Amartya Sen

Amartya Kumar Sen (benq. Ômorto Kumar Shen; 3 noyabr 1933[1], Santiniketan[d], Britaniya Hindistanı) — hindli iqtisadçı.

Amartya Sen
benq. অমর্ত্য সেন
Doğum tarixi 3 noyabr 1933(1933-11-03)[1] (91 yaş)
Doğum yeri
Həyat yoldaşları
  • Nabaneeta Dev Sen[d] (19581976)[2],
  • Eva Kolorni[d] (19781985)[2],
  • Emma Corcina Rotşild[d] (1991–)
Uşaqları
  • Antara Dev Sen[d],
  • Nandana Sen[d]
Elm sahəsi İnkişaf iqtisadiyyatı
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları Bharat Ratna İqtisadiyyat üzrə Nobel mükafatı National Humanities Medal Great Cross of the National Order of Scientific Merit
Princess of Asturias Award for Social Sciences
scholar.harvard.edu/sen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.[6]

1998 ilə 2004-cü illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfəiqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir.

2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" (ing. Foreign Policy) və İngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.

2009-cu ilə qədər 80-dən çox universitetin fəxri doktoru adını almışdır.

  • 1998 — İqtisadiyyat üzrə Nobel mükafatı; rifah iqtisadiyyatı ilə bağlı tədqiqatlarına görə.
  • 1999 — Bharat Ratna; Hindistanın ən yüksək mülki mükafatı.
  • 1999 — Banqladeş fəxri vətəndaşlığı; Baş nazir Şeyk Hasina tərəfindən verilmişdir.
  • 2000 — Leontyev mükafatı.
  • 2000 — Eyzenhaver medalı; liderlik və xidməti müqavilində, ABŞ tərəfindən.
  • 2000 — Şərəf yoldaşı; Böyük Britaniya tərəfindən.
  • 2002 — Beynəlxalq köməksevər mükafatı; Beynəlxalq Humanist və Əxlaqi Birliyi tərəfindən.
  • 2003 — Ömür boyu uğur mükafatı; Hindistan Ticarət Palatası tərəfindən.
  • 1982 — Yoxsulluq və aclıq: imtiyazlar və məhrumiyyətlər haqqında esse.
  • 1982 — Seçim, rifah və ölçülmə.
  • 1986 — Ərzaq iqtisadiyyatı və ixtiyarlar.
  • 1987 — Etniklər və iqtisadiyyatlar.
  • 1992 — Bərabərsizliyin təkrar tədqiqatı.
  • 1999 — Azad inkişaf.
  • 1999 — Əmtəələr və imkanları.
  • 2004 — Rasionallıq və azadlıq.
  • 2005 — Mübahisəli Hindistan.
  • 2006 — Şəxsiyyət və zorakılıq: illüziyanın taleyi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Amartya K. Sen // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Kindred Britain.
  3. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  4. 1 2 NNDB (ing.). 2002.
  5. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  6. "Amartya Sen haqqında Nobel mükafatı e-muzeyində məlumat". 2013-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.