Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Minakşi məbədi
Minakşi məbədi — Hindistanın Tamilnad ştatında yerləşir. == Tarixi == Minakşi məbədi Hindistanın Tamilnad ştatında yerləşir. 1310-cu ildə tikilmiş məbəd dəfələrlə işğalçıların hücumuna məruz qalsa da, dövrümüzə qədər gəlib çata bilib. Məbədin xarici görünüşü turistlərin diqqətini xüsusilə cəlb edir. Bu da əbəs deyil. Belə ki, məbəd xaricdən biri digərindən tamamilə fərqlənən minə yaxın kiçik heykəllərlə bəzədilib. Heykəllərin arasında müxtəlif hind tanrıları, uydurma heyvanlar, musiqiçilər, eləcə də sadə qadın və kişi fiqurlarına rast gəlmək mümkündür. Məbəd binasının fasadını bəzəyən heykəllər hər 12 ildən bir bərpa olunur və rənglənir. Qeyd edək ki, heykəllər üzərində son bərpa işləri 2009-cu ildə aparılıb. Kompleksin eni 258 metr, uzunluğu isə 223 metrdir.
İbn Firnans
İbn Firnans — IX əsr müsəlman mütəxəssisi. == Həyatı == 880-ci ildə İbn Firnans dünyada ilk dəfə təyyarə tipli uçan cihaz ixtira etmişdir. Adıçəkilən müsəlman alim quş tükü və qumaşdan istifadə etməklə hazırladığı qurğuda uzun müddət havada dövr etdikdən sonra sağ-salamat yerə enmişdi.
Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir.Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı. İlk qonşular bildirirdilər ki, Zavadski Maresksya ilə rəsmən boşansa da hər həftənin birinci günü naharı onun evində edirdi.1986-cı ildə binada Aleksey Anatoleviç Evtuşenko öz emalatxanasını açmışdır.
Apostolopulo binası
Apostolopulo binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Apostolopulo binası Taqanroq şəhəri Frunze küçəsi, ev 26 ünvanında yerləşir. Frunze küçəsi ilə İtalyanskaya xiyabanının küncündə yerləşir. Bina 1870-ci illərdə inşa edilmişdir. == Tarixi == 1806-cı ildə I Aleksadrın əmri ilə Taqanroq ətrafında İvan Apostolopuloya 150 desyantin torpaq sahəsi bağışlanılmışdır. Nikolayevski küçəsi ev 28 (hazır ki Frunze küçəsi ev 26) ünvanında yerləşən ərazi 1870-ci ilin əvvəllərində Marii Apostolopuloya məxsus olmuşdur. 1880-ci ildə binanı Yakov Solomonoviç Parxonov satın alır. Bu evdə onun uşaqları Valentin Yakovlieviç Parnax (1891—1951) və Yelizabet Yakovlevns Taraxovskaya (1891—1968) anadan olmuşdur. 1890-ci illərdə binanı kəndli Kleopatra Karnovna Krasnokutskaya alır. XX əsrin əvvəllərində isə binanın sahibi şəhər məhkəməsinin üzvü Konstantin Konstantinoviç Popadulo olur.
Baba Fiqani
Baba Fiqani (? — ö. 1519) — Fars ədəbiyatında "səbk-i Hindi"nin qurucusu sayılan İran şairi. == Həyatı == Baba Fiqani Şirazda dünyaya gəlmişdi. 925-ci (1519-cu) ildə öldüyü sırada altmış yaşını keçmiş olduğuna görə 860–865 (1456–1461) illər arasında doğulduğu söylənilə bilinir. Gəncliyində ata-baba məsləyi olan bıçaqçılıqla məşğul oldğundan bu sıralarda yazdığı şeirlərdə "bıçaqçı" anlamına gələn Səkkaki təxəllüsünü işlədirdi. Ancaq divanında bu təxəllüsü ilə yazılmış hərhansı bir şeirinə rast gəlinmədi. Fiqani otuz yaşına qədər Şirazda yaşadı, daha sonra Xorasana getdi. Bir müddət qaldığı Heratda başda Əbdürrəhman Cami olmaq üzərə bəzi şairlərlə görüşdüysə də onlardan gözlədiyi münasibəti görə bilmədi. Təbrizə gedərək burada tanış olduğu şairlər vasitəsiylə Ağqoyunlu hökmdarı Sultan Yaqub bəyin sarayına daxil oldu.
