Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vudu
Vudu (Benində: Vodun; Haitidə: Vodou; Dominikan Respublikasında: Vudu) — Qərbi Afrika mənsəli animist bir dinidir. Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750-1785-ci illərdə Haitidə meydana gəlsə də ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürmüşdür. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu, "hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc" kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur. Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir. İnanca görə, ondan aşağıda üç ruhi varlıq mövcuddur: 1) Loa. İnsan həyatını tənzimləyən ruhlar birliyi, bu dünyada təcəssümünü tapan enerjidir.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. == Hazırlanması == Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
Budu Mdivani
Polikarp Gurgenoviç "Budu" Mdivani (gürc. პოლიკარპე [ბუდუ] მდივანი; rus. Поликарп Гургенович [Буду] Мдивани; 1877, Tiflis – 19 iyul 1937, Tbilisi) — 1917-ci ildə Rusiyada baş vermiş inqilab və vətəndaş müharibəsində fəal iştirak edən gürcü bolşevik siyasətçisi, Sovet hökuməti rəsmisi və diplomat. 1920-ci illərdə xüsusilə Qafqazın sovetləştirilməsində əhəmiyyətli rol oynamışdı, lakin daha sonra Gürcüstan işi və eyni zamanda baş verən İosif Stalinin mərkəzləşdirmə siyasəti zamanı Gürcüstan Kommunist müxalifətinə rəhbərlik etmişdir. 1930-cu illərdə Trotskizm müxalifətinə etdiyi dəstəyə əsasən sürgün edildi və Böyük Təmizlik çərçivəsində edam edildi. == Həyatı == === İlk illəri === 1877-ci ildə o vaxtı Rusiya İmperiyasının bir hissəsi olan Gürcüstanın Kutaisi quberniyasında anadan olmuşdur. Mdivaninin ailəsi Gürcüstanın nəcib ailələrindən biri idi. 1899-cu ildə Moskva Universitetində təhsilinə başlasa da, tələbə hərəkatlarına qoşulduğu üçün, təhsilini tamamlaya bilmədi. === İnqilab və Vətəndaş Müharibəsi === Mdivani 1903-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bolşevik fraksiyasında qatıldı və Tiflis, Bakı, Batumi və Qafqazın digər sənaye mərkəzlərində inqilabi fəaliyyətinə başladı. Həmyerlisi İosif Stalinin yaxın iş yoldaşı olmuşdur.
BDU
Bakı Dövlət Universiteti və ya qısaca BDU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir. == Tarixi == === Zəmin === 1897-ci ilin sentyabr ayında Kiyev və Varşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı. 7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin açılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Tiflisdə "Rus universiteti"ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya alim, cərrah və pedaqoq, üç universitetin — Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857–1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin müzakirəsinə verdi.
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Balıq südü
Balıq südü - ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Böyük kudu
Böyük kudu (lat. Tragelaphus strepsiceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
Kiçik kudu
Kiçik kudu (lat. Tragelaphus imberbis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü. == Yayılması == Afrikanın hər yerində rast gəlinən böyük kududan fərqli olaraq, kiçik kudu çox da böyük olmayan ərazilərdə, — Tanzaniya, Keniya, Efiopiya və Somalinin bir hissəsində yaşayır. 1967-ci ildə gözlənilmədən kiçik kuduya Ərəbistan yarımadasında, daha doğrusu Yəməndə rast gəlindi.
Xudu Borçalı
Xudu Borçalı və ya Xudu bəy Borçalinski— XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanı. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə Xudiya deyirdi. O, II çar İrakli tərəfindən general rütbəsi almış, gürcü ordusunda süvari dviziyaya rəhbərlik etmişdir . == Haqqında == Xudu bəy Borçalı təxminən 1730-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuşdur. Onun, 1770-in yazında Axısxada göstərdiyi şücaət şahzadələr Teymurazın, Baqratın, Davidin, İohanın tarixi icmallarında özəlliklə qeyd olunmuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun köməyi ilə Axısxanı, Azğuru, Aspindzayı tutmağa getdilər. İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür çayı üstündəki Aspinza Körpüsündə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qoriyə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutundadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır.
Xudu Məmmədov
Xudu Məmmədov (14 dekabr 1927, Mərzili – 15 oktyabr 1988, Bakı) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) == Həyatı == Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu pəhlivan
Xudu Ocaqqulu oğlu XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb. Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü. Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.
