Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleni Smit
Aleni Smit (5 dekabr 1982) — Samoalı cüdoçu. Aleni Smit Samoanı 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleni Smit birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində Çexiyanın nümayəndəsi Yaromir Yezek ilə üz-üzə gəldi. Həmin görüşdə Aleni Smit rəqibinə 0:100 hesabı ilə uduzdu.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Naberejnıe Çelnı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Naberejnıye Çelnı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Oleni adaları
Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir. Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir.
Oleni adası
Oleni adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.
Leni Rifenştal
Leni Rifenştal (alm. Leni Riefenstahl‎, tam adı Helena Berta Amaliya Rifenştal, alm. Helene Berta Amalie Riefenstahl‎; 22 avqust 1902[…], Berlin – 8 sentyabr 2003[…], Pökkinq[d], Bavariya) — rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü. == Həyatı == Tarixdə Hitlerin sevimli rejissoru kimi qalan rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü Berta Helena Amaliya Rifenştal 1902-ci ildə Berlində anadan olub. Onun atası Alfred Rifenştal varlı tacir idi. Amma Lenidə incəsənətə olan ehtiras ona incə zövqlü anası Berta İdadan keçmişdi. Taleyin bir təsadüfü olmasaydı, Leni tarixdə ən uğurlu rəqqasələrdən biri kimi qalacaqdı. Ancaq iyirmi yaşına çatana qədər Almaniya və Praqanın bir neçə şəhərində uğurla çıxış edən Leninin damarları partladı. Gələcək rəqqasənin karyerasına son qoyuldu. Leni Arnold Fankın "Dağın taleyi" filminə baxır.
Cessi Ceni
Cessi Ceni (16 iyul 1980, Fort Vort – 24 yanvar 2024, Mur[d], Oklahoma) — amerikalı pornoaktrisa və model. == Həyatı == Ceni hərbçi atanın övladı olaraq ABŞ-nin Orta Qərb ştatlarında müxtəlif hərbi bazalarda böyüyüb. Uşaqlığından rəqs kurslarına yazılıb və Kanzas ştatının Rose Hill şəhərində lisey təhsili zamanı məktəbində Çirlidinq seçilib. Ceni orta məktəbi Oklahoma ştatının Mur şəhərində bitirib. 17 yaşında bir huter qızı kimi ilk işinə girib, daha sonra isə, 19 yaşında Havay Tropikində yeni işə düzəlib. == Şəxsi həyatı == 2000-ci ildə Cenin bir oğul dünyaya gətirib. O, eyni zamanda porno ulduz olan Rik Patriklə 2007-ci ildə evlənib. Bu ildən sonra Ceni əri ilə Oklahoma şəhərində yaşamağa başlayıb. Ceni özünü biseksual kimi təsvir edib. 2004-cü ildə Ceni Hovard Stern Şouda uşaqlıq boynu xərçənginə görə histerektomiya keçirdiyini açıqlayıb.
Leni Yoro
Leni Olivie Yoro (13 noyabr 2005, Sen-Moris) — Premyer Liqa klubu Mançester Yunayteddə mərkəz müdafiəçisi kimi çıxış edən Kot-d'İvuar peşəkar futbolçusu. O, dünyanın ən yaxşı perspektivli və gənc mərkəz müdafiəçilərindən biri hesab olunur. Lill akademiyasının məzunu olan Yoro uşaq ikən kluba qoşuldu və daha sonra 2022-ci ilin may ayında 16 yaş, 6 ay və 1 yaşında peşəkar Liqa 1-də debüt edəndə əsas komandanın ən gənc oyunçularından biri oldu. Əsasən əvəzedici kimi istifadə edildiyi ilk böyük mövsümdən sonra ikinci tam mövsümündə bir yeniyetmə kimi Lillin təməl daşlarından birinə çevrildi və 2023-cü ilin avqustunda Avropada debüt etdi. 2024-cü ildə Mançester Yunayted ilə müqavilə imzaladı. Yoro Fransanı 17 yaşadək, 18 yaşadək, 19 yaşadək, 21 yaşadək və 23 yaşdan aşağı səviyyələrdə təmsil edib.
Fuego (Eleni Fureyra mahnısı)
Fuego (azərb. Atəş‎) — Kiprin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarı Aleks Papakonstantinu və eyni zamanda Qeraldo Sandell, Viktor Svensson, Andej Vretov və Didrik tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012-ci ildə Kiprin Avroviziya mahnılarını yazmışdır.
