliyan şahzadəsinin qızı Emeşe ilə evləndi. Xronikalarda göstərilir ki, onların Almoş adlı bir oğlu oldu. Emeşe Almoşun doğumundan əvvəl yuxuda Toğrul quşunu görmüşdü. Toğrul quşu mifologiyada qoruyucu rolunda çıxış edir və onun vəzifəsi uşaqları böyüyənədək bəlalardan qorumaqdır. Buna görə də onun adını Almoş yəni “ yuxuda görülən” qoymuşdular. Tarixçi Dyula Kristo qeyd edir ki, Ügyekin adının qədim macar sözü olan ügy sözündən götürülmüş ola bilər. Ügy sözü macarca “müqəddəs” mənasında işlənir.
Aşağı Güzlək
Aşağı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd həmin rayondakı Yuxarı Küzlək kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1922-ci ilə aid mənbədə Gəncəsər monastırına məxsus kəndlər sırasında Güzlək də çəkilir. Türk dillərində küz "payız otlağı", "göy otlu yer", " quzular üçün payız otlağı" sözündən və məkan bildirən -lək şəkilçisindən ibarətdir. Mənaca Küzdək kənd adı ilə eynidir. Kənd Qozluçay dərəsində, Pirəhmədli və Qarakollu kəndləri arasında yerləşir. Aşağı Güzlək kəndi 1993-cü ilin avqust ayının 23 də erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. 2020-ci ilin noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Güzdək (indiki Yuxarı Güzlək) kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. "Güzlək yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir.
Gövlək (Piranşəhr)
Gövlək (fars. گولك‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (12 ailə).
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Rene Uellek
Rene Uellek (22 avqust,1903 – 11 noyabr, 1995) — Çexiyalı-Amerikalı ədəbiyyatşünas, tənqidçi, komparatist.
Yuxarı Güzlək
Yuxarı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı" mənasındadır.
Gölə
Gölə — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Adi göyək
Gilək dili
Gilan dili, Gilək dili, Giləkcə — Hind-Avropa dil ailəsinə aid İrani dillərin şimal-qərbi qoluna bağlı bir dil. İranın Gilan ostanında yayılmışdır. Talış və mazandaran dillərinə yaxın dildir. İki dialekti var.
Göbək ciyəsi
Göbək ciyəsi (lat. funiculus umbilicalis) — embrionu, daha sonra dölü ana bətnində cift vasitəsilə ana orqanizmlə birləşdirən xüsusi bir üzv. İnsanda onun uzunluğu 50–70 sm və daha artıq olur. Bu da dölün ana bətnində (uşaqlıqda) sərbəst hərəkət etməsinə imkan yaratmış olur. Göbək ciyəsinin qalınlığı yeni doğulmuş uşaqda 2 sm olur. Onun xarici qişası və ya örtüyü hamar və bir qədər parıltılıdır. == Təşkili == === Göbək arteriyaları === Göbək arteriyaları 2 ədəd olub, dölün daxili qalça arteriyalarından başlanğıc götürərək karbon qazı, metobolizm maddələrilə zəngin qanı ciftə çatdırır. Doğuşdan sonra boş qaldığına görə çapıq toxumasına çevrilərək göbək büküşünün əmələ gəlməsində iştirak edir. === Göbək venası === Göbək venası ilkin mərhələdə cüt olur. Sonradan sağ vena obliterasiya olunur, tutulur.
