Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Devi Sandra
Dewi Sandra Kilik (3 aprel 1980, Braziliya) aktyor, aparıcısı və müğənni İndoneziya. Dewi qarışıq qan var İngiltərə və İndoneziya və vətəndaşlığı olmayan qalır İndoneziya. Həmişə onun makiyaj bag içərisində Givenchy ətir və Lady Speed ​​Stik Dezodorant gətirən qadın, adlı bir aktyor evli Surya Saputra. Onlar sonra boşanmış və sonra evli müğənni Dewi Barry Manilow-də 3 aprel 2006, 2009-cu ildə, Barry Manilow boşanma Dewi Sandra üçün sue. On 11 dekabr 2011 Goddess üçüncü dəfə evləndi. O, Agus Rəhman-ci ildə London ilə evlənmişdi.
Hendra Purnama
Hendra Purnama (12 noyabr 1997) — İndoneziyalı oxatan. Hendra Purnama İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hendra Purnama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Viktor Ruban ilə üz-üzə gəldi. Həmin görüşdə Hendra Purnama rəqibinə 3:7 hesabı ilə uduzdu.
Sandra (ifaçı)
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Sandra Ballok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sandra Baqariç
Sandra Baqariç (xorv. Sandra Bagarić; 5 aprel 1974) — Xorvatiya opera müğənnisi və aktrisası. Zenitsa şəhərində (hazırda Bosniya və Herseqovinanın ərazisində yerləşir) anadan olmuşdur. Orada musiqi məktəbini bitirmişdir və sonra Sarayevoda təhsil almağa davam etdi, lakin Bosniya müharibəsi başladıqdan sonra 1992-ci ildə Zaqreb şəhərinə köçdü və orada musiqi akademiyasında oxudu. Lilyana Molnar-Talaiç onun müəllimi idi. "Madam Trubadur", "Qrafinya Maritsa", "Yarasa", "Bokkaççio" və "Oxuyan yanlış fikirləşmir" operalarında ariyaların ifası ilə tanınır. "Sonati od sna", "Teatar marmelade" və "Adagio" adlı üç disk buraxmışdır. 2007-ci ildə Sandra Baqariç, Helsinkidə Avroviziya üçün Xorvatiya təmsilçisini təyin edən "Dora 2007" musiqi festivalında "Kraljevi Ulice" qrupu ilə "Pjesma za novčić" mahnısı ilə çıxış etdi və 2-ci yeri tutdu. Evlidir, əri pianoçu və Zaqreb Musiqi Akademiyasının professoru Darko Domitroviçdir. Marko və Lovro adlı oğulları var.
Sandra Botiçelli
Sandro Botiçelli (təq. 1445, Florensiya, Florensiya Respublikası – 17 may 1510[…], Florensiya, Florensiya Respublikası[…]) — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. O, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbiyə alıb. Qardaşının ləqəbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir.
Sandra Bullock
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sandra Bullok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Sandra Drzimalska
Sandra Drzimalska (pol. Sandra Drzymalska, 24 iyul 1993, Ueyherou[d], Pomoraniya voyevodluğu) — polyak aktrisa.
Sandra Kim
Sandra Kaldarone (d. 15 oktyabr 1972, Montenye, Belçika) və ya səhnə adı ilə Sandra Kim — italyan əsilli Belçika müğənnisi. O, ifa etdiyi "J'aime la vie" mahnısı ilə 1986-ci ildə Belçikaya Avroviziya Mahnı Müsabiqəsində ilk qələbəsini qazandırmışdır. Sandra Kaldarone 15 oktyabr 1972-ci ildə Belçikanın Montenye şəhərində anadan olmuşdur. Onun atası İtaliyanın Abruttso regionundan olan immiqrant idi. Sandra 7 yaşından oxumağa başlamış və 13 yaşında ikən Norveçin Bergen şəhərində keçirilən 1986 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanaraq müsabiqə tarixinin ən az yaşlı qalibi olmuşdur. Kim eyni zamanda Belçikanı Tokioda keçirilən Yamaha musiqi festivalında "Il était une fois... la vie" mahnısı ilə təmsil etmişdir. 2011-ci ildə onun pop rok albomu olan Make Up işıq üzü görmüşdür. Albomda Belçikanın tanınmış bəstəkarları (Salvatore Adamo, Dani Klein, Ozark Henri, Antoni Sinatra, Jak Duval və David Bartolome) tərəfindən bəstələnmiş mahnılar yer almışdır.