Baqdasarovların binası
Baqdasarovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina mədəni və tarixi bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina Turqenevski xiyabanı ev 7 ünvanında yerləşir.. Baqdasarov qardaşlarının vəsaiti hesabına inşa edilmişdir. == Tarixi == XIX əsrdə inşa edilmişdir. Taqanroq şəhəri Turqenevski xiyabanı ev 7 ünvanında yerləşir. Binanın yerləşdiyi ərazidə vaxtı ilə arxitektur tikili olmuşdur. Bu tikilinin qiyməti 1000 rubl olaraq qiymətləndirilirdi. Bu tikili tacir Sofi Luçkaya məxsus olmuşdur. Sonradan tikili dağıdılmışdır.
Bağçasarayev binası
Q. X. Bağçasarayevin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sosioliçeski küçəsi, Budenovski prospektində ev 26/57 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi Qriqori Kristoforoviç Bağçasarayev olmuşdur. O şəhər dumasının üzvü olmuşdur. Şəhər sakinləri onun bağ həvəskarı olmasını bilirdi. Ancaq bürün rəsmi sənədlərdə binanınsahibi Krikor Xristoforoviç Bağçasayev göstərilir. Qriqori Kristofiroviç Bağçasarayev Rostovda ilk ağacəkmə bayramı kompaniyyası üzrə sovetin əsas ütəşkilatçılarından biri olmuşdur. Bağçasarayev binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Gəlirli ev XX əsrin əvvəllərində modern stilində inşa edilmişdir. Binanın quruluşu XIX əsrin sonları və XX əsrin əvvəllərində inşa edilən tikililərin quruluşuna bənzərdir.
Buzovnaneftin binası
«Buzovnaneft»in binası — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşısında yerləşir. Tikinti prosesi 1945-ci ildə başa çatmış binanın memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovdur. == Tarix == «Buzovnaneft»in binasının tikinti prosesi 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl başa çatmışdır. Bina yalnız iki il ərzində inşa edilmişdir. Bir qədər sonra binanın qarşısında bir meydan təsis edilmişdir. Bu meydanın mərkəzində fəvvarələr yerləşirdi. 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerlərində isə İmadəddin Nəsiminin heykəli tikilmişdir. Parkın hər iki tərəfində bənzər memarlıq dizaynına malik evlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu.4 noyabr 1955-ci ildə Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "dizayn və tikinti həddlərinin aradan qaldırılması haqqında" qərar qəbul etmişdir. Sərəncamda Mikayıl Hüseynovun Bakı şəhərində memarlıq etdiyi binaların "həddindən çox lazımsız strukturlar"a malik olduğu yazılmışdır.
Drevitsk binası
Drevitsk binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Drevitsk binası Taqanroq şəhəri Frunze küçəsi, ev 23 ünvanında yerləşir. Bina 1840-cı ildə inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli villa neoklassizm stilində inşa edilmişdir. Fasadda hər iki mərtəbədə altı pəncərə vardır. Mərtəbələr arasında və pəncərələrin altında baraleyflər vardır. Onlar əsasən şir başlarıdır. Tavanı lepka elementləri ilə işlənmişdir. == Tarixi == Bina 1840-cı ildə inşa edilmişdir. Sahibləri: 1873 — Kollec registratoru F. Serebyakov, 1880 — kollec assesoru Yskovenko, 1890 — türk taciri N. Samaroğlu, 1898 — N. K. Mumulov (Binada tütün fabriki açmışdır), 1906–1912 — Rusoua paraxod cəmiyyətinin Taqnroq filialının rəhnəri İvan Yakovleviç Drevitsk.
Dronovun binası
Dronovun binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən iki mərtəbəli bina. Dronovun binası Taqanroq şəhəri Petrovski küçəsi, ev 41 ünvanında yerləşir. Bina 1850-ci ildə inşa edilmişdir. Dronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Hazırda Taqanroq şəhəri Petrovskaya ev 41 ünvanında yerləşən binanın yerində iki mərtəbəli və fasadında förd pəncərəsi olan bina vardı. 1850-ci ildə bina ticir A. K. Voroşilkinaya məxsus olmuşdur. 1862-ci ildə bina digər layihə əsasında inşa edilmişdir. Əvvəllər binanın hər iki küncundə eyvanlar mövcud olmuşdur. Onlar cuqun dirəklərlə saxlanılırdı. Solda yerləşən öz mövcudluğunu Böyük Vətən müharibəsinin bitməsindən sonrada qoruya bilmişdi.
Dəniz minası
Dəniz minası - dənizdə istifadə üçün nəzərdə tutulmuş silahdır. Gəmilərin, sualtı qayıqların və digər obyektlərin partladılması üçün nəzərdə tutulmuşdur.
Fletayron binası
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir. == Yerləşməsi == Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.
