NƏŞƏLƏNDİRMƏK

f.
1. Kefini açmaq, şadlandırmaq, əyləndirmək, kef vermək, ürəyini açmaq.
Xanımın sol tərəfində duran gözəl qızlar əllərindəki udu çalır və xanımı nəşələndirirdilər. M.S.Ordubadi.

// Ruh yüksəkliyi yaratmaq, ruhlandırmaq.
[Kavus:] Musiqi zəhməti nəşələndirmək üçündür. Çəmənzəminli.

2. Kefləndirmək, məst etmək, içkidən nəşələnmək.
NƏŞƏLƏNDİRMƏ
NƏŞƏLƏNMƏ

Digər lüğətlərdə