Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sianoz
Sianoz — dəri və selikli qişanın göyümtül rəngə boyanmasıdır. Sianoza səbəb qanda oksigenin azalması, oksigenin hemoqlobinlə birləşməməsidir.
Hipnoz
Hipnoz — psixologiya elminə görə, təlqinə uyğunluğu olan süni yuxu və ya yuxu-oyanıqlıq arası bir haldır. Hipnoz sözü yunan tanrısı Hipnosun adından götürülüb. Hipnozçunun sözlə təlqini nəticəsində insanlarda yuxuyabənzər vəziyyətin xüsusi növüdür. Termini ilk dəfə istifadə edən, Yunan mifologiyasındakı yuxu ilahəsinin adından (Χυπνος) ilhamlanan həkim S. James Braiddir(1795–1860). Çox qədimdən gizli elm kimi istifadə olunurdu. Hipnoz tormozlanması fizioloji yuxu tormozlanmasının eynisidir. Hipnoz, ruh və bədən əlaqəsinin (nəticədə perispri və bədən əlaqəsinin) rahatlaması nəticəsində yaranan bir trans halıdır. == Metapsişikdəki Hipnoz Üsulları == Hipnoz halı iki yolla təmin edilir: Maqnetizma yoluyla (maqnetik yuxu) və hipnoz texnikalarıyla (hipnotik yuxu). Maqnetizma üsullarını süjelər üzərində bilinən mənada ilk tətbiq edən və bu təsirə "heyvani maqnetizma" adını verən adam, canlılar üzərindəki maqnetizmanın kaşifi sayılan, Franz Anton Mesmerdir (1734–1815). Maqnetik hipnoz, hipnotik hipnoza müqayisədə həm daha dərin və təbii bir degajman halıdır, həm də ruhi araşdırmalar üçün, daha faydalı və bol imkanlar təqdim edir.
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Sirroz
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Şavanoz
Şavanoz (fr. Chavanoz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Şeryuy kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38097. Kommunanın 1999-cu il üçün əhalisi 3954 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 188 ilə 245 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 26 km şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Piano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Şinzo
Şinzo — ad. Şinzo Abe — Yaponiyanın keçmiş Baş Naziri (2012–2020). Şinzo Koroki — Yaponiya futbolçusu.
Aortal stenoz
Aortal stenoz (daralması, qısa AS) — bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75–80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır. == Etiologiya == 70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. == Növləri == Aortanın 3 yerində anadangəlmə daralma ola bilər: Qapaq stenozu (valvulyar stenoz) Qapaqüstü stenoz (supravalvulyar stenoz) Qapaqaltı stenoz (subvalvulyar stenoz) == Əlamətlər == Xəstəliyin simptomları qüsurun dərəcəsindən asılıdır. Çox vaxt yüngül və orta dərəcəli qüsurlu insanlar şikayətsiz olur, və xəstəlik özünü ağır dərəcəyə çatanda büruzə verir. İlk bəlirti fiziki iş zamanı ortaya çıxan təngnəfəslik ola bilər: o, da o qədər xəfif ola bilər ki, xəstə onu sezməyə bilər.
Norodom Sianuk
Norodom Sianuk(31 oktyabr 1922[…], Pnompen, Fransa Hind-Çini – 15 oktyabr 2012, Pekin) — 1941-ci ildən 1955-ci ilədək, 1960-cı ildən 1970-ci ildək və 1993-cü ildən 2004-cü ilədək Kambocanın Norodom sülaləsindən olan altmışıncı, altmış ikinci və altmış üçüncü kralı.
Sianid turşusu
Sianid turşusu (HCN) — hidrogen sianidin suda məhlulu olub, rəngsiz, uçucu, acı badam iyi verən maye halında zəhərləyici turşu. Hidrogen sianid, bəzən pruss turşusu adlanır, HCN formuluna və H−C≡N struktur formuluna malik kimyəvi birləşmədir. Otaq temperaturundan bir qədər yuxarı, 25,6 °C-də qaynayan rəngsiz, son dərəcə zəhərli və tez alışan mayedir. Qaynama temperaturu 25,60 °C, donma temperaturu mənfi 13,30C, sıxlığı 0,692 q/sm3-dir. Su, efir və spirtdə istənilən nisbətdə qarışır, bir çox üzvi həlledicilərdə həll olur. Turşunu durulaşmış formada saxlamaq lazımdır. 1 damcı qeyri-üzvi turşunu 100 ml məhlula əlavə etdikdə suda məhlulu daha davamlı olur. Sianid turşusu(HCN) çox zəif turşu olub, onun dissosiasiyası sabiti 6,2*10–10-dur. Sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir.
