Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiat
Fiat S. p. A. (Fiat Qrupu olaraq da tanınır) avtomobil istehsalçısı, maliyə və sənaye qrupu. 1899-cu ildə Giovanni Agnelli Tərəfindən Torinoda qurulmuşdur. Adını "Fabbrica İtaliana Automobili Torino" sözlərinin baş hərflərindən götürmüşdür.
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
.int
.int — beynəlxalq təşkilatlar üçün yuxarı səviyyəli ümumi domenidir.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Ed Find
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Finn Kidland
Finn Kidland (ing. Finn Erling Kydland) (1 dekabr 1943, Algard[d], Ruqalann[d]) — norveçli iqtisadçı. 2004-cü ildə Edvard Preskottla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Hal-hazırda Kaliforniya Universitetində işləyir. == Həyatı == Finn Kidland 1968-ci ildə Norveç İqtisadiyyat məktəbindən məzun olmuş və 1973-cü ildə Karnegi Mellon Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. Doktorluq dərəcəsinə yüksəldikdən sonra Norveç İqtisadiyyat məktəbində köməkçi dosent olaraq işləməyə başlamışdı. 1978-ci ildən isə Karnegi Mellon Universitetində dosent olaraq işləməyə başladı. Finn Kidland həmin müddətdən etibarən ABŞ-də yaşayır. Finn Kidland 1968-ci ildə Liv Kjellevoldla evlənmişdi. Cütlüyün dörd övladı oldu: oğulları Con Martin və Erik Tomas; qızları Kamilla və Keri.
Finn Vulfhard
Finn Vúlfhard (ing. Finn Wolfhard. 23 dekabr 2002, Vankuver, Britaniya Kolumbiyası, Kanada) — kanadalı aktyor və müğənni. Daha çox «Qəribə şeylər» teleserialında Mayk Uiler rolunu və «O» filmində Riçi Tozier rolunu canlandırdığına görə tanınır. == Erkən həyatı == Vulfhard Vankuver şəhərində doğulub və alman, fransız və yəhudi əsillidi. O, 2020-ci ilin may ayında katolik məktəbi bitirib. Atası Erik Vulfhard Kanada hinduların torpaq iddiaları üzrə tədqiqatçıdır. Aktyor Nik Vulfhard böyük qardaşıdı. Aktyorluqdan başqa, Finn Vulfhard əsasən Vankuverdə iştirak edən və 2019-cu ildə dağılan «Calpurnia» rok qrupunun üzvü olaraq baş vokalçı, gitara ifaçısı, həmçinin mahnı müəllifi idi.
Fişt zirvəsi
Fişt (adıq Фыщт — "ağ baş") — Baş Qafqaz silsiləsinin qərb hissəsindəki dağ zirvəsidir. Mütləq hündürlüyü - 2867.7 metrdir. == Təsviri == Fişt, Oşten və Pşexa-Su zirvələri ilə birlikdə Fişt-Oşten massivini formalaşdırır. Massivin zirvələri Qafqazda ilk alp tipli zirvələrdir (qərbdən şərqə doğru hərəkət edir), yəni subalp və alp dağ çəmənliklərinin geniş kəmərinə malik olaraq meşənin yuxarı sərhədindən xeyli yuxarı qalxırlar. Bundan əlavə, Fişt Qafqazın ən qərb zirvəsidir, yamaclarında buzlaqlar (Böyük və Kiçik Fişt buzlaqları) və əhəmiyyətli qaya fayları var. Struktur olaraq, Fişt, əhəng daşı qatlarından ibarət blok yüksəlişidir. Qalın əhəng daşı təbəqələri çoxsaylı və müxtəlif karst formalarının (kraterlər, mağaralar) inkişafına kömək edir. Dağın kənarındakı məşhur mağaralardan biri də, Uçan Quş mağarasıdır. 1994-cü ildən bəri Rusiyanın ən dərin mağaralarından biri olan Fiştdə Ağ Ulduz mağara sistemi araşdırılır. Böyük Fişt buzlağında 1B kateqoriyalı klassik dırmanış marşrutu var.
