Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədi ilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Heidi Kaldart
Heidi Kaldart (d. 19 oktyabr 1983; Feltre, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Heidi Kaldart İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Heidi Klum
Heidi Klum(alm. Heidi Klum‎; doğ. 1 iyun 1973, Berqiş-Qladbax, Şimali Reyn-Vestfaliya, Almaniya) — alman supermodeli, aktrisası. == Həyatı == Heidi Klumun bioqrafiyası olduqca maraqlıdır. 1973-cü ildə Almaniyada anadan olub. Karyerası 1992-ci ildən başlayıb. O, 18 yaşında "1992-ci ilin Modeli" müsabiqəsinin qalibi seçilib. Bu qələbə ona 300 minlik gəlir gətirdi və "Late-Night Show"-da iştirak hüququ verdi. Beləliklə, dizaynerlik təhsilini yarımçıq qoyaraq model karyerasına başladı. 1993-cü ildə Klum ABŞ-yə köçdü.
Hidiv qəsri
Hidiv qəsri — İstanbulun Beykoz ilçəsində Çubuqlu bölgəsində yerləşən bir abidədir. 1907-ci ildə Misirin son valisii Abbas Hilmi Paşa tərəfindən İtalyan memarı Delfo Seminatiyə tikdirilmişdir. Dövrün memarlıq dəbinə uyğun olaraq müasir tərzdədir. Hidivlik məqamı, Osmanlı İmperiyasının Misir valilərinə verdiyi addır. Osmanlının Misir qubernatorlarından olan gənc yaşdakı "Hidiv Abbas Hilmi Paşa" XIX əsrin sonlarında Misirdəki İngilis nüfuzunu qırmaq və Osmanlı Dövlətindən dəstək almaq üçün uzun müddət İstanbulda qalması lazım idi. Buna görə də 1903-cü ildə günümüzdə qəsrin yerləşdiyi yer satın alındı. Abbas Hilmi Paşa bir müddət sonra yalılarının arxasındakı ağaclıq yamacları və üst düzənliyi əhatə edən 270 hektar bağı də aldı. Taxta tikililəri sökdürən Abbas Hilmi Paşa, 1907-ci ildə 1000 kvadrat metr sahə üzərində, İtalyan memar Delfo Seminatiyə, o dövrün memarlıq dəbinə uyğun olaraq modern üslubunda əzəmətli bir qəsr və üzərinə İstanbul Boğazını görən qüllə inşa etdirdi. Misiri işğal edən İngilislər, ölkəyə krallıq sistemini gətirərək, Abbas Hilmi Paşanın valilik titulunu ləğv etdilər. Abbas Hilmi Paşa, taxtdan salınması ilə İsveçrəyə köçərək (ya da sürgünə göndərilərək) burada həyatını davam etdirdi.
Sidik kanalı
Sidik kanalı (lat. urethra) — insan və onurğalıların sidik sisteminin boruvari orqanı, sidik kisəsini xarici mühitlə birləşdirir. Hər iki cinsdən olan fərdlərdə sidik ifrazı — orqanizmin əsasən suda həll olunan tullantı məhsullarının sidik kisəsindən xaricə sidiklə xaric edilməsi, kişilərdə də boşalma üçün xarici mühitə (sidik ifrazı prosesindən kənar) sperma ifraz edilməsinə xidmət edir. Kişilərdə uretranın böyük hissəsi kişi cinsiyyət orqanının içindən keçir və kanalın xarici açılışı penis başının yuxarı hissəsində asanlıqla aşkar edilir, qadınlarda isə uretranın yolu kiçik çanaq boşluğunun arxasında gizlənir: pubis və vaginanın qarşısında, xarici açılış isə klitorun arxasında və vagina girişinin qarşısında vagina vestibülünün kiçik cinsi dodaqları ilə yan tərəfdən məhdud olan selikli qişanın qıvrımlarındadır.