Jerebsovun binası
Jetebsovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Bina Mixail İliç Jerebsova mənsub olmuşdur. Adres: Taqanroq ş, Frunze küçəsi, 70. == Tarixi == İki mərtəbəli villa, Jerebsovun evi XIX əsrin ikinci yarısında inşa edilmişdir. Bina 1860-cı illərdə oldenburqlu və fransız agent olan Aleksandr Federoviç Qemerleyə mənsub olmuşdur. 1970-ci illərdə Şimali Alman İttifaqının konsulu binada xidmət etmişdir. 1872-ci ildə şəhərdə icra hakimiyyəti təsis edilərkən Qermele bu tərkibə daxil edilir. 1880-ci illərdə bina torpaq sahibi, 1-ci gildiya taciri fəxri şəhər sakini M. İ. Jerebsov almışdır.
Kamennovun binası
Kammenovun binası - Taqanroq şəhərinin mərkəzində, XIX əsrin ortalarında inşa edilən iki mərtəbəli bina. Kamennovun binası Taqanroq şəhəri İtalyanski xiyabanı, ev 27 ünvanında yerləşir. Bina 1850-ci ildə klassizm stilində inşa edilmişdir. Kamennovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Taqanroqda yerləşən Kamennovun binası ilk əvvəllər gəlirli bina kimi inşa edilmişdir. Bina 1850-ci ildə tacir A. A. Monetinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. 1880-ci ildə isə bina Mixail Petroviç Kamennovun mülkiyyətinə çevrilir. Moneti adı Taqanroq tarixinə yunan emiqrant yetimlərinin adı ilə bağlıdır. Digəri isə Krım müharibəsi dönəmində şəhərə desant çıxarılması ilə əlaqədardır. Bu zaman şəhərdə güçlü yanğın olmuşdur.
Kobılin binası
Kobılin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 49. == Tarixi == 1859-cu ilinavqust ayında Taqanroq tikinti komitəsinə 1-ci gildiya taciri İvan Kobılin tərəfindən Petrovski küçəsində ev inşa etdirməsi məqsədilə ərizə təqdim edilmişdir. Ərizəyə müsbət cavab edildikdən sonra burada yerləşən anbar sökülmüş və yerində iki mərtəbəli bina inşa edilmişdir. Binanın fasadı düzbucaqlı kolonnalarla dörd seksiyaya bölünmüşdür. Hər seksiyada dörd pəncərədə vardır. Tikintinin bitməsindən sonra birinci mərtəbədə mağazalar yerləşirdi. İkinci mərtəbə isə Vasili Vorovoy tərəfindən "London" mehmanxanası kimi istifadə edilirdi.
Koqbetlievin binası
Koqbetlievin gəlirli binası - Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında yerləşən bina. Bina 1912-cı ildə inşa edilmişdir. Koqbetlievin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Ünvan: Rostov-na-Donu ş. Svoboda meydanı, 8. == Tarixi == XIХ əsrin sonları ХХ əsrin əvvəllərində arxitektor Nikolay Nikitiç Durbax Rostov-na-Donu, Azov və Mariupol şəhərlərinfə ysşayış binaları inşa etmişdi. Elə bu illərdə şəhərdə Koqbetlievlər yaşayırdı. Koqbetlievlər Naxçıvan-na-Donu şəhərində tanınmış ailələrdən idilər. Adrias Koqbetliev qohumları Yekaterina meydanında, I Qeorqievski küçəsi, 18-ci xəttdə evlərə sahibbidilər. Onların böyük əksəriyyəti teatr sənətinə maraq göstərirdilər.
Kostanaevin binası
Kostanaevin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnya küçəsi ev 66/37 yerləşən bina. Bina XIX əsrin sonlarında inşa edilmişdir. Kostanaevin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Kostanaevin binası Bolşoy Sadovnya küçəsinin bir künçündə qəralaşır. Bina bəzi mənbələrdə А. А. Leonidovun binası olaraq keçərlidir. Binanın dəqiq inşa tarixi məlum deyildir. Ancaq quruluşu və tikilmə texnikası baxımından onun XIX əsrin dördüncü yarımında inşa edilməsi ehtimal edilir. Bu tip binalar Rostov üçün xarakterikdir. Binanın birinci mərtəbələri bir qayda olaraq ticarət mərkəzləri, ikinci mərtəbələrində isə yaşayış mənzilləri yerləşir. Bu tip xüsusiyyətlər bu binada da vardır.