Göbək venası
Göbək venası (lat. v. umblicalis) — vasitəsilə ciftdən arterial qan dölə doğru axır. Göbək venası göbək ciyəsilə gedərək göbəkdən qarın boşluğuna daxil olur, qarnın ön divarının dal səthilə yuxarıya qalxaraq qaraciyərin qapısına çatır və burada iki şaxəyə bölünür. Şaxələrdən biri qapı venasına və digəri venoz axacaq – lat. ductus venosus adı ilə aşağı boş venaya açılır. beləliklə göbək venası ilə axan arterial qanın bir hissəsi aşağı boş venadakı venoz qanla qarışır, digər hissə isə qapı venasındakı venoz qanla qarışıb qaraciyərə daxil olur və orada kapillyar sistemini keçdikdən sonra qaraciyər venaları (lat. vv. hepaticae) vasitəsilə yenə aşağı boş venaya tökülür. Bunun nəticəsində qaraciyər başqa üzvlərə nisbətən artıq miqdarda arterial qan alır, ona görə də embrionda olduqca artıq inkişaf etmiş olur.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Gödək qoyunu
Gödək qoyunu — Azərbaycanda, Quba-Xaçmaz iqtisadi rayonunda miqdarca birinci yeri tutan qoyun cinsi. Cins xalq seleksiyası yolu ilə yaradılmışdır və qədim cins hesab olunur. Cinssin nümayəndələri xırda olması, qısa ayaqları, möhkəm gövdəsi ilə çeçilir. Konstitusiyası quru və möhkəmdir. Ağır şəraitə davamlı, çevik və uzaq yol getməyə qadir, yerli şəraitə uyğunlaşmış qoyunlardır. Qoyunların 80 % ağ, başı və ayaqları qonur və qara rəngli olur. Ətlik-yunluq istiqamətli cinsdir. Dişilərdə diri çəki 30-40 kq, qoçlarda isə 45-50 kq-dır. Ət çıxarı orta hesabla 45,0-48,0 % təşkil edir. İlllik süd verimliyi 45 litr, südünün yağlığı isə 6,4- 7,2 % olur.
Gödək Əhməd
Əbül Nasir Gödək Əhməd (1476, Konstantinopol – 13 dekabr 1497 və ya 1497, İsfahan) — Ağqoyunlu dövlətinin VI hökmdarı. Həsən bəy Rumlu Əhsənüt-təvarix əsərində Gödək Əhmədlə bağlı yazırdı: "O, həmin ilin qışında öldürüldü. Onun hakimiyyəti altı ay davam etdi. Bədən quruluşuna gəlincə; üzü son dərəcə qırmızı və ağ, əlləri və ayaqları qısa idi. Bu səbəbdən Əhməd gödək adı ilə tanınırdı". == Həyatı == Ağqoyunlu Əhməd bəy mənbələrdə Əhməd Mirzə, Sultan Əhməd, Gödək Əhməd ünvan və ləqəbləri ilə tanınır. O, Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin isə oğlu idi. Uğurlu Məhəmməd atasına qarşı 1474-cü ildə döyüşdə məğlub olduqdan sonra Osmanlı dövlətinə sığınmışdı. Fateh Sultan Mehmed də onu qızı Gövhərxan Sultan ilə evləndirərək onları Sivas bəyliyinə göndərir. Uğurlu Məhəmməd bəy Səlcuqşah Bəyimin təşkil etdiyi sui qəsd nəticəsində Ərzincana gedərək orada öldürülür.
Gülək boğazı
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. == Nəqliyyat infrastrukturu == Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Ləkəli göyək
Qolen Qrad
Qolen Qrad (mak. Голем Град) — Makedoniya Respublikasının ərazisində yerləşir. Adanın mənası Böyük qala kimi səslənir. Bəzən isə İlan adası olaraq adlanır. Adanın sahəsi 20 hektardır. Ada Prespa gölü daxilində, Yunanıstan və Albaniya sərhəddindən bir necə km aralıda yerləşir. Qolen Qrad adasında bir necə qədim məbəd vardır. Adada çoxlu sayda heyvan növü yaşayır..2008-ci ilin avqust ayından ada yuristlərin girişi üçün açılmışdır. Qolen Qrad 20 h əraziyə malik olub, 600 metr uzunluğa və 350 metr enə malikdir. XX əsrin ortalarından etibarən adada yaşayış yoxdur.
