Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nikola Şüke
Nikola Şüke (ing. Nicolas Chuquet; ən tezi 1440 və ən geci 1455, Paris – 1488[…], Lion) — Fransız riyaziyyatçısıdır; ilk dəfə məhculun dərəcəsini göstərmək üçün qüvvət üstündən istifadə etmişdir; "Ədədlər haqqında üç hissədən ibarət elm" kitabının müəllifidir.
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Etimologiya == Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Min Hye-suk
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. == Ailəsi == Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Suk-əl-Həd
Suk-əl-Həd (ərəb. سوق الأحد‎, fr. Souk El Had) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 69 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 55 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 21 kilometr cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 6,181 idi.
Vu-Suk-Xvan
Vu-Suk-Xvan — veterinar elmlər üzrə alim, elmi saxtakarlığı ilə tanınıb. Seul Milli Universitetinin veterinar elmlər üzrə professoru Vu-Suk-Xvanın elmi saxtakarlığı onu çox məşhurlaşdırıb. O, insan hüceyrələrini klonlaşdırdığını bəyan edib. Ancaq sonradan məlum olub ki, bu, klonlaşdırılmış deyil, adi hüceyrə olub. Sonradan o, elmi saxtakarlıqda ittiham edilib.
Puka-Puka
Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir. == Coğrafiya == Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır. == Tarixi == Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır.
Puka Puka
Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir. == Coğrafiya == Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır. == Tarixi == Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır.
Büke
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Duks
Duks (lat. ducere sözündən götürülmüşdür, "başçı, rəhbər" mənasını daşıyır.) Qədim Romada dövlət titulu, legion ordu hissəsinin başçısı, əmr sahibi.
Kükü
Kükü bu mənaları ifadə edə bilər: Yaşayış məntəqələri Kükü (Şahbuz) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Kükü abidələr kompleksi — Şahbuz rayonu ərazisində yerləşən arxeoloji abidələr kompleksi. Yeməklər Kükü (yemək) — yemək. Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Puku
Puku (lat. Kobus vardonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. == Yayılması == Puku Mərkəzi Afrikada, əsasən Konqo, Zambiya, Botsvana və Anqolada yayılmışdır. Onlar əsasən çaybasar düzənliklər və bataqlıqların kənarlarında yaşayırlar.
Ruku
Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq. Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir. Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur. Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir. Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.
Sake
Sake (yap. 酒 və ya (さけ)) ənənəvi yapon spirtli içkisi. Düyünün qıcqırdılması nəticəsində əldə edilir və əsasən isti halda içilir. Sakeni bəzən "düyü arağı" da adlandırırlar, lakin bu içkinin tündlüyü təqribən 14–25% təşkil edir. Onun tərkibi daha çox likyoru və ya şərabı xatırladır, ancaq onun istehsalı prosesi pivənin istehsalına bənzəyir. == Tarixi == Yaponlar sakeni təxminən 2000 il bundan əvvəl hazırlamağa başlamışlar. Ehtimal olunur ki, onun hazırlanma mexanizmi Çindən gəlib. Uzun zaman sake yalnız imperator sarayında və şintoizm məbədlərində hazırlanıb. Yalnız orta əsrlər dövründə sakeni sadə kənd camaatı da hazırlamağa başlayır. O zamanlar sakenin düzəldilməsi texnologiyası indikindən fərqli idi: onlar düyünün ağızda çeynəyir və onu xüsusi qaba tüpürürdülər və sonra həmin qabda qıcqırma prosesi baş verirdi.
Saks
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Seks
Cinsi əlaqə və ya seks — cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə. Bu, vaginal cinsi əlaqə və ya vaginal seks kimi də qeyd olunur. Bu əlaqələr iki və ya daha çox şəxs arasındakı fiziki yaxınlığı əhatə edir və ümumiyyətlə insanlar arasında fiziki və ya emosional məmnuniyyətin artması üçün istifadə olunur və insanın bir-biri ilə yaxınlaşmasına kömək edə bilər. Cinsi əlaqə və ya digər cinsi fəaliyyətin nədən ibarət olduğu, bu əlaqələrin reproduktiv sağlamlığa təsiri haqqında fərqli fikirlər mövcuddur. Müxtəlif yurisdiksiyalarda insest, yetkinlik yaşına çatmayanlarla cinsi fəaliyyət, fahişəlik, təcavüz, zoofiliya, sodomiya, nikah öncəsi və nikahdan kənar seks kimi bəzi cinsi davranışlara məhdudiyyət qoyulur. == Dinlərdə cinsi əlaqə == === Buddizm === Buddizm inancına görə insan nə aseksual, nə də cinsi əlaqənin köləsi olmalıdır. İnsanlar mənəvi inkişafına zidd olmadığı müddətcə cinsi əlaqəyə girə bilərlər. Evlilikdən əvvəl cinsi əlaqə haram deyil, amma həyat yoldaşını aldatmaq yaxşı davranış sayılmır. Üstəlik, daha yüksək mənəvi inkişafa nail olmaq üçün seksuallığın son dərəcə zəruri olduğu deyilir. === Xristianlıq === Cinsi əlaqə xristian kilsəsində qəbul ediən müqəddəs evlilik vədlərindən sonra normaldır.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Şekə
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Saki
Saki — ad. Saki (musiqiçi) — musiqiçi. Saki Kumaqay — Yaponiya qadın futbolçusu. Saki Ueno — Yaponiya qadın futbolçusu.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
ARB Şəki
Kanal-S — 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı. == Tarixçə == Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. Kanalın 3 fərqli rayonda ötürücüsü olmaqla 51, 54 və 32-ci kanallardan ölkənin 70%-dən çox ərazisinə yayımlanır. Həmçinin internet vasitəsilə dünyanın istənilən ölkəsində telekanalı izləmək olar. Yüksək, müasir standartlara cavab verən texniki avadanlıqlarla və rəqəmsal sistemlə də təchiz olunub. Güclü və keyfiyyətli studiya kameraları, ən son montaj proqramları mövcuddur. "Kanal-S" 7 departamentdən ibarətdir: Xəbərlər, Bədii və Yaradıcılıq departamenti, Proqram departamenti, Texniki departament, Təsərrüfat və Nəqliyyat departamenti, Maliyyə və Kadrlar departamenti, Mühafizə departamenti. Televiziyada 135 nəfər çalışır.
Abbas (Şəki)
Abbas (əvvəlki adı: Abbaskənd) — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Göynük kənd inzibati-ərazi vahidi tərkibindəki Abbaskənd kəndi Abbas kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim Abbas (Şəxs adı) və kənd topokomponentlərindən düzəlib, "Abbas adlı şəxsə məxsus yaşayış məntəqəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir ki, onun da 286 nəfəri kişi, 289 nəfəri isə qadındır.