Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraj
Qaraj (fr. Garage) — avtomobillərin, motosikllərin və başqa nəqliyyat vasitələrinin dayanacaq və təmiri üçün yer. Qarajlar həm yaşayış evinin bir hissəsi həm də ayrılıqda tikilir. Qarajlar müxtəlif materiallardan tikilir: ağac, kərpic, şlak-blok, penoblok, metal və s.
Tiraj
Tiraj (fr. tirage) — Eyni adlı nəşrin nümunələrinin sayı. Termin bir qayda olaraq nəşr məhsulunun sayı ilə bağlı işlədilir. Bir qayda olaraq az tirajlı (15 min ədədə qədər), orta tirajlı (100 minə ədədə qədər) və kütləvi tirajlar olur (100 min ədəddən çox). Kütləvi tirajlar xüsusi müəssisələrdə dərc edilir.
Uaral
1996-cı ildə qurulan Uaralın qrup üzvləri qohum (əmioğlu) və dost olan Aciago və Caudaldır. Ağlayan vokalda Caudal, ağladan alətlərdə isə Aciago var. Fərqli həyatlara sahib olmalarına baxmayaraq təzyiq altında olduqları ailə həyatları, yaşadıqları cəmiyyətin təzyiqi və çətinliyini birgə musiqilərinə əks etdirdilər. 1997-ci ildə hazırladıqları bir musiqi nümayişi ilə ilk işlərinə başlayan qrup, Bruma ön sözü adı altında yazılan əsərlərinə Surrended To The Decadence adı verdi. Bu dövrdə qrupun yaşadığı müxtəlif itkilərə baxmayaraq, yorulmadan yeni simfoniyalar yaratmağa davam etdilər. Düşüncələrini şeir, akkord və alətlərinin melanxoliyası izlədi. Musiqi cəhətdən inkişaflar göstərən qrup ikinci qeydlərini etmə mərhələsinə çatdı. Özləriylə eyni ideologiyaları və hissləri paylaşan bir qrup ilə 2003-cü ildə From The Agony To The Hopelessness adlı bir qeyd edildi. Təsadüfən OMG musiqi şirkətinin bu qeydi dinləməsi və bəyənib qrupla əlaqəyə keçməsi ilə Uaral qrupuna əsəri qeyd etmək üçün təklif etdi. Qrup musiqidə məqsədlərinin ifadələrinin və ideologiyalarının nümayiş edilməməsi şərti ilə bu müqaviləni qəbul etdi.
Übray
Übray (fr. Ubraye, oks. Ubraia) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Anno kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04224. 2008-ci ildə əhalinin sayı 105 nəfər təşkil edirdi. 2007-ci ildə 69 yaşda (15-64 yaş arasında) 43 nəfər iqtisadi cəhətdən fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 62,3%, 1999-cu ildə 66.7%). Fəal olan 43 nəfərdən 38 nəfər (21 kişi və 17 qadın), 5 nəfər işsiz (4 kişi və 1 qadın) idi.
Pran
Pran (tam adı: Pran Krişan Sikand; 12 fevral 1920, Yeni Dehli – 12 iyul 2013) — hind aktyoru. Pran Bollivudun tanınmış aktyorlarından olub. 70 illik karyerasında o, yüzlərlə kinofilmə çəkilib. Həm mənfi, həm də müsbət rolları oynayıb. 1960–1980-ci illərdə Pran demək olar ki, Bollivudun bütün iri həcmli filmlərində baş rol alıb. Karyerası boyu çoxsaylı mükafatlara layiq görülüb. Kino sahəsində fəaliyyətinə görə Hindistanın dövlət mükafatını da alıb. Pran Krişan Sikand 93 yaşında Mumbayda vəfat edib.
Ural
Ural — Fin və ya qədim Türk dilində "aydın gecə" mənasını ifadə edir. Ural dağları — Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstanın ərazisində olan dağ silsiləsi. Ural çayı — Şərqi Avropada çay. Rusiya və Qazaxıstandan keçib Xəzər dənizinə tökülür. Ural Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri. Ural dilləri — fin-uqor və samodi dillərini birlşdirən dil ailəsi. Ural nefti — Ural Avtomobil Zavodu — URAL nəqliyyat markası — Rusiyada maşın. Ural (Krasnodar vilayəti) — FC Ural — Sverdlovski vilayətində futbol klubu.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
Urap
Urap- buğa verilmiş tərəvəzlər ilə rəndələnmiş ədvalı kokos parçalarının qarışığından hazırlanan salat növü. Bu salat İndoneziya mətbəxinə, daha dəqiq desək, Yava mətbəxinə aid edilir. Urap salatından vegeterianlar üçün yeməklərə də aid edilir.
