Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üzük-üzük
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Pülük
Sünnət — lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat.
Suluk
Toponimlər
Luiza Qlük
Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943, Nyu-York, Nyu-York ştatı – 13 oktyabr 2023, Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. == Həyatı == Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub. 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub. == İstinadlar == == Xarici keçidlər == Louise Glück Online resources from the Library of Congress (ing.) Louise Glück Papers.
Müqəddəs Üçlük
Üç üqnum (ərəb. أقنوم‎; üqnum, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir. Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Suluk (Suriya)
Süluk (ərəb. سلوك‎‎) — Suriyanın Ər-Rəqqə mühafəzəsinin Təll-Abyad rayonuna daxil olan qəsəbə. Süluk Suriyanın Türkiyə ilə olan sərhədinə çox yaxındır. == Tarix == Süluk 2015-ci ilin iyun ayında Xalq Qoruma Dəstələri (YPG) tərəfindən ələ keçirilmişdir. YPG bu zaman qəsəbə sakinlərinə qəddarlıq etmək, yaxınlıqlardakı kəndləri məhv etmək və yerli ərəblərə etnik təmizləmə tətbiq etmək ilə təqsirkar bilinmişdir. Buna baxmayaraq, YPG bu iddiaları yalanlamışdır. 27 fevral 2016-cı il tarixində İraq Şam İslam Dövlətinin döyüşçüləri Süluk qəsəbəsinə, Hamam ət-Türkman kəndinə və Təll-Abyad qəsəbəsinə hücum etmişdir. Buna hücumün nəticəsində YPG qüvvələri Süluk və Hamam ət-Türkmanı tərk etmişdir. YPG qüvvələri çox keçməmiş hücumçuları mühasirəyə almış və yaşayış məntəqələrini 3 mart 2016-cı il tarixində tamamilə ələ keçirmişdir. Hamam ət-Türkmanda yaşayan 15 sakin "İŞİD ilə əməkdaşlıq etməkdən imtina etmək və daha əvvəl YPG-yə yardım etmək" ilə təqsirkar bilinərək İŞİD döyüçüləri tərəfindən edam edilmişdir.
Suluk xan
Suluk xan (çin. 蘇祿; VII əsr – 738, Suyab) — Türgiş sərkərdəsi və hökmdarı. Ərəb mənbələrində adı Suzegen kimi də keçir. == Hakimiyyətə gəlməsi == Suluk xan hərbi fəaliyyətinə sərkərdə kimi başlamışdı. Çjen xaqanın sərkərdəsi olmuş, lakin onun 711-ci ildə göytürklərin və Qapağan xaqanın hücumuna məruz qalması və məğlub olması nəticəsində Türgiş tayfalarının başçısına çevrilmişdir. Çox keçmədən elə 715-ci ildə Suluk xan Türgiş tayfalarının xaqanı elan olundu. Hakimiyyəti Göytürklər və Çinlilər tərəfindən təhdid olunurdu. Buna görə də Suluk xaqan çox gecikmədən Bilgə xaqanın qızı ilə evləndi, bacısı isə Bilgə xaqanın oğlu ilə evləndirilmişdi. Bundan əlavə Tibetlə də ittifaq qurulmuşdu, Suluk xaqan 734-cü ildə Tibet imperatoru Tride Tsüqsanın qızı şahzadə Drönmalon ilə evlənmişdi. Çinlilərlə mübarizə aparmaq üçün isə 727-ci ildə Çin vassalı Kuçanı mühasirəyə almışdı.
Ufuk Budak
Ufuk Budak Almaniya çempionatında oynayan türk əsilli futbolçu, Türkiyənin Əskişəhərspor və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi. == Karyerası == Ufuk Budak - 26 may 1990 tarixində, Almaniyanın Heidenheim şəhərində anadan olub. Milliyətcə türkdür. Uşaqlıqda "SSV Ulm" klubunun futbol akademiyasında oynamağa başlayır. 2009-cu ildən həmin akademiyanın gənclərdən ibarət futbol komandasında oynamağa başlayır. 2010-cu ildə Frayburq klubunun ikinci heyətinə transfer edilir. 2012-ci ildə isə Ufuk Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspor” klubuna ktransfer olunur. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızılarla” 3 illik müqavilə imzalayır. 2016-cı ilin İyun ayinda Kayserispor klubuna 14 milyon avro müqabilində transfer olub. 2010-cu ildən Ufuk Budak Azərbaycanın U-21 komandasında oynamağa başlayır.
