Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cövkar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Cokar
Cövkar — İranın Həmədan ostanının Məlayir şəhristanının Cövkar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,209 nəfər və 548 ailədən ibarət idi.
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı. Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Çinar
Çinar — Çinarkimiklər fəsiləsindən olan bitkidir. Latınca "Platanaus", rus dilində "Платан", "Чинар" adlanır. Yüngül, möhkəm, gözəl cizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir. Nadir və nəsli kəsilməkdə olan bitki kimi Azərbaycanın "Qırmızı Kitab"na daxil edilmişdir. Azərbaycan florasında Barmaqyarpaq çinar növü vardır. Mərkəzi Nəbatat Bağınin Pokatan təcrübə sahəsində əkilib becərilir. Bir çox növləri şəhər yaşıllaşdırmasında istifadə edilən qiymətli dekorativ bitkilərdir. Bu bitkiyə Şimal yarımkürəsində, əsasən Aralıq Dənizində, Şimali Amerikada, Orta və Kiçik Asiya, həmçinin cənub-qərbi və Mərkəzi Avropada yayılmış təxminən on xəzan və həmişəyaşıl növ daxildir.
İnkar
İnkar (inversiya, lat. inversio — çevriliş sözündən, məntiqi "YOX") məntiqdə — hökmlər üzərində vahid bir əməliyyat, nəticəsi orijinala "əks" olan bir qərar (müəyyən mənada). Qərarın qarşısında ¬ işarə və ya — ilə göstərilir. məntiq əməllərindən biri; məntiqi nəticələrdə “doğru deyil” ifadəsi kimi işlədilir; fəlsəfi kateqoriya. Materialist dialektikaya görə, inkar inkişafın zəruri momenti, şeylərin keyfiyyət dəyişkənliyinin şərtidir; qrammatikada əşyanın, keyfiyyət əlamətlərinin, hərəkət və ya vəziyyətin yoxluğunu, eləcə də narazılıq, etiraz bildirən kateqoriya. Həm klassik, həm də intuisistik məntiqdə "ikiqat inkar" ¬ ¬ A {\displaystyle \neg \neg A} qərarın nəticəsidir A {\displaystyle A} , yəni bir teatoloji var: A → ¬ ¬ A {\displaystyle A\rightarrow \neg \neg A} . Əks ifadəsi ¬ ¬ A → A {\displaystyle \neg \neg A\rightarrow A} klassik məntiqdə doğrudur (ikiqat inkar qanunu), lakin intuisistik cəhətdən tutmur. Yəni, istədikləri ifadənin rədd edilməsi, klassik məntiqdən fərqli olaraq, intuisistik bir sübut kimi xidmət edə bilməz. İki məntiqi sistem arasındakı bu fərq ümumiyyətlə əsas hesab olunur. Əliquliyev R..
Alectoris chukar
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. == Görünüşü == Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. == Yayılması == Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Jak Pikkar
Jak Pikkar (fr. Jacques Piccard; 28 iyul 1922[…], Brüssel[d], Belçika – 1 noyabr 2008[…], La-Tur-de-Peylts[d], Vo kantonu, İsveçrə) — isveçrəli okeanoloq, Marian çökəkliyinin dibində olan üç adamdan biri. == Həyatı == Jak Pikkar Brüsseldə fizik və ixtiraçı Oqyust Pikkarın ailəsində anadan olmuşdur. Atası ilə birlikdə "Triest" batiskafı sınaqları və tikintisində iştirak etmişdir, hansında ki o, 23 yanvar 1960-cı ildə amerikalı leytenant Don Uoleş ilə birlikdə rekord eniş etmişdir. Daha sonra Pikkar "11 min metr dərinliyi" adlı kitab yazdı və orada batiskafın yaradılmasından tutmuş Marian çökəkliyinə enməsinə qədər olan hadisələri təsvir etmişdir. Apparat bu adı italyan şəhəri Triestin şərəfinə aldı, çünki məhz orada batiskafın yaradılması üzrə əsas işlər həyata keçirilmişdir. "Triest" 1953-cü ilin avqustunda suya endirildi. 1953-cü ildən 1957-ci ilədək o, Aralıq dənizində bir neçə enişləri etmişdir. Əsas pilot Jak Pikkar idi. Onun atası ilk enmələrdə iştirak edirdi.
