Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Coşun (Vərzəqan)
Coşun (fars. جوشين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (122 ailə).
Nurcerən Akgün
Nurcerən Akgün (d. 20 iyun 1992) — Türkiyəni təmsil edən həndbolçu. Nurcerən Akgün, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Nurcerən Akgün, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Yunus Akgün
Yunus Akgün (7 iyul 2000, Küçükçekmece, İstanbul ili) — Super Liqada Türkiyənin "Lester Siti" klubunda cinah yarımmüdafiəçisi kimi çıxış edən türk peşəkar futbolçu. Akgün futbol karyerasına 2011-ci ildə Qalatasaray gənclər akademiyasına qatılaraq başlayıb. O, "Qalatasaray"da peşəkar debütünü 2018-ci il avqustun 5-də Türkiyə Super Kubokunda "Akhisar Bələdiyyəspor"a qarşı keçirilən və penaltilər seriyası nəticəsində 1–1 (5–4) hesabı ilə uduzduğu matçda edib. Akgün 29 yanvar 2019-cu ildə "Boluspor"la keçirilən Türkiyə Kuboku matçında het-trik edib və 4:1 hesabı ilə qalib gəlib. 6 sentyabr 2021-ci ildə Adana Dəmirspor ötən mövsüm oynamış Akgünü "Qalatasaray"dan yenidən icarəyə götürdü. O, 2017-ci ildə UEFA U-17 Avropa Çempionatında və 2017-ci ildə FIFA U-17 Dünya Kubokunda Türkiyə U-17-ni təmsil edib.
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.
Akun adası
Akun (aleut. Akungan, ing. Akun Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == Bu ad 1830-cu ildə Veniaminov və Fyodor Litke tərəfindən verilmiş, hidroqraf Tebenkov 1852-ci ildə bu adı xəritəyə qeyd etmişdir. 1928-ci il mayın 22-də axşam saatlarında adanın sahillərində "Folklend ulduzu" yelkənli gəmisi qəzaya uğramışdır. Gəmi duman içində sahil daşlarına çırpəımışdır. Ertəsi gün sahil mühafizə gəmisi "Hayda" və "Kedr" mayak xidmət gəmisi qəzada zərərçəkənlərə yardım etmək üçün köməyə gəlir.
Takamura Koun
Takamura Koun (高村 光雲, 8 mart 1852 – 10 oktyabr 1934) – Yaponiya heykəltaraşı. Doğum adı Nakacima Kozodur. Tokiodakı Ueno parkında yerləşən və 1898-ci ildə tamamlanmış Sayqo Takamorinin bürüncdən heykəlini o hazırlayıb. Tokio İmperator Sarayının qarşısında dayanan Kusunoki Masahide heykəlinin də müəllifidir. Koun həmçinin şair və heykəltaraş Kotaro Takamuranın atasıdır.
Çaun körfəzi
Çaun körfəzi — Çukotka Muxtar Dairəsi ərazisində yerləşən körfəz. Şərqi Sibir dənizinin şərqində yerləşir. İnzibati cəhətdən Rusiyanın Çukot Muxtar Dairəsinin Çaun rayonu ərazisində yerləşir. Sahilində mühüm Arktika limanı olan Pevek limanı yerləşir. Həmcinin qəsəbə hava limanına sahibdir. Qış ayları Pevekdən Baranixaya yol gedir. Körfəz 1646-ci ildə İsa Neçaev tərəfindən təşkil edilən rus ekspedisiyası zamanı kəşf edilmişdir. 1762-ci ildə Çaun buxtasını Nikita Pavloviç Şalaurov ziyarət edir və körfəzin xəritəsini tərtib edir. Körfəzin adı yukagirlərdən götürülmüşdür. Yukagirlərdə olan Çovan sözündən götürülmüş mənası «dəniz»-dir.
Çaun ovalığı
Çaun ovalığı (rus. Чаунская низменность) — Rusiyanın Çukotka muxtar dairəsinin şimalında yerləşən ovalıq. Çaun ovalığı haqqında ilk məlumatı kapitan Billinqs 1791-ci ilin qışında xizək üzərində keçərkən vermişdir. 1908-ci ildə ovalığın ərazisini rayon pKalinnikov tədqiq etmiş və bu barədə məlumatı kitabında dərc etmişdir. Bu bölgənin ətraflı coğrafi sxemi 1929-1931-ci illərdə S. V. Obruçevin ekspedisiyası tərəfindən tərtib edilmişdir. Şərqi Sibir dənizinin sahillərinə doğru tədricən enən sahil düzənliyidir. Şimal hissəsi Çaun körfəzinin sahilinə qədər uzanır. Qərbdən Anyuy silsiləsi, cənubdan Çukot dağları və şərqdən Anadır silsiləsi ilə həmsərhəddir. Cənub hissəsində hündürlüyü 700 m-ə qədər olan dağətəyi silsilələr mövcuddur. Ovalığın sahəsi təxminən 60 min km²-dir.
