Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ailə (film, 1998)
Ailə filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-cı illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular... Filmdəki hadisələr bu fonda cərəyan edir.
Fil ilə edam
Fil ilə edam — Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü. Fil ilə edam üsulu orta əsrlərdə Hindistanda geniş istifadə edilmişdir. Bu məqsədlə asiya fillərinin xüsusi şəkildə əhilləşdirildikləri məlumdur. Fil bələdçiləri xüsusi əhilləşdirilmiş fillər vasitəsilə edam ediləcək şəxsi anidən yox, əzab verərək öldürməyi bacarırdılar. Fil ilə edamların gerçəkləşdirilmişəsi Böyük Moğol imperiyasının hökmdarları üçün sonsuz güc və səltənət simvolu olaraq qəbul edilmişdir. Asiya qitəsində və xüsusilə Hindistan ərazilərində məhkumların fillərin ayaqları altına atılaraq edam edilməsi həmin dövrdə Avropadan gəlmiş səyyah və tacirlərin böyük marağına səbəb olmuşdur. Orta əsrlərdə yaşamış bir çox avropalı səyyah şahidi olduğu mənzərələr haqqında müxtəlif qeydlər yazmışdır. Fil ilə edam üsulu XVIII və XIX əsrlərdə Hindistanda müstəmləkəçilik siyasəti yeridən ingilislər tərəfindən zamanla qadağan edilmişdir. Hindistana qədər insanların fillərin ayaqları altına atılaraq edam edilməsi üsulu, nadir hallarda olsa da Qədim Roma və Karfagen dövlətində üsyançı əsgərlərə qarşı istifadə edilmişdir. == Mədəni xüsusiyyətlər == Fillərin həssaslığı, dözümlülüyü və çox yönlü olması, romalılar tərəfindən döyüş məqsədilə istifadə olunmuş şir və ayılara nəzərən daha çox üstünlük yaratmışdır.
Ailə Arasında (film, 2017)
Ailə Arasında (türk. Aile Arasında) — Ozan Açıktanın rejissoru və Gülsə Birsəlin müəllifi olduğu komediya tipli bir türk filmi. Filmin baş rollarında Engin Günaydın, Demet Evqar, Ərdal Özyağcılar, Devrim Yaqut, Fateh Artman, Şövkət Çoruh, Gülsə Birsəl, Dərya Qaradaş, Su Kutlu və Ayta Sözeri yer alıb. Film 1 dekabr 2017-ci ildə yayımlanmışdır. == Məzmunu == Fikrət və Solmazın 21 illik münasibətləri eyni gündə bitir və ikisi bir-biri ilə görüşürlər. Solmazın qızı Zeynəb ailəsi haqqında yalan danışdığı Adanalı olan sevgilisi Əmirxanla evlənmək istəyir. Fikrətə Solmazın polis rəisinin atası kimi davranmağı təklif edir. Ailənin arasında keçiriləcəyi düşünülən toy, kürəkənin ailəsinin istəyi ilə böyüyür. Beləliklə, Fikrət əsl həyatının rolunu canlandırmaq məcburiyyətində qalır. == Rollarda == == İstehsal mərhələsi == === İnkişafı === Filmin müəllifi Gülsə Birsəl, ssenarinin 3-4 ayda ortaya çıxdığını bildirdi.
Ailə idman məktəbi (film)
Ailə idman məktəbi qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. == Məzmun == Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. Qubadlı rayonunun Qəzyan kəndində yaşayan bu ailə hər gün səhər idmanı edir, çay kənarında yuyunur, sonra oraqlarını götürüb taxıl biçirlər. Ailə başçısı bu çoxuşaqlı ailə üzvlərinin hər birinə idmana sevgini aşılaya bilib. Ailə üzvlərindən artıq yarışlarda nəticələr göstərənlər də var. Həmçinin, filmdə kənd toyu göstərilir. Bu toy münasibətilə kənddə at yarışları keçirilir, kəndirbaz gənclər öz məharətlərini göstərir, milli və klassik güləş üzrə yarışlar keçirilir. Bu yarışlarda Qazıyevlər ailəsi də iştirak edir.