Yevgeni Sıqanov
Yevgeni Terentyeviç Sıqanov (d. 22 avqust 1921, Bakı – ö. 23 may 1971, Tallin) — Sovet İttifaqı Qəhrəmanı (22 yanvar 1944). Yevgeni Sıqanov 1921-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Bakı təyyarəçilər klubunu və Yeysk təyyarəçilər məktəbinin bitirmişdir. General-mayor 492 döyüş uçuşu keçirmiş, 65 dəfə hava döyüşdə iştirak etmişdir. 1941–1943-cü illərdə 18 düşmən təyyarəsi vurmuşdur. 22 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə qurtardıqdan sonra SSRİ silahlı qüvvələrində hava hücumundan müdafiə qoşunlarında rəhbər vəzifədə işləmişdir.
Hipnoz cərrahiyyə
Hipnoz cərrahiyyə — xəstənin ənənəvi anesteziyadan yox hipnoterapiya ilə sakitləşdirildiyi əməliyyat. Anesteziya üçün hipnoz ilk dəfə 1840-cı ildə cərrah Jeyms Braid tərəfindən istifadə edilmişdir. Bəzən mediada hipnoz altında cərrahiyyə əməliyyatının aparılması barədə xəbərlər olur, lakin onlar nəzarət edilən şəraitdə həyata keçirilmədiyi üçün onlardan heç bir nəticə çıxarmaq olmur. Doğuş və ya əməliyyatdan sonrakı ağrı kimi digər kontekstlərdə ağrının müalicəsində hipnozun effektivliyini dəstəkləmək üçün kifayət qədər dəlil yoxdur. == Tarixi == Mesmerizm (heyvan maqnitizmi də adlandırılir) — Franz Mesmer tərəfindən heyvanlarda görünməz təbii qüvvə hesab etdiyi bir termindir. O, həmçinin onu şəfa kimi fiziki təsirləri ola biləcəyinə inanırdı. İlk hipnoz cərrahiyyəsi ilə tanınan Ceyms Braid ilk dəfə Çarls Lafonten tərəfindən maqnetizmlə bağlı ictimai tamaşada iştirak edərkən mesmerizmi müşahidə etdi. Daha iki şouda iştirak etdikdən sonra o, belə qənaətə gəldi ki, müşahidə olunan fiziki təsirlər olsa da, onlar maqnit müdaxiləsindən qaynaqlanmayıb. Braid daha sonra mesmerizmin subyektin görmə və konsentrasiyası ilə əldə edildiyi fikrini sübut etmək üçün öz üzərində təcrübədən istifadə etdi. Buna görə də Braid Lafontenin nümayiş etdirdiyi hadisələrin maqnetizmlə heç bir əlaqəsi olmadığını iddia etdi.
Sianuk cığırı
Sianuk cığırı — Kambocada Vyetnam müharibəsi (1960–1975) zamanı Vyetnam Xalq Ordusu və onun Vyetkonq partizanları tərəfindən istifadə edilən logistik təchizat sistemi. 1966-cı və 1970-ci illər arasında istifadə olunan bu sistem Laos krallığının cənub-şərq hissəsindən keçən və daha çox tanınan Ho Şi Min cığırı ilə eyni şəkildə işləyir, eyni məqsədlərə xidmət edirdi. Bu ad ABŞ tərəfindən verilmişdir və Şimali Vyetnama görə, bu iki sistem ayrı deyildilər. ABŞ-nin bu sistemə mane olmaq cəhdləri 1969-cu ildə başlamışdır. Kissinger, Henry A., White House Years Morris, Virginia and Hills, Clive, Ho Chi Minh's Blueprint for Revolution: In the Words of Vietnamese Strategists and Operatives, McFarland & Co Inc, 2018. Morris, Virginia and Hills, Clive, A History of the Ho Chi Minh Trail: The Road to Freedom, Orchid Press, 2006.
