Büyük Doğu (jurnal)
"Büyük Doğu" (azərb. Böyük şərq) — Türkiyədə sağçı mühafizəkar siyasi nəşr. Gündəlik qəzet kimi başlamış, sonradan həftəlik jurnal kimi fəaliyyətə keçmişdir. Nəşr onun təsisçisi Nəcib Fazil Qısakürək üçün öz arqumentlərini və fikirlərini yaymaq üçün bir platforma idi. Nəşr 1943–1978-ci illərdə müəyyən fasilələrlə dövriyyədə olmuş və cəmi 512 nörmə çıxarmışdır.
== Tarix və profil ==
"Büyük Doğu" ilk dəfə 17 sentyabr 1943-cü ildə Allaha bağlı və yeni dünyagörüşü olan müsəlman türk xalqları üçün bir qəzet olmaq məqsədi ilə gündəlik nəşr olunmağa başlamışdır. Qurucu Türkiyədə aparıcı sağçı və mühafizəkar şəxsiyyət Nəcib Fazil Qısakürək idi. "Büyük Doğu"nun müəllifləri arasında bir çox aparıcı jurnalist və yazıçılar var idi: Ziya Şakir, Mahmut Yəsari, Rəşad Əkrəm Qoçu, Nurullah Berk, Hilmi Ziya Ülkən, Mehmet Faruk Gürtunca, Suphi Nuri İləri, Hüseyn Cahid Yalçın, Nizaməddin Nazif, Nicat Muhsinoğlu, Peyami Safa, Şükrü Baban, Burxan Belge, Kazım Nami, Saleh Zəki, Tofiq Fikrət, Özdəmir Asəf, İsgəndər Fikrət, Kənan Harun, Salah Birsəl, Mehmet Turxan və Səid Faiq. Başqa bir mühafizəkar jurnal olan "Sebilürreşaddan" əlavə, islamçı jurnalist Cevat Rıfat Atilhan da jurnal üçün yazmışdır. "Böyük Doğu"da bu qədər müxtəlif yazarların məqalələri dərc olunsa da, məqalələrin əksəriyyətini çoxsaylı təxəllüslərdən istifadə edən Nəcib Fazil Qısakürək yazmışdır.