Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fagara
Zanthoxylum (lat. Zanthoxylum) — sədokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Zanthoxylum:The Plant List saytında takson barədə məlumat.
Fagara oahuensis
Zanthoxylum oahuense (lat. Zanthoxylum oahuense) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Fagara psammophila
Zanthoxylum psammophilum (lat. Zanthoxylum psammophilum) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Füqəra füyuzatı
Füqəra füyuzatı (jurnal, 1920–1921) — ədəbi, elmi, ictimai-siyasi, şəkilli toplu, Azərbaycan Hərbi inqilab komitəsinin orqanı (Bakı). Nəşri iki həftədə bir dəfə nəzərdə tutulmuşdu. Lakin cəmi üç, 1920-ci ildə (I. IX, I. XI) 2, 1921-ci ildə (28. IV) 1 nömrəsi çıxmışdır. Ağababa Yusifzadənin müdirliyi və Məmməd Səid Ordubadinin baş redaktorluğu ilə nəşr olunurdu. "Füqəra füyuzatı" Nəriman Nərimanovun şəkli və "Kommunizm nə verəcəkdir?" məqaləsilə açılırdı. Jurnalın məqsəd və məramı məsul müdirin "Füqəra Füyuzatı" nə edəcəkdir?" və baş mühərririn "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsində şərh olunmuşdur. A. Yusifzadə jurnalın proletar ədəbiyyatı yaratmaq məramını açıqlayaraq yazırdı: "Məcmuəmizin başlıca məqsədlərindən biri də məmləkət içrə qeyri-mütəşəkkil halda bulunan üdəba və şüəranı bir yerdə toplayaraq, füqəra nəfinə olmaq şərtilə onların qələmlərindən tərşih edən abdar kəlamlardan istifadə etməkdir. İştə təqib etdiyimiz məram, iştə məcmuəmiz!" "Pərdə eniyor, pərdə qalxıyor" məqaləsi ilə 1907-ci ilin noyabrında fəaliyyətini dayandıran "Füyuzat" jurnalı ilə yenicə nəşrə başlayan "Füqara füyuzatı" arasında əlaqələri aydınlaşdıran Məmməd Səid Ordubadi yazırdı: "ünvanımızda yazdığımız "Pərdə eniyor, pərdə qalxıyor" kəlmələri gərək ki, qarelərimizi əvvəlcə bir az düşündürmüşdür. Ona görə də bir neçə kəlmə izahat vermək istiyoruz.
Zanthoxylum fagara
Zanthoxylum fagara (lat. Zanthoxylum fagara) — sədokimilər fəsiləsinin zanthoxylum cinsinə aid bitki növü.
Futara dağı məbədi
Futarasan məbədi (二荒山神社, Futarasan-cinca) və ya bəzən Futarayama məbədi (二荒山神社, Futarayama-cinca) – Yaponiyanın Toçiqi prefekturasının Nikko şəhərində yerləşən şintoist məbədi. == Tarixi == Məbədin qurulma tarixçəsi Futara dağına edilən ibadətlə bağlıdır. Məbəd VIII əsrdə keşiş Şodo tərəfindən iki buddist məbədi ilə birlikdə qurulmuş və uzun müddət Şuqendo dini üçün müqəddəs yer hesab olunmuşdur. Edo dövründə yaxınlıqda yerləşən Nikko Toşo məbədi ilə birlikdə buddizmin Tenday sektasına aid olan Rinno məbədinin tabeliyində olmuşdur. == Xüsusiyyətləri == Məbəd kami Okuninuşi və digər iki ilaha həsr edilmişdir. Əsas məbəd şəhərin içində yerləşir. Daxili məbəd Futara dağının zirvəsində, orta məbəd isə Çuzenci gölünün sahilində tikilmişdir. Məbədin illik festivalı 17 aprel tarixində baş tutur. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F).
Anqara
Anqara — RF-nin İrkutsk vilayətində və Krasnoyarsk diyarında çay. == Adın etimologiyası == Adı buryat dilində "oyuq", "yarğan", "dərə", habelə "açıq", "aralanmış" mənalarını verən "anqa" sözündən götürülmüşdür. Tarixi mənbələrdə ilk dəfə XIII əsrdə Ankara-Muren adı ilə xatırlanır. == Ümumi mməlumat == Yeniseyin ən çoxsulu sağ qolu. Mənbəyini Baykal gölündən götürür. Orta Sibir yaylasının cənub hissəsindən keçərək Yeniseysk şərqindən yuxarıda Yenisey çayına tökülür. Uzunluğu 1779 km, hövzəsinin sahəsi - 1 040 min km², Baykal gölünün hövzəsini çıxmaqla 468 min km². İrkutsk, Bratsk və Ust-İlim SES-lərinin tikilməsi nəticəsində Anqaranın yuxarı axını su anbarına çevrilmişdir. Su anbarları arasındakı sahədə Anbarının dərəsi asimmetrik quruluşludur. Mənsəb hissəsində Yenisey təpəliyini kəsir və astana əmələ gətirir.