Xudu İbrahimoğlu
Xudu İbrahimoğlu (tam adı: Xudu İbrahim oğlu Mustafayev; 1 yanvar 1939, Gülablı, Ağdam rayonu – 2006, Bakı) — filoloq, maarif xadimi, müəllim, publisist, şair. == Həyatı == Xudu İbrahimoğlu 1 yanvar 1939-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, 1949-cu ildə Ağdam şəhər yeddiilik məktəbin I sinfinə daxil olmuş, 1959-cu ildə 2 nömrəli beynəlmiləl orta məktəbi Qızıl medalla bitirmişdir. 1959–1964 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsində ali təhsil almış, fərqlənmə diploma ilə başa vurmuşdur. Xudu İbrahimoğlu Ağdamda müəllim (1964–66), "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində ədəbi işçi (1966–69), Respublika Kənd Təsərrüfatı Nazirliyi nəşriyyat şöbəsində redaktor (1969–73), Az. KPMK "Təşviqatçı" jurnalında baş ədəbi işçi (1971–79), Abşeron RPK-də şöbə müdiri (1979–84), həmin rayonun Xırdalan qəsəbə 3 saylı tam orta məktəbin direktoru (1984–87), "Abşeron" qəzetində redaktor müavini (1987–89), 1989-cu ildən Abşeron RPK-də partiya komitəsinin sədri vəzifəsində işləmiş, 1990-cı ilin 20 Yanvar hadisələrində sovet ordusunun vəhşi və qaniçən hərəkətlərinə etiraz olaraq vəzifəsindən və partiya biletindən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətində tərcümə bölməsinin müdiri vəzifələrində işləmişdir. Xudu İbrahimoğlu 30 oktyabr 2006-cı ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Xudu İbrahimoğlu 100-dən çox elmi və publisist məqalənin, kitabların müəllifidir: "Dünya şöhrətli həmvətənimiz" (M. F. Axundov haqqında), "Qüdrətli jurnalist" (C. Məmmədquluzadə haqqında), "Unudulmaz sənətkar" (H. Cavid haqqında), "Şairin həyat fəlsəfəsi" (S. Vurğun haqqında) və s. Xudu İbrahimoğlu istedadlı şair kimi tanınmış, orta məktəb illərində rayon qəzetində, sonralar respublikanın müxtəlif mətbuat orqanlarında "Xudu Mustafayev", "Xudu Sadiq", "Xudu İbrahimoğlu" imzaları ilə şeirlər dərc etdirmişdir.
İnək südü
Süd — qida məhsulu. == İnsan orqanizmi üçün südün əhəmiyyəti == Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Kitabül-vüdu
Kitabül-vüdu - Seyid Yəhya Bakuviyə məxsus əsər. Bu əsərdə dəstəmazın təsəvvüfi mənası verilmişdir. Dəstəmazın cismani və ruhani olmaq üzrə iki qism olması, ruhani mənasının Allahdan başqa hər şeydən ayrılmaq mənasına gəldiyi, bunu üçün də kamil bir şeyxə tabe olmağın gərəliyi bildirilir. Əsərdə dəstəmazda yuyulan əl ,ayaq, üz və baş kimi dörd üzvün nəfsin əmmarə, ləvvamə, mülhəmə və mütmainnə kimi dörd halına işarə olası fikri ifadə olunmuşdur. Bundan başqa əsərdə yuyulması vacib olan yeddi üzvün də nəfsin yeddi mərtəbəsinə işarə olduğu açıqlanır, təsəvvüfdə şeyxə bağlanmağın vacibliyi təkrar edilir və şeyxi olmayanın şeyxinin şeytan olduğu bildirilir. Ərəb dilində olan bu əsər Seyid Yəhyanın fars dilində digər əsəri Əsrarül-vüdu ilə səsləşsə də, məzmunu demək olar ki, tamamilə fərqlidir. Əsərin Atatürk Kitablığında olan yeganə nüsxəsi Camalül Xəlvəti adına qeyd olunmuş, ancaq əvvəlində Seyid Yəhya Şirvaniyə aid olduğu qeyd edilmişdir. Əsərdə “Qalə əş-şeyx” ifadəsinin tez-tez işləndiyini nəzərə alsaq, Camalül Xəlvəti tərəfindən ərəb dilindən tərcümə edildiyi ehtimal oluna bilər. Əsər 1199/1785-ci ildə İbrahim ibn Hüseyin tərəfindən köçürülmüşdür. Hal-hazırda İstanbul Atatürk Kitablığı,Osman Ergin,1683 nömrədə qorunur.
