ŞÜK

şükə düşmək:
(Cəlilabad)
qorxmaq, qorxuya düşmək
ŞÜƏRƏG
ŞÜLAN
OBASTAN VİKİ
Adil Şükürov
Adil Teymur oğlu Şükürov (16 avqust 1977, Laçın) — Azərbaycanın sabiq futbolçusu, Turan Tovuz Futbol Akademiyasının direktoru. == Həyatı == Adil Şükürov 16 avqust 1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. Ailəsi Bakıya köçdüyündən, 1984-cü ildə Bakı şəhərində birinci sinfə getmişdir. 1994-cü ildə orta məktəbi bitirir və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Paralel olaraq, məşqlərini də davam etdirir. 1999-cu ildə İdman Akademiyasını bitirib. === Ailəsi === Evlidir, 3 qızı var. == Karyerası == === Futbolçu === 1985-ci ildən "Neftçi" futbol cəmiyyətində ilk dəfə olaraq Ruslan Abdullayevin rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlamışdır. 1987-ci ildə Ruslan Abdullayev Əlcəzair milli komandasını çalişdırmağa getdiyindən, Adili özündən bir il böyük yaş qrupuna — Pankratov Valeri Pavloviçin rəhbərlik etdiyi "Neftçi" cəmiyyətinin digər komandasına məsləhət görür. Özündən bir yaş böyük uşaqlarla oynamağına baxmayaraq, əsas heyətdə möhkəmlənməyi bacarmış və bu komanda ilə iki il ardıcıl olaraq Bakı şəhər birinciliyinin qalibi olmuşdur.
Alim Şükürov
Alim Davud oğlu Şükürov (23 may 1998, Cəlilabad rayonu – 9 noyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 2004-2015-ci illərdə Ağdaş kənd tam orta məktəbində təhsil almışdır. 2018-ci ildə Cəlilabad Peşə Liseyini bitirmişdir. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Alim Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Alim Şükürov noyabrın 9-da Zəngilanın azad edilməsi zamanı Bartaz istiqamətində şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Şükürov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Allaha şükür (film, 2009)
Allaha şükür tammetrajlı sənədli filmi rejissor Vaqif Mustafayev tərəfindən 2009-cu ildə çəkilmişdir. Film Şeyxülislam Allahşükür Paşazadə haqqındadır. == Məzmun == Film Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin həyat və fəaliyyətini əks etdirir.
Anar Şükürov
Anar Mehman oğlu Şükürov (20 yanvar 1977, Sumqayıt – 16 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, "Həmlə" Taborunun Komandiri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Anar Şükürov 1977-ci il yanvarın 20-də Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Anar Şükürov uzun illər Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Qrup Komandiri və Tabor Komandiri vəzifələrində, daha sonra isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında xidmət edib və müharibədən bir neçə il əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarından ehtiyata buraxılıb. Anar Şükürov İkinci Qarabağ müharibəsinin birinci günündən Binəqədi Rayon Hərbi Komissarlığına dəfələrlə müraciət eləsə də, Komissarlığdan ona hələ gözləməli olduğu bildirildilər. Bundan sonra o, 1-ci Ordu Korpusunu rəhbərliyinə müraciət elədi və Ordu Korpusunun Komandanlığın yardımı ilə "Həmlə" Taborunun Komandiri olaraq döyüşlərə cəlb olundu. Azərbaycan Ordusunun mayoru olan Anar Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Şükürov oktyabrın 16-da Ağdərə istiqamətində 530 strateji nöqtəsi istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Şükürov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2010) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2015) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2020) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == 2021-ci ildə Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun adı verilmişdir.Binəqədi rayonu 6-cı mikrorayonda şəhidimizin adına küçə verilmişdir.
Arif Şükürov
Azad Şükür
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam) — Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alıb (1977–1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981–1984). Daha sonra Tədris Teatrında (1984–1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990–1992) çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır.
Azad Şükürov
Azad Hətəm oğlu Şükürov (11 fevral 1959, Ağdam) — Azərbaycan aktyoru və bədii qiraətçi, Azərbaycanın əməkdar artisti (2002), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Azad Şükürov 11 fevral 1959-cu ildə Ağdamın Muğanlı kəndində müəllim ailəsində anadan olub. Hələ orta məktəbdə oxuduğu illərdə bədii özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində — Rza Təhmasibin kursunda təhsil alıb (1977–1981). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb (1981–1984). Daha sonra Tədris Teatrında (1984–1990), Şuşa Dövlət Musiqili Dram Teatrında (1990–1992) çalışıb. 1992–2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. 1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasında müəllim işləyən Azad Şükürov 6 il həmin kafedranın müdiri olub, indi də dosentdir. Eləcə də bir sıra ədəbi-dram verilişlərində, dublyaj redaksiyasında fəaliyyət göstərir, qiraət ustasıdır.