Bir ailə (film, 1943)
Bir ailə — tammetrajlı bədii filmi rejissor Qriqori Aleksandrov tərəfindən 1943-cü ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Əsas rolları Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, M. Jarikov və Antonina Filipova ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Filmdə II Dünya müharibəsi illərində müxtəlif millətlərdən olan adamların vətənpərvərliyindən və dostluğundan danışılır. Azərbaycanlı döyüşçü bir günlük məzuniyyət vaxtı təsadüfən bir rus ailəsinə düşür. Bu ailənin üzvləri onu mehribanlıqla qarşılayırlar. Qəhrəmanların söhbəti filmin əsas süjet xəttini təşkil edir. == Film haqqında == Film vahid süjet xətti ilə bir-birinə bağlı olan üç novelladan ibarətdir.
Fil adam (film, 1980)
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. == Məzmun == Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik..Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir. Onu xəstəxanaya gətirən həkimin əvvəlcə istəyi sadəcə Merriki digər həmkarlarına göstərmək və üzərində tibbi araşdırma aparmaq olur.
Jargon file
Jargon File- proqramçı slenqindən ibarət sözlük. Haker slenqinə və haker mədəniyyətinə aid 2300 söz və icmal məqalələrdən ibarətdir. İlk tərtibçi Rafael Finkel (Raphael Finkel) olmuşdur. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ailə: qan bağları (film, 2006)
Ailə: qan bağları (həmçinin Ailə kimi də tanınır) 2006-cı ildə Rajkumar Santoşinin rejissorluğu ilə çəkilmiş hind dilindəki triller filmidir. Filmdə baş rollarda Amitabh Bachchan, Akshay Kumar, Aryeman Ramsay və Bhumika Chawla yer almışdır. 13 yanvar 2006-cı ildə buraxılmışdır. Bu film, Aryeman Ramsinin filmdəki ilk baş rolu olmuşdur. == Süjet xətti == Filmdə kriminal hadisələr mürəkkəb ailədaxili münasibətlərdən bəhs edir. Məşhur Amitabh Baççan güclü mafioz dəstənin qəddar xaç atası Viren Sahai obrazındadır. Təsadüfi hadisələr nəticəsində o faciənin səbəbkarına çevrilir. İtki baş verən aşbazın ailəsi intiqam almaq arzusu ilə yaşayır. İnsan münasibətləri artıq qisas üzərində qurulacaq, qan su yerinə axıdılacaq, ailə bağları boşalacaq, inam itəcək. Bu itkilərlə dolu ağır yolda Viren Sahai anlayacaq ki, sevgi var-dövlətdən daha dəyərlidir.
Ailə və qanun (film, 1995)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — rejissoru və ssenari müəllifi Anees Bazmi olan 1995-ci ildə hind dilində çəkilmiş döyüş dram filmidir. Baş rollarda Ronit Roy, Vinod Xanna, Ajay Devgn, Amrish Puri və Kajol çəkilmişdir. == Süjet xətti == Deva (Ajay Devgn) ACP Siddhant (Vinod Khanna) və həyat yoldaşı Puşpa (Navni Parihar) tərəfindən böyüdülmüşdür. Karan (Ronit Roy) onların bioloji oğludur və anasının Devaya olan məhəbbətini qısqanır. Deva məhəbbət dolu və məsuliyyətli bir oğuldur, Karan isə məsuliyyətsiz həyat tərzinə görə valideynləri üçün daimi olaraq stress mənbəyidir. Shobraj (Amrish Puri) oğlu ACP Siddhant tərəfindən təcavüz və qətl ittihamı ilə həbs edilmiş zəngin və güclü iş adamıdır. Şobrac oğlunu azad etmək üçün Siddhanta rüşvət verməyə çalışır, lakin buna nail ola bilmir. Bu arada Karan sevgilisini öldürməkdə ittiham edilərək həbs edilir. Pushpa oğlunu itirmək fikri ilə ürəyini parçalayır. Deva, ögey anasının xatirinə Karanın günahsız olduğunu sübut edəcəyinə söz verir.
