Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Carabus
Karabid (lat. Carabus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Carabus auratus
Qızılı karabid (lat. Carabus auratus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü.
Caracur dağı
Caracur dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1483,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Biləv kəndindən 4 km-dək şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik və Biləv lay dəstələrinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında müşahidə edilən Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir.
Carabus caucasicus
Qafqaz karabidi (lat. Carabus caucasicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Əvvələr Carabus scabrosus növünün Qafqaz yarımnövü hesab edilirdi. == Qısa təsviri == Bədənin uzunluğu 40-50 mm, alt hisəsi qara, üst hissəsi isə metal parıltılı göy və ya bənövşəyi rəngdədir. Krım yarımnövündən ön döşün formasına görə fərqlənir. Belə ki, Qafqaz ilbizyeyən fışqırdanında ön döş qabaq tərəfdən daralmış və arxa küncləri bir qədər qalxmış vəziyyətdədir. == Yayılması == Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazın (Şuşa ətrafı, Daşaltı dərəsi) dağ və dağətəyi rayonlarında dəniz səviyyəsindən 1200 m-ə qədər yüksəklikdə yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Meşə və bağlarda rütubətli yerlərdə yaşayır. Qışlayan böcəklər ilkin yazda təbiətdə görünməyə başlayır və yayın ortasına qədər rast gəlinirlər. Cütləşmə və yumurtaqoyma prosesi yazın sonunda gedir.
Carabus talyschensis
Carabus talychensis (lat. Carabus talychensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Sayı azalmaqda olan talış endemidir. == Görünüşü == Bədəninin uzunluğu 35-40 mm-ə qədərdir, qanadüstlükləri hamardır və tutqundur. Üzərilərində zəif nəzərə çarpan nöqtələr vardır. Ön döşün kənarları azca qalxmış vəziyyətdədir. Bığcıqları və ətrafları qaradır. == Yayılması və Sayı == Lənkəran zonasında rast gəlinir. AMEA Zoologiya İnstitutunun kolleksiya fondunda M.Vinovski tərəfindən 1936-cı ildə Lənkərandan tutulmuş 1 fərd saxlanılır. Son illərdə rast gəlinməmişdir.
Carabad
Carabad (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. Carabad (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Caraberd
Çiləbürt qalası və ya Çaraberd qalası – Ağdərə rayonunun Çiləbürt kəndində yerləşən tarix-memarlıq abidəsi. Qala, Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir. Orta əsr mənbələrində qala həm də Craberd və Çaraberd adı ilə qeyd edilir. Çiləbürd qalası ilk dəfə VII əsrin 20-ci illərində xəzərlərin Qafqaz Albaniyasına yürüşləri ilə bağlı Moisey Kalankatlı tərəfindən xatırlanır. Adından göründüyü kimi Çola və Car başlıqları tarixi Dərbənd (Çola) adıyla eyni səslənir . Çiləbürt qalası boş və müharibə zamanı əhali tərəfindən qala sığınacaq kimi istifadə edirdi. Qaladan Üç körpə monastırına aparan cığırın altında 1.5 metr diametrə malik tunel vardır. Qala böyük ərazini əhatə edir. Qala divarları daxilində süni düzləşdirilmiş meydançalar, çoxlu sayda tikililərin qalıqları və məzar daşları vardır. == Yerləşməsi == Çiləbürt qalası Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir.
Carabia
Cağazur
Cağazur — Azərbaycan Respublikasının Laçın rayonu Cağazur kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cağazur kəndinin adı ilə bağlı bir çox fikirlər səslənir. Bəzi alimlər kəndin adının qədim cağ/ cağan(türk) tayfaları ilə əlaqələndirir. Bəzən də cağazur sözünün semantikası üzərində dayanır və belə bir qənaətə gəlirlər ki, cağ-mil (düz istiqamətdə dəmir tiyə), zur və yaxud zür, sür isə (haray, səs-küy) mənasını daşıyır. Ayrıca bu kəndin əfsanəvi xalq qəhrəmanı,azadlıq mücahidi Ağaməmməd kimi görkəmli nümayəndəsidə vardır. Ağaməmməd 1918-1920-ci illərdə Qarabağ dağlıq yaylasında, indiki Laçın rayonu ərazisində erməni quldur dəstələrinə qarşı azəri-türklərinin apardığı müharibədə, tarixə “Qara göl” döyüşləri kimi düşmüş bu azadlıq mücadiləsində öz qəhrəmanlığı ilə ad-san qazanmışdır. Cağazur kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == Bu kəndin əhalisi türk mənşəlidir.
Karabük
Karabük — Türkiyənin Karabük ilinin inzibati mərkəzi.
Qaraburc
Qaraburc (əvvəlki adı: Qarabürc) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabürc kəndi Qaraburc kəndi adlandırılmışdır. Şərur rayonunun Dəmirçi i.ə.v. də kənd. Düzənlikdədir.Oykonim qara və bürc (qala bürcü) sözlərindən düzəlib "qara rəngə çalan bürc" mənasındadır.Kəndin adı oradakı qədim qala xarabalıqları ilə əlaqədar yaranmışdır.Oykonimin Qalabürc variantında olması da ehtimal edilir.2003-cü ildən kəndin adı Qarabürc kimi rəsmiləşdirilmişdir. Burc/burç komponenti türk dillərində "bibər" , "möhkəmləndirilmiş yer, səngər", palıd qozası,qüllə,minarə (ərəb dilində) mənalarında işlənmişdir.
Çarburc
Çarburc və ya Çaharbürc (fars. چهاربرج-چاربورج‎)— İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Mərhəmətabad bəxşində yerləşən bir şəhərdir. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 21 km şimal-qərbdədir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,940 nəfər və 1,937 ailədən ibarət idi.