Yan Çikker
Yan Çikker (slovak. Ján Cikker; 29 iyul 1911[…], Banska Bistritsa – 21 dekabr 1989[…], Bratislava) — müasir Slovakiya klassik musiqisinin aparıcı eksponenti olan Slovakiya bəstəkarı. Slovakiya Milli Artisti, Herder mükafatı və IMC-UNESCO Beynəlxalq Musiqi Mükafatı ilə mükafatlandırılmışdır. Çikker keçmiş Avstriya-Macarıstanda, bugünkü Slovakiyada, Banska Bistritsa şəhərində anadan olub. Onun ilk musiqi müəllimi anası Mariya Psotkova və Uilyam Fiqus-Bistri idi. Orta məktəbi bitirdikdən sonra, 1930-cu ildən 1935-ci ilə qədər Praqa Konservatoriyasında oxumuş və orada Yarkoslav Kriçkanın bəstəkarlıq və orkestra kurslarına qatılmışdır. 1935-1936-cı illərdə Praqa Konservatoriyasının Magistr Peşə Liseyində oxudu, burada Vitezslav Novakın tələbəsi oldu. Daha sonra Vyanaya köçdü, 1936-1937-ci illərdə Feliks Veynqartner ilə birlikdə təhsil aldı. 1939-1949-cu illərdə Bratislava Konservatoriyasında dərs demişdir. 1945-1948-ci illərdə Slovak Milli Teatrı operasının repertuar məsləhətçisi olmuşdur.
Çikara Fucimoto
Çikara Fucimoto (d. 31 oktyabr 1977) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Çikara Haşimoto
Çikara Haşimoto (20 oktyabr 1933, Hokkaydo, Hokkaydo prefekturası – 11 oktyabr 2017) — Riki Haşimoto adı ilə tanınan yapon aktyor və beysbol oyunçusu. Haşimoto 1950-ci illərdə Mainichi Orionları komandasında beysbol oynuyurdu. Zədə səbəbi ilə 1958-ci ildə karyerasını bitirmək məcburiyyətində qaldı. Bundan sonra Deiei studiyasına qoşularaq aktyorluğa başladı. Aktyor olaraq 1960-cı illərdə Daimajin rolu ilə filmlərdə oynamağa başladı. 1972-ci ildə döyüş sənəti ustası, aktyor Brüs Li ilə bərabər rol aldığı "Fist of Fury" filmində Hiroşi Suzuki rolu ilə tanındı. Keçmiş yapon beysbol oyunçusu və aktyor Çikara Haşimoto 11 oktyabr 2017-ci ildə 83 yaşında vəfat etdi.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
Lipka tatarları
Lipka tatarları — Litva tatarları, Lexistanlı tatarlar, Lipkovie, Lipcani və ya Müslimi olaraq da bilinən polşalı tatarlar. 6 əsrlik dövr ərzində hal-hazırkı Polşa, Litva və Belarusun sərhədləri daxilində yaşayan özünəməxsus adətlərə və həyat tərzinə sahib cəmiyyət. Tatarların ilk olaraq Avropa torpaqlarına köç etmələri Qızıl Ordu dövlətindəki qarışıqlıqlardan sonrakı dövrə təsadüf etməkdədir. Qızıl Ordu dövlətində yaşanan daxili çəkişmələr əticəsində tatarların çoxu Şərqi Avropa torpaqlarına köç edərək ilk yaşayış məskənlərini qurmuşdular. Qızı Ordu dövlətində yaşanan daxili çəkişmə nəticəsində Qızıl Ordunun dağılması ərəfəsində tatarlar 1392-1430-cu illər arasında Litva hersoqluğu tərəfindən Vilnus yaxınlarına məskun edilmişdirlər. XIV əsrin əvvəllərində Litvaya yerləşən tatar icmasının ilk üzvləri şamanist dinlərini qorumağa çalışmış v xristian olmayan litvalılar arasında mühacir olaraq yaşamışdırlar. XIV əsrin sonlarına doğru başqa tara köçü də yaşanmış, bu dəfə müsəlmanlar Vytautas tərəfindən Litvaya dəvət edilmişdirlərş Bu tatarlar Vilnus, Trakay, Qrodno və Kaunas çevrəsinə yerləşdirilmiş və sonrasında Reç Pospolitanın bir hissəsi olacaq Böyük Hesoqluğun digər bölgələrinə də yayılmışdırlar. XIV əsrdə başlayan tatar köçləri XVII əsrə qədər durmadan davam etmişdir. XVI əsrdən etibarən ana dillərini itirməyə başlamış olan Lipka tatarları belorusca, litvaca və polyakcanı mənimsəmişdirlər. Belorusiya, Litva və Polşada azınlıq halında yaşamaqda olan Lipka tatarları ABŞ-də da bır sıra yerlərdə yaşamaqdadırlar.