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Kristina Fino
Linux Mint
Linux Mint — Ubuntu Linux əsasında yaradılmış əməliyyat sistemidir. Linux Mintin ilk versiyası 2006-cı ildə istifadəyə verilmişdir. Bundan əlavə, 2010-cu ildə birbaşa Debian üzərində qurulmuş Linux Mint versiyası istifadəyə buraxıldı. Linux Mint – DistroWatch saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.
Pirin-Fiat
Pirin-Fiat — Bolqarıstanın Loveç şəhərində yerləşən Balkan zavodunda 1966–1971-ci illərdə istehsal edilən avtomobil markası. == Tarixi == 1950–1960-cı illərdə Varşava Müqaviləsi Təşkilatı ölkələri avtomobil sənayesinin inkişafını sürətləndirmək yollarını axtarırdılar. Əsas istiqamət avtomobil istehsal edən zavodların inşası idi. FIAT şirkəti İtaliyadan kənarda avtomobil istehsalının təşkilində təcrübəyə malik olduğu üçün bu ən açıq tərəfdaş hesab edilirdi. 1965-ci ildə Fabryka Samochodów Osobowych şirkətinin bazasında polyak Fiat 124p yığılmağa başlamışdır. 20 iyul tarixində isə SSRİ ərazisində "AvtoVAZ" zavodunun inşasına başlanılır. bolqarıstanında da bu proses güçlənir. 26 sentyabr 1966-cı ildə Bolqarıstan hökumətinin rəhbərliyində olan "Balkankar" və İtalyanın FIAT şirkəti arasında müştərəf fəaliyyət sayəsində müqavilə imzalanır. Tərəflərin razılığın əsasən FIAT avtomobilin qiymətinin 40% -dək komponentlərin istehsalı üçün avtomobilin yığılmasının inkişafını təmin etməlidir. Ödəniş Barter vastəsi ilə Bolqarıstan xarici ticarət təşkilatı vasitəsilə həyata keçirilmişdir.
Sint-Estatius
Sint-Estatius (nid. Sint Eustatius) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən biri. Rəsmi dili Niderland dilidir. Ərazisi 21 km² olan bu adada 3,877 nəfər yaşayır. Paytaxtı Oranyestad şəhəridir.
Sint-Marten
Sint-Marten (nid. Sint Maarten) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizində yerləşir. Paytaxtı Filipsburq şəhəridir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 37 km²-dir. == Əhalisi == 2011-ci ilin məlumatına görə halisi 33,609 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Official website of the Sint Maarten government Philipsburg Jubilee Public Library St. Maarten Chamber of Commerce and Industry (official site). St.
Tint Myaat
Tint Myaat (14 aprel 2002) — Myanmalı üzgüçü. Tint Myaat Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tint Myaat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.54 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Torsten Fink
Torsten Fink (alm. Thorsten Fink‎; 28 oktyabr 1967, Dortmund, AFR) — keçmiş Almaniya futbolçusu, məşqçi. == Həyatı == Torsten Fink 28 oktyabr 1967-ci ildə Almaniyanın Dortmund şəhərində anadan olmuşdur. == Karyerası == Vətənində "Bavariya"nın heyətində 1997-2006-cı illərdəki çıxışı ilə tanınan Fink 9 ildə 236 matça 10 qol vurub. Yarımmüdafiəçi mövqeyində oynamış Torsten münhenlilərin heyətində 4 dəfə (1999-cu, 2000-ci, 2001-ci və 2003-cü illərdə) Bundesliqanın qalibi olub, 3 dəfə (1998-ci, 2000-ci və 2003-cü illərdə) ölkə kubokunu qazanıb. Bundan başqa, Fink 2001-ci ildə həm UEFA Çempionlar Liqası, həm də Qitələrarası Kuboku başı üzərinə qaldırıb. O, peşəkar futbolçu karyerasına 2006-cı ildə elə "Bavariya"da bitirərək, məşqçiliyə başlayıb. Avstriyanın "Zalsburq" klubunda öncə Lotar Matteus, daha sonra Covanni Trapattoninin köməkçisi işləyib. Torsten 2007-ci ildə 3-cü liqa təmsilçisi "İnqolstadt-04"ə baş məşqçi təyin edilib və 2 il bu komandanı çalışdırıb. 2009-cu il iyunun 9-da isə Bazel klubunun sükanı arxasına keçən Totsten bu postda Kristian Qrossu əvəzləyib.