Ulak adası
Ulak adası ( aleutca : Yuulax̂ ) — Andreanof adalarında , xüsusən Aleut adalarında ( Alyaska ) Delarof adalarının ən qərb yarımqrupunda yaşayan kimsəsiz adadır . Ada Amatignak adasından 6 km şimal-qərbdə yerləşir . Ulak nisbətən dayaz suda yerləşir və sörf çox vaxt o qədər ağır olur ki, adaya qayıqların hərəkəti mümkün deyil. İqlim şimal enliklərində dənizə xasdır , sərin temperatur, güclü küləklər, çoxlu duman və yağış, tez-tez güclü tufanlar olur. Dəniz səviyyəsində orta sutkalıq temperatur yayda 8,8 °C , illik orta hesabla 4,8 °C-dir. İllik yağıntı 166 sm-dir. Dəniz səviyyəsində qar nadir hallarda ildə 0,5 m-dən çox olur. Permafrost torpaqları yoxdur . Bitki örtüyü dəniz və alp tundrası üçün səciyyəvidir və əsasən çəmənlər , çəmənlər , torf mamırları , likenlər və müxtəlif ot bitkilərindən ibarətdir . Ağaclar və kollar yoxdur.
Ulul-əmr
Ulul-Əmr (ərəbcə: أولو الأمر) — əmr sahibləri deməkdir. Onlar Ulul-Əmr ayəsinə görə itaətləri vacib olan kəslərdir. Bu terminə Nisa surəsinin 59-cu ayəsində rast gəlinir. "Ulul-Əmr"in məsumluğu və kim olduqları haqqında şiə və sünni teoloji və təfsir kitablarında çoxlu fikirlər söylənilmişdir. İmamiyyəyə görə "Ulul-Əmr" sözündən məqsəd şiə imamlarıdır; Amma əhli-sünnənin nəzərindən raşidi xəlifələri, ədalətli hökmdarlar və icma da onun nümunələrindəndir. Şiələr hesab edirlər ki, "Ulul-Əmr" ayəsində əmr sahiblərinə qeyd-şərtsiz itaətə vurğu edildiyi üçün bu ayə əmr sahiblərinin məsumluğuna dəlalət edir; Amma əksər sünni alimləri inanırlar ki, bu ayədən "Ulul-Əmr"in məsumluğu əldə edilmir.
Ulul-əzmlər
Ulul-əzm peyğəmbər — Allah-taala belə peyğəmbərə məxsus kitab və ayrıca şəriət əta edir.
Uluq Bəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı,astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı. Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür. == Həyatı == Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar. Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır.
Uluq Məhəmməd
Uluğ Məhəmməd xan (tatarca: Oluğ Möxämmät ,d. ? – ö. 1445) – 1419-1420, 1421-1423, 1427-1437-ci illərdə Qızıl Orda xanı, 1438-1445-ci illər arasında Kazan xanlığının xanı. == Həyatı == Çingiz xanın oğlu Cucinin oğlu Toka Temurun nəslindən İçkili Həsənin oğludur. Cabbar Berdi xanın, sonrasında da xanlığı pərdə arxaısnda idarə edəm Edige Mirzənin 1419-cu ildə yaşanan iç müdaxilə nəticəsində öldürülməsindən sonra Qızıl Orda xanı olmuşdur. 1445-ci ildə səfərdən geri dönərkən anidən ölən Uluğ Məhəmməd bəzi fikirlərə görə, oğlu Mahmud (Mahmuted) tərəfindən öldürülmüşdür. == Hakimiyyəti == Ancaq Uluğ Məhəmməd xan xanlığı Cabbar Berdi xanın oğlu Dövlət Verdi ilə ayrı-ayrı idarə etməkdə idi. Sarayda hökm sürən Uluğ Məhəmməd 1420-ci ildə Dövlət Berdinin şəhəri mühasirəyə almasından sonra xanlığın şimalına doğru çəkilməyə məcbur oldu. Bununla birlikdə, hələ Qızıl Orda torpaqlarında təsirini davam etdirən taxt mübarizəsi zamanı Barak xan ilə edilən döyüşü uduzduqdan sonra 1423-cü ildə Litva hersoqu Vytautasa sığınmağa məcbur oldu.
Ulus (Bartın)
Ulus (türk. Ulus) — Bartın ilinin ilçəsi. == Tarixi == Ulus ilçəsinin tarixinin eramızdan əvvəl 3000-cü ilə aid olduğu güman edilir. Eramızdan əvvəl 800-2000 illərində ilk basqınlar, şərqdən, sonra qərbdən köçlər oldu, Hetlilər və müasir Qazqolar uzun müddət bu bölgədə məskunlaşmışlar. Anadolu Səlcuqlu dövründə Ulus Candaroğulları Knyazlığının sərhədləri daxilində qalmışdır. Osmanlı dövründə ilçə kiçik bir yaşayış məntəqəsi olaraq qaldı və ticarət, siyasi, hərbi hadisələr olmadı. Ulus Safranbolu ilçəsinin məhəlləsi olmuş, 8 avqust 1944-cü ildə Zonquldak ilinə bağlanmışdır. 3760 nömrəli, 28 avqust 1991-ci il tarixli qanunla Bartın ilinin bir ilçəsi olmuşdur. == Coğrafiya == Rayon ümumiyyətlə kobud əraziyə malikdir. Bölgənin əsas bitki örtüyü meşədir.