Çudu (Dağıstan)
Çudu - Dağıstan xalqlarının milli yeməyi. == Hazırlanması == Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
BDU Filologiya
Bakı Dövlət Universitetinin Filologiya fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ildə Bakı Dövlət Darülfünunu təsis edilərkən tarix-filologiya fakültəsinin (tarix və lisanə fakültəsi) dil-ədəbiyyat və Şərq şöbələri şəklində təşkil olunmuşdur. Universitetin fəaliyyət göstərdiyi ilk illərdə dil-ədəbiyyat şöbəsində rus dili və ədəbiyyatı ixtisası, Şərq şöbəsi daxilində isə indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası tədris edilmişdir. Bu sonuncu ixtisas üzrə tələbələr ilk növbədə Azərbaycan dili və ədəbiyyatı üzrə mütəxəssis kimi hazırlansalar da, ərəb, fars, türk dillərini və bu dillərdə danışan xalqların ədəbiyyatını və tarixini də dərindən öyrənmişlər. 1922-1923-cü tədris ilindən Şərq şöbəsi müstəqil fakültəyə çevrilmiş və beləliklə, 1922-ci il martın 30-dan rus dili və ədəbiyyatı ixtisası tarix-filologiya fakültəsinin müstəqil bir şöbəsi, indiki Azərbaycan dili və ədəbiyyatı ixtisası isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi fəalyyət göstərmişdir. 1923-1924-cü tədris ilində tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrilir, indiki rus dili və ədəbiyyatı ixtisası həmin fakültənin üç şöbəsindən biri olur. 1924-1925-ci tədris ilində ictimai elmlər fakültəsi pedaqoji fakültə ilə əvəz olunur. 1925-1926-cı tədris ilinin əvvəlində pedaqoji fakültədə dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırılır. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarınadək-Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirir. Bakı Dövlət Universiteti təşkil olunarkən tarix-filologiya fakültəsinin ilk dekanı Ümumi tarix kafedrasının professoru Nikolay Aleksandroviç Dubrovski olmuşdur.
BDU Jurnalistika
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası ilk olaraq 1928-ci ildə məhz ADU-da qoyulmuşdur. Həmin dövrdə Jurnalizm kafedrası tələbələrinin mətbuat orqanı sayılan «Student-jurnalist» qəzetinə müsahibə vermiş kafedra müdiri S.Sredinski (həmin müsahibəni götürən tələbə Hadi Mirzəzadə sonralar dil tarixi üzrə məşhur alim, BDU-nun professoru olmuşdur) göstərirdi ki, bu vaxtadək Şuralar İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda («Student-jurnalist», № l, iyun, 1929). Müəyyən fasilədən sonra 1945-ci ildən Filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra – Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur. Kafedranın ilk müdiri təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev olmuşdur. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri – İsrafil Nəzərov, Nəsir İmanquliyev, Qılman Musayev (İlkin), Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev gələcək jurnalistlərin ilk müəllimləri olmuşlar. 1950-ci ildə şöbənin birinci buraxılışı olmuşdur. İlk məzunlardan prof.
BDU Tarix
Bakı Dövlət Universitetinin Tarix fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == 1919-cu ilin sentyabrında təsis edilən və noyabrın 15-də fəaliyyətə başlayan Tarix fakültəsi Bakı Dövlət Universitetinin yaşıdıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur. Fakültə fəaliyyət göstərdiyi 103 il ərzində çətin və şərəfli inkişaf yolu keçmişdir. 1919-cu ildə Tarix-filologiya fakültəsi adı ilə ilk addımlarını atmağa başlayan Tarix fakültəsi sonralar müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. Bu müddətdə Tarix fakültəsi yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu tədris və elm mərkəzinə çevrilmiş, Azərbaycanda elmin və mə­dəniyyətin inkişafına güclü təkan vermişdir. Fakültə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 12 professor, 2 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər. 1922-ci ildə Tarix fakültəsində 8 kafedra fəaliyyət göstərirdi: Qədim tarix; Orta əsrlər tarixi; Yeni dövrün tarixi; Rusiya tarixi; Müsəlman Şərqinin ümumi tarixi; Türklərin tarixi; İran tarixi; Ar­xeologiya.
Hirkan quş südü
Pont quş südü
Quş südü tortu
Quş südü — çalınmış yumurtadan ibarət şirniyyatdır. == Haqqında == Çox zərif formada hazırlanıb, üzərində şokoladlı qlazurlu olur. SSRI dövründə yeganə patent alan tort idi. Bu vaxta kimitortlara patent verilməsi mövcud deyildir. Bu tortun resepti Moskvada Praqa restoranının üç məşhur kulinarı Vladimir Quralnik, Marqarita Qolovoya və Nikolay Panfilov tərəfindən hazırlanmışdır. == Tarixi == 1980-ci ildə tortun hazırlanması çıxarışı verilmiş 1982-ci ildə isə bu № 925285 altında onun hazırlanması qeydə alınmışdır.