Azər Şükürov
Azər Cahid oğlu Şükürov (11 fevral 1994; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Şükürov 11 fevral 1994-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. 2002-ci ildə Əli Rüstəmov adına Birinci Şahsevən kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbdən məzun olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyət göstərmiş, Beyləqanda yerləşən “CTS AQRO” MMC pambıq istehsalı və emalı zavodunda traktorçu kimi çalışmışdır. Ailəlidi 2 oğlu var. == Hərbi xidməti == Azər Şükürov 2014-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmət etmişdir. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azər Şükürov səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə çağırılmışdır.
Ağayar Şükürov
Ağayar Şükürov (25 mart 1946, Puşkin rayonu – 2008) — Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru (1989). == Həyatı == Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) Əmənkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1963-cü ildə Əmənkənddə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültədən məzun olmuşdur. 1971–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. == Əmək fəaliyyəti == Ağayar Şükürov 1975–1976-cı illərdə Bədən Tərbiyəsi İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim olaraq fəaliyyət göstərmiş, daha sonra 1990-cı ildən Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. 1991-ci ildə keçmiş SSRİ məkanında ilk dəfə olaraq "Ekologiyanın fəlsəfi problemləri" şöbəsini yaratmışdır. Həmin şöbədə 2006-cı ilə qədər "Ekologiya. Fəlsəfə.
Dara Şükuh
Sultan Məhəmməd Dara Şükuh (20 mart 1615 və ya 1615, Acmer – 30 avqust 1659 və ya 1659, Dehli) — Böyük Moğol İmperiyasının sultanı Şahcahanın oğlu, Allahabadın söbədarı. == Həyatı == 20 mart 1615-ci ildə Əcmir yaxınlarında doğulmuşdu. Şahcahanın böyük oğludur. Anası, xatirəsinə Tac Mahal inşa edilən və daha çox Mümtaz Mahal deyə anılan Ərcümənd Banu Bəyimdir. Muhamməd Dara gələnəğə uygun olaraq İslami təlim-tərbiyə gördü; Ərəbcə, Farsca və Sanskritcə öyrəndi. Özəlliklə nəzari elimlərlə ilgiləndi, dini və təsəvvufi bilgisini təkviyə etmək üçün bu sahədəki əsərlərin bəlli başlılarını incələdi. Ona ilahi bilgi və ilhamın verildiyi inancı ilə bu yoldakı çalışmalarını daha da artdırdı. Şahzadə Dara Şükuh 1633-cü ildə 12.000 "zat" (6000 "süvarilik") bir mənsəbə sahib idi. Eyni il Səfəvilərin Qəndəharı təhdid etmələri və bunu 1642-ci ildə təkrarlamaları üzərinə şəhəri müdafiə etməyə gedən orduda ona önəmsiz bir komandanlıq verilmişdi. 1645-ci ildə Allahabad söbədarlığına (valilik) gətirildi.
Elvin Şükürlü
Elvin Azad oğlu Şükürlü (14 iyun 1997, Şiləvəngə, Cəlilabad rayonu – 1 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabadın Şiləvəngə kəndində almışdır. 2011–2014-cü illərdə C. Naxçıvanskı adına Hərbi Liseydə təhsil ilk hərbi təhsilini alıb. 2014–2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Dağatıcı taqım komandiri vəzifəsində xidmət etmişdir. === Ailəsi === Atası Azad Şəkərov, ehtiyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Qardaşı Elnur Şükürlü "Vətən Müharbəsi iştirakçısı" və Azərbaycan Ordusunun zabitidir. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
Esmira Şükürova
Esmira Fuad (tam adı: Esmira Seyfəl qızı Fuad; d. 3 fevral 1958, Xaçmaz) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru. == Həyatı == Esmira Seyfəl qızı Fuad Quba əsillidir. 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub. 1975-ci ildə Göyçay rayon Qarabaqqal kənd orta məktəbini, 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini müvəffəqiyyətlə bitirib. == Elmi fəaliyyəti == Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyən Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir. O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuad 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub.
Faiq Şükürbəyli
Faiq Şükürbəyli; Faiq Xasay oğlu Qurbanov (28 aprel, 1957) — Folklorşünas, jurnalist, filologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Qurbanov Faiq Xasay oğlu 28 aprel 1957-ci ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1971-ci ildə Şükürbəyli kənd natamam orta məktəbini bitirərək Şuşa Pedaqoji Məktəbinə daxil olmuş və 1975-ci ildə oranı müvəffəq qiymətlərlə başa vurmuşdur. Təyinatla Ucar rayonunun Yuxarı Şilyan kənd orta məktəbində müəllim işləmiş, 1976—1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.[mənbə göstərin]Hərbi xidmətini başa vurduqdan sonra doğma Vətəninə qayıdan Faiq Şükürbəyli 1978—1980-ci illərdə Füzuli rayonunun Aşağı Yağlıvənd kənd orta məktəbində müəllim, 1980—1993-cü illərdə isə Şükürbəyli kənd orta məktəbində hərbi rəhbər və tarix müəllimi işləmişdir. 1983-cü ildə Bakıda Jurnalist Sənətkarlığı İnstitutunu, 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, sonra isə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Institutunun folklor şöbəsinin aspiranturasını bitirmiş, "Azərbaycan şifahi xalq ədəbiyyatının regional xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Faiq Şükürbəyli 1969-cu ildən dövri mətbuatda çıxış etmişdir. Onun saysız-hesabsız məqalələri respublikamızın bir sıra qəzet və jurnallarında dərc olunmuşdur. "Ərgünəş" almanaxında şerləri çap edilmişdir. Bir neçə qəzetlə əməkdaşlıq etmiş və müxbir işləmişdir. Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə "Kamil sənətkar" diplomuna layiq görülmüşdür.
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Gülbahar Şükürlü
Şükürlü Gülbahar Müzəffər qızı — Azərbaycan musiqiçisi, qarmon sənəti ustası. == Həyatı == Gülbahar Şükürlü 20 martda Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır. Uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova, sevilən müğənni Zöhrə Abdullayeva və başqaları ilə birgə çalışmışdır. 1993-cü ildə Azərbaycanın tanınmış müğənnilərindən biri olan Zöhrə Abdullayevanın təkidi ilə Gülbahar Şükürlü efirə çıxaraq Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edərək böyük tamaşaçı kütləsinin rəğbət və sevgisini qazanmışdır. Bununla da Gülbahar xanım daha da tanınaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edir.
Hacı Mehdi Şükuhi
Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896, Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi. == Həyatı == Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur. Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.
Hacı Molla Şükür Məhərrəmzadə
Hacı Molla Şükür Məhhərrəmzadə (1820 və ya 1821, Ağanus, Laçın rayonu) — dövrünün məşhur ziyalılarından biri, müəllim olmuşdur. Müqəddəs bir şəxsiyyət kimi tanınmışdır, Şuşa şəhərinin qazısı olmuşdur. Şuşa qalasındakı "Təzə pir" məscidinin baş ruhanisi olmuşdur. == Həyatı == Hacı Axund Molla Şükür 1820, yaxud 1821-ci ildə Şuşadan təxminən 40 km məsafədə yerləşən indiki Laçın rayonunun Ağanus kəndində doğulmuşdu. Mollaxanada oxuduqdan sonra 10 il Bağdad və Nəcəf şəhərlərində İslam dini ilə yanaşı, dünyəvi elmlərin də dərinliklərinə yiyələnmişdi. 1850-ci illərin ortalarında Vətənə döndükdən sonra o vaxtkı Zaqafqaziya şeyxülislamı onu Şuşa şəhərinin axundu təyin etmişdi. O, da qısa müddətdə Qarabağ camaatının hörmətini qazanmışdı. Hacı Mоlla Şükür Yasəmən Rəhim qızı və Bəyaz xanımla ailə qurmuşdu. Nəsir, Əbuturab, Məhəmməd, Əhməd, Əsədulla adlı оğlanları vardı. Yazıçı-publisist Əslixan Hüseynoğlu özünün "Geriyə bax, qoca!.." adlı romanında yazır: "...Hacı Molla Şükürdə övliyalıq, olmuş, yaxud olacaq hadisələr barədə qeybdən xəbər vermək qabiliyyəti də varmış.
Hafiz Şükürov
Hafiz Şükürov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Hafiz Yaqub oglu Şükurov 1971-ci il may ayının 17-də Laçın şəhərində anadan olub. Laçın şəhər 2№-li orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmişdır. Azərbaycan Neft ve Kimya Institutunun qiyabi şöbəsini bitirmiş, Laçın rayon polis şöbəsində işə başlamışdır. Rayonun Qorçu, Piçənis, Ərikli, Kürdhacı, Hoçaz kəndləri uğrunda gedən dğyüşlərdə iştirak edib. Laçın rayonunun işğalından sonra Füzuli rayonu uğrunda gedən dğyüşlərdə iştirak etmiş, 1994-cü il avqustun 27-də şəhid olmuşdur. Baki səhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. == Həmçinin bax == Şəhidlər Xiyabanında dəfn olunanlar == Mənbə == "Laçın yurdu" jurnalı,№2(6),2012,Bakı,"Nurlar",2011.