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Sidik saxlamamazlıq
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi - lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi - lat. fundus vesicae və ortada cismi - lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Kişi sidik kanalı
Kişi sidik kanalı (lat. urethra masculine) — kişi orqanizmində sidiyi və toxumu xaric etmək funksiyası yerinə yetirən orqan. == Quruluşu == Kişi sidik kanalının uzunluğu 16–22 sm, diametri 0.5–0.7 sm-dir. Onun daxili dəliyi sidiklikdən (sidik kisəsi) başlayır və qeyri-iradi büzücü əzələyə malikdir. Penisin başı üzərindəki xarici dəliklə xaricə açılır. === Anatomik hissələri === Kişi sidik kanalı topoqrafik cəhətdən 3 hissəyə ayrılır: prostat hissə — 2–3 sm zarlı hissə — 1–1.5 sm süngəri hissə — 14–16 smKişi sidik kanalının prostat hissəsi prostat vəzinin kütləsindən keçir, genişdir və onun arxa divarında sidik kanalı darağı vardır. Darağın ən hündür hissəsi toxum təpəciyi adlanır. Toxum təpəciyi üzərində olan dəliklərdən toxumtullayıcı axacaq və prostat vəzin axacaqları sidik kanalına açılır. Toxum təpəciyinin yuxarısında prostat (kişi) uşaqlığı (kisəciyi) yerləşir. Kişi sidik kanalının zarlı hissəsi (aralıqdan keçən hissəsi) şaquli istiqamətdə prostat hissənin ardını təşkil edib penis soğanağına kimi davam edir.
Qadın sidik kanalı
Qadın sidik kanalı (lat. urethra feminina) — qadın orqanizmində sidiyi xaric etmək funksiyası yerinə yetirən sadə quruluşa malik borulu orqan. == Quruluşu == Qadın sidik kanalının uzunluğu 2.5–4 sm, diametri 8–12 mm-dir. Qadın sidik kanalının daxili dəliyi (lat. ostium urethrae internum) sidiklikdən başlayır, xarici dəliyi (lat. ostium urethrae externum) uşaqlıq yolu dəhlizinə açılır. Sidik kanalının selikli və əzələ qişaları vardır. Kanalın selikli qişasında boylama büküşlər və vəzilər yerləşir. Onun arxa divarındakı boylama büküş daraq şəklindədir və sidik kanalı darağı (lat. crista urethralis) adlanır.
Sidik-cinsiyyət aparatı
Sidik-cinsiyyət aparatı (lat. apparatus urogenitalis) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ilə sıxı rabitədədir. == Sidik üzvləri == Sidik üzvlərinin vəzifəsi bədəndən suyun və duzların artığını və maddələr mübadiləsindən sonra hasil olan azotlu maddələri sidik (lat. urina) halında xaric etməkdir. Sidik və cinsiyyət üzvlərinin anatomik rabitəsi onların ifrağ etdikləri maddələrin ümumi axacaq vasitəsilə xaricə çıxmasından ibarətdir. Bu rabitə ədaha əsasən kişilərə xasdır. Sidik üzvlərinin əsas hissəsini bel nahiyəsində yerləşmiş bir cüt böyrək (lat. renes) təşkil edir. Böyrəklərdə ifrağ olunan sidik sidik axarları (lat.
Vilyam Ceyms Sidis
Vilyam Ceyms Sidis – (William James Sidis, 1 aprel 1898 - 17 iyul 1944) dünyanın ən zəkalı insanı. == Həyatı == Vilyam Ceyms Sidis dünyanın ən zəki insanlarından biridir. İQ-si 300-ə yaxındır. Rusiyadan ABŞ-a köçən yəhudi bir ailədə anadan olmuşdur. Atası Boris Sidis Harvard Universitetində psixologiya dərsləri verirdi, bir neçə kitabları da çap olunmuşdur. Anası Sara Mandelbaum Sidis isə həkim idi. O hələ 6 aylıq olduğu vaxtda anası onun artıq bəzi sözləri dediyini görmüşdür. 8 aylıq olduqda əlifbanı əzbər bilirdi. 1.5 yaşı olduqda artıq qəzetləri oxumağı bacarırdı. Vilyamın dahi olduğunu görən anası həkimlikdən çıxıb bütün vaxtını bu möhtəşəm uşağa həsr edir.