Qırmızı göyək
Tapın görək
Tapın görək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bu oyun bəzi bölgələrdə "Qələndər, ay Qələndər", bəzən "Sual-cavab" adlandırılsada bu oyun əsasən "Tapın görək" oyunu kimi təşəkkül tapmışdır. Bu oyunun da Azərbaycanın ayrı-ayrı bolgələrində muxtəlif adları ("Yengəla ha, yengəla", "Quşum-quşum", "Durna-durna", "Səməndər, ay Səməndər", "Yalan-palan", "Bir quşum var bu boyda" və s.) məlum idi. Tapın görək oyununa hazır olan uşaqlar sanama yolu ilə bir nəfəri oyun başçısı (usta, ya molla) seçirlər. Oyun başçısı(usta, ya molla) seçiləndən sonra uşaqları sıraya düzür və bir turna başda durana(sırada birinci dayanana) verərlər. Özü isə nisbətən bir uca yerə çıxıb nəzərdə tutduğu bir quşu, heyvanı və yaxud da başqa bir əşyanın əlamətlərini və hərəkətlərini uşaqlara nişan verməklə söyləyərlər: Əvvəlcə uşaqlar növbə ilə cavab verməlidirlər. Hər kəs öz ağlına gələni bir şeyə oxşadar və deyər. Düz deməyən şəxs turnanı yanındakına verməlidir. Hər hansı kəs düz desə oyun başçısı(usta, ya molla) deyər: "palan" O vaxt cavabı düz tapan turna ilə o biri uşaqları döyər. Beləcə sual-cavab davam edər.
Tayyibə Gülək
Tayyibə Gülek Domac (1968, Adana) — türk siyasətçisi, Türkiyə siyasi tarixinin önəmli adlarından biri olan Qasım Güləyin qızı. Tayyibə Gülək 1991-ci ildə Harvard Universitetinin, İqtisadiyyat fakültəsini (ABŞ) fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə London Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (İngiltərə) magistratura pilləsini bitirmişdir. 1996-cı ildə Brüggedəki College d'Europe (Belçika)-un Avropa İttifaqı kursunu bitirmişdir. Tayyibə Gülək 1994-cü ildə Baş Nazirlikdə məsləhətçi kimi fəaliyyətə başlayıb. 1999-cu ilə qədər işlədiyi müddətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, iqtisadiyyatın koordinasiyası, Avropa İttifaqının koordinasiyası, Cənub-Şərqi Anadolu layihəsi və hökumətdə ümumi keyfiyyət menecmentinin həyata keçirilməsi sahələrində çalışıb. 18 aprel 1999-cu il seçkilərində Demokratik Sol Partiyası siyahısından ən gənc qadın deputat kimi Türkiyə Böyük Millət Məclisinin XXI çağırış millət vəkili olaraq seçildi. O, Rəhşan Amnistiyasını (Rahşan Amnistiyası və ya Şərti Azad və Təxirə salınma Qanunu Rahşan Ecevitin təklifi ilə 22 dekabr 2000-ci ildə qüvvəyə minmiş bir amnistiya qanunudur) dəstəklədi və 21 dekabr 2000-ci ildə parlamentdə keçirilən səsvermədə lehinə səs verdi. 12 iyul 2002-ci ildə Baş nazir Bülənd Ecevit tərəfindən Kipr və Xaricdə Yaşayan Vətəndaşlar üzrə Dövlət naziri vəzifəsinə təyin edilmişdir. Məclisdəki fəaliyyəti dövründə Avropa Şurası Parlament Assambleyasında Türkiyə Nümayəndəliyinin və Qərbi Avropa İttifaqının Türkiyə Nümayəndəliyinin üzvü olan Gülək Hüquq və İnsan Hüquqları Komissiyasının sədr müavini olmaqla yanaşı, Gender Bərabərliyi Komissiyasının da üzvü olub.
Yuxarı Güzlək kəndi
Yuxarı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı" mənasındadır.