Carcur
Carcur — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110–150 sm və qanadlarının uzunluğu isə 210–250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. == İstinadlar == == Ədəbiyyat == Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Carabad (Mərgavar)
Carabad (fars. ژاراباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.017 nəfər yaşayır (164 ailə).
Carabad (Urmiya)
Carabad (fars. ژاراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (64 ailə).
Caraberd qalası
Çiləbürt qalası və ya Çaraberd qalası – Ağdərə rayonunun Çiləbürt kəndində yerləşən tarix-memarlıq abidəsi. Qala, Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir. Orta əsr mənbələrində qala həm də Craberd və Çaraberd adı ilə qeyd edilir. Çiləbürd qalası ilk dəfə VII əsrin 20-ci illərində xəzərlərin Qafqaz Albaniyasına yürüşləri ilə bağlı Moisey Kalankatlı tərəfindən xatırlanır. Adından göründüyü kimi Çola və Car başlıqları tarixi Dərbənd (Çola) adıyla eyni səslənir . Çiləbürt qalası boş və müharibə zamanı əhali tərəfindən qala sığınacaq kimi istifadə edirdi. Qaladan Üç körpə monastırına aparan cığırın altında 1.5 metr diametrə malik tunel vardır. Qala böyük ərazini əhatə edir. Qala divarları daxilində süni düzləşdirilmiş meydançalar, çoxlu sayda tikililərin qalıqları və məzar daşları vardır. Çiləbürt qalası Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir.
Karabük ili
Karabük ili — Türkiyədə il.
Karabük Universiteti
Karabük Universiteti və ya KBU — 2007-ci ildə qurulmuş dövlət universiteti. Yerləşdiyi vilayətin Karabükun adını daşıyır. == Tarixi == Karabük Universiteti 5662 saylı “Ali Təhsil Qurumlarının Təşkili haqqında Qanunda və Ali Təhsil Müəssisələrində Akademik Kadrlar haqqında Qanunda dəyişiklik edilməsi haqqında” Qanunla və Baş Qərargah və Qaydalar haqqında Qanuna əlavə edilən cədvəllərlə yaradılmışdır. 28 may 2007-ci ildə o vaxtkı Prezident Əhməd Necdət Sezər tərəfindən təsdiq edilmiş 17 universitetdən biridir. == Kampusu == Karabük Universitetinin mərkəzi kampusu Dəmir-Çelik kampusudur. Burada bir çox fakültə, İnstitut, Araşdırma mərkəzləri, Olimpik üzgüçülük hovuzları, tennis kortu, futbol meydançaları, qapalı idman salonları, poçt şöbələri, banklar və bankomatlar, botanika bağları, məscidlər, pansiyonlar və yataqxanalar yerləşir. 25 min nəfərlik stadion və məscidin tikintisi 2013-cü ildə başa çatdırılıb. Arac çayı kampusun ətrafından keçir. === İdman === Kampusda Qapalı idman zalı ilə yanaşı basketbol meydançası, tennis kortu və voleybol meydançası da var. 25 min yerlik stadionun tikintisinə 2012-ci ildə başlanılıb və 2014-cü ildə başa çatdırılıb.
Amaranthus cararu
Arafur dənizi
Arafur dənizi (ing. Arafura Sea,ind. Laut Arafura) — Avstraliya, Yeni Qvineya, Tanimbar və Kay adaları arasında Hind okeanın ucqar dənizidir. Melvill adası ilə Koburq yarımadası arasında Dundas boğazı yerləşir. Sahəsi — 1017 min km² (ölçüləri 1290 x 560 km), dərinlik əsasən 50–80 m-dir, qərb doğru 3680 metrə qədər uzanır. Karpentariyanın böyük körfəzidir. Arafur dənizi dayaz tropik dənizdir. Arafur dənizinin sularında tropik tufanlar tez-tez baş verir.
Corc Cabbur
Sarbur (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².
İan Barbur
İan Gram Barbur (ing. Ian Graeme Barbour; 5 oktyabr 1923, Pekin – 24 dekabr 2013, Minneapolis, Minnesota) — 1923-cü ildə Çin Xalq Respublikasının paytaxtı olan Pekin şəhərində dünyaya göz açmış, 2013-cü ilin dekabr ayında 90 yaşında Amerikada vəfat etmişdir. İ.Barbur 20 yaşında "Syortmor" kollecini (Swarthmore College) bitirmiş, 1946-cı ildə Dyuk Universitetində (Duke University) fizika üzrə magistr təhsili almışdır. Daha sonra müasir nəzəri və ekspremental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki Enriko Ferminin (Ernico Fermi −1901–1954) yardımçı və köməkçisi olmuşdur. Çikaqo Universitetində (University of Chicago) fizika üzərinə tədqiqatlarını bitirir və 1949-cu ildə doktorluq dərəcəsinə yiyələnir. Doktorluq dərəcəsinə yiyələnən İ.Barbur Miçiqana gedir. İ.Barbur Kalamazu kollecində fizika kafedrasında çalışmağa başlayır. Bu müddət ərzində elmi jurnallarda məqalələr yazmağa və nəşr etməyə başlayır. İki il sonra, gələcək illər üçün intellektual və akademik karyerasını müəyyənləşdirəcək çox mühüm addımını atır. O, Amerikada məşhur və mötəbər hesab edilən Yel Universitetinə (Yale University) ilahiyyat, fəlsəfə və etika təhsili almaq üçün qeydiyyatdan keçir və 1956-cı ildə universiteti uğurla bitirir.