Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şatal
Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. Bərdə və Gəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır. Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır.
Saral
== Kəndlər == === Gürcüstan kəndləri === Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Aşağı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sarallar — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Bolnisi bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. === İran kəndləri === Yuxarı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. Aşağı Saral (Əlmehdi) — Qərbi Azərbaycan ostanının, Nəqədə şəhristanının, Məhəmmədyar bəxşinin, Əlmehdi dehestanında kənd. === Ermənistan kəndləri === Saral (Hamamlı) — Ermənistan Respublikasının Loru mərzinin Saral bələdiyyəsində kənd. == Bələdiyyələr == Saral bələdiyyəsi — Ermənistan Respublikasının Loru mərzində bələdiyyə.DigərSaral — Qəbələ rayonu ərazisində dağ silsiləsi. Saralçay — Qəbələ rayonu ərazisində çay.
Aşağı Saral
Aşağı Saral — Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Batal janrı
Batal janrı — təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunan janr. Batal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin , qəhrəmanların , sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. XV–XIX əsrlərdə Qərbi Avropada batal janrının ən yaxşı nümunələri (Uççello, Velaskes, Rubens, Qoyya, Delakrua və başqalarının tabloları) yaradılmışdır. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Qayaüstü rəsmlər, Qədim Şərq relyefləri, qab üzərində qədim yunan təsvirləri, zəfər tağı və sütunlarındakı relyeflər – bu janra aid nümunələrdir. Orta əsrlərdə müharibə və döyüş səhnələrini parça üzərində, xalçalarda, qobelenlərdə, Avropa və Şərq kitab miniatürlərində təsvir edirdilər. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s.
Con Şatak
Con Şatak (ing. John Shattuck 22 sentyabr 1943, Pasadena, Kaliforniya) — Beynəlxalq hüquq üzrə mütəxəssis, insan hüquqları üzrə lider, 2009-cu ilin avqustundan Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektorudur. O, daha əvvəl Harvard Universitetinin vitse-prezidenti, ABŞ-nin Çexiyada səfiri, ABŞ Prezident kitabxanasının Baş İcraçı Direktoru vəzifələrində işləyib, Ruanda və keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Kriminal Tribunallarının qurulmasında əhəmiyyətli rol oynayıb, Kembric və Yel Universitetlərinin məzunudur.
Fatal Nation
Fatal Nation qrupunun rəsmi olaraq yaranma tarixini 3 iyun 1999-cu il hesab etmək olar. O zamanlar qrupun hal-hazırkı zərbçisi Ramin Sadıqov və gitaraçı Elxan Alşin uzun müddət başqa kollektivlərdə çıxışlarından sonra güclərini birləşdirmək, bu zamana kimi bakılı qrupların heç birinin ifa etmədikləri bir tərzdə çıxış etmək qərarına gəldilər. Baxmayaraq ki, Elxan və Ramin 1996-cı ildən tanış idilər, onlar fərqli qruplarda çıxış edirdilər. 1997-ci ildə Elxan tərəfindən Pantera, Sepultura və Тool tərzlərində çıxış edən (trash, death və psixodeliyanın qarışığndan yaradılmış cəhənnəm musiqisi), ancaq daimi bass-gitaraçısı və vokalçısı olmayan bir qrup yaradıldı. Həmin zamanlarda qrupun zəbçisi sonradan Unformal qrupunda çıxış edən Yevgeni Manuxin idi, Ramin isə o zamanlar Heavengate-də trash-metal proyekti ilə paralel olaraq, Trap qrupunda Aleksandr Qonçarov ilə birlikdə heavy-metal proyektində iştirak edirdi, bundan əlavə də Elxana qrupda (artıq Fatal Nation adlanırdı) köməklik göstərirdi. Bir müddət sonra Fatal Nation-la Yevgeni Manuxin, digər tərəfdən də Elxanla Natiq Məmmədov (sonradan Fatal Nation-un daimi bass-gitaraçısı) arasında yaradıcı mübahisə baş verdi və artıq A.Qonçarovla (Trap) və Heavengate qrupundan ayrılmış Ramin Sadıqov Fatal Nation ilə daha ağır, aqressiv və çətin musiqi yaratması barəsində Elxanın onunla birlikdə işləmək təklifini qəbul edir. Artıq 1999-cu ilin payızında həmin dövr üçün yekun sayılan heyət formalaşır – Alşin Elxan (gitara), Məmmədov Natiq (bass-gitara), Sadıqov Ramin (zərb) və əvvəllər qrupa ingilis dilində tekstlərin yazılmasında yardımçı olan və eyni zamanda Amalgama qrupunda çıxış edən vokalçı Toğrul Manafov. Bu heyətlə 2000-ci ilin qışında qrup özünün ilk ilində ANS Records-da ilk əməklərinin bəhrəsini yazmağa yönəlirlər. "The Nail – Symbol of a New Revolution" adlı albom hazırlanır, hansı ki, ölkədə rok musiqisinin ağır vəziyyətinə görə sonradan heç işıq üzü belə görə bilmir. 2001-ci ildə qrupu Toğrul Manafov (vokal) tərk edir, ancaq bu qrupda ruh düşkünlüyü yaratmır, yeni metal zirvələrini fəth etmək arzusuna olan qrupa yeni vokalçı Timur və sonradan ikinci gitaraçı Aleksandr Kastryulni (sonradan Tula qrupları olan I'N'F və Shatter-də çıxış edən) ilə yoluna davam edən Fatal Nation "The Banner of Madness" və "Analysis" kompazisiyalarının demo versiyasını yazaraq Moskvaya – Sergey Troiçkinin (Korroziya Metala) rəhbərlik etdiyi Ağır Rok Korperasiyasına (ARK) göndərirlər və ARK-ın təklifi ilə 2001-ci ilin aprelində Moskvaya gələn qrup bir müddət sonra yenə də maliyyə problemləri səbəbindən Bakıya qayıtmalı olur.