Süni sidik kisəsi
Süni sidik kisəsi — süni sidiklik orqanı. Sidik kisəsinin funksiyasını dəyişdirmək üçün iki əsas üsul — sidik axınının yönləndirilməsi və sidik kisəsinin rezervuarının dəyişdirilməsi. == İnkişafı == 30 yanvar 1999-cu ildə alimlər laboratoriyada yetişdirilən sidik kisəsinin itlərə uğurla köçürüldüyünü elan etdilər. Bu süni sidik kisələri təxminən bir il itlərdə yaxşı işlədi. 2000-ci ildə insan süni sidik kisəsinin yaradılması üçün yeni prosedur işlənib hazırlanmışdır. Bu prosedur ortotopik neoplazma proseduru adlanır. Bu prosedur xəstənin nazik bağırsağının bir hissəsinin (adətən 35-40 düym) yeni sidik kisəsinin formalaşdırılmasını nəzərdə tutur; lakin bağırsaq toxumasından hazırlanmış bu kisələrin yan təsirləri var idi. 2006-cı ildə "The Lancet"-də biomühəndislik kisələrinin eksperimental transplantasiyasına dair ilk nəşr çıxdı.Tədqiqat, uzunmüddətli təsirləri müəyyən etmək üçün əməliyyatdan sonra 5 il ərzində izlənilən 4-19 yaşa qədər onurğa bifidası olan 7 nəfəri əhatə etdi. Sidik kisələri professor Entoni Atalanın rəhbərlik etdiyi Ueyk Forest Universitetinin Tibb Məktəbindən və Boston Uşaq Xəstəxanasından bioloqlar qrupu tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir. == Üstünlükləri == Xəstənin öz hüceyrələrinə güvənən biomühəndis orqanlar insan və ya heyvan donor orqanlarından fərqli olaraq transplantasiyadan imtinaya məruz qalmır.
Hidi Vəliyev
Hidi Bəxtiyar oğlu Vəliyev (2 mart 1994; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hidi Vəliyev 2 mart 1994-cü ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə Niyazi Aslanov adına Goranboy rayon Tap Qaraqoyunlu kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət mülki fəaliyyət göstərmişdir. == Hərbi xidməti == Hidi Vəliyev uzun müddət sağlamlıq problemlərinə görə hərbi xidmətə yollana bilməmişdir. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Hidi Vəliyev müddətli həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Sidi-Davud
Sidi-Davud (ərəb. سيدي داود‎ , fr. Sidi Daoud) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 49 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 91 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 47 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 16 900 nəfər idi.
Sidi-Mustafa
Sidi-Mustafa (ərəb. سي مصطفى‎, fr. Si Mustapha) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Tarixi == Kommuna Fransa müstəmləkəçiliyi dövründə ilk növbədə Bled-Qitun, sonra isə Feliks-Fort adlandırılmışdır. Fransız müstəmləkəçilərin ilk dəstəsi buraya 1872-ci ildə gəlmişdir. 1888-ci ildə Bled-Qitun dəmir yolu ilə Əlcəzair şəhərinə bağlanmışdır. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 62 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 58 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 12,087 idi.
Sidi-Xüiləd
Sidi-Xüiləd (ərəb. سيدي خويلد‎) — Əlcəzairin şərqində, Uarqla vilayətində şəhər və kommuna. Sidi-Xüiled dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin qərbində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, Uarqla şəhərindən şimal-şərqdə, ölkənin paytaxtı Əlcəzairdən təxminən 560 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 127 metrdir.Sidi-Xüiləd kommunası Uarqla, Əyn-Beyda, Hasi-Ben-Abdullah və Nəqusa kommunaları ilə həmsərhəddir. Sahəsi 131 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 45 mm-dir). Orta illik temperatur 22,2 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,6°C, ən isti ay (iyul) 34°C-dir.
Sidi-Şəmi
Sidi-Şəmi (ərəb. سيدي الشحمي‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətinin ərazisində şəhər. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin cənub-şərqindədir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 97 metrdir.Sidi-Şəmi ölkənin paytaxtı Əlcəzairdən təxminən 342 kilometr qərb-cənub-qərbdəyerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalinin sayı 104,498 nəfər idi.
Sidi-Əqbə
Sidi-Əqbə (ərəb. سيدي عقبة‎) — Əlcəzairdə, Biskra vilayətində şəhər. == Tarixi == Sidi-Əqbə şəhərinin yaranmasından əvvəl müasir şəhərin yerləşdiyi ərazinin yaxınlığında müəyyən hadisələr baş vermişdir. Məğribin fəthindən sonra Əməvi valisi Üqbə ibn Nafe kiçik bir dəstə ilə yürüşdən qayıdırdı. Biskranın şərqindəki Tudı vahəsində bərbərlər onun dəstəsinə hücum etmişdir. Döyüş zamanı ibn Nafe öldürülmüş və cəsədi sonradan Sidi-Əqbə adlı vahəyə aparılmışdır. 686-cı ildə ibn Nafenin dəfn olunduğu yerdə onun məqbərəsi və adına məscid də daxil olmaqla binalar kompleksi tikilmişdir. Coğrafiyaşünas və tarixçi Bəkri öz yazılarında göstərir ki, şəhərdə Haurka qəbiləsindən olan bərbərlərə və ibadilərə qarşı çıxan, sünniliyi qəbul edən qureyş qəbiləsindən olan ərəblər yaşayırdılar. == Coğrafi mövqe == Sidi-Əqbə Əlcəzairin paytaxtından 300 km cənub-şərqdə, Biskra şəhərindən 18 km şərqdə yerləşir. Dəniz səviyyəsindən 53 metr yüksəklikdədir.