Ailə və qanun (film, 2004)
Ailə və qanun (hind: हलचल; Rom: Hulchul) — Priyadarşanın rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik komediya dram filmidir. Film 1991-ci ildə Malayalam dilində çəkilmiş olan “Xaç atası” filminin remeykidir. Filmdə baş rolları Akshaye Khanna, Kareena Kapoor, Sunil Shetty, Jackie Shroff, Arshad Warsi, Amrish Puri, Paresh Rawal, Arbaaz Khan, Shakti Kapoor, Farha Naaz və Laxmi canlandırmışdır. == Süjet xətti == Anqar Çand həyat yoldaşı və dörd oğlu ilə kiçik bir Hindistan şəhərində zəngin həyat tərzi keçirir. Böyük oğul Balram hisslərinə qarşılıq verən Dhaminiyə aşiq olur. Anası Lakşmi buna qarşı olsa da, Anqar onların toyunu istəyir. Dhamininin atası Sancev qəzəblənərək təsadüfən Anqarın arvadı Parvatini öldürür. Dhamini zorla Kashinath Pathak ilə evləndirilir. Qəzəblənən Anqar Sancevi öldürür və 14 il həbs edilir. === 14 il sonra === Girov müqabilində həbsdən azad olunan Anqar evə qayıdır və qadınların onun mülkündə olmayacağını bildirir, hətta bunu bildirən qapısının ağzına lövhə belə vurdurur və oğullarına həmişəlik olaraq evlənməyi qadağan edir.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
FIDE
FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatı. Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulmuşdur. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi (“Gens una sumus” –“Biz hamımız bir ailəyik”) vardır. 1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir.
Fila
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu. == Afina == Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508-507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Film
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Nile
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. == Coğrafi mövqeyi == Əmircan Bakının şərqində, Şor gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. == Əhalisi == Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Allahın adı ilə (film, 2013)
Allahın adı ilə qısametrajlı sənədli filmi rejissor Vahid Mustafayev tərəfindən 2013-cü ildə çəkilmişdir. "Bakıfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanda XX əsrdən bu yana İslam dininin tənəzzül və inkişaf tarixi, dini tolerantlıq və dini müxtəlifliyə hörmət kimi mövzuları əhatə edir. == Məzmun == Film Azərbaycanda XX əsrdən bu yana İslam dininin tənəzzül və inkişaf tarixi, dini tolerantlıq və dini müxtəlifliyə hörmət kimi mövzuları əhatə edir.
Arzu yolu ilə (film, 1964)
Arzu yolu ilə filmi rejissor Rasim İsmayılov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi Əli Novruzov haqqındadır. == Məzmun == Film uçuş romantikası və Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi Əli Novruzov haqqındadır. O, idarə etdiyi İL-18 sərnişin təyyarəsini qəzadan qurtarıb onu Rostovda iki motorla sağ-salamat yerə oturtmağa müvəffəq olmuşdur.
Cəlal ilə Ceren (film, 2012)
Celal ilə Ceren — Türkiyə istehsalı komediya film. "Hər kəsin bir Cereni var" şüarı ilə çəkilən film, altı ildir birlikdə olan sevgililərin ayrıldıqdan sonra yaşadıqları hekayədən bəhs edir. Şahan Gökbakar filmdəki baş rolu Ezgi Mola ilə bölüşdü. İstifadəçilərin səsverməsi nəticəsində IMDb Worst 100 siyahısında birinci yerdədir. == Mövzu == 30 yaşında olan Celal (Şahan Gökbakar), Karaköydə atasının elektrikçi dükanında işləyir. Sözlüsü yenə 30 yaşında olan Ceren (Ezgi Mola) isə bir mebel mağazasında işləməkdədir. İki sevgilinin birlikdə olması 6 il davam etmişdir və hələ də Celal evlilik təklifi etməmişdir. Celal bir dostunun subaylığa vida şənliyinə getmək istəyəndə cütlük dəhşət dərəcədə savaşır və ayrılırlar. Ceren getməyini istəməsə də, Celal yalan deyib Cereni aldadaraq Aksaraydakı Rus qadınlarının olduğu şənliyə gedir. Şənlikdə Cəlalın dostu böyük bir saflıqla Cəlalın Rus qızlarla bərabər əyləndiyi video görüntüləri İnternetə qoyur.