Uray
Uray — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Miraj 2000
Dasso "Miraj" 2000 (Dassault Mirage 2000) — 1970-ci ildə Dasso şirkəti tərəfindən hazırlanan dördüncü nəsil fransız çoxməqsədli qırıcısı. XX əsrin sonu XXI əsrin əvvəli Fransanın əsas hərbi təyyarəsi. Asiya, Avropa və Latın Amerikasının bir neçə ölkəsinin arsenalına daxildir. Miraj 2000 yığma konveyeri 2007-ci ildə son təyyarənin təhvil verilməsindən sonra dayandırılıb. Sonuncu Miraj 2000 23 noyabr 2000-ci ildə Yunanıstanın HHQ-nə verilmişdi. Fransanın HHQ Miraj 2000 təyyarəsini, 27 iyun 2006-cı ildə silahlanmaya qəbul olunan çoxməqsədli Dassault Rafale qırıcısı ilə əvəz etdilər.
İmad Faraj
İmad Faraj (11 fevral 1999-cu ildə ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Lill klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Faraj Lill akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lill klubu ilə 20 avqust 2017-ci ildə etmişdir. Həmin görüşdə Lill Liqa 1 görüşündə Kann klubuna 2-0 hesabı ilə məğlub olmuşdur. Faraj Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. O, bir müddət Fransanın gənclər millilərində çıxış etmişdir.
Uqran rayonu
Uqran rayonu — Rusiyanın Smolensk vilayətinin şərqində yerləşən inzibati ərazi vahidi (rayon) və bələdiyyə qurumu (bələdiyyə rayonu). İnzibati idarə mərkəzi Uqra kəndidir.
Toyota Supra
Toyota Supra (yapon : トヨタ・スープラ Toyota Sūpura) 1978–2002 və 2019-cu ildən bəri Toyota tərəfindən istehsal edilmiş idman avtomobil modelidir. Avtomobil Toyota Celica əsasında hazırlanmışdır və 1986-cı ildə üçüncü nəsil Celica-nın bir hissəsi olmaqdan çıxdı və müstəqil model oldu. Supra adı Latın mənşəlidir, supra; yuxarıda, exsupero; aşmaq və supergrediatur; Həddindən artıq keçmək sözlərindən törəmişdir. İlk nəsil Supra, Aichi ştatının Tahara şəhərində istehsala başladı. Dördüncü nəsil Supra Yaponiyada Toyota City-də istehsalını davam etdirdi. Beşinci nəsil Supra, BMW Z4 ilə birlikdə Avstriyanın Qraz şəhərində istehsal olunur. 1998-ci ildə Toyota dördüncü nəsil Supra-nın ABŞ-də satışını dayandırdı. Supra-nın dördüncü nəslinin istehsalı da 2002-ci ildə Yaponiyada başa çatıb. İlk dörd nəsil Supra 1978–2002-ci illər arasında buraxıldı. Beşinci nəsil Supra 2019-cu ilin martında təqdim edildi və 2019-cu ilin mayında satışa çıxarıldı.
Supra (ziyafət)
Supra (gürc. სუფრა) — Gürcü sosial mədəniyyətinin mühüm hissəsi olan ənənəvi gürcü ziyafəti. Supra, milli mətbəxin və şərabın istehlakı, tostların hazırlanması və polifonik mahnıların ifa edilməsi ilə yeməyin sırasını birləşdirən ziyafət ənənəsidir. Supra ənənələri gürcü sosial mədəniyyətinin mühüm hissəsi kimi 2017-ci ildə Gürcüstanın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Ənənəvi olaraq ziyafətin əsas iştirakçıları iştirakçılar kişilərdir, qadınlar ikinci dərəcəli, köməkçi rollarda olurlar (xüsusilə də yeməklərin hazırlanmasına gəldikdə). Gürcü dilində "supra" hərfi mənada "süfrə örtüyü" deməkdir. Söz farsca sofre, türkcə isə süfre sözündən götürülmüşdür. Kartli şarlığının tərkibində yerləşən Tiflisdəki (indiki Tbilisi) gürcü məhkəməsi Səfəvi hökmdarlığı dövründə Səfəvi adət-ənənələrindən olan mərasim adətlərinin və terminologiyasının əhəmiyyətli bir hissəsini istifadə edirdi. Məhz bu tarixi dövrdə bu termin gürcü lüğətində öz yerini tapır. Ölçüsündən və növündən asılı olmayaraq, supra həmişə bayram zamanı müxtəlif tostlar deyə bilən tamada tərəfindən idarə olunur.
Miraj F-1
Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.
Qaraj (film, 1979)
«Qaraj» (rus. Гараж) — rejissor Eldar Ryazanovun 1979-ci ildə çəkdiyi satirik komediya film.
Leprikon proj
Leprikon 09 — Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin birinci studiya albomudur. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 98000 nüsxəsi satılıb. == Albom haqqında == Albomun təqdimatı 17 noyabr 2009-cu ildə olub. Albomun yazılışına 4 ay sərf olunmuşdur. Alboma Sineddin il ərzində yazdırdığı 9 mahnı daxil edilib. Disk E-Jay Studio Records leyblində yazılmışdır. Albomdan treklərdən 5-i remiks qalan 4-ü isə Dj Sineddin mahnılaridir. Bundan başqa alboma daha bir bonus-trek daxil olub. Albomun ilkin adı "Leprikon project 2009", daha sonra "Leprikon proj. 09" və sonda "Leprikon 09" -a dəyişdirilib.
