1. Daşdan, kərpicdən və s.-dən tikilən hasar; barı, sədd. Bağın hasarı. Hasardan aşmaq.
– Böyük bir qala var, dörd yanı hasar; Daşında paslanmış əski yazılar.
Arxa tərəfdən taxta hasarın kiçik qapısı vardı.
□ Hasar çəkmək – divar tikmək, barı çəkmək, hasarlamaq. Bağın ətrafına hasar çəkmək.
// məc. Bir şeyin birləşməsinə, yaxınlaşmasına mane olan şey; maneə, sədd.
□ Hasar çəkmək – mane olmaq, maneə yaratmaq.
Sorağını alsam elə bu gün sənin uzaqlardan; Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman.
2. Hasarı, çəpəri xatırladan adam, ya şeylər sırası.
Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və əlillər… sədəqə diləyirdilər.
Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi(lər).