Buxara
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir. == Adları == Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır. İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir. X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. == Etimologiya == Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. == İbadət == Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Fumaria
Şahtərə (lat. Fumaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Müalicəvi xüsusiyyəti == Bu birillik bitki Azərbaycanda çox gеniş yayılmışdır. Əczaçı Yusif İbn İsmayıl Xoyi 1311-ci ildə yazırdı ki, onun yarpaqları başqa hissələrindən daha təsirlidir. Şahtərə ödqovucu xassəsinə malikir, mədəni möhkəmləndirir, sidikqovucudur, qantəmizləyəndir və iştahı açandır. Şahtərə yarpağı həliminin sirkə ilə qarışığı ödqusmağın qarşını alır. Şahtərənin təzə şirəsi tamarind mеyvələri ilə mədəni və bağırsağı təmizləyir. Xaricdən istifadə еtdikdə – dəmrovu aradan qaldırır. Şahtərənin еkstraktını antisеptik vasitə kimi gözə damcılayırlar. Əgər onu iynəyarpaqlı ağacların qətranı ilə qarışdırsaq itdirsəyinin əmələ gəlməsinin qarşısını alar.
Mağara
Mağara və ya Köhül — yerdə təbii oyulma nəticəsində əmələ gələn çuxur və ya girinti. Min illər boyu insanlar tərəfindən sığınacaq və məzar yeri kimi istifadə edilmişdir. Dünyanın bir çox mağaralarında qədim mədəniyyətlər və sivilizasiyalar haqqında dəyərli məlumatlar verən mağara rəsmləri və qayaüstü incəsənətin digər növləri tapılıb. Mağaralarda kristallar, qiymətli daşlar və filizlər kimi qiymətli mineral yataqları ola bilir. Mağaralar qış yuxusuna gedən heyvanlar üçün əlverişli yerdir. == Geomorfoloji termin == Mağara — (rus. пещера, ing. cave) yer qabığının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll olması, həmçinin suffoziya, abraziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar — karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan ibarət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimistik mağarasının uzunluğu).
Meqara
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Meqаrа
Meqara (yun. Μέγαρα) — Yunanıstanın Attika bölgəsində qədim şəhər. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 28.591 nəfər yaşayır.
Müqarna
Müqarna (ərəb. مقرنص‎) — İslam sənətindəki memarlıq strukturlarında görülən həndəsi bəzək növü. İslami bəzəkdə mistik məna həndəsi formaların və tənzimləmələrin uydurmasında gizlənir. Universal birlik və tarazlıq ideyası çox tərəfli və çoxbucaqlı ulduzlarla təcəssüm olunur. XII əsrin əvvəllərində Anadolu türk sənətində çox tərəfli və ya çoxbucaqlı ulduzlar dekorasiyada yeganə ifadə vasitəsi idi. Səthi bəzəkdə həndəsi dizayn yığımı prizmatik elementlərə çevrilmiş, prizmatik elementlərin yan-yana və üst-üstə gələrək formalaşdırdıqları bu bəzək növünə müqarna bəzəyi deyilir.
Nağara
Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb. Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir: Coşdu qurd gönündən olan nağara, Dünyanın beynini gətirdi zara. "Nağara" ərəbcə "vurmaq" deməkdir " Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur.
Quqark
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Quşqara
Quşqara — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Göygöl rayonunun i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Oykonim həmin ərazidən axan Quşqara çayının (indiki Qoşqar çayı) adı ilə əlaqədardır. Qoşqarçayının adı isə qədim türk dillərindəki “qoyun”, “qoç” mənasında işlədilən qoşlar sözü ilə bağlıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1484 nəfər əhali yaşayır.
Suqala
Suqala — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 12 iyul, 1949-cu ilədək rəsmən Mahmudlu adlanırdı, həmin tarixdən etibarən adı dəyişdirilərək rəsmi olaraq Kariani adlanır.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Furera
Pycnanthemum (lat. Pycnanthemum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Brachystemum Michx. Furera Adans. Koellia Moench Pycnanthes Raf. Tullia Leavenw.
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Tuğra
Tuğra (ərəb. طغراء‎) — Gerb, dövlət nişanı. Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanəsi. Tuğra (və ya təğma) xətti (monqol mənşəli sözdür) – Bu xətt növünü monqolların quş toteminə və simurq kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab etmək olar. Toğrul bəyin hakimiyyəti dövründə tuğra xətti xəttatların diqqətini cəlb etməyə başlamışdır. Özünəməxsus üslub və elementlərlə yazılan tuğra xətti özündə əfsanəvi quşların qanadlarını əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif tuğra növləri yaranmış və görünüşünü daha da gözəlləşdirən elementlər əlavə olunmuşdur. Tuğradan daha çox hökmdarların möhür və adlarının yazılmasında istifadə olunmuşdur. Bəziləri bu xətti "asılı xətlər", "turə", "hilalvari" və "qərğan" da adlandırmışlar. TUĞRA NƏDİR?
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Vüqar
Vüqar (ərəb. وقار‎ (Vəqar) – qürur, iftixar) — ərəb mənşəli kişi adıdır. Azərbaycanda geniş istifadə olunan addır. İngiliscə "Vugar", rusca "Вугар" kimi səslənir. Vüqar Bağırov — Rusiya alimi. Vüqar Həşimov — Azərbaycan şahmatçısı, qrosmeyster Vüqar Rəhimzadə — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, əməkdar jurnalist Vüqar Əsgərov Vüqar Əsgərov (yazıçı) — "Respublika Xatirə Kitabı" redaksiyasında böyük redaktor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Vüqar Əsgərov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Fiqaro evlənir
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. == Yazılma tarixi == Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. == Orkestrin tərkibi == Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər: Basso kontinuo: klavesin və violonçel == Personajlar == == I Pərdə == Qraf qəsrin bir dairəsi.