KOZAR

(Qazax, Ordubad, Şahbuz)
bax qozar. – Xırmanda kozar çoxdı (Ordubad); – Kozarnan başkozar bir şeydi (Qazax)
KOVĞA
OBASTAN VİKİ
Kozara Milli Parkı
Kozara Milli Parkı (bosn. Nacionalni park Kozara; serb. Nacionalni park Kozara) — Bosniya və Herseqovinada yerləşən milli park. Milli park 6 aprel 1967-ci ildə İosip Broz Tito tərəfindən meşələri qorumaq üçün qurulmuşdur. Bosniya Serb Respublikasında, Una, Sava, Sana və Vrbas çayları arasında yerləşir. 33,75 km2 sahəlik sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır. Milli park məşhur ovçuluq bölgəsidir. Burada marallar, qırqovul, tülkü, çöldonuzu, çöl dovşanı və ördəyin ovlanmasına icazə verilir. Milli parkın kiçik hissəsi təbiət sevərlər üçün nəzərdə tutulub. Ziyarətçilər yürüyüş, velosiped idmanı, bitki yığmaq ilə məşğul ola bilərlər.
Kozarez yarımadası
Kozarez yarımadası — faktiki yarımada olsa da rəsmi sənədlərdə və xəritələrdə ada kimi göstərilir. Ufa şəhərinin Lelinski rayonu ərazisində yerləşir. Yarımada Ağ çayın axını nəticəsində meydana gəlmişdir. Cənub-şərqdən quru əlaqəsi vardır. Bu səbəbdən yarımada adlanır ancaq daşqın və ya suyun mövsümdən asılı olaraq qalxması qurunun üzərinə qalxması ilə nəticələnir. Yarımadada qədim Kozarez kəndi yerləşir. Əhalisi 220 nəfər təşkil edir. Ərazi meşə ilə örtülüdür və əsasən Şam ağacları geniş yayılmişdir.