Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Göybəy Uluç
Göybəy Uluç (türk. Gökbey Uluç) — türk əsilli yazıçı, bir neçə roman müəllifi. 1988-ci ildə İğdırda doğulub. 2011-ci ildə yazdığı hekayələr XXI əsrin ən yeni türk ədəbiyyat nümunəsi olaraq qəbul edilib. == Kitabları == Dede Korkut Betiği (Dədə Qorqud Kitabı), 640 s. 2015 İstanbul Göktürkçe Öğreniyorum (Göytürk dili Öyrənirəm), 164 s. 2014 Bakı Irk Bitig, 120 s. 2013 Bakı Ustan Gönüle (Ağıldan Könülə), 208 s. 2013 İstanbul Yazışmalık (Yazışmalıq), 300 s.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Ullu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulçi dili
Ulçi dili — ulçilərin dili. Tunqus-mancur dillərinə aiddir. Rusiyanın Xabarovsk diyarının Uliç rayonunda yayılıb. Rusiyada 2010-cu ildə danışanların sayı — 154 nəfər idi. 2002-ci ildə isə danışanlar 732 nəfər idi. Uzun müddət uliç dili nanay dilinin dialekti hesab edilirdi, 1990-cı illərdən öz əlifbasını və ayrı dil statusunu alıb. İbtidai məktəbdə dərslər keçilir, tədris ədəbiyyatı var. «Амурский маяк» rayon qəzetində materiallar dərc edilir. Bədii dili formalaşmayıb. == Ulçi əlifbası == İlk dəfə dil üçün əlifba variantı latın qrafikası əsasında hazıtlansa da qəbul edilməmişdi Aşağıdakı hərfləri ar idi: A a, ā, B в, C c, D d, Ӡ ӡ, E e, ē, Ә ә, ә̄, F f, G g, H h, I i, ī, J j, K k, Ǩ ǩ, L l, M m, N n, Ņ ņ, Ŋ ŋ, O o, ō, P p, R r, S s, T t, U u, ū, Ụ ụ, ụ̄, W w.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. == Mənbə == Fəlsəfə Ensklopedik lüğəti.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. ==== Təsnifatı ==== İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər.Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir.Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir.Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə cihazı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.Ölçü cihazlarına misallar: Dinamometr Barometr Ampermetr Ommetr Dozimetr Tərəzi və s.
Ölçü transformatoru
Ölçü transformatorları — cərəyan və gərginlik səviyyələrinin transformasiyası və izolyasiyası üçün istifadə olunan yüksək dəqiqlik sinifli elektrik qurğularıdır. Ölçü transformatorları cərəyan və gərginlik transformatorları olmaqla iki növə ayrılır. Ölçü cərəyan və gərginlik transformatorları yüksək gərginlikli dəyişən cərəyan dövrələrində ölçmə , mühafizə və avtomatika cihazlarına birləşdirmək üçün istifadə edilir. Ölçü gərginlik taransformatoru yüksək gərginlik dövrəsinə paralel qoşulur. Ölçü cərəyan transformatorları isə dövrəyə ardıcıl və dolayı qoşulur.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Ölçü vahidləri
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Ülkü Aşaröz
Ülkü Aşaröz (d. 12 iyul 1970, İstanbul-13 avqust 2020, İstanbul) — Türk musiqiçisi, dramaturq, müəllim və teatr aktyorudur.
Ülkü Ocaqları
Bozqurdlar, rəsmi olaraq Ülkü Ocakları — Türk-islam milliyətçi təşkilatıdır. Türkiyənin Milliyətçi Hərəkat Partiyasına (MHP) yaxındır.1995 Azərbaycanda dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda fəaliyyət göstərmir. 2005-ci ildə Qazaxıstanda təşkilat terrorist təşkilatı kimi hesab edilərək qadağan edilmişdir.
Ülvü Hüseynov
`Ülvü Möhsün oğlu Hüseynov (16 aprel 1988, Sabirkənd, Ordubad rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvü Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Ülvü Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Hüseynov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı snayper gülləsi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvü Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvü Məhərrəmov
Ülvü Tahir oğlu Məhərrəmov (5 iyul 1997; Sumqayıt, Azərbaycan — 14 oktyabr 2020; Xocavənd rayonu Hadrut qəsəbə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvü Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonundan idi. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Ülvü Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məhərrəmov oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ülvü Məmmədov
Ülvü Vüqar oğlu Məmmədov (27 iyul 1997; Quba rayonu, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ülvü Məmmədov 1997-ci il iyulun 27-də Quba rayonunun Alekseyevka kəndində anadan olub. == Hərbi xidməti == Ülvü Məmmədov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvü Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məmmədov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Üçlü hibiskus
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Üçlü sinir
== İstinadlar ==
Ulu-Tərəkəmə
Ullu-Tərəkəmə və ya Ulu-Tərəkəmə — Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. Kənd Ulluçay (və ya Uluçay) sahilində, dənizsahili düzənlikdə Dərbənd şəhərindən 37 km şimali-qərbdə yerləşir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,308 nəfər azərbaycanlı yaşamaqda idi.
Ulu (Xudafərin)
Ulu (fars. اولي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 300 nəfər yaşayır (70 ailə).
Ulu Ana
Ulu Ata
Ulu Qarabəy
Ulu Qarabəy (əvvəlki adı: Metsşen) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Metsşen kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Metsşen kəndi Ulu Qarabəy kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Yerli əhalinin məlumatına görə, vaxtilə Turaçayçayın Tərtər çayına töküldüyü yerdə mövcud olmuş Bəhram Qoçaq adlı kənd 1794-1795-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı dağıdılmışdı. Sonralar əhali burada Ulu Qarabəy, Kiçik Qarabəy və Yengicə məntəqələrini yaratdılar. Çar Rusiyası Azərbaycanın şimalını işğal etdikdən (XIX əsr) sonra İrandan köçüb gəlmə erməni ailələri Ulu Qarabəydə yerləşdirildi və kəndin adı erməniləşdirilərək Metsşen (böyük kənd) adlandırıldı. 1992-ci ildə kəndin keçmiş adı bərpa olundu. Oykonim "böyük Qarabay kəndi" mənasındadır. == Tarixi == Ulu Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Ulu juz
Ulu jüz (qaz. Ұлы жүз) — Yeddisu, Cənubi Qazaxıstan ərazilərində, qərbi Çinin müasir ərazilərinin və Özbəkistanın Daşkənd vilayətinin bir hissəsində yerləşən qazax tayfaları. XIX əsrdə ulu jüzdəki qazax əhalisinin sayı 550 nəfər idi. == Ədəbiyyat == А. Т. Толеубаев, Ж. К. Касымбаев, М. К. Койгелдиниев, Е. Т. Калиева, Т. Т. Далаева, перевод с казахского языка С. Бакенова, Ф. Сугирбаева. — История Казахстана. Изд-во «Мектеп», 2006 г. — 240 с.
Ulu körpü
Ulu körpü — Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir.Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Kənd ağsaqqallarının söylədiklərinə görə, körpü el sənətkarı usta Ömər tərəfindən inşa edilib. Deyilənlərə görə körpünün inşasında yumurta sarısından da istifadə olunub.
Ulu məscid
Ulu məscid (digər adı İlisu came məscidi) — Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşən tarixi-memarlıq abidəsi. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.