Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
SAP SE
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. == Xarici keçidlər == Rəsmi sayt === Mənbə === Yahoo!
HƏP
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. == Haqqında == Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür. Əli İnsanov yekdilliklə sədr seçilmişdir.
Rep
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
SEO
SEO (ing. search engine optimization; azərb. axtarış sistemi optimizasiyası‎) — axtarış sistemləri üzərindən vebsayta və ya veb səhifəyə yönlənmiş vebsayt trafikinin keyfiyyətinin və kəmiyyətinin bir sıra alqoritmlərlə yaxşılaşdırılması prosesi.
SES
Su elektrik stansiyası (SES) — suyun məcra axınlarında və qabarma proseslərində su kütlələrindən enerji mənbəyi kimi istifadə edən elektrik stansiyası. Su elektrik stansiyasının bəndləri və su anbarlarının konstruksiyaları adətən çayların üzərində tikilir. Elektrik enerjisinin effektiv istehsalı üçün SES-in yerləşməsinin iki əsas amili mövcuddur: SES-in bütün ilboyu daimi su ilə təmin olunması; çayın mümkün qədər daha meylli, kanyonvari relyef formasına malik olması. == İş prinsipi == Su elektrik stansiyasının iş prinsipi kifayət qədər sadədir. Hidrotexniki konstruksiyalar zənciri hidroturbinin ucunda hərəkət edən suyu lazımlı təzyiqə çatdırır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorları ötürülür. Suyun lazımlı təzyiqi bənd konstruksiyası vasitəsilə və müəyyən yerlərdə çayın konsentrasiyası və ya derivasiyası nəticəsində yaranır. Bəzi hallarda suyun lazımlı təzyiqinin alınması üçün bənd və derivasiyadan birgə istifadə edirlər. Bütün energetika avadanlıqları bilavasitə su elektrik stansiyasının binasında yerləşir. Bina, təyinatından asılı olaraq, müəyyən bölmələrə malikdir. Maşın zalında su cərəyanını bilavasitə elektrik enerjisinə çevirən hidravlik-aqreqatlar yerləşir.
Sed
Sed (stream editor) – mətn verilənlərinin ardıcıl axınına qabaqcadan müəyyən olunmuş müxtəlif mətn çevirmələri tətbiq edən mətn redaktoru (eləcə də proqramlaşdırma dili). İlkin variantı 1973-74-cü illərdə Bell Labs əməkdaşı Li Makmahon (Lee E. McMahon) tərəfindən UNIX-utilit kimi yazılıb. Hazırda sed faktiki olaraq komanda sətri ilə işi dəstəkləyən istənilən əməliyyat sistemində işləyir. Olduqca dolaşıq proqram olsa da, çox güclüdür. sed giriş axınını (adətən, fayl) sətirbəsətir qəbul edir, sed-skriptlə müəyyən olunmuş qaydalara uyğun olaraq hər bir sətri redaktə edir və nəticəni çıxış axınına verir. Tez-tez sed qeyri-interaktiv mətn redaktoru hesab olunur. Adi mətn redaktorları öncə sənədin bütün mətnini yükləyir, sonra isə komandaları bir-bir ona tətbiq edir. Bundan fərqli olaraq, sed öncə komandalar toplusunu özünə yükləyir, sonra isə bütün komandaları mətnin hər bir sətrinə tətbiq edir. Eyni anda yaddaşda yalnız bir sətir ola bildiyindən, sed istənilən böyüklükdə mətn fayllarını emal edə bilər. Super-sed (ssed) adlı genişləndirilmiş versiyası vardır.
Sel
Sel — dağ çaylarının yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir.Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir.
Sen
Sen
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Sop
Sop (Zop) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sop (azərb. Zop‎; rus. Цопи) kəndi Gürcüstanin Marneuli rayonunun (Borçalı bölgəsinin) cənub-şərqində Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Kənddə təxminən 180-200 ev mövcuddur. Etnik tərkibi 70% azərbaycanlılar, 30% yaxın ermənilər, yunanlılar və s. ibarətdir. Kənddə cəmi bir 8 illik ümumtəhsil orta məktəbi var ki, burada da Azərbaycan və erməni dillərində təhsil tədris olunur (etnik Azəri və erməni kənd sakinlərindən asılı olaraq). Məhz buna görə də kəndin ümumi quruluşu şərqdə Təpə məhləsi (etnik Azərilər), qərbdə O Toy (etnik ermənilər), orta hissədə isə ikimərtəbəli bina evləri (Baraklar) yerləşir ki, burada da qarışıq yaşayırlar. Kənddə tapılan arxioloji tapıntılara görə, Sop kəndi Gürcüstandakı ən qədim yaşayış məskəni kimi təsdiqlənib.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. == Ədəbiyyat == Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. == Şeh nöqtəsi == Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Sex
Sex (rus. цех, dolayı yolla pol. сесh sözündən, o da alm. zunft‎; mənası – "eyni sinifdən olan şəxslərin birliyi") — feodalizm cəmiyyətində şəhərlərdə iqtisadi cəhətdən müstəqil olan xırda istehsalçıların – sənətkarların peşə təşkilatları. == Tarixi == Sexlər XI–XII əsrlərdə Qərbi Avropa ölkələrindən Fransa, Almaniya və İngiltərədə (İtaliyada ola bilsin daha əvvəl) meydana gəlmiş, XIII–XIV əsrlərdə tam inkişaf etmişdir. Bu ölkələrin iri şəhərlərində müxtəlif ixtisaslı sənətkarlar sexlərdə birləşirdi (toxucular, çəkməcilər, yağçılar sexi və başqa sexlər əmələ gəlirdi). Şəhər əhalisinin digər təbəqələri də (məsəsələn, balıqçılar, musiqiçilər, həkimlər və b.) sexlər yaradırdılar. Sexlərin fəaliyyəti ilk növbədə şəhər sənətkarlarının istehsal mənafeyini güdürdü. Hər bir sexin əmək aləti təsvir olunmuş emblemi, sex möhürü, kassası olurdu. Sexlər şəhərdaxili sosial mübarizədə böyuk rol oynamışlar.