Sandra Kretu
Sandra Enn Lauer (alm. Sandra Ann Lauer‎) - pop musiqi janrında ifa edən Almaniya ifaçısıdır. Sandra Enn Lauer 18 may 1962-ci il tarixində Almaniyanın Saarland əyalətinin Saarbrükken şəhərində dünyaya gəlmişdir. Atası fransız Robert Lauer, anası isə alman Karen Lauer olub. Onun həm də yaşca böyük olan Qaston adlı qardaşı var idi (1995-ci ildə vəfat etmişdir). Sandranın uşaqlıqdan musiqiyə böyük həvəsi olmuşdur. Bu səbəbdən 1972-ci ildən başlayaraq musiqi məktəbində dərs almış və gitarada ifa etməyi öyrənmişdir. 1979-cu ildə "Arabesque" musiqi qrupuna dəvət olunur. Qrupla 5 illik müqavilə bağlayır. Bu qrup, əsasən, Asiya ölkələrində məşhurluq qazanmışdır.
Sandra Lize
Sandra Lize (d. 8 iyul 1977) — Kanadanı təmsil edən su poloçusu. Sandra Lize, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Sandra Meyson
Sandra Prunella Meyson (ing. Sandra Prunella Mason; 17 yanvar 1949, Sent-Filip[d]) — Barbados Prezidenti. Sandra Prunella Meyson 17 yanvar 1949-cu ildə Barbadosun Sent Filip səmtində anadan olmuşdur. Təhsilini başa vurduqdan sonra 1968-ci ildə Şahzadə Margaret Liseyində müəllimlik etməyə başladı. Ertəsi il Barkleys Bankda katibə olaraq işə başladı. Meyson Keyv Hilldəki Qərbi Hind UUniversitetinin Hüquq Fakültəsinə daxil oldu. Meyson 1973-cü ildə təhsilini başa vurduqda bunu etməyi bacaran ən gənc şəxslərdən biri idi. Barbados Barlar Birliyinin ilk qadın üzvü olaraq 10 noyabr 1975-ci ildə fəaliyyətə başlamaq üçün Vəkillər Kollegiyasına qəbul edildi. 1975-ci ildən Barkleys Etibarlı İdarəetmədə çalışıb və 1977-ci ilə qədər Barkleysdə müxtəlif vəzifələrdə çalışıb. 1978-ci ildə Meyson Yeniyetmə və Ailə Məhkəməsində hakim vəzifəsində çalışmağa başladı və eyni zamanda QHU-da ailə hüququndan dərs verdi.
Sandra Paoviç
Sandra Paoviç (xorv. Sandra Paović, 15 aprel 1983-cü ildə Vуkоvаr şəhərində anadan olub) — xorvatiyalı tennisçi (stolüstü tennis). 2008-ci il Olimpiya oyunlarının və 2016-cı il Paralimpiya Oyunlarının iştirakçısı. Paralimpiya Oyunlarının (2016) qalibi, paralimpiya dünya çempionu (2014) və paralimpiya Avropa çempionu (2013,2015). 2014-cü ildə ITTF versiyasına görən ən yaxşı paralimpiya tenniçisi (stolüstü tennis). Vyakovarda anadan olmuş Sandra uşaqlığını Borovo icmasında keçirmişdir. Müharibə illərində Sandra ailəsi ilə Yuqoslaviya gəlmiş və Zmaevo şəhərində yerləşmişlər. Sandra yerli klubların birində stolüstü tennis karyerasına başlamışdır. Yuqoslaviya komandasına daxil olan Sandra 1996-cı ildə gənclər arasında keçirilən Avropa çempionatının bürünc medalına layiq görülmüşdür. 1997-ci ildə isə Aralıq dənizi oyunlarında Yuqoslaviyanı təmsil etmişdir.
Sandra Rulofs
Sandra Elizabet Saakaşvili-Rulofs (gürc. სანდრა რულოვსი) (23 dekabr, 1968) — Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı, 2004-2013-cü illərdə Gürcüstanın birinci xanımı. Rulofs 23 dekabr 1968-ci ildə Niderlandın Terneuzen şəhərində anadan olub, milliyətcə hollanddır. O, 1991-ci ildə Brüsseldəki Xarici Dillər İnstitutunu bitirib və 1993-cü ildə Strasburqda Beynəlxalq İnsan Hüquqları İnstitutunda ali təhsilini davam etdirib. Həmin il Strasburq şəhərində Mixail Saakaşvili ilə tanış olub və onunla birlikdə Nyu-Yorka köçüb. Nyu-Yorkda ikən Sandra Kolumbiya Universiteti və bir Niderland hüquq şirkətində işləyib. 1996-cı ildə cütlük Gürcüstana gəlib və Sandra Rulofs Beynəlxalq Qırmızı Xaç Komitəsində və Tbilisidə Niderland Krallığının konsulluğunda işləyib. 1999-cu ildə Tbilisi Dövlət Universitetinə mühazirəçi kimi dəvət edilmiş Sandra 2003-cü ilədək burada çalışıb və eyni zamanda universitetdə Belçikada istifadə edilən fransız dilinin aspektləri üzrə doktorluq dissertasiyası üzərində çalışıb. 2003-də Tbilisi Dövlət Universitetində elmlər doktoru elmi dərəcəsini alıb. Rulofs öz ana dili Niderland dilindən başqa daha beş dildə - fransız, alman, ingilis, rus və gürcü dillərində danışa bilir.