Vint Serf
Vint Serf (Vinton Grey "Vint" Serf; 23 iyun 1943, Nyu-Heyven[d]) – Amerikan kompüter alimi. O dünyada "İnternetin atası" adı ilə tanınır. Həmçinin Beynəlxalq Texnologiya medalı, Turing mükafatı və Prezident azadlıq mükafatı da almışdır. Vinton G. "Vint" Serf Robert Kahn ilə birlikdə internetin təməl memarı və TCP/IP protokolunun iki yaradıcısından biri olması səbəbi ilə "internetin atası" olaraq qeyd edilir. Kompüter elmləri doktoru adını almış Kerf, uzun illər Amerika Müdafiə Nazirliyində iləri tədqiqat layihələri agentliyində (internetin ilk düzəltdiyi yer) işlədikdən sonra, müxtəlif əsas vəzifələrdə olmuş şəxslərdən biridir. Hal-hazırda Google-da Prezident yardımçısı ve Şief Internet Evangelist rütbələrinə sahibdir.
Yozef Finta
Yozef Finta (mac. Finta József, 12 iyun 1935, Kluj-Napoka)— Macarıstan Elmlər Akademiyasının üzvü, macar memar. == Haqqında == Yozef Finta 12 iyun 1935-ci ildə Rumıniyada, Kluj-Napoka şəhərində anadan olmuşdur. Onun ailəsi Rumıniyada yaşayan macar azınlıqlardan idi. Onlar 1944-cü ildə Budapeştə köçürlər. Orta təhsilini Budapeştdə alan Yozef daha sonra təqaüdlə ali təhsil almağa başlamışdır. Yozef 1965-2011-ci illər ərzində bir çox mükafata o cümlədən, 1996-cı ildə Koşut mükafatına layiq görülmüşdür.
İnsan Finn
Finn Mertens (və ya İnsan Finn) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, həmçinin "Adventure Time: Distant Lands" və "Adventure Time: Fionna and Cake" spin-off seriallarında görünüb. Personaj səs aktyoru Ceremi Şada tərəfindən səsləndirilib. Serialın pilot seriyasında onun adı Pen idi və Cereminin böyük qardaşı Zak Şada tərəfindən səsləndirilmişdi. Finnin yetkin olduğu bəzi epizodlarda onu Conatan Freyks səsləndirib. Macəra zamanı başlamazdan əvvəl Finn meşədə iki insanabənzər it, Coşua və Marqaret tərəfindən tapılmış və övladlığa götürülmüşdü. Onun sadiq və əylənməyi sevən ən yaxşı dostu İt Ceyk adlı ögey qardaşı da var, hadisələrin cərəyan etdiyi uydurma dünya olan Ooo-da Ceyk macəralarında həmişə ona qoşulur. Finnin mənşəyinin sirri və onun Ooo-dakı sonuncu insan olub-olmaması onun hekayəsində mühüm rol oynayır. Serial irəlilədikcə məlum olur ki, Ooo-da hələ də başqa insanlar yaşayır və Finnin bioloji valideynləri Martin və Minerva adalarda yaşayan bir qrup sağ qalanlardır. == Xarakteri == Finn uşaq xasiyyətli, macəraya qarşı doyumsuz sevgisi olan 12 yaşlı yeniyetmə oğlandır.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.