Ulus (qəzet)
Ulus (qəzet, Azərbaycan)
Ulus dağı
Ulus dağı – Culfa rayonu ərazisində dağ (hünd. 966,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qurtaracağında, onun qərb yamacında, Qaradərəçayın sol sahilində zirvə. Dizə kəndindən 2 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuşdur, cənub-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Pilələr sinklinalının şimal-şərq qanadında yerləşir.
Ulus dövlət
Milli dövlət — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur. == Ulus dövlətin yaranması == Ümumilikdə ulus dövlətin Fransız inqilabı dövründə tarix səhnəsinə çıxmış olduğu qəbul edilir. Bu eyni zamanda feodalizmdən kapitalizmə keçid müddətini müəyyən edən dövrdür. Feodal dövlətdə üstün olan qanunilik anlayışına görə dövlətin sahibi və qanuniliyinin mənbəyi monarxiyadır. Feodal sistemin zəifləməyə başlaması ilə birlikdə güclənən burjuaziya sinifi siyasi ambisiyalarını həyata keçirmək üçün xalqın dəstəyini qazanmalı idi.
Ulus meydanı
Ulus meydanı (türk. Ulus Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Adı == Meydanda olan Mustafa Kamal Atatürk heykəlinin adı "Ulus Zəfər Anıtı"dır. Meydanın adı Türkiyənin qazandığı Türkiyə Qurtuluş Savaşından gəlməkdədir. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. == Xüsusiyyətləri == Meydandakı zəfər anıtı heykəli 1938-ci ildə Heinrich Krippel tərəfindən nəzərdə tutulmuşdur. Krippelin hazırladığı Atatürk heykəli meydanın simvolu halına gəlmişdir. Meydanda olan digər "Marşal Atatürk Anıtı"nın (1927) heykəltəraşı Pietro Canonicadır.
Usuk-Karqa
Usuk-Karqa adası — Laptevlər dənizində, Kotelnı adası yaxınlığında yerləşən ada. İnzibati baxımdan Yakutiyanın Bulunski ulusu ərazisində yerləşir. Ada Kotelnı adasının qərbində yerləşir. Şimaldan cənuba doğru uzanır. Vısax-Karqa dilinın davamını təşkil edir. Ətrafında Temp buxtası yerləşir. Dayazlıqlarında qumlar yığılmışdır.
Uyuk Arxan
Uyuk Arxan — Abidə Uyuk çayının sol sahilindən 2 km aralıda tapılmışdır. Abidə çay daşından ibarətdir. Orxon-Yenisey əlifbası ilə yazılmış 5 sətrlik yazının üstündə maral və qaban şəkilləri var. Abidə qədim türk-run abidələrini tədqiq edən alimlərin bir çoxu tərəfindən tərcümə və nəşr edilmişdir.
Uyuk Tarlık
Uyuk Tarlık — Abidə fin ekspediyası tərəfindən Uluğ-Kem çayının qolu Uyuk-Tarlık çayının sahilində Mixaylovo kəndinin 3 km-də tapılmışdır. Boz salants daşı üzərində iki sətir yazıdan ibarətdir. Daşın yuxarı hissəsində damğa da var. Abidənin ətrafli təsvirini D. A. Klementov verib. Daşın üzərindəki yazılar bir sıra türkoloqlar tərəfindən tərcümə və nəşr edilib.
Uyuk Turan
Uyuk Turan — Abidə Uyuk çayının sol qolu Turan çayının sağ sahilində Turan kəndi yaxınlığında tapılıb. Tünd qəhvəyi rəngli əhəng daşıdır. Daşın hündürlüyü 255, eni 33, qalınlığı 25 sm-dir. İki enli üzü Orxon-Yenisey əlifbası ilə yazılmışdır. Hər üzündə 3 sətir yazı var. Daşın Şimal üzündə heyvan şəkli də var. Həmin üzdə xaç və yarımdairə də var. Daşın digər üzündə də xaç var. Qədim türklər xristian olmadığı üçün bunlar güman ki damğadır.
Ülkü Aşaröz
Ülkü Aşaröz (d. 12 iyul 1970, İstanbul-13 avqust 2020, İstanbul) — Türk musiqiçisi, dramaturq, müəllim və teatr aktyorudur.
Ülkü Ocaqları
Bozqurdlar, rəsmi olaraq Ülkü Ocakları — Türk-islam milliyətçi təşkilatıdır. Türkiyənin Milliyətçi Hərəkat Partiyasına (MHP) yaxındır. 1995 Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda fəaliyyət göstərmir. 2005-ci ildə Qazaxıstanda təşkilat terrorist təşkilatı kimi hesab edilərək qadağan edilmişdir.