Sandra Vayt
Sandra Vayt (ing. Sandra White; d. 17 avqust 1951, Qlazqo, Şotlandiya) — Şotlandiya parlamentinin deputatı, Şotlandiya Milli Partiyasının üzvü. 2016-cı il 1 mart tarixində Şotlandiya parlamentində Şotlandiya onun irəli sürüldüyü Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsünü sürüb.
Sandra Şmirler
Sandra Şmirler (d. 11 iyun 1963; Biqqar, Kanada - ö. 2 mart 2000; Reqina, Kanada) — Kanadanı təmsil edən körlinqçi. Sandra Şmirler, Kanadanı 1998-ci ildə baş tutan Naqano Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. Sandra Şmirler, Kanada yığmasının heyətində 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarına qatıldı. Həmin yarışlarının həlledici, final görüşündə Kanada yığması, Danimarka yığmasını 7:5 hesabı ilə məğlub etdi və Sandra Şmirlerində çıxış etdiyi Kanada yığması, Naqano Olimpiadasının çempionu oldu. Sandra Şmirler, 2 mart 2000-ci ildə uzun sürən xərçəng xəstəliyi nəticəsində həyatının 36-cı yaşında vəfat etdi.
Sandra Bem
Sandra Rut Lipsitz Bem (ing. Sandra Ruth Lipsitz Bem; 22 iyun 1944, Pitsburq, Pensilvaniya – 20 may 2014, İtaka[d], Nyu-York ştatı) — gender problemləri və psixoloji androqiniya işi ilə tanınan ABŞ psixoloqu. Gender sxemləri nəzəriyyəsinin yaradıcısı, gender rollarının, gender və cinsiyyətin dərk edilməsinə əhəmiyyətli təsir göstərmişdir. Sandra Rut Lipsitz 22 iyun 1944-cü ildə Pensilvaniya ştatının Pittsburq şəhərində anadan olub. Onun atası Peter Lipsitz poçt işçisi, anası Lillian Lipsitz isə katibə işləyirdi. İbtidai məktəbdə Sandra şalvar geyinməkdə israr edirdi (ortodoksal yəhudi məktəbində oxuyurdu) və yubka geyinməkdən imtina etməsi, az qala onun məktəbdən qovulmasına səbəb olacaqdı. Bu erkən təcrübə, onun bioqraflarına görə, Sandra Bemin gender rolları, seksuallıq və androginiya məsələlərində elmi maraqlarını əvvəlcədən müəyyən etdi. Sandra 1965-ci ildə Daril Bem adlı gənc professorla tanış olduğu Karnegi Mellon Universitetinə daxil oldu. O, Bemdən müstəqil araşdırmasına nəzarət etməsini istədi və ikisi romantik bir əlaqəyə girdi. 6 iyun 1965-ci ildə evləndilər, Sandranın cəmi 20 yaşı olanda onların Emili və Ceremi adlı iki övladı vardı.
Etsuko Handa
Etsuko Handa (d. 10 may 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 19 qol vurub.
Sandra Aguilar Navarro
Sandra Aguilar Navarro (d. 9 avqust 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Sandra Aguilar Navarro, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Sandra Aguilar Navarro, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Sandra Aguilar Navarro, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Lordes Mohedano və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Sudhindra Çandra Dasqupta
Sudhindra Çandra Dasqupta — 1937-ci ildə Hindistanın Tripura şəhərində anadan olmuş olan siyasətçi. Bartiya Canata BJP Partiyasının üzvü idi. O, Tripuranın prezidenti vəzifəsində çalışıb. Dasqupta 2014-cü ildə Lok Sabha seçkiləri zamanı Qərbi Tripuradan (Lok Sabha seçki məntəqəsi) BJP / NDA-ya seçilmək üçün namizədliyi irəli sürmüşdür. Dasqupta 12 yanvar 2017-ci ildə 79 yaşında vəfat etmişdir.