Dostların gözü ilə (film, 1979)
Dostluq yolu ilə (film, 1964)
Dostluq yolu ilə (film, 1974)
Dəməşq saatı ilə (film, 2018)
Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir. == Mövzusu == 2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir.Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir.Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir. == Film haqqında fikirlər == İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır.Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir. == Mükafatlar == Filmin rejissoru İbrahim Hatemikiya bu filmdəki işinə görə ən yaxşı rejissor nominasiyasında Kristal Simurq mükafatına layiq görülmüşdür. Bu film bundan əlavə ən yaxşı bəstəkar işinə və ən yaxşı səs effektlərinə görə də iki Kristal Simurq mükafatına layiq görülmüşdür. == Aktyorlar == === İranlı aktyorlar === Babək Həmidyan Hadi Hajezifar Əbdülrza Nəsari Rəzag Radan Mənsur Navaseri Afşin Talibi Vahid Abdullazadə Əziz Nəğdi Qüdrətullah Bayat Məlik Absalan Cəlal Nəcəfi Əli Abadi Cəlal Zəndəş === Digər ölkələrdən olan aktyorlar === Pier Dağer Xalid əl Sayed Rami Atallah Ləth əl Müfti Məhəmməd Şaban Münsər Zeynəddin Yusif Salama Əli Sukkar Samir Xəlili == İstinadlar == == Həmçinin bax == İbrahim Hatemikiya Dəməşq saatı ilə — Internet Movie Database saytında.
Ailəm (film, 2006)
Ailəm — üçseriyalı bədii film. Film rejissor Həsən Əliyev tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. Filmdə əsas rolları Elməddin Cəfərov, Samirə Əhmədova, Vüqar Hüseynov, Xədicə Novruzlu, Elnur Hüseynov və Ramin Hacıyev ifa edirlər. == Məzmun == Filmdə yeni binaya köçən Cəsarətovlar ailəsinin başına gələn məzəli əhvalatlardan söhbət açılır. == Filmin üzərində işləyənlər == Rejissor: Həsən Əliyev Prodüser: Müşfiq Hətəmov Ssenari müəllifi: Həsən Əliyev, Elməddin Cəfərov, Vüqar Hüseynov, Ramin Hacıyev Operator: Pərviz Əzimzadə, Ramin Cəfərov == Rollarda == Elməddin Cəfərov — Fərasət Samirə Əhmədova — Mehriban Vüqar Hüseynov — Vüquş Xədicə Novruzlu — MəsməElnur Hüseynov — MobilRamin Hacıyev — YasamalTərlan Fərzullayev — Vəfa == İstinadlar == == Həmçinin bax == Toy (film, 2005) Qonşular (film, 2006) Bacanaqlar (teleserial, 2009) Tək səbir (veriliş) Toy 2 (film, 2015) == Xarici keçidlər == YouTubeda İzlə Görün bizim dahi bəstəkar nələr yaradıb, Ədalət.-2012.-8 noyabr.-S.8.
Belə lazımdır (film, 1982)
Belə lazımdır qısametrajlı bədii filmi rejissor Vaqif Mustafayev tərəfindən 1982-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir. Əsas rolları Səməndər Rzayev, Səyavuş Aslan, Şükufə Yusupova və Hacı İsmayılov ifa edirlər. 1984-cü ildə Moskvada gənc kinematoqrafçıların IV Ümumittifaq kinofestivalında ən yaxşı rejissor işinə görə film Priz və Diploma layiq görülmüşdür. == Məzmun == Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir.