Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suq
Suq — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,890 nəfər və 1,190 ailədən ibarət idi.
StuG III
Sturmgeschütz III (StuG III) Nasist Almaniyası ordusu Wehrmacht tərəfindən İkinci Dünya müharibəsi əsnasında istifadə edilən ən əhəmiyyətli hücum silahı. Panzer III tankının şassisi üzərinə quraşdırılmışdır. Əsl quruluş məqsədi qarşıdurma əsnasında piyada birliklərinə doğrudan dəstək vermək idi. Bunun yanında döyüşün irəliləyən illərində antitank mərmiləri əlavə edilərək tanklara qarşı da istifadə edilmişdir. Bütün müharibə boyunca 10,500 ədəd istehsal edilen Sturmgeschütz (Almaniya-nın İkinci Dünya müharibəsində ən çox istehsal olunan zirehli vasitəsidir) ardıcıllığı mükəmməl xərc-performans nisbətinə sahib bir tank idi. Sturmgeschütz III Polkovnik Erich von Manstein en 1935-ci ildə General Beck e piyada birliklərinə dəstək verəcək Sturmartillerie mövzusundakı təklifi ilə başladı. 15 iyun 1936 tarixində Daimler-Benz firması üzərində 75 mm topla zirehli bir vasitə sifarişi aldı. Topun çevril bucağı çox deyildi və mürettabatı qoruyacaq bir üst qisim yox idi. Vasitənin yüksəkliyi normal bir insan boyu qədər idi. Daimler-Benz bu vasitə üçün Panzerkampfwagen III yüngül tanka aid şase və gedən ağsamdan faydalandı.
Suq Teuçej
Suq Teuçej (rus. Цуг Теучеж; əsl adı: Tahir Əliyeviç Teuçej, rus. Тагир Алиевич Теуче́ж; 3 (15) avqust 1855 – 26 yanvar 1940) — adıge (çərkəz) sovet şairi, aşıq, Adıgeya Xalq Şairi. Suq Teuçej 15 avqust 1855-ci ildə Qabukay (indiki Adıgeya) kəndində kasıb bir adıge ailəsində anadan olmuşdur. Uşaq ikən fəhlə işləyən Teuçej mahir bir yəhərçi idi. O, çoxsaylı xalq mahnılarının bəstəkarı və ifaçısı olmuş, çoxlu şeirlər yazmışdır. Teuçej 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Suq Teuçej 16 yanvar 1940-cı ildə Ponejukay kəndində vəfat etmişdir. Suq Teuçejin oğlu Nuh Adıge Vilayət İcraiyyə Komitəsinin sədri olmuşdur. Suq Teuçej // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Şuq Nayt
Marion Knight, Jr. və yaxud bilinən adı ilə Şuq Nayt (Suge Knight). Bir zamanlar Dr. Drenin mühafizəçisi. Eyni zamanda Death Row Records səs yazma şirkətinin qurucularından biri. Bir çox ittihamlarla qarşı qarşıya qalıb və ən önəmlisi də Tupak Şakur-un öldürüldüyü hadisədədir.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Oyuq
Oyuq I. (rus. ниша, ing. niche fr. niche) — yamacda, yaxud onun ətəyində müxtəlif mənşəli kiçik çökəklik. O.mənşəyinə görə dalğa döyən, nival, eroziya, karst, eol və başqa təbii proseslərlə əlaqədar olur. Oyuq II. (rus. промоина, ing. pool, gully, ravine) 1) müvəqqəti su axınları vasitəsilə əmələ gələn erozion relyefin xətti forması. Uzunluğu adətən on metrlərlə, eni bir neçə metr, dərinliyi 1 — olub, cimlənmiş dik yamaclar üçün səciyyəvidir; 2) buzun içərisində axar sularla yuyulmuş, dərin çökəklik.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Sağu
Yuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış “yuğ”, “ağı”, “sağu”, “yedi”, “edi” adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar - ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır.
Seul
Seul rəsmi olaraq Seul Xüsusi Şəhəri (kor. 서울)— Cənubi Koreyanın ən böyük metropolu və paytaxtıdır. Seul 9,7 milyon nəfər əhaliyə sahibdir və ətrafdakı İnçon metropolu və Gyeonggi vilayəti ilə Seul Paytaxt Bölgəsinin mərkəzini təşkil edir. Qlobal şəhər olaraq qəbul edilən Seul, 2014-cü ildə dünyanın ən böyük metropoliten iqtisadiyyatı olan Tokio, Nyu York və Los Angelesdən sonra 4-cü oldu. 2017-ci ildə Seulda yaşayış dəyəri dünya miqyasında 6-cı sırada yer aldı. Qannam və Digital Medya Şəhəri mərkəzli böyük texnologiya mərkəzləri ilə Seul Paytaxt Ərazisi, Samsung, LG və Hyundai daxil olmaqla 14 Fortune Global 500 şirkətinin qərargahına ev sahibliyi edir. Metropolis, qlobal konfransların aparıcı beş ev sahibliyindən biri olaraq qlobal işlərdə böyük təsir göstərir. Seul 1986 Asiya Oyunlarına, 1988 Yay Olimpiya Oyunlarına, 2002 FIFA Dünya Kubokuna (Yaponiya ilə) və 2010 G-20 Seul sammitinə ev sahibliyi etdi. Seul, Bekçe, Çoson, Koreya İmperiyası, Qoryo (ikinci dərəcəli paytaxt olaraq) və hal-hazırda Cənubi Koreya da daxil olmaqla müxtəlif Koreya əyalətlərinin paytaxtı idi. Strateji olaraq Han çayı boyunca yerləşən Seulun tarixi, e.ə.