Sidi Bushaki
Sidi Buşaki (ərəb. سيدي بوسحاقي‎; tam adı: Əbu Ishaq Ibrahim bin Faïd ez-Zəwəwi; ərəb. إبراهيم بن فايد الزواوي‎ ) — böyük Maliki məzhəbi ilahiyyatçısı, Quran təfsiri, ərəb dilçisi və Qadiriyyə sufi. 1394 (Hicri 796) ilində Thenia(en)'də doğmuş, 1453 (Hicri 857) ilində eyni yerdə vəfat etdi. == Kitablar == Onun əsərləri İslam elmlərinin bir neçə aspektini əhatə edir, o cümlədən: === Təfsir və Quran elmləri (ət-təfsir və əl-qirat) === Təfsir əz-Zəvavi Quranın təfsiridir (təfsir ərəbcə: تفسير الزواوي). === İslam hüququ (fiqh) === Tuhfət əl-Müştaq Maliki fiqhində Muxtar Xəlilin qısa izahıdır (ərəb: تحفة المشتاق في شرح مختصر خليل). Ravd Xəlilin çiçəklərindən çıxarış üçün Yolun asanlaşdırılması Muxtar Xəlilin Maliki fiqhinin xülasəsinin (ərəb: تسهيل السبيل لمقتطف أزهار روض خليل) izahıdır. Nil tufanı Muxtar Xəlilin Maliki fiqhinin (ərəb: فيض النيل) xülasəsinin izahıdır. === Ərəb dili === Sidi Buşaki şeiri: İbn Hişam əl-Ənsari (ərəb: نظم قواعد الإعراب لابن هشام) tərəfindən qrammatik təhlilin qaydalarını izah edən şeir. Təlxis ət-Talxis ritorika, mənalar və bəyan haqqında bir kitabın izahıdır (ərəb: تلخيص التلخيص).
Sidi Buşaki
Sidi Buşaki (ərəb. سيدي بوسحاقي‎; tam adı: Əbu Ishaq Ibrahim bin Faïd ez-Zəwəwi; ərəb. إبراهيم بن فايد الزواوي‎ ) — böyük Maliki məzhəbi ilahiyyatçısı, Quran təfsiri, ərəb dilçisi və Qadiriyyə sufi. 1394 (Hicri 796) ilində Thenia(en)'də doğmuş, 1453 (Hicri 857) ilində eyni yerdə vəfat etdi. == Kitablar == Onun əsərləri İslam elmlərinin bir neçə aspektini əhatə edir, o cümlədən: === Təfsir və Quran elmləri (ət-təfsir və əl-qirat) === Təfsir əz-Zəvavi Quranın təfsiridir (təfsir ərəbcə: تفسير الزواوي). === İslam hüququ (fiqh) === Tuhfət əl-Müştaq Maliki fiqhində Muxtar Xəlilin qısa izahıdır (ərəb: تحفة المشتاق في شرح مختصر خليل). Ravd Xəlilin çiçəklərindən çıxarış üçün Yolun asanlaşdırılması Muxtar Xəlilin Maliki fiqhinin xülasəsinin (ərəb: تسهيل السبيل لمقتطف أزهار روض خليل) izahıdır. Nil tufanı Muxtar Xəlilin Maliki fiqhinin (ərəb: فيض النيل) xülasəsinin izahıdır. === Ərəb dili === Sidi Buşaki şeiri: İbn Hişam əl-Ənsari (ərəb: نظم قواعد الإعراب لابن هشام) tərəfindən qrammatik təhlilin qaydalarını izah edən şeir. Təlxis ət-Talxis ritorika, mənalar və bəyan haqqında bir kitabın izahıdır (ərəb: تلخيص التلخيص).
Şidi (Puldəşt)
Şidi (fars. شيدي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 820 nəfər yaşayır (167 ailə).
