Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə.
Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur.
Alma sukatı
Armud sukatı
Ərik sukatı
Qarpız sukatı
Qovun sukatı
Qabaq sukatı
Gavalı sukatı
Limon qabığından sukat
Portağal qabığından sukat
Heyva sukatı
Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.