Pazşəkilli çinar
Mədəni şəraitdə Kiçik Asiya, Cənubi-Şərqi Avropa, Qafqazın Qara dəniz sahilinin şimal hissəsi, Türkmənistanda rast gəlinir. Pazşəkilli çinara bəzi botaniklər tərəfindən şərq çinarının forması kimi baxılır. Kiçik ağacdır, gövdəsi çətirinə qədər tünd xırda yarıqlı qabıqla örtülmüş, budaqları enli laylarla soyulan, açıq, yaşılımtıl-boz rəngli, hamar qabıqlıdır. Yarpaqları əsasən 7 hissəli, onlardan aşağı cüt-kiçik, inkişaf etməmiş hissələr, digər 5 hissəsi dərin, ensiz (onların uzunluğu bütün yarpağın 2/3 uzunluğuna bərabərdir), düz, barmaqvari yerləşmişdir. Yarpaqların kənarları bütöv və ya kiçik, küt dişli; bünövrəsi simmetrik, qövsvari əyilmişdir. Yarpağın saplağının uzunluğu 4,5-5,2 sm, çox tükcüklüdür. Bir saplaqda hamaş meyvələrin başcıqları 2-3, bəzən 4 ədəd, diametri 2-2,5 sm, möhkəm, sıx yerləşmiş, tünd qonur rəngli, sütuncuqludur. Rütubətsevən, işığa həssas, bəzən qızmar günəş altında yarpaqları qaralır. Bir çox rayonlarda mədəni şəraitdə becərilir. Dekorativ bağçılıqda geniş istifadə olunur.
Çikan (Marağa)
Çikan (fars. ‎‎‎چكان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 966 nəfər yaşayır (231 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.
Çinar (Cəlilabad)
Çinar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Oykonim çinar ağacının adı ilə bağlıdır. Kəndin ərazisində çinar ağaclarının zəngin olduğunu bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 505 nəfər əhali yaşayır.
Çinar (Dərbənd)
Çinar — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunun inzibati-ərazi vahidində kənd. Rəvayətə görə, Nadir şahın Çinar ərazisi yaxınlığında işğalı zamanı farslarla dağıstanlılar arasında sonuncu döyüş baş verir. Burada farslar son dəfə məğlubiyyətə uğradılır. Bu hadisələrin episentrində yerləşən çuxura “Kannudərə” (Sadovaya küçəsinin yerləşdiyi yer) adı verilib, yəni “qanlı dərə”. Rəvayətə görə, adından da göründüyü kimi, qanla dolu idi. Kəndin əhalisinin çox hissəsi azərbaycanlılardan ibarətdir. Rüstəm Muradov — rusiyalı hərbi xadim. Дербентский район на сайте Президента Республики Дагестан Топографические карты K-39-XIII — 1 : 200 000 Топографические карты K-39-61 — 1 : 100 000 В ЧИНАРЕ ШЕЛЕСТЯТ ЧИНАРЫ Arxivləşdirilib 2015-04-19 at the Wayback Machine НА ПОРОГЕ К ТАБАСАРАНУ Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine Чинарская средняя школа № 1 — Чинар — Республика Дагестан Чинарская средняя школа № 2 — Чинар — Республика Дагестан Администрация Дербентского района СШ № 1 с. Чинар (Дербентский район) " любимая школа Магомедсалам Магомедов: «Для эффективности сельского хозяйства в Дагестане будут созданы агрохолдинги» Arxivləşdirilib 2010-07-27 at the Wayback Machine Сегодня президент Дагестана Магомедсалам Магомедов посетил Дербентский район Московско-дагестанская медицинская ассоциация Arxivləşdirilib 2017-06-04 at the Wayback Machine Президент РД вручил Государственные награды Учреждения дополнительного образования (ШВСМ, СДЮШОР, ДЮСШ и др.) Жители Чинара Дербентского района Дагестана отметили 50-летие со дня основания села Почтовые индексы и коды ОКАТО — Чинар село Дербентский район … Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine Численность населения России, федеральных округов, субъектов Российской Федерации, районов, городских поселений, сельских населенных пунктов — райцентров и сельских населенных пунктов с населением 3 тысячи и более человекArxivləşdirilib 2011-09-17 at the Wayback Machine Народная энциклопедия «Мой город». Республика Дагестан.
Çinar (Germi)
Çinar (fars. چنار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (39 ailə).
Çinar (Miyanə)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (19 ailə).
Çinar FK
Çinar FK və ya rəsmi adı ilə Çinar Futbol Klubu. Azərbaycanın Zəngilan rayonunu təmsil edən futbol klubudur. Klub 2022/2023-cü il futbol mövsümündə Azərbaycan Region Liqasının gümüş medalını əldə etmişdir.
Çinka məbədi
Akiba məbədi (秋葉神社, Akiba-cinca) və ya Akihabara məbədi – Yaponiyanın Tokio şəhərinin Tayto rayonunda yerləşən şintoist məbədi. Akihabara bölgəsinin adı bu məbədin adından yaranmışdır. 1869-cu ildə Tokionun şimal-qərb ərazisində baş vermiş böyük yanğınlar İmperator Meycinin anası Eyşonu narahat etmiş və 1870-ci ildə bu məbəd tikilmişdir. Məbədin ilk adı Çinka məbədi idi. Məbəd alovun kamisi olan Akibaya həsr olunmasa, məbədin məqsədi gələcəkdə baş verə biləcək yanğınların qarşısını almaq olduğu üçün onunla əlaqələndirilmişdir. 1888-ci ildə Akihabara stansiyasının tikilməsindən sonra məbəd indiki yerinə – Taytoya köçürülmüşdür. 1930-cu ildə isə məbədin adı rəsmi olaraq Akiba məbədi olaraq dəyişdirilmişdir. 1945-ci ildə İkinci dünya müharibəsi zamanı məbəd məhv olmuş, 1947-ci ildə isə bərpa olunmuşdur. 2009-cu ildə buraxılmış "Steins;Gate" franşizində əsas personajlarından olan Luka Uruşibaranın yaşadığı və bəzi vacib hadisələrin baş verdiyi Yanaqibayaşi məbədinin real həyatda bu məbəddən təsirlənərək yaradıldığı iddia olunur. Vikianbarda Akiba məbədi (Tayto) ilə əlaqəli mediafayllar var.
Şikar Bədəlov
Şikar Bədəlov (5 fevral 1986, Şamaxı)— Azərbaycanlı kikboksçu, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, "Kings of Kings" dünya kəmərinin sahibi. Bədəlov Şikar Maqsud oğlu 1986-cı fevralın 5-də Şamaxı şəhərində anadan olub. 1993-2003-cü illərdə Şamaxı şəhərində yerləşən 5 nömrəli orta məktəbdə təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb. 2017-ci ildə Almaniyanın Herni şəhərində kikboksinqin K1 versiyası üzrə "Fight Vision Europe" yarışında iştirak edib. 13 ölkədən 26 idmançının iştirak etdiyi yarışda alman rəqibini 3-cü raundda texniki nokautla məğlub edərək qalib olub. 2018-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısıdır. 2018-ci il iyunun 2-də Almaniyanın Düsseldorf şəhərində kikboksinq üzrə peşəkarlar arasında reytinq döyüşü olan XXII “Heroic battle”-a qatılıb. 2021-ci ildə Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.
Çinar ağacı
Çinar ağacı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsinə daxil olan Şıx Dursun kəndində yerləşən çinar. 2500 ilə qədər yaşı olduğu təxmin edilən və dünyanın ən yaşlı ağaclarından biri sayılan ağac, kənddəki "Çinar müqəddəs yer" abidə kompleksi ərazisindədir. Çinarın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.