Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flüger
Flüger — küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq. Flügerlər bir sıra hallarda binaların hündür hissələrində memarlıq ornamenti olaraq istifadə olunur.
Lugər
Lövgər vilayəti (dəri لوگر) və ya Lögər vilayəti (puşt. لوګر) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.880 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 354.9 min nəfər, inzibati mərkəzi Pul-i-Aləm şəhəridir. Əhalisinin 60%-i puştun dilində, 40%-i isə dari dilində danışır.
Georq Lüger
Georq Lüger (alm. Georg Johann Luger‎; 6.3.1849, Ştaynah, Avstriya — 23.12.1923, Şönayxe, Almaniya) — məşhur avstriyalı silah konstruktoru. 1900-cü ildə ixtira etdiyi Lüger tapançasına görə tanınır. Lüger 9x19 mm çaplı tapança patronunu yaratmış və yüksək göstəricilərinə görə həmin patron 1953-cü ildə NATO ölkələri üçün standart döyüş sursatı kimi qəbul edilmişdir. Hazırda 9 mm Luger (və ya 9 mm Para və 9 mm NATO) dünyada ən geniş yayılmış tapança patronudur. == Həyatı == Georq Lüger cərrah Bartolameus fon Lügerin ailəsində anadan olub. Onun ailəsi Paduyaya köçür və italyan dili onun ikinci dilinə çevrilir. Məktəbi bitirdikdən sonra valideynləri Georqu Vyana Kommersiya Məktəbinə göndərirlər. 1867-ci ilin oktyabr ayında Georq Lüger 78-ci piyada alayına könüllü qoşulur. Bir il sonra o, xidmət giziri olur.
Luger PO8
Luger PO8 — tapança növü == Tarix == İkinci dünya müharibəsində alman komandirlərin istifadə etdiyi bu tapança Faşist Almaniyasının hərbi gücünün simvolu olmuşdur. Müharibədən sonra müttəfiq qoşunlarında hədiyyə və qənimət kimi istifadə edilib. Həm dövründə, həm də indi bahalı kolleksiya əşyası kimi satılır. Avtomatik doldurma funksiyası olan tapançanın uzun atış ömrü olub.
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Ölülər
== Ədəbiyyat == Ölülər - irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının şah əsəri sayılır. Ölülər - Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi. Ölü canlar - Rus yazıçısı Nikolay Qoqolun poeması. == Filmlər, tamaşalar == Ölülər (film, 1987) - Ceyms Coysun eyniadlı hekayəsi əsasında bədii film. Ölülər (film, 1965) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında bədii film. Ölülər (tamaşa) - Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında teatr tamaşası.
Üliger
Üliger (Monqol: Улгэр), monqol və buryat xalq mədəniyyətində nağıllara və mifoloji əhvalatlara verilən ümumi bir addır. Buryatlar və digər sibir qəbilələri arasında şifahi ənənələrinin əhəmiyyətli bir hissəsidir və digər funksiyaları arasında, Buddist əhvalatlarını şifahi olaraq çatdırmaq üçün də istifadə edilmişdir. Şifahi ənənə göz önünə alındığında, monqol ədəbiyyatında ağızdan ağıza köçürülən hekayələrin əhəmiyyətli bir qisimini meydana gətirərlər. Bu əhvalatlar, "Ülgerci" və ya "Üligerçin" (İngilis: ulgerchi və ya uligershin) deyilən kəslər tərəfindən xüsusilə yaylı alətlər yoldaşlığında oxunur. Üliger (Türkçe "Ülger") sözü şeir şəklindəki nağıl, fövqəladə öykü mənasını verər. Nəsilə nəsilə köçürülən əhvalatlardan ibarətdir. Monqolustanda 1960-ci ildə Üligerləri yığmaq üçün "Üliger Evi" (Monqol: Улгэрийн танхим, Rus: Палата Ульгэров) adı verilən xüsusi bir müəssisə yaradıldı. Burada hal-hazırda 250dən çox Üliger'in olduğu bilinməkdədir. == Mövzular == Üligerler ümumiyyətlə tarixi və mifolojik qəhrəmanların əfsanələrini izah edərlər. Ümumiyyətlə qış aylarında tonqal ətrafında izah edilən bu əhvalatlarda ortaq bir motiv olaraq şəri ümumiləşdirən "Manqus" adlı bir əjdaha var.
Bloqer
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOS və Linux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi.
Flüor
Flüor (F) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 9-cu elementdir. Atom radiusu qrupunun elementlərinə nisbətən kiçikdir, flüor atomu elektronu özünə daha güclü cəzb edir, yəni flüor kimyəvi cəhətdən daha aktivdir, oksidləşdiricilik qabiliyyəti daha yüksəkdir və elektromənfiliyi ən yüksək elementdir. == Tapılması,təbii birləşmələri == Flüor kimyəvi cəhətdən aktiv olduğuna görə yalnız birləşmələr şəklində rast gəlinir. Flüorun təbiətdə ən geniş yayılmış mineralı kalsium-Flüoriddir. Flüor müxtəlif dağ mədənlərinin tərkibində xüsusəndə apatitlərin tərkibində olur. == Atom xüsusiyyətləri == Kristal quruluşu-kub Atom radiusu- 50 pm Atom radiusu(hes.)- 42 pm Kovalent radiusu-72 pm == Alınması == Flüor yüksək aktivliyinə görə sərbəst halda ayrılması çətindir. Halogenlərdən yalnız flüor duzların ərintisinin elektrolizi ilə alınır. Onu, az miqdarda qurğuşun aparaturada biflüorid KF*HF ərintisinin elektrolizi ilə alırlar. == Fiziki xassələri == Flüor adi şəraitdə açıq sarı rəngli, xarakterik kəskin iyli qazdır. Flüor hətta adi şəraitdə belə su ilə şiddətli reaksiyaya girir və buna görə də onun suda məhlulunu almaq mümkün deyil.