Çandra Mohan Racniş
Çandra Mohan Racniş OSHO (ing. Bhagwan Shree Rajneesh; 11 dekabr 1931[…], Udaypura[d], Britaniya Hindistanı – 19 yanvar 1990[…], Puna, Maxaraştra) — oshohind dini xadimi və mistik. Çandra Mohan Racniş 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində anadan olmuşdur. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlmişdir. 21 yaşında universitet təhsilini tamamladı və Jabalpur Universitetində uzun illər fəlsəfə dərsi dedi. Eyni zamanda da bütün Hindistanı gəzib danışmalar etdi, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxudu, ənənəvi inancları sorğuladı və həyatın bütün sahələrində insanlarla bir araya gəldi. O, özünü gerçək bir "varoluşçu" olaraq adlandırmışdır. İnanc sistemlərini və müasir insan psixologiyasını anlamaq üçün üfüqünü genişləndirə biləcək hər şeyi oxudu. 1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı. Meditasiyanın o rahat düşüncələrsiz halını kəşf edə bilməyi ümid edə bilməsi üçün əvvəlcə keçmişin modası keçmiş üsullarının və günümüzün müasir həyatın gətirdiyi sıxıntıların ağırlığı altında əzilən insanın çox dərin bir ruhi təmizlənmə periodundan keçməsinin şərt olduğunu demişdir.
Hadera
Hadera (ivr. ‏חֲדֵרָה‏‎ Ḥadera ; ərəb. الخضيرة‎ al-Ḫuḍayrah ) İsrailin Hayfa dairəsində yerləşən şəhərdir. Şaron bölgəsinin şimalında, ölkənin əsas şəhərləri olan Tel-Əviv və Hayfa şəhərlərindən təqribən 45 km məsafədə yerləşir. Şəhər Aralıq dənizi boyunca 7 km uzunluğunda sahilə sahibdir. 2016-cı il hesablamalarına əsasən şəhər əhalisi 91,707 nəfər təşkil edir. 1990-cı ildən bəri Efiopiya və keçmiş SSRİ-dən gələn immiqrantların hesabına əhalinin artım tempi yüksəlmişdir. Hadera şəhəri Rusiya İmperiyası dövründə 1891-ci ildə Litva və Latviyadan gəlmiş Hovevey Zion qruplaşmasının üzvləri tərəfindən inşa olunmuşdur. 1948-ci ildən etibarən 11,800 nəfər əhalisi ilə regional mərkəz rolu oynamağa başlamışdır. Hadera 1952-ci ildə şəhər statusu almışdır.
Hasara
Hasara (az.-əski. حاسارا‎, fars. خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 40 nəfər yaşayır (16 ailə).
Manfra
Manfra — manqa stilində olan Fransa-Belçika komiksləri. == Etimologiya == "Manfra" sözü "manqa" və "fransız" sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Bəzən bu sözün əvəzinə franqa, fransızca manqa və qlobal manqa (sonuncusu manqa stilində olan Qərb komikslərini bildirmək üçün də istifadə olunur) sözləri işlədilir.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Pandora
Pandora — (yun. Πανδώρα, bəxşedilmiş, pan — bütün, hamı, tam və doron — hədiyyə, bəxşiş) yunan mifologiyasına görə yer üzündə ilk yaradılmış qadındır. Hesiod onu yun. καλον κακον — gözəl pislik adlandırmışdır. Bu onun özü ilə birlikdə yerə gətirmiş olduğu bədliklərlə dolu mücrüyə işarədir. Dəmirçi tanrı Hefest öz emalatxanasında su və torpaq qarışığından ilk qadının dəmir heykəlini yaratmış olur. Bu heykəl həddsiz yaraşıqlı göründüyündən tanrı Zevs onu canlandırmaq fikrinə düşür. Digər tanrılar isə ona misli bərabəri olmayan gözəllik, cazibadarlıq, müdriklik, inandırmaq bacarığı və s. kimi keyfiyyətlər bəxş edirlər. Hermes ona hiyləgərlik, yalan, Hera isə ona hər şeylə maraqlanmaq kimi xasiyyəti bəxş etmiş olurlar.
Sandran
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Andrea
Andrea — ad. Andrea Mantea — tanınmış fotomodel, musiqiçi Andrea Boçelli — İtalyan tenor. Andrea Dyuar — Kanadanı təmsil edən su poloçusu. Andrea Tot — Macarıstanı təmsil edən su poloçusu. Andrea Blas — İspaniyanı təmsil edən su poloçusu. Andrea Şeriç — Xorvatiyanı təmsil edən həndbolçu.