Hafiz Şükürov (şəhid)
Hafiz Şükürov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Hafiz Yaqub oglu Şükurov 1971-ci il may ayının 17-də Laçın şəhərində anadan olub. Laçın şəhər 2№-li orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmişdır. Azərbaycan Neft ve Kimya Institutunun qiyabi şöbəsini bitirmiş, Laçın rayon polis şöbəsində işə başlamışdır. Rayonun Qorçu, Piçənis, Ərikli, Kürdhacı, Hoçaz kəndləri uğrunda gedən dğyüşlərdə iştirak edib. Laçın rayonunun işğalından sonra Füzuli rayonu uğrunda gedən dğyüşlərdə iştirak etmiş, 1994-cü il avqustun 27-də şəhid olmuşdur. Baki səhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. == Həmçinin bax == Şəhidlər Xiyabanında dəfn olunanlar == Mənbə == "Laçın yurdu" jurnalı,№2(6),2012,Bakı,"Nurlar",2011.
Hakan Şükür
Hakan Şükür (1 sentyabr 1971[…], Adapazarı[d]) — Türkiyə futbolçusu, milliyyətcə albandır.Kosovadan Türkiyəyə köçən bir ailənin ilk övladı olan Hakan Şükür 1971-ci il iyul ayının 1-də Sakaryanın inzibati mərkəzi olan Adabazarında dünyaya gəlib. Futbol karyerasına doğulduğu Sakaryada başlayıb. 2007–2008 Türkiyə futbol sezonunda Qalatasaray-Manisaspor oyununda 241-ci qolunu vuraraq Türkiyə futbol tarixində ən çox qol vuran futbolçu olmuşdur.
Kərim Şükürov
Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın Elmi Şurasının sədri, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru. == Həyatı == Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib. 1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib.
Lətif Şüküroğlu
Lətif Şüküroğlu(azərb. Babayev Lətif Şükür oğlu;‎) — tarixçi alim, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı == Həyatı == Lətif Şükür oğlu Babayev 1960-cı il aprelin 8-də Ermənistan SSR-in Qafan rayonunda anadan olmuşdur. 1977-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbini bitirmişdir.1977-ci 1979-cu illərdə Zəngilan rayon Poçt şöbəsində və Yol İdarəsində fəhlə işləmişdir. 1979–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil almışdır. 1984–1990-cı illərdə Zəngilan rayonunda çıxan "Kənd həyatı" qəzetində ədəbi işçi və şöbə müdiri işləmişdir. 1990-cı ilin mart ayından 1992-ci ilin fevral ayınadək Azərbaycan Qaçqınlar Cəmiyyətinin orqanı olan "Vətən səsi" qəzetində Qarabağ, Mil-Muğan zonaları üzrə xüsusi müxbir, 1992-ci ilin fevral ayından həmin ilin oktyabr ayına qədər Müdafiə Nazirliyinin orqanı olan "Xalq Ordusu" qəzetində şöbə müdiri işləmişdir. Lətif Şüküroğlu 1992-ci ilin noyabr ayında Dövlət Sərhədini Mühafizə Komitəsinə qrup rəisi vəzifəsində həqiqi hərbi xidmətə qəbul olunmuş, 1993-cü ilin mart ayından xidmətini Milli Təhlükəsizlik Nazirliyində davam etdirmişdir. O, 2015-ci ilin dekabr ayının 27-də MTN-dən idarə rəisinin müavini vəzifəsində, polkovnik rütbəsində ehtiyata buraxılmışdır. Lətif Şüküroğlu 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında şöbə müdiri işləmişdir. 2019-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsində sektor müdiri işləyir.
Mahir Şükürov
Mahir Şükürov (12 dekabr 1982) — "Neftçi" futbol klubunun oyunçusu. == Uğurları == Azərbaycan çempionatı Qızıl medal (1): 2012/2013 Gümüş medal (3): 2005/2006, 2006/2007, 2007/2008 Bürünc medal (1): 2004/2005 Azərbaycan Kuboku Qızıl medal (3): 2006/2007, 2007/2008, 2012/2013 Azərbaycan Superkuboku Gümüş medal (1): 2013 Birlik Kuboku Qızıl medal (1): 2008 == Milli komanda karyerası == Azərbaycan milli futbol komandasında 2004-cü ilin 8 sentyabrında Vyanada 2006 FİFA Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Avstriya ilə oyunda debut edib. 2010-cu ildə bir daha yığmada oynamamaq qərarına gəlib. Daha sonradan yenidən milliyə qayıdıb. Artıq milliyə çağırılmır.
Mehman Şükürov
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.
арши́нный бинтова́ть взрывозащи́тность Змей Горы́ныч надева́ние отраслеви́к полупоме́шанный псальмопе́вец РО́Э сосна́ тро́ечка шлифова́ть выколу́пывать завяза́ться мечта́ть сцентрова́ться жулан Constantinopolitan costermonger expostulate fibroma parted отогреться расспросы удесятерённый