Krasnuşkinin binası
Krasnuşkinin binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 37 ünvanında yerləşir. Bina 1871-ci ildə inşa edilmişdir. Krasnuşkinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Krasnuşkinin binası 1871-ci ildə inşa edilmişdir. 1871-ci ildən burada «Peterburq manifaktura şirkətinə» aid kişi və qadın köynəkləri, dəsmallar, donlar, pambıq parçalar və digər tikiş məlulatları satılan mağaza mövcud olmuşdur. 1911-ci ildə bu binanın birinci mərtəbəsində Dansiqerə məxsus olan paltarları yumaq üçün sex mövcud olmuşdur. 1926-ci ildə binanın yarısında düymə və d. əşyaların satış şöbəsi yerləşirdi. 1928-ci ildən komission mağazası, 1931-ci ildən isə univeral mağaza yerləşməyə başlamışdır.
Kraysler binası
Kraysler Binası (ing. Chrysler Building) — Nyu-York şəhərində yerləşən, Art-Deko tərzində göydələn. Manhettenın şərq tərəfindəki Turtle Bay bölgəsində yerləşən bina, 42-ci prospekt ilə Leksinqton prospektinin kəsişdiyi nöqtədədir. 319 metr yüksəkliyində olan göydələn, açılışından 11 ay sonra tamamlanan Empayr Steyt Bildinq onu keçənə qədər, dünyanın ən yüksək binası ünvanına sahib idi. 1973-cü ildə Dünya Ticarət Mərkəzinin inşası ilə Nyu-Yorkdakı üçüncü ən yüksək bina olan Chrysler Binası, 11 sentyabr hücumları zamanı Dünya Ticarət Mərkəzinin dağılmasından sonra yenidən şəhərdəki ikinci ən yüksək bina oldu. 2007-ci ilin dekabr ayında Bank of America binasının hündürlüyü əlavə edilmiş antenası ilə 365.8 metr olduqdan sonra, Kraysler yenidən şəhərin üçüncü ən hündür binası oldu. 2007-ci ildə açılan New York Times Binası isə Kraysler Binası ilə eyni hündürlüyə malikdir.Art-Deko memarlıq sahəsində klassikləşmiş nümunələrdən biri olaraq göstərilən Kraysler Binası, bir çox müasir memar tərəfindən Nyu-Yorkdakı ən gözəl bina hesab olunur. 2007-ci ildə Amerikanın AİA tərəfindən nəşr olunan "Ən sevimli memarlıq siyahıları" adlı siyahıda doqquzuncu yeri tutdu. Bu göydələnin bir hissəsi 1930-cu ildən 1950-ci illərin ortalarına qədər Kraysler şirkətinin ofisləri olaraq istifadə olunsa da, şirkətin binanın tikilməsində heç bir rolu olmayıb. Volter P. Kraysler bütün tikinti xərclərini şəxsən ödəmiş və bu binanı uşaqlarına vəsiyyət eləməyi planlaşdırmışdı.
Kulpinin binası
Kulpinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 30. == Tarixi == Bina 1870-ci ildə inşa edilmişdir. Taqanroq şəhəri Nekrasov xiyabanının kəsişməsində, Petrovskata küçəsi ev 30 ünvanında yerləşir. Ən əvvəllərdən binada zabit Pavl Buyanovskinin ailəsi yaşayırdı. ХIХ əsrin 80-ci illərindən 1918-ci ilə qədər binada onların yaxın qohumu olan Anton yaşayırdı. Binanın ilk sahibi türk xidmətçisi olan İvan Kontemirov olmuşdur.
Lakierovların binası
Lakierovların binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində olmuşdur. Bina 1830-cu illərdə inşa edilmişdir. Bina Qreçeskaya 42 ünvanında yerləşir. Bina klassizm stilinə stilinə sahibdir == Tarixi == XIX əarin əvvəllərindı inşa edilən bina kərpiç stilinə malik olmuşdur. Bina İvan Alekseyeviç Varvasinin mülkiyyətində idi. I Aleksadrın Taqanroqu ziyarəti zamanı burafa at tövləsi vardı. Onlar şəhər vəsaiti hesabına inşa edilmişdir. Burada kazaklata aid leyb qvardiya yerləşirdi. Bu binanın sahibləri baxımından zəngin tarixi vardı.
Lloyds binası
Lloyds binası — Londonda inşası 8 il davam edən paslanmayan poladdan bina. Riçard Rocers tərəfindən 1986-cı ildə hazırlanmışdır. == Tarixi == 1978-ci ildə tikintisinə başlanılmış, 1986-cı ildə istifadəyə verilmişdir. Futuristik dizaynı ilə bu bina diqqət çəkən binalardan biridir. Bina Almaniyanın əmlak idarəetmə fondu Commerz Reala aid olmuşdur. 2013-cü ildə Çinin Ping An sığorta sərmayə şirkəti Lloyds Binasını 260 milyon funt-sterlinqə satın alıb.