Diferensial Diaqnoz
Diferensial diaqnoz (lat. differentia "fərq") — tibbdə oxşar simptomları olan hər hansı bir fakta uyğun olmayan xəstəlikləri istisna edən diaqnostik üsuldur və diaqnozun nəticəsi yeganə ehtimal olunan xəstəliyi üzə çıxarmalıdır. == Kompüter texnologiyasından istifadə == Diferensial diaqnozu tam və ya qismən aparmağa imkan verən kompüter proqramları mövcuddur. Şizofreniya, Lyme xəstəliyi və ya pnevmoniya kimi xəstəliklərin diaqnozu üçün nəzərdə tutulmuş sistemlər və QMR, DiagnosisPro, və VisualDx kimi proqramlar var.
Anal stenoz
Anal stenoz — Anal kanalın daralması, diametrinin azalması və elastiklik qabiliyyətinin itirilməsi anal stenoz və ya anal darlıq adlandırılır. Anal darlıq həqiqi anatomik darlıq, əzələ sıxlıması və funksional daralma formalarında olur. Anodermada əməliyyatdan sonrakı çapıq toxumasının inkişafı həqiqi anal daralmadır. Anal kanalın normal diametri sakitlikdə 3 sm, açılma zamanı 5–9 sm, tam sıxılma zamanı isə 2,5 sm hədlərindədir.
Yevgeni Dianov
Yevgeni Dianov (31 yanvar 1936, Tyoplo-Oqaryovsk rayonu[d], Moskva vilayəti – 30 yanvar 2019, Moskva) – rus fiziki, akademik. 2002-ci ildən Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin üzvü. SSRİ Dövlət mükafatı laureatı (1974). Rusiya Federasiyasının Dövlət mükafatı laureatı (1998). Moskva Dövlət Universitetini bitirmişdir (1960). 1960–83 illərdə SSRİ EA-nın P. N. Lebedev adına Fizika İnstitutunda, 1983-cü ildən Rusiya Elmlər Akademiyasının Ümumi fizika institutunda işləmişdir, 1994-cü ildən bu institutun nəzdində Lif Optikası Elmi Mərkəzinin direktoru olub. Əsas elmi işləri lazer fizikası və lif optikasına aiddir. Dianovun rəhbərliyi altında lif işıqötürənlər üzrə lazer şüalanmasının yayılmasım müşayiət edən hadisələr aşkar edilib öyrənilmiş, yeni tipli şüşə lif işıqötürənlər işlənib hazırlanmış və lif lazerlərinin yeni nəsli yaranmışdır.
Sian
Sian — Şensi əyalətinin inzibati mərkəzi və Çinin şimal-qərbində ən iri şəhəridir. Əhalisi 3 mln. nəfərdən çoxdur. Sian (şəhərin keçmiş adı — Çanandır) Çinin məşhur qədim paytaxtı və "İpək yolunun" başlanğıc məntəqəsi olmuşdur. E.ə. IX əsrdən o, 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur. Burada bir çox diqqətəlayiq yerlər və qədim abidələr qorunub saxlanmışdır, onların arasında Banpo xarabalıqları – bizi 6000 il ayıran matriarxal cəmiyyətin düşərgəsi, imperator Tsin Şixuanın səradbəsindən götürülmüş döyüşçü və atların terrakota fiqurları – bunların da yaşı 2200 ildir, Tan sülaləsinin "Vəhşi qazlar" Böyük və kiçik paqodaları və Sun sülaləsinin memorial daş plitələri vardır. Sian Çinin turist məqkəzi və müasir sənaye bazalarından biridir. Onun əsas sənaye sahələri maşınqayırma və toxuculuq sənayesidir. VikiSəyahətdə Xi'an haqqında səyahət məlumatları var.