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Ləgər
Aşağı Ləgər
Blüxer başmağı
Blüxer başmağı (almanca: Blücher) — üzü bağla bağlanan, hündür dabanlı çəkmə. == İstinad == Çarlz Dikkens - Oliver Tvistin Macəraları, səhifə 101. Bakı Qanun Nəşriyyatı, 2015.
Elano Blumer
Elano Blumer (14 iyun 1981) — Braziliya məşqçisi və hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş keçmiş futbolçusu.
Freddi Krüger
Frederik «Freddi» Çarlz Krüger (ing. Frederick «Freddy» Charles Krueger) — Qarağac küçəsində qarabasma film seriyaları üçün uydurulmuş obrazdır. Personajın müəllifi Ues Kreyvendir. == Həyatı == Freddi Krüger yuxu monyakıdır. Onun kəsici əlləri, qorxunc üzü və çirkli şlyapası vardır. Onun üzündən onlarla uşaq qətlə yetirilmişdir. Onun anası Amanda Krüger rahibə olan zaman monyaklar tərəfindən təcavüzə məruz qalır. Bir müddət keçdikdən sonra onun övladı dünyaya gəlir. Oğlunun adı Freddi Krüger olur. Freddi böyüdükcə qəddarlaşır.
Fulmer Falls
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Füqəra füyuzatı
Füqəra füyuzatı (jurnal, 1920-1921) - ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I.IX, I.XI) 2, 1921-ci ildə (28.IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A.Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz. "Pərdə eniyor, pərdə qalxıyor" dedikdə, zənginlərin tamaşagah ədəbiyyatımızdakı nüfuzlarının pərdəsi enib, ədəbiyyatın füqəra öhdəsində olaraq, bütün aləm füqərasına tamaşa göstərəcək teatronun pərdəsi qalxıyor demək istiyoruz.
Graham Fuller
Graham Fuller (28 noyabr 1937) — ABŞ siyasətçisi. Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib. 1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. Onu analitiklər bir növ ABŞ-nin "dərin adamı" olaraq xarakterizə edirlər. İsraillə çox möhkəm və birbaşa əlaqələri var. Graham Fullerin Qurdlar Vadisi: Pusqu serialında adı çəkilən Aron Feller olduğu iddia edilir. == İstinadlar == == Xarici keçidlər == GRAHAM FULLER KİMDİR?
La-Flaşer
La-Flaşer (fr. La Flachère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38166. Kommunanın 2012-ci il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Lukas Krüger
Lukas Feliks Krüger (20 yanvar 2000-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Leypziq === Krüger Sankt-Pauli akademiyası vasitəsilə inkişaf etmişdir. Krüger öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Mateus Kunyanı əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Olivia Fuller
Qüstav Flober
Qüstav Flober (12 dekabr 1821[…], Ruan – 8 may 1880[…]) — ən yaxşı roman müəlliflərindən biri sayılan Fransa yazıçısıdır. 1857-ci ildə yazılmış ilk romanı "Madam Bovari" ilə daha çox tanınır. == Həyatı == 1821-ci il 12 dekabrda cərrah ailəsində dünyaya gəmişdir. Kiçik yaşlarından əsərlər yazmağa başlamışdır. Doğma şəhərində təhsil almışdır. 1840-cı ildə Parisə getmiş və hüquq təhsili almışdır. Burada Viktor Hüqo ilə tanış olmuşdur. 1846-cı ildə Parisi tərk etmişdir. 1854-cü ildən doğma şəhərində anası ilə yaşamış və heç evlənməmişdir. Müxtəlif ölkələrə səyahət etmişdir.
Samuel Fuller
Samuel Fuller (12 avqust 1912[…], Vuster[d], Massaçusets – 30 oktyabr 1997[…], Hollivud, Kaliforniya) — əsasən qorxu, macəra və şiddət janrına üstünlük verən ABŞ senaristi və rejissoru. 12 yaşında olarkən bir qəzetdə kuriyer kimi işləməyə başladı. 17 yaşında müxbir oldu. Böyük Böhran illərində qatarla ölkəni gəzdi. Bu zaman romanlar yazdı. 1936-cı ildə bir dostu ilə ilk film senarisini yazdı. İkinci dünya müharibəsində döyüşdü və bir çox medalla təltif olundu. Müharibədən sonra ilk filmi "Mən Cessi Ceymsi vurdum" (1949) oldu. Çoxunun senarisini yazdığı dar büdcəli filmlərindəki gərçəkçi üslubundakı şiddəti fransızlar tərəfindən bəyənilmişdi. Filmlərinin əsas mövzusu əsgərlikdə yaşadığı hadisələr, jurnalistika və avaraçılıq olmuşdu.
Stiven Kruqer
Stiven Kruqer (ing. Steven Krueger) — Amerikalı aktyor. Coşua Rossa rolu ilə İlk Doğulmuşlar serialı və Devidson rolu ilə Qusebumps filmi ilə tanınır.