Kolumbiya (şattl)
Columbia Kosmik Gəmisi kosmosa çıxan ilk kosmik gəmidir. İlk tapşırığında gəmidə yalnız 2 nəfər astronavt idi. Bu iki astronavtın adları John W. Yanq və Robert L. Ciripendi. İlk uçuş (STS-1) tapşırığında 2 astronavt kosmik yürüyüş etmişdir. İlk uçuş tarixi 12 aprel 1981 -ci ildir. Nasazlıq səbəbəindən geri dönuş zamanı (1 fevral 2003) partlayış baş vermişdir.
Kvazulu-Natal
Kvazulu-Natal (ing. KwaZulu-Nata; zulu KwaZulu-Natali) — Cənubi Afrikanın şərqində vilayət. 1994-cü ildə Kvazulu və Natal vilayətlərin birləşməsi yoluynan yaradılıb.
Luk Şatel
Luk Şatel — Fransanın eks təhsil naziri Lük Şatelin həyat yoldaşı Astrid Herrenşmidt 22 yanvar 2012-ci ildə intihar edib. Luk Şatel 1991-ci ildən Astrid Herrenşmidtlə evli idi və onların 4 övladı var.
Mark Şaqal
Mark Şaqal (rus. Шагал, Марк Захарович; ivr. ‏מאַרק זאַהאַראָוויטש שאַגאַל‏‎) — yəhudi əsilli rus və fransız rəssamı. Müasir impressionizm cərəyanının öncüllərindən biri. == Həyatı == Mark Şaqal, yəhudi bir ailənin doqquz övladının ən böyüyü olaraq Belarusun Vitebsk şəhəri yaxınlığında yerləşən Lionzo kəndində dünyaya gəlmişdir. Atası Zaxar Şaqal siyənək balığının ticarəti ilə məşğul olurdu. Anası isə Feige İte adlı yəhudi qadın idi. Rəssamın tablolarından da hiss olunduğu kimi Şaqal qayğısız bir uşaqlıq dövrü keçirmişdir. Şaqalın uşaqlıq dövrünün keçdiyi Pokrovskaya küçəsində yerləşən evi muzeyə çevrilmişdir.1906-cı ildə bölgənin tanınmış rəssamlarından olan Yehuda Penin yanında dərslər almağa başlamışdır. Qısa müdddətdən sonra, 1907-ci ildə Sankt-Peterburq şəhərinə köçmüşdür.
Pay Natal
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Pyer-Şatel
Pyer-Şatel (fr. Pierre-Châtel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38304. Kommunanın 1999-cu il üçün əhalisi 1202 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 888 ilə 1424 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 26 km cənubda yerləşir.
Sadal (Çaldıran)
Sadal (fars. ميدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (208 ailə).
Sakal xaqan
Sakal xaqan — Türgişlərin hökmdarı. == Hakimiyyəti == 708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi. Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Santal pterokarpusu
Santal pterokarpusu (lat. Pterocarpus santalinus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin pterokarpus cinsinə aid bitki növü.
Saral (Hamamlı)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. == Tarixi == Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Saral (Pəmbək)
Saral — Qərbi Azərbaycanın (indiki Ermənistan) Pəmbək mahalının Hamamlı rayonunda qədim kənd. Saral İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənddir. == Tarixi == Rayon mərkəzindən 7 km şərqdə, Pəmbək (Pambək) çayının sol qolu Cicixan çayının sağ sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Sarala olmuşdur. Hamamlı (prototürk — sakca adı — Hamama) (Spitak) rayonu təşkil edilənədək (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin X–XII əsrlərdə salındığı göstərilir. Toponim Sarala adlı hun- türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 54 nəfər, 1873-cü ildə 539 nəfər, 1886-cı ildə 654 nəfər, 1897-ci ildə 754 nəfər, 1908-ci ildə 951 nəfər, 1914-cü ildə 1111 nəfər, 1916-cı ildə 982 nəfər azərbaycanlı yaşamışdır.