Oleni adası (Kandalakşski körfəzi)
Oleni adası — Ağ dənizə daxil olan Kandalakşski körfəzində yerləşən ada. Ada Kandalakşa şəhərindən cənubda yerləşir. Körfəzdə Veliki adasından sonra ikinci böyük adadır. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Adanın cənub-qərbində kiçik göl vardır. Ətrafında yerləşən kiçik adacıqlar arasında ən irisi Telyaçidir. Adanıən maksimal hündürlüyü 61,6 metrditr. Adanın cənub-qərbimndə Korovaya buxtası yerləşir. Ada Kandalakşski qoruğunun bir parçasıdır. İnzibati cəhətdən isə Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Apeni
Apeni Tiflis quberniyasının Telavi qəzasında çay adı. == Toponimkası == Apeni- Tiflis quberniyasının Telavi qəzasında çay adı.Suxumi dairəsində Apianca kənd (yenə orada) və İrəvan xanlığının nahiyəsində Apna kənd adları ilə eynidir.
Cenia
Cotula (lat. Cotula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Çelsi
Çelsi (ing. Chelsea) — London şəhərinin rayonudur. Rayonda hər il dünyanın ən iri gül və landşaft sərgisi açılır. İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonunda yerləşir. İngiltərə Premyer Liqasında çıxış edən Çelsi FK rayonda yerləşir.
Çiyni
Çiyni (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Çiyni (Ucar) — Azərbaycanın Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Çiyni — Azərbaycanın Ucar rayonunun Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsində kənd.
Çələbi
Çələbi — Bir çox mənalarda işlədilən ifadə, təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əhməd Çələbi — siyasətçi Övliya Çələbi — səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf, şair. Hacı Çələbi xan — görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. Musa Çələbi — Osmanlı şahzadəsi Süleyman Çələbi — Osmanlı şahzadəsi İsgəndər Çələbi — Osmanlı imperiyasının baş dəftərdarı. Katib Çələbi — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Çələbi Lütfi Paşa — sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İsa Çələbi — Osmanlı sultanı İldırım Bəyazid ilə Dövlət Xatunun oğlu Hacı Qaraman çələbi Əhmədli — övliya, XVI yüzilin sonu, XVII yüzilin əvvəli. Hezarfən Əhməd Çələbi — IV Sultan Muradın hakimiyyəti dövründə özü düzəltdiyi qanadlarla havaya qalxmağa cəhd etmiş türk alimi. Digər Çələbi xalçaları və ya Çələbirt xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Çəpni
Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı XVI əsrdə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada).
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. == Tarixi == Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Cenni
Cenni — ad. Cenni (müğənni) — Cənubi Koreyalı müğənni, aktrisa və reper. Cenni Longe — C. Vilyams təxəllüslü siyasi jurnalist Cenni Karezi — yunan teatr və kino aktrisası. Cenni fon Vestfalen — alman teatr tənqidçisi və siyasi aktivist; Cenni-Vanda Barkman — İkinci Dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi. == Həmçinin bax == Vilyam Le Bon Cenni — amerikalı memar Cenni Herhardt — Teodor Drayzerin romanı.
Grevillea caleyi
Grevillea caleyi (lat. Grevillea caleyi) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea caleyi (R.Br.) Christenh. & Byng Stylurus caleyi (R.Br.) Pedro === Heterotipik sinonimləri === Grevillea blechnifolia A.Cunn. ex Hook.
Hacı Çələbi
Hacı Çələbi xan (1703, Şəki – 1755, Şəki) — siyasi xadim və sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı. == Hacı Çələbinin xalqın vəkili təyin olunması == Hacı Çələbi xan 1551-ci ildə şəkililərin Səfəvi şahı I Təhmasibə qarşı üsyanına başçılıq etmiş Dərviş Məhəmməd xanın uzaq xələfi idi. Nadir şahın tabeliyindən birinci çıxan Hacı Çələbi xan olub, hələ onun sağlığında ikən Şəkinin müstəqilliyini elan etmişdi. Hər şey Nadir şahın Şirvana və Dağıstana qarşı yeritdiyi sərt vergi siyasətindən başlamışdı. Narazılıqlar dalğası uzaq Şəkiyə qədər gəlib çatmışdı. Nadir şah Əfşar tərəfindən bu vilayəti idarə etmək üçün təyin olunmuş Məlik Nəcəf ağır vergiləri və hədsiz zülmü ilə əhalini özünə qarşı qaldırmışdı. Şəki camaatı onun zülmündən bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah Azərbaycanda və Dağıstanda öz siyasətindən narazılıqların get-gedə artdığını görüb, məsələni malalamaq istəyir. O, Şəki əyanlarına tapşırır ki, Məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxs seçib, şahın hüzuruna göndərsinlər. 1741-ci ilin sonunda şəkililər öz nümayəndələri kimi varlı və nüfuzlu bir şəxs olan Hacı Çələbini seçirlər.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.