LINSEED
LINTEL
OBASTAN VİKİ
Lintax
Lintax (ind. Selat Lintah) — Kiçik Zond adalarına daxil olan Komodo və Rinka adaları arasında yerləşir. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Daxilində çoxlu qayalıqlar vardır. Ərazisi Komodo Milli Parkı ərazisinə daxildir. Sahilləri turistləri cəlb edir. == Coğrafiyası == Boğazın uzunluğu 40 km-dir. Eni minimal 4,7 km, şimal-şərqdə isə 20 km təşkil edir. Maksimal dərinliyi 100 m-dir. Sahillərinin bir hissəsi Manqrov meşəsi ilə örtülü olur.
Lintel
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox portallarda, qapılarda, pəncərələrdə və kaminlərdə rast gəlinir.

Digər lüğətlərdə