Saçal Sarmast
Saçal Sarmast (1739–1827) (Sind dilində: سچلُ سرمستُ‎, Urdu dilində: سچل سرمست‎), Əbdül Vahab Faruqi (Urdu: عبد الوہاب فاروقی‎) indiki Pakistanın hüdudlarında yerləşən Sind vilayətində yaşayan Sufi şairi; Kalhoro/Talpur dövründə əsasən Sind dilində olmaqla 7 dildə şeirlər yazmışdır. Buna görə o "Şair-e həft zəban", yəni 7 dildə yazan şair kimi tanınmışdır. O hicri tarixi ilə 1152-ci ildə (miladi tarixi ilə 1739-cu ildə) Ranipur yaxınlığında Darazada anadan olmuşdur. == Saçalın ursu == Hal-hazırda Sind əyalətinin Xayrpur məntəqəsindən 40 km cənub qərbdə yerləşən Darazada Saçalın türbəsi mövcuddur. Hər il Saçal Sarmastın vəfatının ildönümünə həsr olunmuş, Ramazan ayının 14-dən başlayaraq Daraza Şərifdə keçirilən 3 günlük mərasim Saçalın ürsü adlanır. Onun poeziyasına əsaslanan ədəbi konfrans, musiqili konsert də keçirilir. Sindin baş naziri Sayed Qaim Əli Şah bu mərasimlə əlaqədar Ramazan ayının 14-də Daraza Şərifdə olur və Sind şairi və sufi müqəddəsinin məzarı üzərinə çələng qoyur. O həmçinin Urs mərasimini açaraq Məhfil-e Samanı ziyarət edir və Saçal Sarmastın ardıcıllarınan ənənəvi üslubda onun şeirlərinə bəslənən musiqiləri dinləyir. Daraza Şərifdə Saçal bağının təməl daşını qoyur və açıq Saçal Muzey guşəsi yaradır. Saçal Sarmastın tərəfdarları Hindistan, Banqladeş, İran, Türkiyə və digər ölkələrdən onu ziyarət etmək üçün bura təşrif buyururlar.
Speys Şattl
Kosmik şattl — ABŞ-də NASA tərəfindən yaradılmış kosmik gəmi tipidir. ABŞ-də raket inkişafı ərəfəsində yerə geriyə qayıda bilən gəmi konsepti işlənilir. Bu bir dəfə tətbiq olunan raketlərə nisbətən xərclərə qənaət verməli idi. Ancaq bu məqsədi əldə etmək mümkün olmadı, belə ki, bu gün bir Kosmik şattl gəmisinin qiyməti yarım milyard dollara çatır. 1960-cı illərdə bir pilləli raket sistemi artıq öz imkanlarını tükətdiyindən bu gəminin hazırlanması zamanı çoxpilləli raket sistemindən istifadə edilmişdir. Kosmik şattl gəmisi xarici yanacaq çənləridnən və bərk yanacaq raketindən ibarət olan sistemlə təchiz olunmuşdur. Kosmosa raket kimi buraxılan bu gəmi geriyə təyyarə kimi qayıdır. Əsas məqsədi kosmosa faydalı yüklərin daşınması olan bu gəmilər azı 100 dəfə kosmosa və geriyə uçmalı idilər. Ancaq bu günə kimi ən çox kosmosa uçan məkik "Discovery" cəmi 33 dəfə bu səyahətdə olmuşdur.
Yaqub Satar
Yaqub Satar(d. 11 mart 1898, Krım – v. 2 aprel 2008, Əskişəhər) — Türkiyə İstiqlaliyyət müharibəsində və Birinci Dünya müharibəsinin İraq cənhəsində döyüşən, İstiqlal medalı sahibi və İstiqlal veteranı. == Həyatı == Yaqub Satar 1898-ci ildə Rusiya imperiyasının müstəmləkəsi olan Krımda anadan olmuşdur. Rusiya imperiyasının türklərə göstərdiyi təzyiqlərə görə 5 yaşında ailəsi ilə birlikdə Əskişəhərə köç etmişdir. Osmanlı imperatorluğunun Birinci Dünya müharibəsinə girdiyi illərdə hərbi xidmətə çağırılmışdır. Müharibədən sonra və çavuş mayoru rütbəsinə çatdıqdan sonra Satar altı övladı ilə əkinçilikdən yaşadığı Eskişehir şəhərində 2 aprel 2008-ci ildə 110 yaşında ağciyər xərçəngindən vəfat edənə qədər yaşadı. illər. 4 Növbəti gün hərbi ehtiramla dəfn edildi.6 aprel 2008-ci ildə Əskişəhərdə dünyasını dəyişmişdir. == Fəaliyyəti == Alman komandirinin xüsusi bir missiya üçün seçdiyi 200 əsgər arasında idi və Gizli Qaz İttifaqı adlanan bu komanda ilə kimyəvi silah olaraq istifadə edilə bilən zəhərli qazlar üzərində təlimlər keçmişdir.
Yusif Şaqal
İosif Şaqal (ivr. ‏יוסף שגל‎‏‎; 25 mart 1949, Bakı, Azərbaycan SSR, SSRİ) — İsrail siyasətçisi, jurnalisti, yazıçısı, ssenaristi, televiziya aparıcısı, Knesset üzvü. O, 2006–2009-cu illərdə əksər üzvü Rusiyadan gəlmə olan "İsrail bizim evimiz" partiyasının üzvü olub. O, 2012–2015-ci illərdə İsrailin Belarusa səfiri olmuşdur. == Bioqrafiya == İosif Şaqal 25 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Vladimir Lenin adına Azərbaycan Pedaqoji Universitetinin (indiki ADPU) Tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Şaqal Belorusiya SSRİ-nin Minsk şəhərində hərbi xidmət göstərib. O, 1990-cı ildə İsrailə köçməzdən əvvəl Bakıda "Azərbaycan gəncliyi" respublikaçı qəzetinin şöbə müdiri, Azərbaycan SSR Televiziya və Radio Yayımları üzrə Dövlət Komitəsinə bağlı olan "Drujba"nın baş redaktorunun müavini vəzifəsində çalışmışdır.İsraildəki həyatının ilk 10 ilində o, "Həftənin xəbərləri", "Bizim ölkəmiz" kimi əsas media qurumlarında işləmişdir. O, daha sonra "24 saat" və "Panorama" qəzetlərinin baş redaktoru olaraq işləmiş, 1997-ci ildə isə "Respublika" qəzetini qurmuşdur. Şaqal 2002–2006-cı illərdə "Israel Plus" telekanalının "Gerisayma" proqramında aparıcılıq etmişdir.
Yuxarı Saral
Yuxarı Saral — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Çellencer (şattl)
«Çellencer» (ing. Challenger; mənası – «Meydan oxuyan») — NASA-nın istifadə etdiyi ikinci şattl. İlk uçuşunu 4 aprel 1983-cü ildə etmişdir. Yerin orbitində doqquz əlavə uçuş etmişdir. 28 yanvar 1986-cı ildə (10-cu və son uçuşu) qalxışdan 73 saniyə sonra partladı və beş peşəkar kosmonavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu. «Çellencer» fəlakətindən sonra altı il NASA, «İndevor» adlı yeni şattlı istifadə etməyə başladı.
İosif Şaqal
İosif Şaqal (ivr. ‏יוסף שגל‎‏‎; 25 mart 1949, Bakı, Azərbaycan SSR, SSRİ) — İsrail siyasətçisi, jurnalisti, yazıçısı, ssenaristi, televiziya aparıcısı, Knesset üzvü. O, 2006–2009-cu illərdə əksər üzvü Rusiyadan gəlmə olan "İsrail bizim evimiz" partiyasının üzvü olub. O, 2012–2015-ci illərdə İsrailin Belarusa səfiri olmuşdur. == Bioqrafiya == İosif Şaqal 25 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Vladimir Lenin adına Azərbaycan Pedaqoji Universitetinin (indiki ADPU) Tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Şaqal Belorusiya SSRİ-nin Minsk şəhərində hərbi xidmət göstərib. O, 1990-cı ildə İsrailə köçməzdən əvvəl Bakıda "Azərbaycan gəncliyi" respublikaçı qəzetinin şöbə müdiri, Azərbaycan SSR Televiziya və Radio Yayımları üzrə Dövlət Komitəsinə bağlı olan "Drujba"nın baş redaktorunun müavini vəzifəsində çalışmışdır.İsraildəki həyatının ilk 10 ilində o, "Həftənin xəbərləri", "Bizim ölkəmiz" kimi əsas media qurumlarında işləmişdir. O, daha sonra "24 saat" və "Panorama" qəzetlərinin baş redaktoru olaraq işləmiş, 1997-ci ildə isə "Respublika" qəzetini qurmuşdur. Şaqal 2002–2006-cı illərdə "Israel Plus" telekanalının "Gerisayma" proqramında aparıcılıq etmişdir.
Şatan Boqat
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.