Çaun rayonu
Çaun rayonu (çuk. Чаан район, bəzən Ча́ун-Чуко́тка) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rayonun daxilində Çaun şəhər dairəsi yerləşir. İnzibati mərkəzi Pevek şəhəridir (Rusiyanın Şimal qütbünə ən yaxın şəhəri). Çaun rayonu diyarın şimal-qərbində, Şərqi Sibir dənizi sahilində yerləşir. Sahil xəttinin uzunluğu 580 km-dir. Çaun ovalığını və Çaun körfəzinin adaları (Ayon, Böyük Routan, Şalaurov) rayon ərazisinə daxildir. Şərqdən qərbə Çaun rayonu 290 km, cənubdan şimala 330 km məsafədə uzanır. Şelaqski burnu rayonun və Çukot Muxtar Dairəsinin materik hissəsinin ən şimal nöqtəsidir. Şərqdə Anadır rayonu, cənubda Bilibin rayonu ilə, şimal-şərq isə İultinski rayonu ilə həmsərhəddir.
Çeun Yuk
Çeun Yuk (28 oktyabr 1981) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Çeun Yuk Honq Konqu 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çeun Yuk Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Çeun Yuk Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Kim De Çjun
Kim De Çjun (6 yanvar 1924 – 18 avqust 2009[…]) — Cənubi Koreyanın 15-ci prezidenti (1998–2003). == Həyatı == 1998–2003-cü illərdə ölkəyə rəhbərlik etmiş Kim De Çjun demokratik quruculuq və Şimali Koreya ilə barışığa görə Nobel Sülh mükafatına layiq görülüb.
Kim Kyun-Son
Kim Kyun-Son (d. 10 noyabr 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim Kyun-Son Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Kim Kyun-Son Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kiçik Caun boğazı
Kiçik Çaun boğazı - Dayaz boğaz olaraq Çaun körfəzini Şərqi Sibir dənizini birləşdirir. Çukotka Muxtar Dairəsinın Caun rayonu ərazisində yerləşir. Boğazın qərbində Mosey adası, şərqində isə kiçik adalar vardır. Sahilləri dayazdır, lilli və qumsal burunlarla zəgindir. Qışda ərazidən Pevek-Ayron yolu keçir. Boğaz 1761-ci ildə Nikita Şolourov Sakit okeana yol tapmaq ümidi ilə şərqə üzərkən kəşf edilir. Dərinliyi 6 m-dir. == Fauna və Flora == XIX əsrə qədər boğaz otlu boğaz adlandırılıb. Səbəb isə onun dəniz bitkiləri ilə zəngin olması ilə əlaqədar idi. Qədim zamanlarda çukçalar boğazı Aйока-Пелинткир, hazırda isə Айопэлыктрын adlandırırlar.
Lim Mi-Kyun
Lim Mi-Kyun (d. 17 may 1967) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim Mi-Kyun Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Pon Çjun Ho
Bong Joon-ho (14 sentyabr 1969, Tequ) — Cənubi Koreyalı rejissor, prodüser.
Sun Kyun-Hva
Sun Kyun-Hva (d. 20 iyul 1965) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Sun Kyun-Hva Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yon So-Kyun
Yon So-Kyun (d. 19 yanvar 1964) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Yon So-Kyun Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Ça Ja-Kyun
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kun Linhuey
Konq Lunqhui (18 oktyabr 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Konq Lunqhui Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, cüt turnirdə isə qızıl medalın sahibi olub. Daha sonra Konq Lunqhui Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə gümüş medalın sahibi olub. Konq Lunqhui Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kun adası
Kun adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ziçi adaları qruupuna daxildir. Qrili adasından 3 km şimal-şərdə yerləşir və ondan Şternek boğazı ilə ayrılır. Keyn adasından isə 1,5 km şərqdə yerləşir. == Təsviri == Uzunsov formaya malikdir. Uzunluğu 7,5 km, eni 3.5 km-dir. Adanım maksimal hündürlüyü 228 metrdir. Ən cqar qərb nöqtəsi Qolovin burnudur.
Kun krateri
Kun krateri (lat. Kuhn) — Ayın görünməyən tərəfindəki Cənub qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Riçard Kunun şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Kun kraterinə ən yaxın yerləşən krater Vixert krateridir və ondan qərbdə yerləşir. Laveran krateri bu kraterdən şimal-qərbdə, Koxer krateri şərqdə və Sverdrup krateri isə cənubda yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 84°29′ c. e. 152°29′ q. u.84,48° c. e.
Lorens Kun
Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun‎, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı == Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Bekenderfun yanında sahə müdiri olaraq çalışdı. 1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayony "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi. === Repressiya === Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır.
Meyn-kun
Maine Coon, bir pişik irqi. ABŞ mənşəlidir. Bir sıra rənglərdə olurlar ki, bunlardan da ən məşhurları tək rənglilər(bozumtul-mavi, qara, bənövşəyi, qəhvəyi), tabbi və gümüşü tabbidir (bunun növləri isə:xallı, zolaqlı və mərmər rəngli). Cinsin təsviri Başları- yumru olur və almacıqlarda genişlənən yaxşı inkişaf etmiş yanaqlardan ibarət olur ki, bu da başlarının yumru formasını daha da nəzərəçarpan edir. Boyunları qısa və şişman, burunları qısa, enli və düz olur. Çənələri - düz və güclü olur. Burunları ilə çənələri şaquli yerləşir. Qulaqları - balaca və girdə olmaqla, aşağıda yerləşir. Gözləri - iri, yumru, geniş açılmış olur. Adətən açıq narıncı rəngdə olur.