Sen-Sen-Deni
Sen-Sen-Deni (Sena-Sen-Deni; fr. Seine-Saint-Denis) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 93. İnzibati mərkəzi — Bobinyi. Əhalisi — 1,534,895 nəfər (departamentlər arasında 6-cı yerdə, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 236 km². Parisin şərq və şimal-şərqində yerləşən departament 3 rayon, 40 kanton və 40 kommundan ibarətdir. == Tarixi == Sen-Sen-Deni departamenti 1968-ci il yanvarın 1-də yaradılmış , keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazilərindən ibarət idi. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Emmanuel Beldiler. Naissance d'un département et d'une préfecture dans le 9-3, De la Seine et de la Seine-et-Oise à la Seine-Saint-Denis : une histoire de l'État au xxe siècle.
Montröy (Sen-Sen-Deni)
Montröy (fr. Montreuil), həmçinin Montröy-Su-Bua (fr. Montreuil-sous-Bois) — Fransada, Sen-Sen-Deni departamentində şəhər. Parisin şərq şəhərətafı. Maşınqayırma, dəri, yeyinti, kimmya və şərabçılıq sənayesi var.
Sen-Jan-Sen-Nikola
Sen-Jan-Sen-Nikola (fr. Saint-Jean-Saint-Nicolas, oks. Sant Joan Sant Nicolau) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orsyer kantonuna daxildir. INSEE kodu — 05145. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 941 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 562 nəfər (15-64 yaş arasında) arasında 411 nəfər iqtisadi fəal, 151 fəaliyyətsiz (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 71.7%) olmuşdur. Fəal olan 411 nəfərdən 399 nəfər (212 kişi və 187 qadın), 12 nəfər işsiz (5 kişi və 7 qadın) idi.
Sen-Marten-le-Sen
Sen-Marten-le-Sen (fr. Saint-Martin-lès-Seyne, oks. Sant Martin de Sanha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04191. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 12 yaşdan yuxarı (15-64 yaş arasında) 8 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 75.0%). Fəal 8 nəfərdən 8 nəfər (6 kişi və 2 qadın) çalışdı, işsizlər yox idi.
Amartya Sen
Amartya Kumar Sen (benq. Ômorto Kumar Shen; 3 noyabr 1933, Santiniketan[d], Britaniya Hindistanı) — hindli iqtisadçı. Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.1998 ilə 2004 illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfə və iqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir. 2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" (ing. Foreign Policy) və İngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur. 2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.
Araz SES
Araz SES (tam adı: Araz Su Elektrik Stansiyası) — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində, Araz çayı, Araz su anbarı üzəində su elektrik stansiyası. Araz SES-in inşasına 1964 cü ildə başlanılmış və 1970 ci ildə bitirilmiş 1971 ci ildə istismara verilmişdir. SES SSRI dövründə Azərbaycan SSR iləİran dövləti arasındakı razılaşma əsasında inşa edilmişdir. SES torpaq tipli bəndə malik olub, uzunluğu 900 m hündürlüyü isə 40 m-dir. SES 11 MVt gücə malik 2 hidroaqreqat turbinlə təmin olunmuşdur. SES-in ümumi gücü 22 MVt olub istehsal potensialı 148 milyon KVt-saatdir. SES hərbiri İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir. Hər bir bina özlüyündə 11 MVt gücə malik 2 hidroaqreqat turbinə malikdir.
Arpaçay SES
Arpaçay Su Elektrik Stansiyası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşir. Açılışı 9 sentyabr 2013-cü ildə olub. Arpaçay Su Elektrik Stansiyası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “2008-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində inşa olunmuşdur. Stansiyanın tikintisinə 2011-ci ilin fevral ayında başlanılmış və qısa müddətdə başa çatdırılmışdır. Gücü 20,5 meqavat olan su elektrik stansiyası suqəbuledici qurğu, stansiya binası, tunel və transformator yarımstansiyasından ibarətdir. İstehsal olunmuş elektrik enerjisini şəbəkəyə ötürmək üçün transformator yarımstansiyası qurulmuş, 11 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir.
Bekme SES
Bekhme SES (ərəb. سد بخمة‎) — İraqın Kürdüstan hissəsində, tikinti mərhələsində su elektrik stansiyası. Dəclənin sol qolu olan Böyük Zab çayı üzərində tikilir. SES-in tikintisi 1979-cu ildə başlanmış, lakin İran-İraq müharibəsi nəticəsində yarımçıq qalmışdır. Müharibədən sonra layihənin tikintikisi 1988-ci ildə davam etdirilmiş, lakin bir neçə ildən sonra İraqa tətbiq olunan sanksiyalara görə yenidən dayandırılmışdır. Odur ki, Körfəz müharibəsi zamanı layihə tamamilə dayandırılmışdır.