Opra Uinfri
Opra Uinfri 1954-cü ildə Missisipidə anadan olub. Onun anası xidmətçi, atası isə fəhlə idi. O, dünyaya gəldikdən sonra valideynləri ayrılıb. 6 yaşına kimi nənəsi ona himayədarlıq edib. Anası iş tapdıqdan sonra Opranı yanına aparır. Opra 9 yaşı olanda qohumları tərəfindən zorlanır. 14 yaşında bir uşaq dünyaya gətirir, lakin körpə sağ qalmır. Bundan sonra anası Opranı atasının yanına göndərir. Opra atasının yanında bütün pisliklərdən uzaqlaşır və narkotikadan istifadəni dayandırır. Litseyi uğurla bitirən Opra müxtəlif müsabiqələrin qalibi olur.
Orta Ural
Orta Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimalda Konjakovski Kamen və cənubda Yurma dağı genişlikləri ilə məhdudlaşan Ural dağlarının ən alçaq hissəsi. Bəzi digər mənbələrə görə Oslyanka dağından Ufa çayının hövzəsinə qədər ərazini əhatə edir. Orta Ural oroqrafik olaraq yaxşı ayrılmışdır: Ural dağları buraya enir və dağ kəmərinin ciddi meridional uzantısı cənub, cənub-şərqlə əvəzlənir. Cənubi Ural ilə birlikdə Orta Uralın qabarıq tərəfi şərqə baxan nəhəng bir yayla meydana gətirməsidir. Yayla Ufa yaylasının ətrafında əyilir (Rusiya platformasının şərq çıxıntıları). Atlantik okeanından əsən qərb küləyi Orta Uralın iqliminin yaranmasında əsas rol oynayır. İsti və soyuq axınların dəyişməsi səbəbindən hava yalnız həftə ərzində deyil, gün ərzində də tez-tez dəyişir. Atlantik okeanından uzaqlıq və Sibirin yaxınlığı Orta Uralın iqlimini kontinental edir. Bu da kəskin temperatur dəyişikliklərində özünü göstərir.
Ovini Uera
Ovini Uera (d. 18 yanvar 1988) — Naurunu təmsil edən cüdoçusu. Ovini Uera Naurunu 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Ovini Uera birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında Uera birinci görüşdə Beliz cüdoçusu Renik Ceyms üzərində qələbə qazandı, 100:000. Növbəti görüşdə isə Ovini Uera Gürcüstan cüdoçusu Varlam Liparteliani ilə görüşdə məğlub oldu, 000:100.
Prad-Salar
Prad-Salar (fr. Prades-Salars, oks. Pradas de Salars) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12188. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 20 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 283 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 168 nəfər arasında (15-64 yaş) 120 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.4%, 1999-cu ildə bu 69.6%).
Prad (rayon)
Prad (fr. Prades) — Fransanın Langedok-Russilyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aryej. Suprefektura — Şərqi Pireney. Rayon əhalisi 2006-cı ildə 42 286 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1845 km².
Pura Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Qütbönü Ural
Şimali Ural — Ural dağlarına daxil olan dağ sistemi. Şimaldakı Lyapin (Xulqa) çayının mənsəbindən (65 (40 'N) cənubda Telposiz ( təxminən 1617 m hündürlük) dağına qədər uzanan, Rusiyada bir dağ sistemi. Şimal-şərqdən cənub-qərbə 230 km məsafədə uzanır. Eni isə 150 km-ə qədərdir. Qütbönü Ural Ural dağlarının ən yüksək hissəsidir. Ural dağlarının ən yüksək nöqtəsi olan Narodnaya dağı (1894.5 m) burada yerləşir. , Alp relyefi ilə fərqlənən daha çoxlu zirvələri vardır: Manaraqa (1662 m), Kolokolnya (1724 m), Zaşita (1808 m), Mansi-Nyor (Didkovski) ( 1778 m), Sverdlov (təxminən 1800 m), Komsomol (1729.4 m). Ən yüksək zirvələr - Narodnaya, Manaraqa, Karpinski, Kolokolnya, Nyoroyka - 1600 m-dən çox olan hündürlülər. Yuqıd Va Milli Parkının mərkəzi hissəsindəd yerləşir. 2009-cu ilin dekabr ayında Qütbönü Uralın Komi Respublikasındakı adsız dağ zirvələrindən biri (65º 04.4 'N 59º 57.5' E, 1582 m) " Müqəddəs Stefan Permiski dağı" olaraq adlandırılır.
Selçuk Ural
Səlcuq Ural və ya Əbdulqədir Səlcuq Ural (türk. Selçuk Ural) – Türkiyə müğənnisi. 1945-ci il Türkiyənin Bartın ilində dünyaya gəlib. Gülə-Gülə sənə və s. mahnıları ifa edib.