Xudu Baba türbəsi
Xudu baba türbəsi — Goranboyun Səfikürd kəndində yerləşən türbə. Türbə kənd qəbirstanlığında Aran mеmarlıq üslubunda, yəni çay daşı ilə bişmiş kərpicin birlikdə naxış şəklində işlədilməsi ilə hörülmüşdür. Divarın hündürlüyü 2,2 m, bişmiş kərpiclə hörülmüş gümbəzin hündürlüyü 2 m, türbənin ümumi hündürlüyü 4,3 m-dir. Hər tərəfindən еni 95 sm, aralarındakı divar 23 sm, olan üstü ürək formalı üç guşə olmaqla 6 guşəsi, hər iki tərəfində kiçik pəncərələr (50 x 35 sm) var. Qapının hündürlüyü 1 m, еni 50 sm, divarın еni 40 sm, tikintidə istifadə olunmuş kərpiclərin ölçüsü 20 x24x4 sm-dir. Türbənin hörülməsində süd, yumurta və irəmə torpağının qarışığından, içərisinin suvağında isə gəcdən istifadə olunmuşdur. Mənbənin bildirdiyinə görə, XVII-XVIII yüzildə Səfikürddə yaşamış Xudu pəhlivanın adı ilə "Xudu baba türbəsi" adlandırılmışdır. Bu tarixə bir az aydınlıq gətirək. XVII yüzilin sonu, XVIII yüzilin önündə Səfikürd kəndində Xudu adlı adam yaşamayıb. Türbəsi tikilən adam pəhlivan Xudu Ocaqqulu oğludur.
Xudu Divanə xanəgahı
Xudu Divanə xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şərq yaxınlığında, Hacıvar kəndində ziyarətgah. Bu pir haqqında ilk məlumata rus alimi İ.P.Zelinskinin 1882-ci ildə SMOMPK məcmuəsində nəşr etdirdiyi məqaləsində rast gəlinir. XX yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş rus alimi V.M.Sısoyev pir haqqında yazır: Naxçıvan şəhəri yaxınlığında, Hacıvarda bir-birindən 300-400 addım məsafədə iki qarağac ağacı vardır. Onları ekiz sayılırlar. Belə hesab edirlər ki, onlar yeraltı köklər vasitəsilə bir-biri ilə birləşmişdir. Bu ağaclarda əmələ gəlmiş qabarmaları onların hamiləliyilə izah edirlər. Onlar dan birinin, Yarımca yolunun yaxınlığında olanın yanında cavan qaraağac yetişib. Onu qoca qara ağacın oğlu hesab edirlər. Sonuncunun altında gil dən balaca otaq tikilib. Bu yerlərin sahibləri orada öz ölülərini dəfn edirlər.
Ana südü ilə qidalanma
Ana südü ilə qidalanma yaxud təbii qidalanma məməlilərin dişilərinin döşlərindəki südü övladlarına çatdırmasıdır. Körpələrin instinktiv ana südü ilə qidalanma refleksi sayəsində öyrənmə prosesi lazım deyildir. İnsanlarda ana südü ilə qidalanma tövsiyələri 6 ay ilə 2 yaş arasında dəyişir. Ana südü ilə qidalanma üçün təbii əmizdirmə yerinə, bir qabda cəmlənərək şüşə ilə qidalanma üsulu da izlənilə bilər. Bunun üçün məmə üzərinə qoyulan və südün alınmasına kömək edən tirl kimi alətlərdən istifadə edilir.
Mövsüm Hüseynov Xudu Oğlu
Mövsüm Xudu oğlu Hüseynov () — Azərbaycanlı şəhid. == Həyatı == Hüseynov Mövsüm Xudu oğlu 1965-ci il yanvarın 13-də Gəncə şəhərində anadan olmuşdur.O, orta təhsilini 5 nömrəli orta məktəbdə almışdır. == Hərbi xidməti == Mövsüm Hüseynov 1992-ci il noyabrın 18-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bacarıqlı qumbaraatan idi. Müxtəlif döyüşlərdə düşmənə xeyli tələfat verib, hücumda hər an öndə gedərdi.Hüseynov Mövsüm Xudu oğlu 1993-cü il yanvar ayının 26-da Fərrux yüksəkliyinin alınması uğrunda gedən ağır döyüşlərin birində şəhid olmuşdur. == İrsi == Mövsüm Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu == İstinadlar == "GƏNCƏ ŞƏHİDLƏRİ".
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.