Sidi-Bəl-Abbas
Sidi-Bəl-Abbas (ərəb. سيدي بلعباس‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2005-ci ildə edilən təxminlərə görə, şəhərin əhali 200 min nəfər idi. == İqlim == Yayda iqlim sərin gecələr və isti günəşli günlərlə çox isti olur. Qışda qar bəzən bol yağır, lakin uzun müddət qalmır və ilk ərimə ilə yox olur. Günəş çıxanda havanın temperaturu aşağı ola bilər, bəzən −7 °C-ə qədər enir. Şaxtalar yazda baş verir. == Tarixi == Sidi-Bəl-Abbasın əsası 1843-cü ildə Fransa müstəmləkəçiləri tərəfindən hərbi qala qoyulmuşdur. 1849-cu ildə şəhərdə mülki yaşayış başlamışdır. Sidi-Bəl-Abbas XIX əsrin ikinci yarısı və XX əsrin birinci rübü boyunca kiçik bir şəhər olaraq qalmışdır.
Sidi-Süleyman (Uarqla)
Sidi-Süleyman (ərəb. سيدي سليمان‎) — Əlcəzairin şimal-şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Məqarin dairəsinin bir hissəsidir . == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 460 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 56 metr yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 65 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,4°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Sidi Bushaki şeiri
Sidi Buşaki şeiri (ərəb. أرجوزة سيدي بوسحاقي) ilahiyyatçı və dilçi Sidi Buşaki (1394-1453) tərəfindən yazılmış ərəb qrammatikasına aid şeirdir. == Sidi Buşaki haqqında == O, Quran təfsiri, fəqih və dilçi Əbu İshaq İbrahim bin Fayed əz-Zəvəvidir, Curcura əsərlərindən Teniya şəhəri yaxınlığındakı Sumaa kəndində 796-cı hicri ilində doğulmuş və hicri 857-ci ildə vəfat etmiş və növbəti dəfə dəfn edilmişdir. Xaçna dağları daxilində Zawiyet Sidi Buşakidə Meraldene çayına.Onun bir neçə kitabı var, onlardan ən məşhurları: Qurani-Kərimin “Təfsir əz-Zəvavi” (ərəb: تفسير الزواوي) adlı təfsiri. Muxtar Xəlilin Maliki fiqhinə dair üç şərhi (ərəb: مختصر خليل). "Talxis əl-Talxis", ritorika, mənalar və bəyan haqqında "Talxis əl-Miftah" kitabının izahıdır (ərəb: تلخيص التلخيص). == Təsvir == Sidi Buşaki şeiri İslam dünyasında ərəb dilinin ən məşhur kitablarından biri hesab olunur və İbn Hişam əl-Ənsari tərəfindən yazılmış “Ərəb qrammatika qaydalarını ifadə etmək” kitabının nəsr mətnini izah edərək qrammatikadan bəhs edir.Bu, Sidi Buşakinin kitabları arasında ərəb qrammatikası üzrə ən məşhur yazılardan biri hesab olunur və bu şeiri “Ərquuzat əz-Zəvavi qrammatikada” (ərəb: أرجوزة الزواوي في النحو) başlığı ilə şərh edən və izah edən bir neçə əlyazma və nəşr edilmiş kitablar mövcuddur. == Məzmun == Qrammatik Sidi Buşaki 150 beytdən ibarət şeirini rəcəz adlanan ərəb şeir sayğacına uyğun tərtib etmişdir.O, bu mətndə ərəb prosodiyası və poeziyasındakı məharətini nümayiş etdirdi ki, bu da şeirin qəbulunu, heyranlığını və dünyada yayılmasını təmin etdi. == Xülasə == Müəllif uzun şerini üç əsas hissəyə, yəni giriş, sonra əsas və nəhayət, nəticəyə ayırmışdır.Müəllif ilk altı misrada ərəb dilinin qrammatikasını və ərəb dilini öyrənənlər tərəfindən asan əzbərlənən ifadə olan rəcəz növünə görə ʾİʿrab dilini öyrətmək məqsədi daşıyan şeirin məzmununun xülasəsini təqdim etmişdir.Sonra dörd fəsildən ibarət 138 beytlik şeirin mətni gəldi, birinci fəsil cümlə haqqında (ərəbcə: الجملة), ikinci fəsil ön söz və fəsildən (ərəbcə: الجار والمجرور), üçüncü fəsildə təhlildə müstəsna sözlər, dördüncü fəsil isə təhlildə xüsusi söz birləşmələri haqqındadır.Yazıçı öz şeirini yekun bölməsində yekunlaşdırdı, burada kompozisiyasını ümumiləşdirmək, Allahı (Allaha) həmd etmək və Məhəmmədə dua etmək üçün altı beyt ayırdı. == Annotasiyalar == Bir neçə dilçi alim Sidi Buşaki şeirinin sadəliyinə və məktəblərdə saxlanması asanlığına görə onun izahı ilə bağlı kitablar yazmışdır.