Sium
Sukərəvizi (lat. Sium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Smoq
Smoq (ingliscə smoke-tüstü, foq-duman) — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən Smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir, havada istehsalın qaz halında olan qarışıqları da iştirak edir(Buna London tipli smoq deyilir). Bəzən günəş şüalarının təsiri ilə qaz tullantılarında kimyəvi reaksiya zamanı əmələ gələn qazlardan ibarət davamlı göy tüstü müşahidə olunur, duman olmur (buna Los-Anceles tipli smoq deyilir). Alçaq temperaturda istilik-qızdırma sisteminin su buxarı ilə məişət qaz tullantıları birləşərək buzdan smoq əmələ gətirir. Smoq insan orqanizminə mənfi təsir göstərir, nəfəs orqanlarında xroniki xəstəliklərin yaranmasına, gözlərin xəstələnməsinə, bir çox hallarda çox saylı insan ölümünə səbəb olur, bitkilərə ziyan vurur. AMEA, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işcisi, i.e.n.- Eminov Z.N., Bakı şəhəri, H.Əliyev adına liseyin coğrafiya müəllimi, c.e.n.- Səmədov Q.M., "COĞRAFİYA ENSİKLOPEDİYASI", 2012-ci il.
Soluq
Soluq (Həştrud)
Soul
Soul (ing. soul — can) — ABŞ-də qara insanların populyar musiqisi.
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Speg.
Karlo Luici Speqazzini, və ya Karlos Luis Speqazzini (it. Carlo Luigi Spegazzini или it. Carlos Luis Spegazzini, 20 aprel 1858 – 1 iyul 1926, La Plata) — İtaliya-Argentina botaniki, mikoloqu. Aşağıdakı əsərləri var: Fungi Patagonici. Spegazzini, Cárlos, Publication info: Buenos Aires, P. E. Coni, 1887. Contributed by: New York Botanical Garden. Plantae novae v. criticae Reipublicae Argentinae. [Decas III]. Spegazzini, Cárlos, Publication info: La Plata, Solá, Sesé y Cia.
Stul
Stul ya da Səndəl əsas mebellərdən biri olan, bir növ oturacaqdır. Əsas xüsusiyyətləri, 90 ° və ya bir az daha böyük bir açı ilə bir -birinə arxa və oturacaq olaraq bağlanan iki parça davamlı materialdır, ümumiyyətlə üfüqi oturacağın dörd küncü dörd ayağa və ya oturacağın digər hissələrinə bağlanır. Ayaqları ümumiyyətlə oturan şəxsin bud və dizlərinin 90 ° və ya daha az bir açı meydana gətirməsi üçün kifayət qədər yüksəkdir. Stul qədim dövrlərdən bəri istifadə olunur, baxmayaraq ki, əsrlər boyu istifadə üçün yox, dövlətçilər üçün simvolik bir cihaz idi.
Sucuq
Qozlu sucuq və ya Çurçxela (gürc. ჩურჩხელა) — şam formalı ənənəvi gürcü şirniyyatı. Qozlu sucuk əsasən üzüm şirəsi, qoz-fındıq və undan hazırlanır. Badam, qoz, fındıq, şokolad və bəzən kişmiş ipə saplanır, qatılaşdırılmış üzüm şirəsi, tut şirəsi və ya meyvə şirələrinə batırılır və kolbasa şəklində qurudulur. Şərqi Gürcüstanda sucuk istehsalı Kaxeti, Kartli və ya Mesxetidə buğda unu ilə qatılaşdırılmış yerli üzümdən şirədən hazırlanan tatara adlı qatılaşdırılmış şirə ilə başlayır. Samtsxe-Cavaxetiyada qatılaşdırılmış tut şirəsi hazırlamaq üçün buğda unundan da istifadə olunur. Qarğıdalı unundan Qərbi Gürcüstanda (Raça, Leçxumi, Quriya, Sameqrelo, Abxaziya və Açara əraziləri) istifadə olunur və bu qatılaşdırılmış üzüm şirəsi pelamuşi adlanır. Abxaziyada yerli abxaz dilində adjindjuk kimi tanınır və hədiyyə üçün ən yaxşı suvenir hesab edilir.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Şərq
Şərq və ya Doğu — Gün çıxan coğrafi səmt. Şərq (o cümlədən qərb) istiqaməti, şimal və cənuba, yəni Yer kürəsinin coğrafi qütblərinə perpendikulyardır. Şərqə istiqamət coğrafi azimut üzrə +90°; astronomik azimut üzrə −90°-dir. Şərqdə gecə-gündüz bərabərliyi olan günlərində günəş şüaları düz bucaq altında düşür. Müasir xəritələrdə şərq, bir qayda olaraq, sağda yerləşir. Beynəlxalq işarəsi E (east) hərfidir.
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Suga
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Şaiq
Şaiq — kişi adı. Şaiq Kəlbiyev Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi. Şaiq Cavadzadə — İkinci Qarabağ müharibəsi şəhidi. Şaiq Məmmədov — azərbaycanlı jurnalist Şaiq Bəşirov — Qarabağ müharibəsi şəhidi. Şaiq Qədimov — tibb elmləri namizədi.