Qaleatsso Çiano
Qaleatsso Çiano əsil adı: Gian Galeazzo Giano, Cortellazzo və Buccari'nin 2-ci qrafı (/ˈtʃɑːnoʊ/ CHAH-noh, italyan: [ɡaleˈattso ˈtʃaːno]; 18 mart 1903[…], Livorno, Toskana – 11 yanvar 1944[…], Verona, Veneto) — O, 1936-1943-cü illərdə qayınatası Benito Mussolininin hökumətində Xarici İşlər Naziri vəzifəsində çalışmış italyan diplomatı və siyasətçisi idi. Bu dövrdə o, hökumət başçısı kimi Mussolininin ən çox ehtimal olunan varisi kimi görülürdü. O, Milli Faşist Partiyasının qurucu üzvü admiral Kostanzo Çianonun oğlu idi; ata və oğul hər ikisi 1922-ci ildə Mussolininin Romaya yürüşündə iştirak etdilər. Ciano İtaliya-Efiopiya müharibəsində (1935-36) hərəkətə keçdi və qayıtdıqdan sonra Xarici İşlər Naziri təyin edildi. İkinci Dünya Müharibəsində bir sıra Axis məğlubiyyətlərindən sonra, Çiano İtaliyanın çıxması üçün təzyiq göstərməyə başladı və nəticədə o, vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra Vatikanda səfir vəzifəsində çalışıb. 1943-cü ilin iyulunda Ciano Mussolinini devirməyə və sonradan həbs etməyə məcbur edən Böyük Faşizm Şurasının üzvləri arasında idi. Ciano Almaniyaya qaçmağa davam etdi, lakin həbs edildi və İtaliya Sosial Respublikasının Salo şəhərində yerləşən Mussolininin yeni rejiminə təhvil verildi. Alman təzyiqi altında Mussolini Cianonun ölümünü əmr etdi və 1944-cü ilin yanvarında o, güllələnərək edam edildi. Ciano "Üçüncü Reyxin yüksəlişi və süqutu" filmində və dörd saatlıq HBO sənədli dramında Uilyam Şirer də daxil olmaqla, bir neçə tarixçi tərəfindən mənbə kimi istifadə edilən gündəlik yazıb və geridə qoyub.
Rentso Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Renzo Piano
Rentso Piano (14 sentyabr 1937[…], Genuya) — italyan memar. Rentso Piano inşaatçılıqla məşğul olan ailənin oğlu kimi doğulmuşdur. 1971-ci ildə Riçard Rocers ilə birlikdə Piano&Rocers firmasını qurmuşdur. Rentso Piano RİBA Qızıl medalına (1989), Neutra mükafatına (1991), İmperial mükafatına (1995), Erasmus mükafatına (1995), Pritsker mükafatına (1998), Sonninq mükafatına (2008) layiq görülmüşdür.
Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir. Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür. Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu. Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur. Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi. Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi.
Sinop ili
Sinop ili — Türkiyədə il. Sinop Qara dənizin sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. İlin sahəsi 5862 km2 olub Türkiyə ərazisinin 0.8 %-ni əhatə edir. Qərbində Kastamonu, cənubunda Çorum, cənub-şərqində Samsun illəri, şimalında Qara dəniz yerləşir. 475 km uzunluğundakı sərhədlərinin 300 km-i quru, 175 km-i isə dəniz sahilidir. Dağlar dənizə paralel olaraq yerləşmiş olub şimal-qərbdə uzanan dağlar Mərkəz ilçələrə 9–10 km yaxlaşdıqca alçalır və sahil ovalıqlar əmələ gətirir. Ən yüksək təpələr Ayancıkda Çanqal (1.605 m) və Boyabatda Dranazdır (1.345 m) Boyabat-Durağan bölgəsindəki Qızılirmaq vadisi istisna olmaqla əhəmiyyətli vadisi yoxdur. Sinop və Boyabat ən əhəmiyyətli düzənliklərdir. Ən əhəmiyyətli çaylarından Göyirmaq Boyabat ovalığını sulayıb Qızılirmaqla birləşir. Çatalzeytun, Ayancık, Qarasu, Qanlıçay (Güzəlcəçay) və Kabalı çayları Qara dənizə tökülür.